Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azərbaycanın unudulmuş cənnətindən fotoreportaj

Azərbaycanın unudulmuş cənnətindən fotoreportaj
Bölmə :
Reportaj
Yayım tarixi :
13/4/2017 [10:35]
Baxılıb :
30472 dəfə

- Bu nə gözəllikdi, Ramil, bunu çək tez.
 
Fotoqrafımız Ramil Zeynalovu tələsdirirəm.
 
- Çək, çək, amma bu nədir ki, gözəllik hələ qarşıdadır.
 
Bunu deyən isə pilot köməkçisidi. Ramilin belinə təhlükəsizlik kəmərini bağlaya-bağlaya qarşıda bəlkə də Allahın şəxsən çəkdiyi elə təbiət rəsmlərinin olacağını deyirdi.

 
 
*** 
 
Kurkosaya, indi Kürdili adlanan adaya yaxınlaşanda bu fantastik gözəlliyi heç olmasa bircə dəfə görməyə dəyər. Yox, deyəsən, çox bəsit dedim. Bir anlıq fikirləşin; hansısa bir əcnəbinin gözlərini bağlayıb Azərbaycana gətirirsən. Sonra vertolyota mindirib qaldırırsan göyə. Kurkosaya yaxınlaşanda gözlərini açırsan və soruşursan. “Biz haradayıq”. İnandırıram, “Maldiv adalarından biridir” - deyəcək.

 
“Yox, yaxşı fikirləş” ”“ desən, “Seyşeldir onda” ”“ deyəcək.
 
“Bir az da”¦”
 
“Kanar adaları?”
 
Yenə “yox” deyəsən və onun təəccüblü gözlərinə baxasan. Və anındaca dillənəsən, “Azərbaycandır bura” - deyəsən.
  
***
 
Hə, bizim bəxtimiz onda gətirməyib ki, gözəlim Azərbaycanın gözəl təbiətini tanıda bilməmişik. Əslində biz özümüz belə bu gözəlliyin harada olduğunu belə bilməmişik. Heç bir mübaliğəsiz deyirəm, “bu uzaq, yaşıl ada” iqlimi, vəhşi gözəlliyi, hətta vəhşi at, qaban və inəkləri ilə belə dünyada analoqu olmayan bir yerdir.

 
***
 
Bizi adaya gətirən vertolyotumuz enəndə, o mənzərəni görməyə dəyərdi. Yüzlərlə vəhşi at sahil boyu ora-bura qaçışır. Necə deyərlər, “meşəyə insan gəlib”. Yüzlərlə “dəli” inək isə balalarını başına yığıb, büzüşüblər bir yerdə. Narahatdırlar. Onların rahatlığını pozmuşuq bu səs-küylə. Səs-küy demişkən, burada quş səsindən qulaq tutulur. Ona görə yox ki, quşlar dəstəylə gəlib başımızın üstündə xorla cikkildəşirlər. Ona görə ki, tam səssizlikdə adi bir quş səsi belə adama vəhşi səs kimi gəlir burada.

Oooo, sizə hələ flaminqolardan danışım. Vertolyotumuz yerə düşəndə necə pərvaz edib gözəllik yaratdılar. Di gedin, Marşal, Kanar, nə bilim Seyşel adalarına üz tutanlar, belə flaminqo rəqsini siz harada görə bilərsiniz?

 
Bal kimi suyu var buranın. Dörd tərəfi dəniz olan bir yerdə iki metrdən bal kimi su çıxır. Tər-təmiz.
 
Burada yüz hektarla üzüm plantasiyası olub vaxtıyla,  amma hələ də üzüm yetişir çox yerdə, bal kimi.
 
Burada nar bağları olub. Hələ də nar yetişir bal kimi.

 
Burada hər şey bal kimidi, bircə, hə, bircə bal kimi bu şirinliyə bir az diqqət göstərəsən. Al, bu da sənə dünyanın yeni turizm möcüzəsi. 
 
***

 
Dünyada elə ölkələr var ki, ölkəmizdə onları, demək olar, heç kim tanımır. Okeanların ucqarlarında yerləşən ada dövlətləri deyirəm. Amma adalarda yerləşən bu ölkələr ekzotik təbiəti ilə seçilir, əsasən təbii sərvətlər və turizm sayəsində yaşayır. 
 
Hərdən telekanallarda, saytlarda bu məzmunlu reklamlar az qala gözümüzə girir. “Əsl istirahət edib, okean sularından zövq almaq istəyirsən? Əsl dayvinq cənnətinin nə olduğunu görüb, dənizaltı faunanın gözəlliyinə heyran qalıb, dünyanın ən gözəl qumsal sahilində gəzib, əsl yaşıllığın nə olduğunu görmək istəyirsən? Bütün bunlar səni Marşal adalarında gözləyir. Əbəs yerə bura “cənnətin bir parçası” deyilmir”.

 
Qardaşım, bacım, əzizim, eloğlum, əsl istirahət edib, dəniz sularından zövq almaq istəyirsən? Əsl dayvinq cənnətinin nə olduğunu görüb, dənizaltı faunanın gözəlliyinə heyran qalıb, dünyanın ən gözəl qumsal sahilində gəzib, əsl yaşıllığın nə olduğunu görmək istəyirsən? Bütün bunlar səni Kurkosada gözləyir.
 
Və ən əsası. Daniyel Defonun Robinzon Kruzosuna indi dünyanın heç yerində rast gələ bilməzsiniz. Amma bütün bu gözəlliyə, fantastik təbiətə rəğmən bizim Robinzonumuz da var axı. Vitali Proninimiz.
 
Allah bir rəsm çəkib Kurkosa adında. Allah bir insan yaşadır bu gözəl adada. Allah daha nə etməlidir? Məncə, qalanını biz etmləyik. Marşalın, Seyşelin, Maldivin yanında nəyimiz əskikidir ki?...

Lent.az




Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]