Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Valyuta dəyişmə məntəqələri yenidən açılır

Valyuta dəyişmə məntəqələri yenidən açılır
Bölmə :
Reportaj
Yayım tarixi :
25/4/2017 [16:45]
Baxılıb :
11529 dəfə
Əli Məsimli: “Qara bazar"da alış-satış banklardan daha yumşaqdır”
Yevda Abramov: “Xalq çaşıb qalıb, bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar”

Azərbaycanda valyuta dəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir. Bununla bağlı Milli Məclisdə “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəyə çıxarılıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. "Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək”. 
Z.Səmədzadə qeyd edib ki, lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə  vətəndaşlara veriləcək. Valyutadəyişmə məntəqəsi üçün lisenziya almaq üçün girov tələb ediləcək.
Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması turist və vətəndaşlar arasında narahatlıqlara səbəb olub və müəyyən çətinliklər yaradıb. Q. Həsənquliyev valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpasını və vətəndaşların bu hüquqlardan yararlanmasına şəraitin yaradılmasını müsbət qiymətləndirib. Bununla belə, o, qanunda lisenziyaların alınması ilə bağlı bəzi məqamlarla razılaşmadığını vurğulayıb: “Qanunun 13-1-ci maddəsinə əsasən, lisenziyanın verilməsi üçün fiziki şəxslərdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması ilə bağlı şəhadətnamənin surəti tələb olunur. Bəlkə həmin şəxsə lisenziya verilməyəcək. Niyə bu halda o gedib vergi orqanında qeydiyyatda durmalıdır? Bu məsələyə bir aydınlıq gətirilməsini istəyərdim. Bundan başqa, ərizədə qeyd olunan obyektlərinin hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən notarial qaydada təsdiq olunmuş sürəti tələb olunur. Əgər bu lisenziya ala bilməyəcəksə, valyutadəyişmə məntəqəsi kimi obyekti olmayan şəxslər niyə gedib kimlə isə müqavilə bağlayıb, pul ödəməlidir? Bunların tələb olunması doğru deyil”.
Deputat Elmira Axundova da deyib ki,  valyuta dəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub. “Belə ki, ilk əvvəl valyuta dəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alı
İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir.
Bunları nəzərə alaraq “Valyuta tənzimi haqqında” qanuna təklif edilən dəyişikliyi mühüm addım hesab edirəm. Yeni dəyişikliklər valyuta dəyişmə məntəqələrinin qanuni şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq. Həmin şəxslər artıq vergi ödəyicisinə çevriləcəklər.
Bütün bu müsbət məqamlarla yanaşı bəzi fikir və iradlarımı da sizlərlə bölüşmək istərdim. Əvvəla, ilk sualım rezident fiziki şəxsin fəaliyyət ünvanı ilə bağlıdır. Məncə fəaliyyət ünvanı mütləq tələb olmamalıdır. Bu, vətəndaşlar üçün əlavə çətinliklər yaradacaq. Çünki hər dəfə ünvan dəyişəndə gərək lisenziya yenidən rəsmiləşdirilsin.
Qanunun 13-5-ci maddəsi ilə bağlı sual vermək istərdim. Lisenziya yenidən rəsmiləşdirilərkən hər hansı rüsum tələb olunacaqmı? Bununla bağlı məsələyə qanunda aydınlıq gətirilməlidir.
Qanunun 13-8-ci maddəsində Lisenziyanın ləğvi halları sadalanır. 13-8.1.7-ci maddəyə görə lisenziya sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda lisenziya ləğv edilir. Düşünürəm ki, bu müddəti uzatmaq da olar, çünki lisenziya alandan sonra müəyyən səbəblər ola bilər ki, şəxs dərhal işə başlaya bilməsin. Mən Qüdrət müəllimlə tamamilə razıyam ki, girov məsələsinə yenidən baxmaq lazımdır, çünki bu məsələ o qədər də məntiqli deyil. Ona görə ki, bu insanlar dövlət köməyi olmadan öz vəsaiti hesabına valyuta dəyişmə məntəqələrini yaradırlar və bu fəaliyyətdən dövlətə vergi ödəyəcəklər. Nəyə görə onlar üstəlik girov da qoymalıdırlar? 
Digər tərəfdən, hesab edirəm ki, lisenziya alınması proseduru çox da asan olmamalıdır. Məncə 500 manat lisenziya rüsumu azdır, onu ən azı iki dəfə qaldırmaq lazımdır. Çünki lisenziya onsuz da müddətsiz verilir. Digər tərəfdən lisenziya alan hüquqi və fiziki şəxslərin sənədləri ciddi yoxlanılmalıdır, söhbət təkcə vergi cinayətlərinin olub-olmamasından getməməlidir, həm də bu sahədə işləmək istəyənlərin təcrübəsindən, professional biliklərindən getməlidir, yəni valyuta dəyişmə məntəqəsini açan şəxs ən azından ali maliyyə ixtisasına malik olmalıdır” ”“ deyən deputat qeyd edilən məsələlərə aydınlıq gətirilməsini xahiş edib. O, ümumilikdə qanuna təklif edilən dəyişiklikləri labüd hesab etdiyini vurğulayıb. 
Deputat Vahid Əhmədov isə qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır.
 “Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik.  Müzakirələrə ehtiyac var”. 
Deputatı Siyavuş Novruzov isə bildirib ki, valyutadəyişmə məntəqələrinin ləğvi nəticəsində "qara bazar" formalaşdı. “”Qara bazar”da isə vətəndaşların aldadılması, valyutaların yüksək qeyri-real məzənnə ilə dəyişdirilməsi məsələləri gündəmdə idi və vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik. Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Bunu niyə bağlayırdıq, indi niyə açırıq? Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib, problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa, o zaman bununla bağlı təqdimat verilsin".
Deputat  vurğulayıb ki, 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılmasə minlərlə insanın işsiz qalması ilə nəticələnib. “Pullar isə "qara bazar"da dövr etdi. Bundan əvvəl valyutadəyişmə məntəqələrinin yerləri vardı və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımız istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki  onların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə olur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur".
S. Novruzov da valyutadəyişmə məntəqələri üçün depozit tələbinə qarşı çıxıb. "Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytarıla bilməzsə bu məsuliyyət  dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarına dövlət özü qarantiya verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyur, müdafiə edir. Valyuda dəyişmə məntəqələrindən deposiz istəməyə nə ehtiyac var? O zaman göyərti satana da deyək ki, depozit qoy?".
Deputat Əli Məsimli vurğulayıb ki, bu gün “qara bazar"da alış-satış banklardan daha yumşaqdır. “Banklarda alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır. Bankların bu siyasəti davam edəcəksə, 21 fevrala yenidən dönəcəyik. Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. "Qara bazar" ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, "qara bazar" aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik "qara bazar"ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı "qara bazar"a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? "Qara bazar"da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır".
Deputat Yevda Abramov bildirib ki,  valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi: “Amma hamısını bağladılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Bu gün Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi. Mən qeyd edim ki, babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur”.  Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]