Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Qazaxıstan modernləşdirməsinin yeni layihələri

Qazaxıstan modernləşdirməsinin yeni layihələri
Bölmə :
Dünya
Yayım tarixi :
26/4/2017 [12:53]
Baxılıb :
398 dəfə
Ölkədə latın əlifbasına keçilməsinə qərar verilib

İctimai düşüncədə dəyişikliklər yaratmadan Qazaxıstanda köklü dəyişikliklərə nail olmaq mümkün deyil. Ölkə Prezidentinin bu günlərdə mətbuatda dərc olunan məqaləsinin əsas leytmotivini məhz bu fikir təşkil edir. Məqalə həm respublikada, həm də beynəlxalq ekspertlər tərəfindən böyük maraqla qarşılanıb.

Sözügedən məqalə “Gələcəyə baxış: ictimai düşüncənin modernləşdirilməsi” adlanır və dövlət başçısı ictimaiyyətə qarşıdakı illərdə hansı mühüm işlər görüləcəyi barədə öz fikirlərini aşılayır. Məqalədə vurğulanır ki, texnoloji proseslərin sürətləndiyi bir dövrdə və dünya iqtisadiyyatının rəqabətə davamlılıq tələbləri qarşısında çox ciddi vəzifələr dayanır. Əslində bu vəzifə təkcə Qazaxıstanın yox, elə planetin bütün dövlətləri qarşısında qoyulub - deyə Nursultan Nazarbayev qeyd edir. Dünya evi və tendensiyalar dəyişir, nəsillər bir-birini əvəzləyir və belə bir məqamda Qazaxıstanın yeni inkişaf mərhələsinə çıxmaq üçün unikal imkanları var.
Beynəlxalq münasibətlərin indiki dövründə dünya dövlətlərinin bir-birinə münasibəti müxtəlif qarşıdurmalarla müşayiət olunur. İndi qloballaşan dünya və sürətli dinamika yeni millət tipinin formalaşdırılması zərurətini ortaya qoyur. Söhbət xalqların dini-mənəvi dəyərlərindən və əsrlərdən gəlib bizə çatan ənənələrindən gedir. Təbii ki, bu, vacib məsələlərdən biridir.

Ölkədə başlanan geniş islahatlar həm də qabaqlayıcı modernləşdirmə ilə də müşayiət olunmalıdır, - deyə Prezident yazır. Dövlət başçısı onu da vurğulayır ki, bu günə qədər çox böyük işlər görülüb və elə bu səbəbdən Qazaxıstan artıq oturuşmuş sabit bir dövlətdir. Bununla yanaşı, artıq daha əhatəli və fundamental işlərə başlanmasının zamanı gəlib çatıb. Bunun üçün isə ictimai düşüncədə də dəyişikliklər yaratmaq vaxtıdır. Yeni tip modernləşdirmənin birinci şərti öz mədəniyyətini, milli kodunu qoruyub saxlamaqdır. Bunsuz modernləşdirmə boş səs effektini verəcək. Eyni zamanda xalqın tarixi təcrübəsi və ənənələrinə yuxarıdan aşağıya baxmaq olmaz. Əksinə, ən yaxşı ənənələrdən modernləşdirmədə vacib element kimi istifadə olunmalıdır. Bu məsələdə cəmiyyətin və hər bir vətəndaşın üzərinə Prezident bir neçə istiqamətdə vəzifələr düşdüyünü vurğulayır. Onun fıkrincə, hər bir qazaxıstanlı ilk növbədə yeni dünya düzəninə uyğunlaşmağı bacarmalı və real vəziyyətə adaptasiya olunmağa səy göstərməlidir. O, yeni əsrin bizdən nə tələb etdiyini yaxşı anlamalıdır. Bundan əlavə, hər bir qazaxıstanlı dünya və regional bazarlarda özünün yerini müəyyən etməyi bacarmalıdır. Burada söhbət təkcə istehsal olunan məhsuldan yox, həm də intellekt və biliklərdən gedir. Kompüter bilgiləri, xarici dilləri bilmək və yüksək mədəniyyətə malik olmaq əsas şərtlərdəndir. Ona görə də Prezident hesab edir ki, milləti XXI əsrə hazırlamağın bir hissəsi “Rəqəmsal Qazaxıstan”, üç dillilik, mədəni və konfessial razılaşmalar proqramlarından keçir.

Özünün proqram müddəalı məqaləsində dövlət başçısı modernləşdirmədə bəzi baxışların və stereotiplərin dəyişilməsinə ehtiyac olduğunu da göstərir. Onun fikrincə, əsas istiqamətlərdən biri praqmatikliyə üstünlük verilməsidir. Vaxtilə millətin israfçılığının Aral dənizinə böyük zərbə vurduğunu xatırladan Prezident, qeyd edir ki, bu, ekoloji fəlakətə gətirib çıxardı. Bu, qeyri-praqmatik yanaşmaya ən parlaq misaldır,  - deyə dövlət başçısı yazır. Onun fikrincə, real məqsədə çatmağın ən yaxşı yolu öz davranışlarında praqmatik olmağı təmin etməkdir. Müasir dünyada da bu, uğurlu model kimi qəbul olunub.

Prezident bununla yanaşı, milli dəyərləri qoruyub saxlamağı da vacib şərt sayır. Milli adət-ənənələr, xalqın dili, musiqisi, ədəbiyyatı, toy mərasimləri, bir sözlə milli-mənəvi məsələlər həmişə öndə olmalıdır. Eyni zamanda, köhnəlmiş və arxaik, bu gün öz əhəmiyyətini itirən bəzi adətlərdən də əl çəkməyin vaxtıdır. Artıq milləti regional hissələrə bölmək kimi fikirlərdən uzaqlaşmaq lazımdır. Biz meritokratik cəmiyyət qururuq, yəni hər kəs öz fəaliyyətinə və şəxsi keyfiyyətlərinə görə qiymətləndirilməlidir, - deyə Prezident qeyd edir.
Yaxın on illiklərdə bir çox peşələrin yarısı öz əhəmiyyətini itirəcək. Belə şəraitdə yalnız yüksək təhsilə malik insanlar öz uğurlu həyatlarını təmin edə biləcəklər. Məhz bu səbəbdəndir ki, Qazaxıstan dövlət büdcəsindən təhsilə ayrılan vəsaitə görə öncül ölkələr sırasındadır. Nursultan Nazarbayevə görə, gənclərin təhsilinə önəm verilən ölkələri gələcəkdə uğurlar gözləyir.

Prezident əmindir ki, XX əsrin ziqzaqlarından, habelə çağdaş zəmanəmizin diqtələrindən düzgün nəticə çıxarmaq üçün yeni dünyagörüşü, ideoloji işi gücləndirmək tələb olunur.

Nazarbayevin fikrincə, ictimai düşüncə açıq fikirlərə yol açmaq lazımdır. Onun yazdığına görə, bu üç istiqamətdə özünü göstərməlidir: birincisi, anlamaq lazımdır ki, bu gün dünyada nə baş verir. İkincisi, sənin ölkənlə bağlı və üçüncüsü, planetin sən yaşadığın hissəsində nələr baş verdiyini bilməyindir.
Nursultan Nazarbayev öz məqaləsində altı konkret layihə barədə söhbət açır. Dövlət başçısı qeyd edir ki, hər şeydən əvvəl mərhələlərlə qazax dilini latın qrafikasına keçirmək lazımdır. Biz buna müstəqillik illərində hazırlığa başlamışıq. Prezident hələ 2012-ci ildə bu məsələyə toxunmuşdu.

Qazaxıstan lideri ikinci layihəni “Yeni humanitar biliklər. Qazax dilində 100 yeni dərslik” adlandırıb. Burada söhbət ictimai və humanitar elmlərdən gedir. Bu məqsədlə humanitar kafedraların fəaliyyəti daha da genişlənəcək. Nəzərdə tutulur ki, dünyanın 100 ən yaxşı dərsliyi müxtəlif dillərdən qazax dilinə tərcümə olunsun. Prezidentə görə, bu qazaxıstanlı gənclərin dünya standartları səviyyəsində təhsil almasını təmin edəcək.

Digər layihədə diyarşünaslığın inkişafından söhbət açılır. Burada mədəni-tarixi abidələrin bərpası və digər vacib regional məsələlər də nəzərdə tutulur. Daha bir layihə isə “Qazaxıstanın müqəddəs ziyarətgahları” adlanır. Bu sahədə də ölkə sakinlərini xeyli yeniliklər gözləyir.

Növbəti layihə belə səslənir: “Qlobal dünyada müasir qazax mədəniyyəti”. Burada məqsəd ölkəni təkcə neftinə və xarici siyasətdə nəhəng təşəbbüslərinə görə yox, həm də mədəni nailiyyətlərinə görə tanıtmaqdır.
Nəhayət, altıncı layihədə “Qazaxıstanın 100 yeni siması”ndan söhbət açılır. Adından da göründüyü kimi, xidmətləri olan belə şəxsləri cəmiyyətə tanıtmaq, onları nümunə göstərmək və təbliğ etmək nəzərdə tutulur.
Dövlət və millət - quru konstruksiyadan ibarət deyil, əksinə, inkişaf edən canlı orqanizmdir. Yaşamaq üçün vaxtında özünü dəyişməlisən. Zaman dayanmır, deməli modernləşdirmə də davamlı prosesdir, - deyə Nazarbayev bildirir.



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]