Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“300 manat müavinət istəyirəm...”

“300 manat müavinət istəyirəm...”
Bölmə :
KİVDF
Yayım tarixi :
18/4/2013 [11:06]
Baxılıb :
1113 dəfə
Birinci qrup əlil xüsusi qayğıya ehtiyacı olan vətəndaşların cəmiyyətə inteqrasiyasını təmin edəcək model təklif edir

Əlilliyi olan insanlara qarşı xüsusi diqqət və qayğı hər bir kəsin borcudur. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək, problemlərindən qurtulmalarına yardımçı olmaq sağlam insanların qarşısında duran ən vacib məsələlərdən olmalıdır. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabər hüquqlu şəkildə yaşamaq haqqı var və bu, onlar üçün çox vacibdir.
Qeyd edək ki, bərabər imkanlar cəmiyyətinin əsas prinsipləri ilk dəfə BMT-nin 1993-cü ilin dekabrında qəbul olunmuş əlilliyi olan insanlara bərabər imkanların yaradılması üzrə standart qaydalarında təqdim olunub. “Bərabər imkanların təmin olunması” termini xidmət, fəaliyyət növləri, informasiya və sosial infrastruktur kimi cəmiyyətin müxtəlif sistemlərini və ətraf mühiti hər bir kəs, xüsusən də əlilliyi olan şəxslər üçün müyəssər edən prosesi ifadə edir. Bu gün isə Azərbaycan Respublikasının qanunvericiliyində də ölkədə əlillərin sosial müdafiəsini, reabilitasiyasını təmin edən qanun və dövlət proqramları fəaliyyət göstərir.


Fövqəladə istedad

Bu dəfəki həmsöhbətimiz, xüsusi qabiliyyətə malik olan, fiziki qüsurlu xanım Aybəniz Nəsirovadır. Onunla əlillərin möcud durumu, gerçəkliklər və problemlərlə bağlı söhbət etdik.
Öncə həmsəhbətimizi oxuculara təqdim edək. A.Nəsirova 1957-ci ildə İmişli rayonunun Muradxanlı kəndində anadan olub. Ayaqları anadangəlmə iflicdir, I qrup əlildir. Doqquz yaşında xalçaçılıq sənətini anasından öyrənib. Hal-hazırdada bu sənətlə məşğul olur və bu sənəti inkişaf etdirmək arzusu ilə yaşayır. Bu sənət üzrə şagirdlər hazırlayır. Şagirdlərindən Fəridə Rufullayeva, Əfsanə Musazadə, Nəzakət və başqalarının adını qeyd etmək olar. 
Dəfələrlə sərgi müsabiqələri keçirib. “Cənnət anaların ayağı altındadır” əsərlərinin müəllifidir. Hələ körpə yaşlarından ağbirçəklərin əl işlərinə baxa-baxa təkəlduz - tikmə işlərinə meyl göstərib. Tətbiqi incəsənət növü olan təkəlduz sənətinin ustası, “Təkəlduz” jurnalının təsisçisi, Bakı şəhəri, Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə dərnək rəhbəri və müəllimdir.
Bu xanımın indiyədək 35 əl işi nümayiş etdirilib. 2007-ci ildə Heydər Əliyev Fondunun İsveçrə hökuməti ilə birgə keçirdiyi sərginin sertifikatı və qızıl medalı ilə təltif olunub. Gənclər və İdman Nazirliyi tərəfindən, əlil qadınlara təkəldüz sənətinin öyrədilməsi sahəsində xüsusi əməyinə görə 2005-ci ildə Fəxri Fərmanla təltif olunub. 2010-cu ildə isə həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərginin fəxri fərmanı ilə təltif edilib.
İstedadlı təkəldüz ustasının 100-dən artıq əsəri müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib. Əl Oyunları Sarayında fərdi sərgisi keçirilib. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Hazırda 12 ildir ki, Azərbaycan vətəndaşlığını qəbul etmiş əfqanıstanlı Bəynəzər Xudaynəzər oğlu ilə ailə həyatı qurub. Bir oğul anasıdır. 

“MDB məkanında belə qayğı yoxdur”


A.Nəsirovanın sözlərinə görə, bu gün əlilliyin sosial müdafiəsində ən başlıca prinsip ünvanlılığın təmin olunması, sosial ədalətin bərpa olunması və əlillər üçün hər cür şəraitin yaradılması olmalıdır: “Ölkənin qanunvericilik bazasında lazımi prinsiplər əksini tapıb, çərçivə qanunlarımız var. Yəni həmin qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası əlillərin sosial müdafiəsinə xidmət edir. Ancaq maliyyə dəstəyinin həcmi baxımından bu, birmənalı qəbul edilmir.
Əlillər üçün mənzil tikintisinə, nəqliyyat vasitələrinə pulun ayrılması dövlət tərəfindən bu təbəqəyə olan diqqətin nəticəsidir. Belə bir qayğı MDB dövlətlərinin demək olar ki, heç birində yoxdur. Ən əsası isə bütün cəmiyyətdə istər Qarabağ əlillərinə, istərsə də digər əlillərə qarşı mərhəmət prinsipi oyanmalıdır. Bunun üçün əlillər cəmiyyətlərindən, mətbuatdan çox şeylər asılıdır”.
Həmsöhbətimizin fikrincə, əlillərin cəmiyyətə reinteqrasiyası, əlilliyin bərpası, əlillərin reabilitasiyası ən aktual məsələlərdir: “Biz əslində əlil sözünün işlənməsinin əleyhinəyik. Çox zaman cəmiyyətimiz “fiziki qüsurları olan”, “sağlamlığı məhdud olan” kimi ifadələr işlətməklə əlillərə olan münasibətin aliliyini göstərmiş olur. Təbii ki, əlillərin rifahının yaxşılaşdırılması üçün hüquqi baza möhkəm olmalıdır. Xatırladım ki, bütün dünyada sosial müdafiənin həmrəylik, islam, sosialist kimi modelləri var. Məsələn, islam modeli sosial müdafiədə nədir? Bu modeldə sosial müdafiə elə qurulub ki, ora heç kim müdaxilə etmir, cəmiyyət özü özünün sosial müdafiəsini təmin edir. Buna Avropada libertarizm deyirlər. Hamı bilir ki, İslamda fitrə, sədəqə, zəkat kimi anlayışlar var və hesab olunur ki, əlilə kömək edən savaba qovuşar. Bu kimi təbliğata da ehtiyac böyükdür. Amma bizim bu gün qeyd etdiyimiz model beş mərhələli maraqlı bir model olan Avropa modelidir. Ümumiyyətlə, dövlət elə qanunlar qəbul etməlidir ki, insan özü özünü müdafiə edə bilsin. Ondan başqa, bizdə sosial xidmət mexanizmi inkişaf etməlidir”. 


“Əlilliyə görə müavinətlər artırılmalıdır”


Aybəniz Nəsirova bildirir ki, bu gün rayonlarda sosial reabilitasiya mərkəzləri işləmir: “Təbii ki, belə olduğu halda əlillərin reabilitasiyasında problemlər yaranır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əlillər üçün putyovka ayrılsa da, onların qiyməti bugünkü bizim bazar qiymətlərinə yaxın gəlmir. Həmin putyovkaların günlük qiyməti 12 manatdır və aydın məsələdir ki, bu məbləğ çox azdır. Eləcə də ictimai yerlərdə, nəqliyyatda, müxtəlif müəssisələrdə əlillərin rahatlığı təmin olunmayıb. Belə yerlərin pilləkənlərinda, girişində fiziki cəhətdən qüsurlu olan insanlar üçün lazımi şərait yaradılmayıb. Həmçinin əlillərə cəmiyyətdə münasibət dəyişməlidir. Bu gün orta məktəblərdə kasıb uşağına yuxarıdan aşağı baxmaq kimi eybəcər elementlər əmələ gəlib. Burada yenə də milli-mənəvi dəyərlərə, İslam dininin müsbət pozitiv elementlərinə və mərhəmət hisslərinə söykənmək lazımdır”.
Müsahibimiz bu gün xeyli sayda əlil vətəndaşın işləmək arzusunda olduğunu qeyd edir: “Əsasən gənc əlillərin müxtəlif komlekslərindən azad olmaları, özlərini vətəndaş kimi təsdiqləmələri üçün onların işləmələri vacibdir. Ancaq bu arzusu olan əlillərin əlillik dərəcəsini müəyyən edən sənəddə əmək qabiliyyətsizliyinin yazılması onları işləməkdən məhrum edir. Çox zaman işləmək arzusunda olan əlilliyi olan gənclər işsiz qalır. Lakin belə gənclərə yaxşı olar ki, əlil cəmiyyətləri, mərhəmət hüquqlu insanlar kömək etsinlər. Zaman-zaman həyata keçən reallıqlar, proseslər, ictimai birliklərin təşəbbüsləri, maliyyə imkanları qanunlarımızda bir sıra əlavələr və dəyişikliklər etməyə zəmin yaradır. Əsas təkliflər isə əlilliyin müavinətinin artırılması, mənzil-məişət, nəqliyyat vasitəsidir”.  


“Ən azı 300 manat”¦”


Aybəniz xanımın əlillərin işsizlik probleminə də toxundu: “Əlillərin və onların ailələrinin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərdə tutsaq, onda bu məsələnin nə dərəcədə mühüm olduğunu başa düşmək olar. Əlilliyi olan insanların bacarıqlarını üzə çıxartmaq gərəkdir. Bizim bacarıqlarımızı nümayiş etdirmək məqsədi ilə əl işlərinin sərgisi keçirilir”.
Həmsöhbətimiz deyir ki, kommunal xidmətlərdən istifadəyə görə, əlillərdən də vergi yığılır: “Bu məsələ də həllini tapmalıdır. Çünki əlillərin əmək qabiliyyətinin zəif olması, xüsusi qayğıya ehtiyacı olan təbəqəyə mənsub olmaları bəzi imtiyazlardan yararlanmalarını vacib edir. Hesab edirəm ki, birinci qrup əlillərin müavinəti 300 manat olmalıdır. İndi isə 60 manat 50 qəpik təqaüd alırıq. Bu məbləğ mövcud bazar şərtlərinə uyğun deyil”. 

“Müavinətlər artacaq”

Qeyd edək ki, əmək və əhalin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov 2012-ci ilin sonunda bildirdi ki, bu il əlil və veteranların təqaüdləri artırılacaq. Onun sözlərinə görə, əlillərin yaradıcılıq işlərinə cəlb olunması və yaradıcı əllilərin bu istiqamətdə təcrübəsinin artırılması üçün hökumətin layihələri davam etdiriləcək. Bu məqsədlə həmin proqramın həyata keçirilməsi üçün 4 milyon manatdan çox vəsait nəzərə tutulub. Nazir müavini bu layihələr çərçivəsində, həmçinin əlillərin reabilitasiyası və müalicəsinin də həyata keçiriləcəyini bildirib. O dedi ki, müalicə prosesi Azərbaycanda və xarici ölkələrdə aparılacaq. Layihədə əlillərin idmana cəlb olunması, onların məişət və sosial problemlərinin həlli də əksini tapacaq. İlqar Rəhimov Azərbaycanda 435 mindən çox əlil olduğunu, hər bir əlil vətəndaşın müxtəlif proqramlara cəlb edildiyini vurğulayıb.
Nazir müavini əlil və veteranların təqaüdlərinin 2013-cü ildə artırılacağını deyib: “Sosial müavinətlərin ödənişində də artım olacaq. Ötən il bu artım 10 faiz olmuşdu. Bu il də ən azı 10 faiz artım nəzərdə tutulur. Düzdür, bəzən sosial müavinətlərin az olması barədə fikirlər səslənir, əlbəttə, biz bununla razıyıq. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu məbləğlər ilbəil artır. Bu gün yüksək məbləğdə müavinət alan vətəndaşlar da var. Amma aşağı müavinət alanlar da var ki, onları müxtəlif yardım proqramlarına cəlb etməklə gəlirlərini kompensasiya edirik. Artım bütün təbəqələri əhatə edəcək.
Müsahibimiz Aybəniz Nəsirova da dövlət rəsmilərinin açıqlamalarını rəhbər tutaraq, “Ümidlə sosial müavinətlərin artırılmasını gözləyirik” deyir”¦


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]