Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycanda vahid turizm reyestrinin yaradılması dönüş nöqtəsi olacaq

Azərbaycanda vahid turizm reyestrinin yaradılması dönüş nöqtəsi olacaq
Bölmə :
KİVDF
Yayım tarixi :
24/4/2017 [22:43]
Baxılıb :
2717 dəfə
AHTTSA prezidenti ölkənin potensial imkanlarından danışır

Fevralın 25-27-də İordaniya Haşimilər Krallığının paytaxtı Amman şəhərində Kral II Abdulla ibn Hüseynin himayəsi ilə "Global Healthcare Travel Forum" (Qlobal Sağlıq Turizmi Forumu) zirvəsi keçirilib. Forumda 60-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Ölkəmizi bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) prezidenti Ruslan Quliyev təmsil edib.Türkiyə Sağlıq Turizmi Konseyinin təşəbbüsu və dəstəyi ilə Azərbaycan Sağlamlıq vəTermal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Qlobal Sağlamlıq Turizmi Təşkilatının vitse-prezidenti seçilib. 

 Ruslan Quliyevlə  müsahibəmizdə Azərbaycanın turizm imkanları,  tibbi turizm potensialı barədə söhbət etdik.

- Ruslan bəy, öncə istərdim  Amman  səfəriniz barəsində danışasınız.
- Azərbaycan 2013-cü ildən bu qurumda təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Konseyi başkanı Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Təşkilatın indiki prezidenti İordaniya Özəl Xəstəxanalar Assosiasiyasının sədri Dr. Feyzi Al-Hammori idi.  Zirvə toplantısının açılış mərasimində İordaniya Haşimilər Krallığının baş naziri, zati-aliləri Hani Al-Mulki, İordaniya Haşimilər Krallığının şahzadələri Xanım Ghida Talal və Dina Mired, səhiyyə naziri cənab Mahmud Al-Şeyyab və turizm naziri Xanım Lina Mazhar Annab iştirak etdilər. Biz həmkarlarımıza  Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaaltı, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verdik.  Azərbaycanın bu təşkilatda vitse-prezidentlik statusu minimum 2 il müddətində davam edəcək.60-a yaxın ölkəni birləşdirən bu təşkilatın  2019-cu ildə Global Sağlamlıq turizmi Forumunun Azərbaycan keçirilməsinə böyük imkanlar var. Bu müddət ərzində Bakı, Naftalan, Qalaaltı,Qəbələ və Naxçıvanda sağlamlıq turizmi ilə bağlı silsilə xarakterli tədbirlərin keçirilməsini qarşımızda hədəf kimi müəyyən etmişik. Ölkə daxilində də bu təşkilatın tanıdılmasına böyük zərurət var. Məqsədimiz  GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəyə turist axınına səbəb ola biləcək fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir. Sonda "Qlobal sağlıq turizmi Amman" deklorasiyası qəbul olundu. Deklorasiyada  Sağlamlıq Turizminin 8 əsas istiqaməti müəyyən olunmuşdur. 

1)tibbi turizm, 
2)dental turizm,
3) spa turizmi
4) kulinariya turizmi
5)idman turizmi
6) 3-cü yaş qrupu turizmi -Assisted residential turizm
7) velnes turizm
8) əlçatan sosial turizm

Qlobal Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə yaradılıb. Bizim təşkilatımız isə 4 ilə yaxındır  fəaliyyət göstərir.  Ölkədə  fəaliyyətdə olan  sağlamlıq  mərkəzləri, yəni Naftalan, Qalaltı, Naxçıvan Qəbələdə fəaliyyət göstərən sağlamlıq turizm müəssisələri bizim assosiasiyanın üzvləridirlər. İndiyə qədər ölkə daxilində və xaricində  keçirilən görüş, forum və seminarlarda iştirak etmişik. Hazırda sağlamlıq turizmi xəritəsinin yaradılması gündəmdə olan məsələlərdəndir. Qeyd edim ki, bu üzvlük bizə Azərbaycanın turizm potensialını geniş müstəvidə təqdim etmək imkanı verir.Bu ölkəyə əlavə turist axınını cəlb etmək üçün fəaliyyəti koordinasiya etmək imkanı yaradır.Biz qarşıya məqsəd qoymuşuq ki, ölkəyə  turizmdən gələn  investisiyanın artımına nail ola bilək. Çünki artıq neft iqtisadiyyatından qeyri neft iqtisadiyyatına keçid dövrü başlamışdır. Bunun üçün də  iki ən  effektiv sahə  var, turizm və kənd təsərrüfatı.

Bilirsiniz ki, sovet dövründə, 80-ci illərin sonunda Azərbaycanın sağlamlıq müəssisələri populyar idilər. Naftalan, Qızılqum adla deyilirdi. Qeyd edim ki, biz Xəzər dənizinin sağlamlıq potensialından lazımi şəkildə istifadə edə bilmirik. Abşeron yarımadasında müalicəvi göllər, palçıq vulkanları var. Problem bundadır ki,  Səhiyyə Nazirliyi,  Mədəniyyət və Turizm  Nazirliyi ilə koordinasiyanı təşkil etməliyik. Biz Turizm Şurasının yaradılması fikrinə çox nikbin baxırıq. Yəni turizmlə bağlı bütün  problemləri bu müstəvidə müzakirəyə çıxara biləcəyik.  Bu gün sağlamlıq turizmi Azərbaycan üçün niyə vacibdir?  Biz bu gün dəniz turizmi məsələsində özümüzü İspaniya və ya Türkiyə ilə müqayisə edə bilmərik.  Ekoloji və  sağlamlıq turizminin model  ölkəsi olmaq imkanlarımız var.  İşgüzar  turizmdə və ya dəniz turizmində gecələmə sayı  azdır. Lakin bildiyiniz kimi  müalicə kursu ən az 15 gün təşkil etdiyinə görə sağlamlıq turizminin ilin bütün  aylarında  effektiv  gəlir gətirmək imkanı var.

- Bəs Azərbaycanda mövcud olan sağlamlıq turizmi potensialından yetərincə istifadə etməyə nə mane olur? Təbiət bizə Duz dağ, Naftalan, Qalaltı kimi nemətlər bəxş edib. Sıfırdan yaratmırıq. Var olan neməti dəyərləndirmək lazımdır…
- Azərbaycanda baş verən devalvasiya ölkəni birdən-birə başqa ölkələr üçün cazibədar ucuz bazar halına gətirdi. Keçən illə müqayisədə 35% enmə müşahidə  olundu, əksinə xarici ölkələrin tur paketləri Azərbaycan vətəndaşları üçün bahalaşdı. Bundan sonra biz əmin olduq ki, postneft dövrü başlanıb. Əsas problem ondan ibarətdir ki, biz bu gün turizmin ölkəyə gətirə biləcəyi dividendləri başa düşməliyik. 11 iqlim tipinin doqquzu Azərbaycandadır, müxtəlif tarixi, mədəni abidələrimiz, zəngin mətbəximiz var. Lakin bunun təqdim etmə mədəniyyəti yaradılmalıdır. Burada orta və kiçik sahibkarlıq mütləq şəkildə təşviq olunmalıdır. Turizmdə birinci məsələ ölkənin tanıdılması məsələsi idi. Güman edirəm ki, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər, o cümlədən "Eurovision", "Formula-1",  Avropa Oyunları, İslam Oyunları ölkəni coğrafi məkan kimi dünyaya tanıtdı. İkinci hazırlıq məsələsidir. Yəni dünya bazarına rəqabət qabiliyyətli turizm paketinin çıxarılmasıdır. Məhsul nə zaman cazib qiymətdə olur? Onun maya dəyərinə təsir edən amillər aradan qaldırılarkən.Yenə qeyd edirəm, subsidiya proqramları həyata  keçirilməli, kiçik və orta sahibkarlıq təşviqi edilməlidir. Viza sadələşdirilməsi addımı vacibdir. Dövlət tərəfindən  atılan cüzi dəstək nəzərəçarpacaq müsbət nəticələrə səbəb olur. Yol xəritəsi hazırlanan zaman, turizm  haqqında qanun hazırlanarkən səhvlər buraxsaq, sonra bunun əziyyətini çəkəcəyik. İndi otelləri 100 min yataq sayına, bu sahədə çalışanların sayının 50 mindən çox  olması hədəfimizdir. Ölkə daxili turizmi əlçatan etmək vacibdir.  Amman deklarasiyasının bəndlərindən biri  əlçatan turizmi özündə ehtiva edir. Bura sosial turizm də demək olar. Yəni ən kasıb  təbəqənin də turizmin imkanlarından istifadə etməsi nəzərdə tutulur. Biz bütün seqmentlərdən turist cəlb etməkdə maraqlı olmalıyıq. Gürcüstanda aparılan monitorinqlər göstərib ki, onlarda brend otellərdə qalmaq  daha bahalıdır. Ancaq bu ölkədə öz evlərini  otel kimi istifadəyə verənlər çoxdur. Turistləri aqroturizm, kənd turizmi də cəlb edir. Avropada  aqroturizm çox populyardır. Bu gün Göygöl ətrafında, Qəbələdə, Lahıcda, Lənkəranda buna imkan  var. Uzun müddət kənd turizmi anlayışı bizdə qəribə qarşılanırdı. Bizim mentalitetə uyğun olaraq kənd adamları deyirdilər ki, necə ola bilər, biz qonağı evə yerləşdirək, ondan pul alaq? Təcrübə göstərir ki, bu  gəlirli bir sahədir. Düşünürəm ki, səhər yeməyi bazasında bütün dünyada qəbul edildiyi kimi, bir günü 20-25 dollar olmaqla ucuz otellər yaradıla bilər. Bu fəaliyyət növü ilə məşğul olanlara şərait yaradılmalıdır. Bu da bir xidmət növüdür, hər kəs bununla məşğul ola bilməz. Prezidentimizin fərmanında da qeyd edildiyi kimi, vahid turizm reyestrinin yaradılmasına ehtiyac var. Azərbaycan stabil ada statusuna malik ölkədir. Ümumdünya turizm təşkilatı qarşısında  hər bir ölkənin öhdəliyi var, etik davranış məcəlləsinə imza atmışıq. Bu o deməkdir ki, ölkəmizə gələn hər bir turistin təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Bəzi düşmən qüvvələr xaricdə süni şəkildə bizim Qarabağ problemimizi gözə soxaraq Azərbaycanın turizm imkanlarını kölgə altına qoymaq istəyirlər. Amma keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlərin insidentsiz ötüşməsi ondan xəbər verir ki, Azərbaycan bu problemi həll edib. Xidmət səviyyəsinin də yüksək səviyyəyə qaldırılması vacibdir. Çünki turizmdə təhlükəsizlik və xidmət səviyyəsi ən vacib amilləri təşkil edir.

- Dini turizm üçün də əlverişli məkanıq…
-  Bəli, Azərbaycan  alternativ turizm üçün böyük potensiala malikdir. Əshabi-Kərf, Bibiheybət, İmamzadə, Peyğəmbər nəslinin nümayəndələrinin məzarlarının  ölkəmizdə olması  dini turizmin inkişaf etdirilməsinə böyük imkanlar yaradır. Biz ölkədaxili turizm marşrutlarına həmin obyektləri daxil edirik. Ümumiyyətlə, ölkənin hərtərəfli şəkildə tanıdılması üçün müxtəlif addımlar atılır, tədbirlər görülür. Folklor paytaxtları, mədəniyyət paytaxtları, ədəbiyyat paytaxtları  seçilir. Məsələn, rayonlar üzrə plov, dolma, mürəbbə, nar uzunömürlülər festivalları  keçirilir. Bu kimi tədbirlər geniş işıqlandırılmalı, proqramlara salınmalı, belə tədbirlərə müxtəlif  beynəlxalq təşkilat nümayəndələrinin, diplomatik missiyaların qatılmasını təşkil etmək lazımdır. Bunlar hamısı bizim  tanıdılmağımıza xidmət edən məsələlərdir. Məsələn, Qəbələdə keçirilən caz festivalları. Bu festivalın özünün dinləyici kontingenti var. Mən maraqlı bir faktı qeyd edim. Dünyada  Formula -1 yarışlarının  yarım milyard məqsədli izləyicisi var. Bu o deməkdir ki, bu yarışlar zamanı yarım milyard insan Bakını və  burada baş verən hadisələri izləyəcək. Bu çox önəmli məsələdir. Turizm Təbliğat Bürosu yaradılıb. Düşünürəm ki, bu büro da yeni ideyalar irəli sürəcək, ölkəmizin təbliğinə öz töhfələrini verəcək. 

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]