Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Müsəlman geriliyinin beş səbəbi

Bölmə :
Köşə
Yazar :
Yayım tarixi :
22/4/2017 [20:37]
Baxılıb :
2772 dəfə

Sivilizasiyaların toqquşması haqqında deyilənlər nağıl deyil, gerçəklikdir və reallaşmaqdadır. Buna əmin olmaq üçün CNN kimi transmilli telekanallara baxmaq kifayətdir. Firavan Avropadan müsəlman Şərqinə keçən kimi mənzərə dəyişir, ekranları   partlayış, dağıntı, qəzəbli kütlə tutur, arada cır-cındır içindəki uşaqlarını yanına yığmış çadralı qadın və əlində silah “Alllahu-əkbər” deyən saqqallı kişi də görünür.  Əfqanıstan, Suriya, İraqdan olan süjetlər, adətən bu şəkildə verilir və beyinlərə müsəlmanların geridə qalmış və həm də qorxunc obrazı sızdırılır. Təəssüf ki, müsəlman ölkələri də bu yanaşma üçün əsas verir.

*   *   *

Hələ bir əsr əvvəl Üzeyir bəy müsəlman aləminin məzlumluğundan, Sabir və Mirzə Cəlil cahilliyindən, F.Köçərli yarımçıqlığından, İ.Qaspiralı fikir və zehniyyət donuqluğundan şikayətlənirdi. Şərqin “mürgülü” təbiətindən gileylənən Ə.Ağağoğlu da, onun müəllimləri H.Zərdabi və S.C.Əfqani də müsəlmanların sivilizasiydan kənarda qalmasının bir səbəbini  ifrat dindarlıqda görürdülər. Onlardan çox-çox əvvəl isə zülmətdə işıq axtaran Mirzə Fətəli müsəlman Şərqində nadanlığı və mövhumatı nəfəs dərmədən qamçılayırdı.

Millətə ürək yanğısı ilə deyilən tənqidlər öz yerində, amma doğrudanmı, bir toplumun geriliyində dini mənsubiyyət  bu qədər həlledici rol oynayır? Elədirsə, bəs onda Latın Amerikası və ya Afrikada başqa dünyəvi dinlərə mənsub olan xalqların zillət çəkməsinə səbəb nədir? Nəyə görə bu məmləkətlər yoxsulluğun, cəhalətin, korrupsiya və terrorun cəngindən xilas ola bilmir? Deməli, cəmiyət həyatına və insan taleyinə dinlə yanaşı başqa amillər də təsir edir. Siyasi rejim, iqtisadi şərait, ümumi mədəni səviyyə, mentalitet və s. bu amillər sırasındadır.

Şübhəsiz ki, İslam dininin təşəkkülü bəşər tarixində yeni era açdı, insanların Yaradanla, cəmiyyətlə, bir-birləri ilə ünsiyyətinə yeni rəng gətirdi. Həyatın mənası haqqında yeni düşüncələr yeni əxlaq və yeni davranış tərzi formalaşdırdı. “Quran” insanları ədalətə, mərhəmətə, sülhə və  barışığa səslədi, elmə yiyələnməyin vacibliyini göstərdi. Lakin zaman keçdikcə İslamın yayıldığı ölkələrdə tərəzinin gözü əyildi, yerli hakimlər bu dindən insanları itaətdə saxlamaq, onlara mütilik aşılamaq vasitəsi kimi istifadə etməyə başladılar.

Nəticədə hələ orta əsrlərdə dini dövlətdən ayırıb ELMƏ qucaq açmış Avropadan fərqli olaraq, müsəlman Şərqinin istibdad rejimləri islam dininin lövbərini daha dərinlərə buraxdı. Din xadimləri islamdakı yasaqları qabardaraq insan beynini, şüuru, düşüncəni də çəpərləməyə çalışdılar. Əlbəttə, elm və zəka sahibi kimi irəli çıxanlar tapıldı, amma bütövlükdə müsəlman aləmi bu şəraitdə dünyaya dar qəfəsdən baxmağa məhkum edildi. Bir tərəfdən Şərq müstəbidlərinin amansızlığı, digər tərəfdən dinin məişətdəki rolu yüz illər boyu hüquqsuz və məzlum kütlələr yetişdirirdi. Bu kütləyə yalnız yaxşı rəiyyət olmaq fikri aşılanırdı. Bax, müsəlman dünyasının bügünkü naqislıkləri, inkişafa mane olan fəsadlar əsrlər boyu iliyə hopmuş o mütilik psixologiyasından qaynaqlanır. Həmin psixologiyanı incələyən alimlər çağdaş dünyada müsəlmanların geriliyinin beş səbəbini göstərirlər.

Əsas səbəb təhsilsizlik və elmsizlik, bunun nəticəsi kimi elliklə savadsızlıq, cahillik və nadanlıqdır. Bunun çarəsi, təbii ki, keyfiyyətli təhsildədir.

İkincisi, kasıblıq və kütləvi yoxsulluqdur. Bunun da çarəsi azad biznesin inkişaf etdirilməsi, sərbəst bazar iqtisadiyyatının qurulmasıdır.

Üçüncü problem fərdlərdən tutmuş, ta dövlətlərarası münasibətlərə qədər hər yerdə konfliktlərin, aramsız ziddiyyət və münaqişələrin tüğyan etməsidir. Bunun çarəsi isə dialoqda, xoş niyyətdə və barışdadır.

Geriliyin dördüncü səbəbi müsəlman əhlinin hədsiz mütiliyi, öz haqqını müdafiə edə bilməməsi, hər şeydən çəkingənliyi və qorxaqlığıdır. Düzü, bunun çarəsinin nədə olduğunu deməyə adam çətinlik çəkir.

Beşinci səbəb kimi müsəlman toplumunda ölçü hissinin gözlənilməməsi, insanların heç bir məsələdə öz nəfslərinə hakim kəsilə bilməməsidir. Bu halın çarəsi əvvəldəki iki səbəbin aradan qaldırılmasındadır.

Əlbəttə, bu fikirləri oxuyanda ağlınıza geriliyə səbəb olan daha çox amillər gəlir, amma indiki halda elə bunlar üzərində düşünmək də kifayət edər.

Bilirəm, bəzilərinizin ürəyindən keçir deyəsiniz ki, bu gün nizamı pozulmuş dünyada müsəlmanların bir problemi də onların qüsurlu idarəçilik sistemində yaşamaları, yəni islam ölkələrinin çoxunda monarxiya və avtoritarizmin hökm sürməsidir. Təbii ki, ortada ərəb şeyxləri, M.Qəddafi, S.Hüseyn, H.Mübarək, hələ də hakimiyyət üçün çarpışan B.Əsəd kimi “nümunələr”in olması adamlarda bu qənaəti gücləndirir. Amma gəlin, razılaşaq ki, hakimiyyət hərisliyi dini mənsubiyyətlə yox, insan xisləti ilə bağlıdır. Oturduğu kreslodan yapışıb qopmaq istəməmək, ömür boyu hakimiyyətdən sallaşıb qalmaq xasiyyəti Amerika, Afrika və Asiya qitələrində müsəlman olmayan bir çox ölkələrin liderlərinə də xasdır. Yəni burada bir səmavi din olaraq İslamı günahlandırmaq doğru deyil.

*   *   *

P.S. Yazının sonuncu abzasının müsəlman dünyasında yeganə demokratik ölkə sayılan Türkiyə Cümhuriyyətində siyasi sistemin dəyişdirilməsi, yəni parlament idarəçiliyinin prezident üsul-idarəsi ilə əvəzlənməsi üçün keçirilmiş referenduma heç bir aidiyyəti yoxdur…

Qulu Məhərrəmli
   

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]