Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib – FOTOLAR

Modul tipli məktəblərlə tanışlıq üçün mediatur keçirilib
  – FOTOLAR
Bölmə :
Cəmiyyət
Yayım tarixi :
27/4/2017 [11:45]
Baxılıb :
577 dəfə

Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 26-da İsmayıllı və Göyçay rayonlarına media tur təşkil edilib. 

Bizimyol.info-nun əməkdaşının da qatıldığı mediaturun məqsədi həmin bölgələrdə quraşdırılan modul tipli məktəblər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.   

Əvvəlcə media nümayəndələri İsmayıllı rayonunun Yenikənd kəndində tikilən modul tipli ümumi orta məktəbinə baş çəkiblər. Məktəbə daxil olduğumuzda dərs prosesinin getdiyinin şahidi olduq. 
Məktəbin direktoru Gülağa Abbasov bildirdi ki, kəndin sakinlərinin sayı 100 nəfərə yaxındır. Yenikənd məktəbində hazırda 3 sinif var və burada 9 şagird təhsil alır. 
“Onlara müxtəlif fənlər üzrə 7 müəllim əməkdaşımız dərs keçirlər. Ümumilikdə isə 5 sinif otağımız və bir müəllimlər otağımız var. Məktəb istilik sistemi və digər lazımı avadanlıqlarla təchiz olunub”,-deyə direktor bildirib.

Onun sözlərinə görə, modul tipli məktəb tikilənə qədər 1950-ci ildə inşa olunan uçuq binada şagirdlərə təhsil verilib: “Məmnunuq ki, kəndimizdə belə bir layihə həyata keçirilib. Bunun üçün aidiyyəti şəxslərə təşəkkür edirik”. 
8-ci sinif şagirdi Elşən Vəliyev dedi ki, əvvəlki məktəb binasında payız və qış fəsillərində dərs keçmək mümkünsüz idi: “Yağışlı havada sinif otaqları suyun içərisində olurdu. Hava soyuq olanda isə içəridə oturmaq mümkün deyildi. Bu, bizim təhsilimizə də mənfi təsir görtərirdi. İndi isə yeni məktəbdə hər cür şərait qurulub. Hər kəs çox razıdır”. 

Media nümayəndələrinə məlumat verilib ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq ilk pilot layihə çərçivəsində 3 məktəb təhvil verilib.


Burdan sonra media nümayəndələri tur çərçivəsində Göyçay rayonunun Yeniarx kənd tam orta məktəbinin Hacağabəyli kənd sinif komplekti ilə tanış olublar. 
Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev jurnalistlərə bildirib ki, Təhsil Nazirliyinin layihəsinə əsasən Azərbaycanda yeni tipli modul məktəblərin inşasına başlanılıb: “Apardığımız monitorinqlər və bizə daxil olan məktublar əsasında apardığımız araşdırma nəticəsində qəzalı vəziyyətdə olan və 100 nəfərdən aşağı şagird sayı olan 232 məktəbin siyahısını tərtib etdik. Ölkələrin tərcübəsini öyrənib qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz olunmasını təklif etdik.  Pilot layihəsi nəticəsində ibtidai sinif komplektinin quraşdırılması başa çatıb və təhvil verilib. Hazırda burada şagirdlər təhsil alırlar”. 

Nazirliyin rəsmisi onu da bildirdi ki, Hacağabəyli kənd sinif kompilekti 40 şagird üçün nəzərdə tutulub. Yeni qurulan modul tipli məktəbdə 4 sinif otağı, müəllimlər otağı və sanitar qovşaq mövcuddur.

Yeniarx kənd orta məktəbinin direktoru Ayaz Babayevin sözlərinə görə, hazırda sinif komplektində 16 şagird təhsil alır, ikisi əsas olmaqla 4 müəllim heyəti var: “Burada ibtidai sinif üzrə təhsil alan 16 şagird hələ ki, bir sinifdə təhsil alırlar. Yəni bir sinifdə birinci sinifdən dördüncü sinfə qədər təhsil alan şagirdlər birlikdə əyləşirlər. Təbii ki, bu, bizim üçün də bir qədər çətinlik yaradır. Əgər şagirdlərin də sayı imkan verərsə, gələn ildən Təhsil Nazirliyinin icazəsi ilə iki sinif komplektinin yaradılmasını arzu edirik. Hər birimiz görülən bu işləri yüksək qiymətləndiririk. Bura tikilmədən öncə şagirdlərimiz yararsız vəziyyətdə olan birotaqlı tikilidə təhsil almağa məcbur idilər. İndi isə gördüyünüz kimi, hər şəraitimiz var”.

Sinif komplektinin ingilis dili müəlliməsi Gülbəniz Ömərova bildirdi ki, köhnə tikilidə hətta ilana da rast gəliblər: “Köhnə tikili çox bərbad vəziyyətdə idi. İndi isə hər birimiz həvəslə dərsə gəlirik. Yaxşı olar ki, növbəti ildən iki sinif komplekti yaradılsın və texniki təchizatla da bizi təmin etsinlər. Bütün bunlar da yaradılarsa hər şey çox yüksək səviyyədə olar”.
 
Kənd sakinlərinin sözlərinə görə, burada yaşayan uşaqlarda təhsilə maraq yüksəkdir. Ona görə də sakinlər bu cür layihənin həyata keçirilməsi ilə bağlı məmnunluqlarını ifadə etdilər. 

Sonda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun sözlərinə görə, burada əsas məqam ondan ibarətdir ki, məktəblərin tikintisində yerli materiallardan istifadə olunub: “Kəndin relyefi kifayət qədər nahamardır və burada modul tipli məktəbin tikintisi daha məqsədə uyğun hesab olunub. Hacağabəyli kənd sinif komplekti ilə də tanış oldunuz, oradakı şəraiti də gördünüz. Zaman keçdikcə bu məktəblərin digər ehtiyacları da ödəniləcək”.

Bildirilib ki, 2017-2018-ci illərdə 232 məktəbin modul tipli məktəblə əvəz olunması planlaşdırılıb. Cari ilin sonuna qədər 100 məktəb təhvil veriləcək. Hazırda 17 rayonda 23 məktəbin quraşdırılmasına başlanılıb. May ayının sonunadək daha 19 məktəbin quraşdırılması nəzərdə tutulub. 

Modul tipli məktəblər sinif və müəllimlər otağı, sanitar qovşaq, istilik sistemi ilə təmin edilib. Bu cür məktəblərin yaradılmasının üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, burada sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin digər üstünlüyü budur ki, istilik itkisi digərlərindən iki dəfə azdır, rütubətlilik yoxdur, həmçinin, qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesi dayandırılmır.

Ramid İBRAHİMOV

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]