Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bakıda yüzə yaxın ailə çadırda gecələyir

Bakıda yüzə yaxın ailə çadırda gecələyir
Bölmə :
Reportaj
Yayım tarixi :
13/4/2017 [11:39]
Baxılıb :
27169 dəfə
Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı bina uçmaq təhlükəsi qarşısındadır

"Energetika" pansionatı adlanan bina artıq Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır. Bina sakinlərinin böyük hissəsi təxliyə edilib. Məcburi köçkünlərdən yaşamaq üçün başqa yeri olmayanlara binanın həyətində 70-yə yaxın çadır qurulub.

Ötən gün hadisə yerində musavat.com saytının əməkdaşı da olub. Hazırda burada ümumilikdə 150 ailə yaşayır. Onların hamısı qaçqın və məcburi köçkünlərdir. İllərdir həyatları təhlükə altında yaşayan bu sakinlərin səsini bu günə qədər heç kim eşitməyib. Dəfələrlə "Burada uçqun ola bilər. Ölə bilərik, bizə kömək edin" desələr də, yardım əlini uzadan tapılmayıb.


4 gün öncə isə bəhs etdiyimiz binadakı evlərdən birinin tavanı tamamı ilə uçub. Xoşbəxtlikdən zərər çəkən olmayıb. Hadisə sonrası bir yerə yığışaraq şikayət etmək üçün aidiyyəti orqanların qapısına yollanan sakinlərə gecə ilə kömək edilib. Belə ki, hadisə yerində FHN-nin əməkdaşları gələrək, binanın yaxınlığında çadır qurublar. Bir müddət sonra sakinlərlə görüşə Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da gəlib. Hazırda sakinlərin böyük hissəsi qurulan çadırlarda gecələyirlər.


Uçqun baş verən binaya qalxdıq. Hələ də məcbur olduqları üçün burada yaşayanlar var. Kanalizasiya, nəmişlik və ölmüş siçovul iyindən burada dayanmaq belə çətindir. Amma sakinlər illərdir bu şəraitdə yaşayırlar. Təbii ki, buna yaşamaq demək olarsa...


Bu illər ərzində onlar nə su, nə də qaz üzü görməyiblər. İçmək və məişətdə istifadə etmək üçün lazım olan suyu sakinlər daima öz pulları ilə alıblar. Bəziləri əllərində vedrələrlə evlərinə su daşıyıblar. Əgər durum dəyişməsə elə bu formada da davam edəcək.


Hazırda sakinlər nəm torpaq üzərində, çadırlarda yaşayırlar. Dəniz kənarı onsuz da yetərincə küləkli və soyuq olur. Bu durumda sakinlər üçün vəziyyət heç də ürəkaçan olmayacaq. Bəzi ailələr bu səbəbdən çadırlara köçməkdən imtina ediblər. Bəziləri isə heç olmasa bir az da olsa soyuqdan qorunmaq üçün yerlərə xalça, taxta, kağız qutu, rezin parça sərirlər.

Çəkiliş anında bunun dəfələrlə şahidi olduq. Balaca uşaqlardan tutmuş yaşlı insanlara qədər hər kəs nəmli torpağa ayaq basmamaq üçün çadırlarına yerə sərməyə nəsə daşıyırdı.

Balaca uşaqlar üçün isə bu əyləncədir. Onların hələ ki heç nədən xəbərləri yoxdur. Elə bu fotoda gördüyünüz Həsən kimi... Kameranın obyektivinə gülür, fotosu çəkildiyi üçün sevinclidir. Həsən qaçqın ailəsində, bu, siçovullarla dolu yataqxanada dünyaya göz açıb. Yaxşı şərait, bahalı oyuncaqlar, dərsə getmək üçün xüsusi avtomobil, brend geyimlər görməyib. Amma üzü gülür. Onun daimi belə gülməsi üçün artıq normal şəraitdə yaşamalıdır.

"Uçan divarların arasında, qorxa-qorxa yaşamaq üçün vuruşuruq"


Torpaq üzərində olan çadırlar sakinləri narahat edir. Onların sözlərinə görə, sadəcə 1 gecə çadırda gecələyənlərin artıq bellərində ağrılar əmələ gəlib: "Binanın vəziyyəti göz önündədir. Hər gün bir yeri uçulur. Ömrünü çoxdan başa vurub. 2 metrə yaxın yerinə altına girib. Orada yaşamaq ölümə açıq dəvətdir. Çadır qurdular, buraya köçdük. Bizə deyirlər ki, 2 ay gözləyin, sizi köçürəcəyik. Bu çadırda gözləyək? Qaçqınıq deyə insan sayılmırıq? Nəm torpağın üstündə nə qədər yaşamaq olar? 25 ilin qaçqınına çadır rəva biliblər. Bu binada yaşayanlar arasında şəhid ailəsi də var, Qarabağ qazisi də, əlili də... Bizə heç olmasa kirayədə qalmaq üçün belə yardım etmirlər. Biz burada 25 ildir nəmişlikdə, uçan divarların arasında, daxmada yaşamaq üçün vuruşuruq. FHN-nin əməkdaşları gəldilər, çadır qurdular. Gecə-gündüz nəzarət edirlər. Polis, həkim də ayrılıb.

 Amma "Qaçqınkom"dan (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi) bir nəfər belə gəlib, bizim halımızı soruşmayıb. Niyə? Əgər 25 il belə yaşayacağımızı bilsəydik, heç gəlməzdik. Elə erməni bizi torpağımızda öldürərdi".


Bina sakinlərindən biri olan S.Qurbanova illərdir ki, qızı ilə bərbad evdə yaşayır: "Evim ikiotaqlı idi. Birini FHN əməkdaşları bağladılar ki, orada yaşamaq olmaz, həyat üçün təhlükəlidir. Birotaqlı evdə illərdir ki, qızımla yaşayıram. İçəridə olan qoxunu yəqin siz də hiss edirsiniz. Hələ bu, ən az qoxudur. Hava küləkli olanda kanalizasiya suyu evə dolur. Digər otaqda siçovullar ölüb. Onların iyindən evdə oturmaq olmur. Yağışın suyu otağa dolmasın deyə otağın tavanına selofan bağlamışam. Hər yerə müraciət etmişik, fayda vermir".


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sakinlərin iddiasına cavan verib.

Komitədən musavat.com saytına bildirdilər ki, hadisə baş vermiş ərazidə hər gün şöbə müdirləri sakinlərin vəziyyəti ilə maraqlanırlar: "Komitə sədri Əli Həsənov həmin binada 2 dəfə olub. Sakinlərin problemləri ilə maraqlanıb. Hadisə sonrası isə komitə sədrinin müavini, həmçinin şöbə müdirləri əraziyə baş çəkiblər. Hər gün hadisə yerində şöbə müdirlərimiz var. Sakinlərin "Bizimlə "Qaçqınkom"dan heç kim maraqlanmır" ifadəsi düz deyil".



Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]