Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dünya zəkalarsız keçinə bilməz - 2

Dünya zəkalarsız keçinə bilməz -  2
Bölmə :
Araşdırma
Yayım tarixi :
24/4/2017 [20:47]
Baxılıb :
2588 dəfə

04.03.2017 - ci il tarixli "Bizim Yol" qəzetində dərc olunmuş eyni adlı məqalədə gücüm çatan qədər çalışdım zəkalı insanların dəyərini əsaslandırım.  İstəyimə nə dərəcədə nail olduğumu bilmirəm. Bircə onu bilirəm ki, ürəyim doludur, hələ istədiklərimin bir faizini də yazmamışam. Mövzu çox böyük mövzudur. Xalqımızın zəkalı şəxsiyyətləri çox olub və indi də var. Lakin onlara münasibət biradlı deyil. Hazırkı durumda məni ən çox məyus edən, gələcəyə inamımı azaldan aparıcı vəzifələrə təyin olunan fərdlərin zəka göstəriciləridir. Bu işdə buraxılan səhvləri nisbətən az itki ilə ötüşdürmək məqsədilə xarici ölkələrdə bütün vəzifələr müddətlidir. Yəni ali təhsil sistemlərində kafedra müdirləri 1-4 il müddətinə, dekanlar 2-4 il müddətinə, rektorlar isə 4 il müddətinə və s. seçilirlər.

Yəni ali təhsil sistemlərində vəzifələr seçkilidir. Başqa sahələrdə də rəhbərlik müddəti konkret rəqəmlərlə ifadə olunur. İstənilən müəssisədə ən yüksək vəzifədə duranın ağlı, bacarığı və qabiliyyəti orada çalışanların hamısınınkindən çox olmalıdır. Belə olmadığı təqdirdə heç bir "yenidənqurma"nın mənası yoxdur. Bu yerdə adamın yadına İ.A. Krılovun sazəndələri düşür.  

Ona görə qərara gəldim ki, həmin mövzuda silsilə yazılar yazım. Bir daha tanıdığım zəkaları şərəfləndirim. Cavan həmvətənlərim ibrət götürsünlər.

Qəlbimin ən dərin guşələrində özünə əbədi məskən salmış, tələbələrinin sevimlisi Rəhmi Həsən oğlu Həsənov hələ uzun illər yeri bilinəcək pedaqoq-alimlərdən olduğundan ikinci yazını onun əziz xatirəsinə həsr edirəm. Onun özü də, əməlləri də müqayisəyə gəlməzdir. Tədris və təhsilin görkəmli təşkilatçısı, fizika-riyaziyyat elmləri namizədi və professor Rəhmi müəllim 21 Yanvar 1908-ci ildə Krımın Bağçasaray şəhərində ictimai xadimlər və köklü ruhanilər ailəsində anadan olmuşdur.
1925-ci ildə fəhlə-gənclər məktəbini bitirən R.H.Həsənov Krımdakı "Xeyriyyə" cəmiyyətinin və dünya şöhrətli türkoloq Bəkir Çobanzadənin təşəbbüsü ilə Bakıya gəlir, Azərbaycan Pedaqoji institutunun təbiət-riyaziyyat şöbəsinə daxil olur. Hələ tələbə ikən 1928-ci ildə  fəhlə-gənclər məktəbində və N.Nərimanov adına texnikumda fizikadan dərs deməklə pedaqoji fəaliyyətə başlayır. 1930-cu ildə institutu bitirərkən onu ümidverən tələbə olduğundan burda müəllim kimi saxlayırlar. 

Onun Azərbaycan Dövlət Universitetində əmək fəaliyyəti 1934-cü ildən başlayıb, ömrünün son günlərinə kimi (21 Aprel 1989) davam edib. 1944-1967-ci illərdə O, "nəzəri-fizika" kafedrasının, 1967-1972-ci illərdə isə özünün yaratdığı "Maddə quruluşu" kafedrasının müdiri olub. Uzun illər dosent və professor vəzifələrində çalışıb.

Onun elmi-pedaqoji fəaliyyəti XX əsrin birinci yarısına, fizikanın sürətli inkişafı və yeni ixtisas kurslarının yarandığı dövrə düşüb. 

 Rəhmi müəllim Azərbaycan və Rus dillərində yaratdığı proqramlar əsasında termodinamika, elektrodinamika, statistik fizika,  atom və nüvə fizikaları və kvant mexanikası kurslarını ilk dəfə  tədris edib. 
Respublikamızda müxtəlif ixtisaslar almış çoxlu sayda alimlər ordusu özlərini Rəhmi müəllimin tələbələri hesab edirlər. İndi onun müxtəlif texniki ixtisas almış tələbələri Milli Elmlər Akademiyasının müxbir və həqiqi üzvləridirlər. 

Xüsusi obyektivliyi ilə fərqlənən Rəhmi müəllimin imtahanlarından keçənlər inana bilərdilər ki, fizika fakültəsini bitirmişlər. Onun məşhur deyimləri var idi: "Tələbəsi müəllimini keçməyən müəllim, müəllim deyil." 
Respublikanın görkəmli fiziklərinin Rəhmi müəllim haqda dediklərindən:
- O, fizika fakültəsinin ən savadlı müəllimi olub (akademik Sabir Hacıyev),
-O, çox diqqətli və nəcib insan idi (akad. Rəhim Hüseynov),

- O, ilk mühazirələrindən tələbələrinin zəhmətsevən, çalışqan, ümidverən olanlarını təyin edər və onlara atalıq qayğısı göstərərdi (dos. Rəşid Mehdiyev),

- Məhz onun rəyilə SSRİ məkanının mərkəzi şəhərlərinə tələbələrin göndərişi həyata keçirilirdi (akad. Bəhram Əsgərov),

- Ali məktəbi bitirənlərin aspiranturaya göndərilməsi də onun seçimi və göndərişi ilə həyata keçirilirdi (prof. Şahlar Əsgərov),

- Tələbələrinin məişət məsələləri də onun qayğısından kənar deyildi    (dos. Hacı Mehdiyev),
- Günün istənilən vaxtı, istənilən sualla ona müraciət etmək olardı (prof. Eldar Məsimov),
- Hamı onu Azərbaycanın nəzəri fiziklərinin ağsaqqalı hesab edirdi (akad. Maqsud Əliyev),

Onun insan və pedaqoq kimi aşağıdakı fərqli xüsusiyyətlərini göstərmək olar:
- Ləyaqətliliyi, intelligentliyi, alicənablığı, adına uyğun rəhmdilliyi, özünə və başqalarına qarşı tələbkarlığı;
- Elmə olan aludəliyi və böyük zəhmətsevərliyi;

- Təkcə fizika-riyaziyyat deyil,  müxtəlif humanitar elmləri, incəsənəti, musiqini də çox sevməsi;
- Elmin populyarlaşdırılması və sistemləşdirilməsilə də məşğul olması.

     Bilikləri ilə bölüşməsi onu tələbələrinin və iş yoldaşlarının sevimlisi  etmişdi.O, ibtidai və orta təhsilə daha çox qiymət verirdi. Deyirdi ki: "İllərlə qazanılan təhsil və tədris metodlarını daha da inkişaf etdirmək lazımdır. İnsanların nail olduqları müsbət nə varsa, hamısı təhsillə bağlıdır. Məktəb təhsil sisteminin bünövrəsidir-özəyidir." Test sistemini qəti qəbul etmir, deyirdi ki, bu sistemlə uşağın təfəkkürünə dəqiq qiymət vermək olmur. 

Bütün bunlar 2008-ci ildə "Milli Elmlər Akademiyasının xəbərləri" jurnalının ikinci nömrəsində Rəhmi müəllimin anadan olmasının 100 illiyi münasibətilə akademik Maqsud Əliyevin və hazırda BDU-nun "Maddə quruluşu" kafedrasının müdiri prof. Eldar Məsimovun dərc etdirdikləri məqalədən  və Rəhmi müəllimi sevən tələbələrinin dediklərindəndir. 

Mənim də ona olan münasibətim adi tələbə-müəllim münasibətindən xeyli fərqli idi. BDU-nun əsas binasının birinci mərtəbəsində əvvəlcə bizim "Fiziki-elektronika" kafedramızın laboratoriyaları, sonra isə "Maddə quruluşu" kafedrasının laboratoriyaları yerləşdiyindən onlar öz kafedralarına gedəndə bizim dəhlizdən keçməli olurdular. Yəni biz tez-tez görüşürdük. O, həmişə dəhlizdən keçəndə ətrafında müxtəlif adamlar olurdu. Əgər Rəhmi müəllim tək keçirdisə mütləq ayaq saxlayıb görüşər və hal-əhval tutardı. Ya yeni oxuduğu bir şeydən danışar, ya da hansısa bir ideyadan-möcüzədən söhbət açar və mütləq müəyyən müsbət enerji verərdi. Onun tələbələrindən şikayət edən müəllimlərdən acığı gəlirdi. Deyirdi ki, tələbələr bizim məhsulumuzdur. Tələbəsindən şikayət edən müəllim özündən şübhələnməlidir.

Mən tez-tez onunla olan axırıncı görüşümü xatırlayıram. 1988-ci ilin Avqust ayının sonları idi. Bakının isti yay günlərindən biri. Ə.H. Qarayev adına uşaq xəstəxanasından çıxıb dayanacaqda avtobus gözləyirdim. Yaxşı ki, xəstəxananın həyətindəki hündür ağacların seyrək kölgəsi var idi. Darıxdırıcı bir mənzərə məni hövsələdən çıxarmışdı. Birdən bir avtobus gəldi və Rəhmi müəllimi yüngül bağ geyimində düşənlərin arasında gördüm. Tez yaxınlaşıb görüşdüm. Çoxdandı onu görmürdüm. Hal-əhval tutduq və o mənə Tofiq Fikrətin Məhəmməd Füzuliyə həsr  etdiyi şeirdən bir bənd dedi. Şeiri qurtaran kimi yeni avtobus gəldi və Rəhmi müəllim "mənim avtobusum gəldi" deyib xudahafizləşdi. Həmin anda mənim də 145 nömrəli avtobusum gəldi. Mən Nizami metrosundan Əhmədliyə getməli idim. Bir anın içərisində lap kinolardakı kimi gözləmədiyim olay başıma gəldi. Həm sevindim, yəni "göydən üç alma düşdü" kimi bir şey oldu, həm də kədərləndim. Nə olardı, avtobus Rəhmi müəllimi bir az gec aparardı. Yazını yazanda şeirin bir sətri yadımda qalmışdı, qalanlarını yaddaşımda bərpa edə bilmirdim. Yadıma düşdü ki, dostum Ağalar Məmmədbəyli şeir həvəskarıdır, həvəskar ədəbiyyatşünasdır, onda mütləq Tofiq Fikrətin kitablarından nəsə ola bilər. Zəng etdim, məsələni ona danışdım, Rəhmi müəllimin ruhuna rəhmət oxuyub dedi ki, məndə Tofiq Fikrətin Azərbaycan Dövlət Nəşriyyatının 1969-cu ildə nəşr etdiyi seçilmiş əsərləri var. İndicə şeiri tapıb  oxuyaram. Elə də oldu. Bir azdan Ağalar bəy Tofiq Fikrətin altı bənddən ibarət "Füzuli" şeirini mənə oxudu. Həqiqətən ruhum təzələndi. Oxuculara həmin şeirin Rəhmi müəllimin mənə oxuduğu bəndini təqdim edirəm:
Gözündə şölələnir atəşin günəşli 
                                             İraq,
Baxır həmişə həzin bir düşüncəyə               
                                     dalaraq.
Dühaya saf alını bir nümunədir 
                                       parlaq,
Soyuq dodaqlarının nəğməsi 
                              həmişə fəraq.

Fəraq ərəb dilində ayrılıq deməkdir. Dahi Füzuli bütün ömrü boyu qəribçilik çəkib. Vətən həsrəti onu Məhəmməddən Füzuliyə çevirib. Rəhmi müəllim də bütün ömrü boyu Bağçasaray həsrətilə yaşayıb. Məhz vətən həsrəti onu alimlik, həqiqi müəllimlik mərtəbəsinə yüksəldib. Onun insanpərvərliyi, haqq işinə sədaqəti də yəqin ki, qəribçilikdəndir.
 
Onun 11 yaşı olanda atası ağır xəstələnir və ailəni (4 bacısı və anasını) ona tapşırır. Rəhminin 12 yaşı olanda atası vəfat edir. Kiçik Rəhmi çiyinlərinə uyğun olmayan yüklərin altına girməli olur. Beləliklə, Rəhmi uşaqlıq həyatı ilə vidalaşır. Buğda biçir, başaq yığır, odun daşıyır və fəhlə-gənclər məktəbində oxuyur. Zəhmətilə və ağlıyla yaşıdlarından seçilir.

Rəhmi müəllimin ailəsinin başına gələnlər bütün Krım türklərinin tale yükü olub. Onların çox hissəsi sürgünlərdə, səhralarda aclıqdan, susuzluqdan və qışın şaxtalı soyuğundan məhv olublar. 

Rəhmi müəllimin gündəliyindən: 1925-ci ildə Bağçasarayda incəsənət- sənaye texnikumunu bitirən kimi Zöhdi əmioğlunun təkidi ilə Bakıya gəldim. Xoşbəxtlikdən Maqsud Cavadovla,  Malik Ramazanzadə ilə və onun zəhmətkeş və mənəviyyatlı ailəsi ilə tanış oldum. Məmmədəli Həşimzadə ilə dostluğum da ömrümdə yeni səhifə oldu. Ömrümün Bakı illərinin ilk üç ili tibb universitetində oxuyan əmim oğlu Zöhdi ağanın himayəsi altında keçib. Həyatımda ən böyük rol oynamış insanlardan biri Zahid Xəlilov, digəri isə Əliyev Mehdi Sadıq oğlu olub. Əmirxanov Həbibulla İbrahim oğlunun da münasibəti həqiqi dost münasibəti idi. Bu insanların yüksək keyfiyyətləri və mənə olan sarsılmaz dostluq münasibətləri məni ikinci vətənim saydığım Bakıya qırılmaz tellərlə bağladı. Bakıya qədərki ağrı-acılarımı unuda bildim. 

Kiçik kağız parçasında yazılmış bir neçə cümlənin altında yalnız tarix qoyulub: 1936-cı il. 
Dünya şöhrətli fizik, akademik (2003-cü ildən Nobel mükafatı laureatı) V.L. Ginzburq da Rəhmi müəllimin ən yaxın dostlarından olub. Onu 1980-ci ildə Bakıda konfransda olanda fizika fakültəsinə dəvət etmişdilər. Mühazirə böyük auditoriyada keçirilirdi. Rəhmi müəllim gələndə görür ki, yerlər tutulub, arxa qapıdan daxil olub, son sırada əyləşir. Auditoriyaya daxil olan akademik görür ki, Rəhmi müəllim arxa sırada əyləşib. Tez sıraların arası ilə keçib, gedir düz Rəhmi müəllimin yanına, əlindən tutub onu birinci sıraya gətirir. Bu hadisə xoş bir xatirə kimi fakültəmizdə xatırlanır. 

Rəhmi müəllimin adlarını çəkdiyi insanların hamısı professor və akademiklər olmaqla bərabər, həqiqi zəka sahibləri idilər. Onların da hər birinin Azərbaycan elminin inkişafında danılmaz zəhmətləri olmuşdur.  
Rəhmi  müəllim  musiqini  də  çox  sevirdi. O,  həm  klassik  Avropa  musiqisini,  həm  də  Azərbaycan  xalq  musiqisini  və  muğamı  yaxşı  bilirdi.

Deyilənə  görə,  bir dəfə  yuxarıda  adlarını  çəkdiyimiz  dostlarından  bir  neçəsi  ilə  Azneft  meydanının  yaxınlığındakı   alimlər evinin  həyətində  yığışıb  bulvara  axşam  gəzintisinə  getmək  üçün  Mehdi  müəllimi  gözləyirlərmiş.  O  vaxt  Bakının  bütün  həyətlərində  zivədən  paltar  asıb  paltar  ipini  taxta  ilə  yuxarı  qaldırırdılar  ki,  paltarlar  keçən  adamlara  maneçilik  törətməsin.  Həyətdə  də  uşaqlar  oynayır,  kölgəlikdə  qadınlar söhbət  edirlərmiş.  Bu  vaxt  həyətin giriş  qapısından  qamətli,   qolları  qotazlı, uzun  ağ  gülməxmər   paltarlı,  başında  o  vaxt  dəbdə olan  həsir  şlyapalı  bir  qadın  aşağı  salınmış  paltar  ipinə  doğru  aram-aram  gəlirmiş.  Dostlar  da  olayı  müşahidə  edirlərmiş.  Qadın  ipə  çatanda  ya  əyilməli  imiş, ya  da  dövrə  vurub  asfaltdan  torpaqlığa  çıxmalı  imiş.  Elə  bu  anda  kölgəlikdən  bir  qadın  çıxır,  zivəni  qaldırır  və  qadın  heç  bir  şey  olmamış  kimi  yoluna  davam  edir.  Sanki  hamı  rahatlanır  və  Rəhmi  müəllim  o  saat  deyir  ki,  zivəni  qaldıran  qadın  mütləq  musiqiçidir.  Dostlar  gülüşürlər.  Malik  müəllim  onları  intizardan  qurtarır,  deyir  ki,  o  qadın  cavanlıqda  konservatoriyada  fortepiano  çalanların  buraxılış  imtahanlarında  not  çevirirdi,  mən  onu  tanıyıram.  Rəhmi  müəllimin  üstündən  dağ  götürülür,  deyir  ki, “bax,  gördünüz,  not  çevirənlər də  həm  musiqini,  həm  də  notu  çalan  qədər  bilməlidirlər. Musiqiçilər, hətta  musiqi  sevərlər  də  çox  qayğıkeş  olurlar.”  

Rəhmi  müəllimin  80  illik  yubileyi  onun  bütün  tələbələri  üçün  önəmli  bir  hadisə  idi.  Mən  də  bu  münasibətlə  bir  şeir  yazmışdım.  Lakin  ürək  edib  şeiri  oxuya  bilmədim.  Görünür, qismət  belə  imiş.  İndi  şeiri  nəzərinizə  çatdırıram:
Ey  müqəddəs  ustadımız,
Qüdrətimiz,  amalımız!
Tələbəykən  qəlbimizdə
Saf  duyğular  oyatdınız.

Varlığımız  kölgə  kimi
Arxanızca  süründü,
Fizikanın  ənginliyi
Damla  kimi  göründü.

Yandırdınız  qəlbimizdə
Öyrənməyin  atəşin,
Məharətlə  izah  etdiz
Atomların  nüvəsin.

Müdrik - mətin  sözləriniz
Yaddaşlara  yazıldı,
Çox  əfsus ki,  o  görüşlər
Qısa  oldu,  az  oldu.

İndi  sizi  hər  görəndə
Varlığımız  şadlanır,
Çünki  hər  bir  tələbəniz
Davamçınız  adlanır.

Fəxr  edirik  adınızla
Sevinirik  ürəkdən,
Sizə  yüz  yaş  diləyirik
Təbiətdən - fələkdən.
Mənim  arzumla  fələklər  ona  yüz  yaş  vermədilər.  Lakin  o,  yüz  yaşlılardan  da  çox  əbədi  yaşam  prinsipləri  qoyub  getdi.  Onun  nikbinliyi  və  gələcəyə -  davamçılarına  qoyub  getdikləri  heç  vaxt  unudulmayacaq!

Rəhmi  müəllimin  mücadiləsi  göstərdi  ki,  zəkalı  və  nikbin  insanlar  bərkə  düşəndə  mübarizəyə,  döyüşə  can  atırlar.  Zəkadan  kasad,  zəif,  bədbin  insanlar  isə  döyüşdən  qaçırlar.  Məlumdur ki,  döyüşə  ürəklə  girmək  qələbənin  yarısıdır. Həyat  özü  döyüşdür.  Tədris  də  döyüşdür,  təhsil  də,  iş  də,  idman  da  döyüşdür.  Eyni  güclü  iki  güləşçidən  əlbəttə, ağlı  çox  olan  qalib  gəlir.  Bəxtin  gətirməsi,  zamanın  kiməsə  işləməsi,  günün  xoş  vaxtı  və  s.  qələbə  strategiyasının  düzgün  seçilməsindən  asılıdır.  Strategiyanı  ağıllılar  daha  düzgün  qururlar.  Rəhmi  müəllimin  ümidsiz  çağlarında  düzgün  strategiya  qurması, onun  sonrakı  həyat  yolunun  təntənəsi  zəkasının  güclü  olmasından  idi.  Zəka  da  Allah  vergisidir  və  zəhmətə  bağlıdır.  

Nemət  Məmmədli
Lütfi Zadə  adına  BMEA-nın  həqiqi  üzvü

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]