Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Artıq istefa siyasi tələbdir”

“Artıq istefa siyasi tələbdir”
Bölmə :
Müsahibə
Yayım tarixi :
20/6/2012 [12:29]
Baxılıb :
1102 dəfə
Pənah Hüseyn: “Müxalifətin vahid namizəd ideyası yırpanmış ideyadır”
“İctimai Palata indiyə qədər mövcud iqtidarın və birinci şəxsin istefasını rəsmən qoymayıb”

Müsahibimiz sabiq baş nazir və millət vəkili, hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvü olan Pənah Hüseyndir. 

 - Pənah bəy, İctimai Palatada prezidentin istefası ilə bağlı təklif əvvəllər də gündəmə gəlib. Yenidən təklifin səslənməsinin səbəbini necə izah edərdiniz?

- Hazırda qüvvədə olan demokratiyaya keçidin “Yol xəritəsi”ndə prosesin 2013-cü ilə qədər davam etməsi və islahatların əsasən yuxarıdan aparılması nəzərdə tutulur. İctimai Palatanın və başqa siyasi qüvvələrin vəzifəsi isə islahatlar üçün ictimai-sosial zəminin yaradılmasıdır. Ki, burada da demokratiya uğrunda kütləvi hərəkatın təşkil olunması, istiqamətləndirilməsidir. Eyni zamanda, bu proses müxalifət və vətəndaş cəmiyyəti ilə müəyyən razılaşmanı, müqaviləni nəzərdə tutur. Çünki bu işin birlikdə aparılması həmin prosesin legitimliyini və dinc gedişini müəyyən edir. Ona görə də İctimai Palata indiyə qədər mövcud iqtidarın və birinci şəxsin istefasını rəsmən qoymayıb. Lakin İctimai Palatanın keçirdiyi aksiyalarda bu məsələ gündəmə gəlib, ayrı-ayrı çıxışçılar tərəfindən səsləndirilib. Əgər hakimiyyət hər hansı islahatlar istiqamətində addımlar atmırsa, nəinki demokratik düşərgənin təklif etdiyi paketi icra etmirsə, həm də özü tərəfindən bu istiqamətdə bir meyl görünmürsə, o zaman demokratik düşərgədə birinci şəxsin istefası məsələsinin gündəmə gəlməsi təklif olunur. Yəni indiki “Yol xəritəsi”nin konsepsiyasında ciddi dəyişiklik olacaqsa, bununla bağlı olacaq.

- Təklif konkret kim tərəfindən irəli sürülüb?

- Bir dəqiqə, bu məsələnin başqa formasına gəldikdə, məsələ “Yol xəritəsi”ndə ümumi müddəa kimi nəzərdə tutulub. Eyni zamanda, İctimai Palatanın “2012-ci ilin fəaliyyət istiqamətləri” adlı sənədində məsələ ifadə olunub. Bu, İlham Əliyevin təkrar olaraq üçüncü dəfə prezidentliyə namizəd olaraq irəli sürülməməsidir. Və bu da Azərbaycanda çox ciddi islahatın tərkib hissəsi hesab edilir. Hal-hazırda müzakirələr aparılır və bu müzakirələr daxilində İctimai Palatanın “Yol xəritəsi”nin dəyişdirilməsi, əlavələrin edilməsi, yaxud yeni bir sənədin hazırlanması məsələləri gündəmdədir. Mənim mövqeyim ondan ibarətdir ki, mükəmməl islahatlar paketi olaraq indiki “Yol xəritəsi” gündəmdə saxlanmalıdır. Həm də xüsusən seçkilərdə müxalifətin demokratik prosedurları və ədalətli seçki mühitini önə çəkən, daha çox İctimai Palatanın, demokratik düşərgənin fəaliyyətini özündə əks etdirən, təqvimləşdirən, müəyyən bir prosesdə həyata keçirilməsini nəzərdə tutan yeni bir sənəd də qəbul oluna bilər. Və belə bir sənəd bu ilin fəaliyyət istiqamətləri əsasında hazırlana bilər. Hazırda Koordinasiya Şurasında bu məsələlər müzakirə olunur, mən ikinci təklifin tərəfdarıyam, sessiyadakı çıxışımda da mövqeyimi səsləndirmişəm. Yəni belə bir sənədin üzərində işləyənlərdən biri də mənəm.

- Deməli, Siz də istefa təklifinin tərəfdarısınız?

- Prinsip etibarı ilə hər bir avtoritar rejim istefa verib yerini demokratik yolla seçilən hakimiyyətə təhvil verməlidir. Sadəcə, İctimai Palata indiyə qədər mövcud şəraitdə Azərbaycanın maraqları üçün cavab verə bilən model kimi iqtidar-müxalifət arasında müəyyən müqaviləyə əsaslanan bir keçid dövrünü daha məqbul hesab edirdi. İrəli sürülən demokratiyaya keçid “Yol xəritəsi” də bu mövqeyin ifadəsidir, hələ də məsələ qüvvədədir və islahatlar paketinin başlanması da prinsipcə gözləniləndir. Eyni zamanda, avtoritar rejim və onun siyasi ifadəsi olan iqtidarın istefası da müxalifətin, ictimai təşkilatların və ziyalıların tələbidir. Bəli, bu tələb əslində həmişə qoyulmuşdur, sadəcə, bu gün İctimai Palatanın sənədlərində hansı formada əks olunması müzakirə olunur.

- Beynəlxalq və daxili şərtlər istefanın reallaşdırılmasını nə dərəcədə mümkün edir?

- İndiki dövrdə istefa tələbi siyasi tələbdir və həm iqtidara, həm də mövcud situasiyaya siyasi münasibəti əks etdirir. Əsas tələblər isə islahatların və köklü dəyişikliklərin həyata keçirilməsidir.  Bu sıraya siyasi məhbus, sərbəst toplaşmaq azadlığının, sosial-iqtisadi islahatların başlanması, ifadə azadlığının təmin olunması üçün addımlar daxildir. Başlıcası isə demokratik seçki mühitinin əsası olan istər hüquqi bazanın, istərsə də siyasi mühitin formalaşdırılması vacibdir. Bu baxımdan əsas diqqət məsələnin pozitiv tərəfinə yönəldilir. Faktiki olaraq, azad və ədalətli seçki keçirilərsə, Azərbaycan seçicisi demokratik qüvvələrin hakimiyyətə gəlməsinə səs verər. İstənilən halda isə demokratik düşərgə ədalətli seçki şəraitinin ortalığa qoyacağı bir hakimiyyəti xalqın ifadəsi qəbul edə bilər. Məsələnin mahiyyəti və məğzi bundan ibarətdir.

- ACP lideri Rəsul Quliyev  “Yeni Müsavat” qəzetinə müsahibəsində adınızı çəkməsə də, ünvanınıza tənqidlər səsləndirib. O, “sentyabrın axırına qədər bu hökumətin axırına çıxacağıq” fikrinizi də misal çəkib...

- Mənim elə bir ifadəni dediyimi Siz təsdiqləyirsiniz, yoxsa Rəsul Quliyev?

- Rəsul Quliyev ifadəni xatırladır, amma bu ifadənin Sizə məxsus olduğu söylənilir...

- Harada demişəm? Sən yanlış deyirsən, mən elə bir ifadə işlətməmişəm. Əgər iddia edirsinizsə ki, belə bir ifadə işlətmişəm, bunu haradan oxumusunuz?

- Mən bu barədə eşitmişəm.

- Mənim üçün Rəsul Quliyevin deməsi yox, Sizin deməyiniz maraqlıdır. Şəxsən mənim özümdən, yaxud məndə belə ifadəyə rast gəlmisinizmi?

- Xeyr, yenə deyirəm eşitmişəm.

- O zaman başqa suala keçək. 

- Bəs vahid namizəd məsələsi haqqında nə deyə bilərsiniz?

- Vahid namizəd ideyası yırpanmış bir ideyadır, iqtidar mediası və təbliğatı tərəfindən də müxalifətə qarşı istifadə olunur. Ona görə də söhbət İctimai Palatanın seçkilərdə iştirak konsepsiyasının hazırlanmasından gedirsə, bu konsepsiya hansı şəkildə qəbul olunacaqsa, ona uyğun icraya yönəlik xəttin həyata keçirilməsini təklif etmişəm. Bəziləri tərəfindən təxminən 15 ildir dövriyyədə olan və artıq xeyli dərəcədə yırpanmış ideya mənimdir. Və zərərli olan müxalifətin vahid namizədi ideyası kimi təqdim etmək isə qəsdən deyilsə, primitivlik və bəsitlik nümunəsidir. İstərdim ki, söylədiklərim qəzetdə ifadə olunsun.

- Doğrudanmı, İctimai Palatada Rəsul Quliyevin dediyi kimi təxribatçılar var?

- Mən Sizdən fərqli olaraq Rəsul Quliyevin iddiası ilə tanış deyiləm.

- Müsahibə bu gün dərc olunub.

- Bu məsələni Rəsul Quliyevlə aydınlaşdırın. Oxumamışam və mənim üçün xüsusi maraqlı və orijinal ifadə də deyil. Sualınızı ona ünvanlayın. Ümumiyyətlə, müraciət edəndə, dostyana xahiş edirəm, müsahibə alan tanınmış jurnalist kimi yaxşı hazırlaşın. Ki, hər sualınızın doğru olmadığı aşkara çıxmasın. Oxucular bunu Sizə bağışlamaz!

- Sizcə, həqiqətən ABŞ dövlət katibi Hillari Klinton müxalifətlə mayda mitinq keçirmək istəyinə görə görüşməyib? Rəsul Quliyev bu iddiada bulunub...

- Siz bu məsələni Rəsul Quliyevlə aydınlaşdırın. 

- O zaman başqa sual, tanınmış jurnalist Xaliq Bahadır qəzetimizin bugünkü sayımıza deyib ki (fikrimi ifadə etməyə imkan vermir -müəl.)...

- Mən Xaliq Bahadırla bağlı suallara cavab vermirəm. Başqa suallarınız varsa, buyurun!

- Niyə cavab vermirsiniz?

- Mənim üçün o elə bir maraq kəsb etmir.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]