Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Bakıda şopinq festivalı başladı

Bakıda şopinq festivalı başladı
Bölmə :
KİVDF
Yayım tarixi :
10/4/2017 [22:46]
Baxılıb :
2531 dəfə
Ekspertlər bu addımın ölkəyə həm iqtisadi, həm də siyasi dividentlər gətirəcəyini bildirirlər

Bu gündən Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalının (Şopinq Festivalı) keçirilməsinə başlanıb. Mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Bu festivallar həm də vergi sisteminin təşviqini, fiziki şəxslər tərəfindən Azərbaycanın ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması (ƏDV) sisteminin ölkədə tətbiqi ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsini, rezident və qeyri-rezident vergi ödəyicilərinin xidmət sisteminin inkişaf etdirilməsini nəzərdə tutur.Festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “tax free” sistemi tətbiq ediləcək.

ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.

ƏDV-ni 5 bankın - Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq.

Bütün təşkilati işlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan Konqreslər Bürosuna tapşırılıb.

Prezidentin sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə beynəlxalq təcrübədə geniş tətbiq olunan ticarət festivallarının (“shopping festival”) hər il keçirilməsini təmin etmək tapşırılıb.

Bu festivalın təşkili Azərbaycana nə verəcək. Ekspert Azər Həsrətin fikrinə görə, bu festival Azərbaycanın tanıdılmasında yeni bir mərhələ açacaq: “Türk-islam bölgəsində belə festivallarıyla məşhur olan əsas iki şəhər bəllidir: Dubay və İstanbul. Düşünürəm ki, elə bu şəhərlərin adları artıq bizim suallarımıza cavabdır. Azərbaycan insanı bu şəhərlərdə ticarətin qaynadığından xəbərdardır. Bir çox insanımız isə məhz bu iki şəhərin imkanlarından istifadə edərək özünə böyük ticarət şəbəkələri qura bilib. Səbəb? Təbii ki, Dubay və İstanbulun əlverişli ticarət imkanları təqdim etməsidir. Bütün bunlarla bərabər 18 faizlik ƏDV-nin geri qaytarılması da çox cəzbedici özəllikdir. Özü də nəzərə alaq ki, ƏDV-nin alıcıya qaytarılması yalnız əcnəbilərə deyil, aprelin 10-dan mayın 10-dək festivalda iştirak edən ticarət obyektlərindən alış-veriş edən Azərbaycan vətəndaşlarına da şamil ediləcək. Sadə bir rəqəmlə bunun nə anlama gəldiyinin örnəyini də verək. Tutaq ki, siz min manatlıq alış-veriş etmisiniz. Yəni konkret olaraq min manat ödəmisiniz. Normalda bununla da iş bitir. Amma bu festival günlərində edilən alış-veriş sonucu həmin məbləğin 18 faizi - 180 manat geri qaytarılacaq”. 

İqtisadçı ekspert Rəşad Həsənov isə bildiri ki, dünyada  ticarət festivallarının təşkil olunması geniş yayılmış metodlardan biridir. “Sevindirici haldır ki, bu istiqamətdə mövqe sərgiləyir. Adətən Azərbaycanda ənənəvi üsullardan istifadə olunurdu, qeyri neft sektorunun, o cümlədən turizm kimi kiçik iqtisadi sektorlara maraq az idi. 2014-cü ildən isə  vəziyyət tamamilə dəyişdi. Düşünəm ki, ticarət festivallarının təşkil edilməsi hazırkı durğunluq dövründə ticarət  müəssisələrinin dövriyyəsinin sürətlənməsinə, təşviqinə gətirəcək.Digər məsələ ondan ibarətdir ki, turizmin  mühüm qollarından biri də şopinq turizmidir. Azərbaycanda manatın məzənnəsinin digər  dövlətlərin valyutalarına nisbətdə dəyər itirməsi bir mənada  bizim ölkədə ticarət  aparmağa marağı artırıb.Ticarət festivalında ƏDV güzəşti həm qiymət rəqabəti gücləndirəcək, həm şopinq türizmini dəstəkləyəcək.  Ümumiyyətlə, turist hər hansı ölkəyə gedərkən ehtiyat vəsaitlə gedir. Bu ölkəyə turizim  yolu ilə daxil olan xarici valyuta kütləsinin  artmasına səbəb olacaq. Bu festivalın il ərzində iki dəfə təşkil edilməsi  valyuta bazarlarının da sabitləşməsinə səbəb ola bilər. Bütün dünyada ənənəvi festivallar var. Hər hansı müqəddəs və ya ölkə əhəmiyyətli günü, və ya kənd təsərrüfatı festivalları, mədəniyyət  festivalları keçirilir, turist axınına səbəb olunur. Eyni təcrübədən Azərbaycan da istifadə etməyə başlayıb. Hələlik bu lokal xarakter daşıyır. Məsələn, Göyçayda nar festivalını qeyd etmək olar.  Cənub bölgəmizdə turizmin inkişafına təkan vermək üçün festivallar təşkil olunur. Hökumət gəlir əldə etmək üçün vəsait xərcləməlidir. Daha az xərclə daha çox gəlir götürmək üzərində işləmək olar.Yəqin ki nazirlik bu kimi layihələr üzərində çalışır».

Ekspert hesab edir ki, yaradılan infrastrukurla kifayətlənmək olmaz. «90-cı  illərdəki iqtisadi  durğunluq səbəbi ilə Azərbaycanda infrastruktura ciddi yatırımlar edə bilmədi. Günümüzdə bu istiqamətdə müəyyən adımlar atılıb.  Lakin əsasən ölkənin şimal regionlarında beynəlxalq səviyyəli infrastruktur yaradılıb.  Cənub bölgələri ilə bağlı bunu demək çətindir. Xüsusilə yol abadlığı  problemləri var. Bildiyim qədər bunun üzərində də işlənilir və 2017-ci ilin sonuna qədər bu layihə artıq başa çatdırılmalıdır. Həmçinin mən regionların bir-biri ilə əlaqələndirilməsi ilə bağlı problemlərin olduğunu söyləyə bilərəm. Deyək ki, ölkənin cənub bölgələrinə tur təşkil olunub. Tur zamanı Gəncəyə, Göygölə də səfər ediləcəksə, bu zaman tur təşkilatçısı məcburdur, Ələt- Kürdəmir yolundan istifadə etsin. Bu da vaxt itkisi və uzun yol deməkdir. Həmçinin sektor klaster formasında  inkişaf etməyib. Pasportla bağlı müəyyən problemlər var. Xidmət və qiymət məsələləri  tənzimlənməlidir. Həmçinin nəqliyyat və daşımaçılıq da, çarter  reyslərin  təşkilində problemlər nəzərə çarpır. Azərbaycan turizminin dünya standartları səviyyəsində  saxlanması üçün  görüləsi işlər var. Amma yolun bir hissəsini getmişik, müəyyən baza var. Peşəkar kadrlar hazırlanır. Bütün bunlar mövcud nöqsanların aradan qaldırılmasına kömək edəcək”.

Xatırladaq ki,  məqsədə çatmaq üçün əsas hədəflərdən biri də peşəkar kadrlara olan ehtiyacın təmin olunmasıdır. Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən 2006-cı ildə yaradılan Azərbaycan Turizm İnstitutundan bu il 210 nəfər tələbə məzun olub ki, onların da 24 nəfəri bu təhsil ocağı ilə yanaşı, Avstriyanın Krems Universitetinin diplomunu da alıb. Hazırda ATİ-də 1500-dən çox tələbə bakalavr pilləsində təhsil alır. Onu da qeyd etmək yerinə düşər ki, hazırda ATİ-nin 500-dək məzunu ölkəmizin turizm sənayesində çalışır. Bundan əlavə, 2006-cı ildə ölkəmizdə orta təhsilli mütəxəssis hazırlayan Mingəçevir Turizm Kolleci yaradılıb. Hazırda 2100-dən çox tələbənin təhsil aldığı bu kollec regionlar üçün ixtisaslı kadrlar yetişdirən böyük bir təhsil ocağıdır. Bu sahədə işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasını təmin etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən Bakı şəhərində Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb, həmçinin Qusar rayonunda regional turizm peşə məktəbinə binanın ayrılması istiqamətində işlər görülür.

Ümumdünya turizm şurası bu qənaətə gəlib ki,qlobal istiləşmənin yaratdığı fəsadlardan turizm şirkətləri istifadə etməyə başlayıblar.Problem burasındadır ki,çox böyek sayda turist yer üzündıən silinməkdə olan təbiət ərazilərini,nadir heyvan və bitki növlərini görmək istəyir. Bu baxımdan təbii  gözəl mənzərələri. Zəngin flora və faunası ilə Azərbaycan da dünya turizm xəritəsində böyük marağa  səbəb ola bilər. Yetər ki, mövcud resurslardan  istifadə üçün kreativ ideyalar  ortaya sürülsün və həyata keçirilsin. Azərbaycanın dünyaya təqdim etmək üçün zəngin  tarixi, tarixi memarlıq abidələri, qədim mədəniyyət nümunələri yetərli qədərdir. Həmçinin  tibbi turizm üün də böyük imkanlar var. Azərbaycanın palçıq  vulkanları, qızıl qumu, Naftalan nefti bu məqsədlərlə istifadə oluna bilər. Bütün dünyada turizmin inkişafına və durğunlaşmasına səbəb olan amillər  mövcuddur.
Dünya turizm mərkəzlərinin mütəxəssisləri hesab edirlər ki,qlobal ərzaq problemi və bahalaşma turizmin ümumi inkiıaf tempinə ciddi zərbə vurmasa da,onun xəritəsinin dəyişməsinə səbəb olacaq.
İkincisi,turizmin çevik modelinin yaranması və turizm sferasına ardıkəsilməyən investisiya qoyuluşu öz təsirini göstərir.

Daha bir təsir vasitəsi,beynəlxlaq münasibətlərdə gərginliyin səngiməsi və regiondaxili proseslərin səhman salınmasıdır. Bir neçə il öncəyə qədər Misir turistlərin ən çox axdığı ölkələrdən biri idi. Sirli Şərq də Avropa məkanından gələnlərin diqqətini çox cəlb edirdi. Lakin Yaxın Şərqdə baş verən məlum hadisələr bu ölkələrin xarabazara  çevrilməsinə, iqtisadiyyatının məhvinə gətirib çıxardığına görə, məlum məsələdir ki, heç bir turizmdən söhbət gedə bilməz. Bu mənada Yaxın Şərqin payına düşən  turist axınını , başqa bir gözəl şərq  ölkəsinə -Azərbaycana  cəlb etmək olar. Turizmin  iqttisadiyyatımızın ən güclü qollarndan birinə çevrilməsi  dövlətimizin qarşıya qoyduğu mühüm hədəflərdən  biridir.   Gəlib ölkədən məmnun qayıdan turist yeni turistlərə açılan qapı, o cümlədən ölkə mədəniyyətinin təbliğatçısı  deməkdir. Bu gün Azərbaycanın  dünyaya açılması, inteqrasiyası dövlət  strategiyası olaraq həyata keçirilir, kompleks tədbirlər görülür. Lakin ən kiçik bir detal, ən sadə vətəndaş da bu işdə böyük xidmətlər  göstərə bilər. Bu mənada  hazırda dünya iqtisadiyyatında önəmli rol alan turizm sektorunun perspektivlərindən çox geniş istifadə olunmalıdır.
 
Bundan başqa daxili turizm ölkə daxilində siyasi və iqtisadi sabitlik yaradır. Siyasi sabitlik ölkədə ona görə möhkəmlənir ki, turizmdən əldə olan gəlir əhalinin müxtəlif təbəqələri arasında ədalətlə və görülən əmək müqabilində paylanılır. Turizm çoxlu iş yerləri yaradır.Turizm məhsulunu hasil etmək üçün çox adam iştirak edir. Eyni zamanda bir nəfər xarici turistdən gələn gəlir 1 ton xam neftin satışından əldə olunan gəlirdən çoxdur. İEÖ-lərin təcrübəsi göstərir ki,turizm iqtisadiyyata təsir göstərən güclü qüvvədir. O,dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Lakin turizmin rolu bununla bitmir. Turizmin inkişafı ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir,ölkə təsərrüfatının bütün sahlərinə müsbət təsir göstərir.

Müasir turizmin inkiışaf təmayüllərinin təhlili göstərir ki, siyasi-iqtisadi və sosial faktorların təsiri, yeni reklam-informasiya texnologiyasının tətbiqi turizm inkiıafına müsbət təsir göstərən amillərdəndir. Hər bir belə layihə sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz səyini əsirgəmir. Bütün bu səmərəli pozitiv fəaliyyət və uğurlu nəticələr həm də bu zəmində Azərbaycan xalqının rifah halının daim yüksəlişinə və dövlətin inkişaf səviyyəsinin mütəmadi artmasına istiqamətlənib.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]