Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«İsa Qəmbəri partiyadan dışlamaq xətti var»

«İsa Qəmbəri partiyadan dışlamaq xətti var»
Bölmə :
Müsahibə
Yayım tarixi :
17/7/2012 [13:51]
Baxılıb :
1407 dəfə
Adil Qeybulla: «Əksəriyyət seçkilərə qədər hazırki başqanın qalmasını istəyir»
«YAP-çıların dediklərində və başqa açıqlamalarda İsa Qəmbərin partiyadan getməsi ilə bağlı ümumi xətt var»

Müsavat Partiyasının Divan üzvü, professor Adil Qeybulla «Bizim Yol» qəzetinə müsahibəsində partiynın növbəti qurultayı ilə bağlı suallırı cavablandırıb. A.Qeybulla xüsusən başqanlıq seçkilərinin üstündə dayanıb və ad çəkməsə də Arif Hacılının tələblərini əsassız və ziyanlı sayıb. Onun mövqeyi ilə geniş müsahibədə tanış olmaq olar.  

- Adil müəllim, Müsavat Partiyasının qurultayı ilə əlaqədar mətbuatda həm təşkilat üzvlərinin, həm də şərhçilərin mövqeləri müxtəlifdir. Sizin qurultay haqqında fikirlərinizi bilmək istərdik, nə baş verir? 

- Artıq konfranslar keçirilib və partiya qurultaya hazır vəziyyətdədir. Amma nəzərə alın ki, 2008-ci ildə keçiriləcək qurultay obyektiv səbəblərdən gecikib. Qarşıda isə 2013-cü ilin mühüm hadisələri gəlir. Son aylarda partiyaya gərəkli səviyyədə qurultay keçirməyə yer verilmədi və proses uzadıldı. Hesab edirəm ki, qurultay məsələsini xüsusi bir canfəşanlıqla gündəmə gətirmək və dərhal keçirilməsinə nail olmaq Müsavatın hədəfi olmamalıdır. Bizim hədəfimiz 2013-cü il seçkiləri olmalıdır. Seçkilər çox ciddi hadisədir və Müsavat Partiyasından, AXCP-dən, İctimai Palataya daxil olan başqa qurumlardan da çox böyük fədakarlıq tələb edir. Bu baxımdan partiyanın qurultayının gündəliyə aktual olaraq çıxartmaq o qədər də vacib deyil.

- Yəni Siz qurultayın 2013-cü il seçkilərindən sonra keçirilməsinin tərəfdarısınız?

- Bəli, məsələyə seçkidən sonra baxıla bilər. Hətta qurultay seçkiyə qədər olsa belə, əksər müsavatçıların fikri belədir ki, İsa Qəmbərin başqan kimi qalması çox vacibdir. Başqan dəyişdirilməsi Müsavat Partiyası üçün qətiyyən aktual deyil, hətta ziyanlıdır.

- Qurultayın seçkidən sonra keçirilməsini nə üçün israr edirsiniz?

- Heç kimə sirr deyil ki, Azərbaycanda partiyalar birinci şəxsin ətrafında formalaşıb. Ümumiyyətlə, birinci şəxslərin partiyalarda nüfuzu, rolu var və bu, İsa Qəmbərin şəxsində daha parlaqdır. Hesab edirəm ki, İsa Qəmbər seçkiyə partiya başqanı kimi getməlidir, əsas budur! Partiya üzvlərinin mütləq əksəriyyəti bu cür düşünür.

- Dediyiniz kimi də olsa, yəni İsa Qəmbər seçkidə başqan kimi iştirak etdi, bəs seçkidən sonra qurultay keçirilsə necə, onun başqan kimi qalmasının tərəfdarısınız?

- Hər halda seçkilərdən sonra bu məsələyə baxıla bilər. Bəli, İsa Qəmbər qəti şəkildə üçüncü dəfə namizədliyini irəli sürməyəcəyini bildirib. Çünki bu barədə nizamnaməyə artıq müddəa daxil edilib. Hər halda qurultay ən ali orqandır və tədbirdə bütün məsələlərə yenidən baxıla bilər. Yəqin ki, İsa bəyin başqan qalması üçün cəhdlər olacaq, amma Müsavat Partiyasında zaman-zaman çox ciddi hadisələr olur. Bilirsiniz ki, praymeyz-ilkin seçkilər 2000-ci ildə bizim partiyada baş tutub, bu hadisə Azərbaycan siyasi tarixində ilk dəfə partiyamız tərəfindən həyata keçirilib. Sonra partiyanın nizamnamə-məramnamə müzakirəsində millətçi-liberal qanadlar ayrı-ayrı nümunələr hazırlasa da, ortaq məxrəc tapıldı. İkinci, hətta hər hansı bir başqan dəyişdirilməsi məsələsi olsa, İsa Qəmbər partiya lideridir. Yəni onun nüfuzu partiyanın fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək vəziyyətdə olacaq. O baxımdan xüsusi problemin yaranacağını görmürəm.

- Siz 2003-cü ildən sonra AMİP-də həyata keçirilən variantın Müsavatda təkrarlanmasını istəyirsiniz?

- Bütün hallarda İsa Qəmbər partiyada bir statusda qalacaq, bu statusun nədən ibarət olmasından asılı olmayaraq onun partiya həyatına nüfuzu yetərli olacaq. 

- Bu status istər-istəməz İsa Qəmbər avtoritarizmi yaratmazmı?

- Mən belə düşünmürəm. Avtoritarlıq o yerdə olar ki, bir nəfərin fikri keçərli olsun. Məsələn, mən özümlə bağlı bir məsələni xatırlayım, partiyadan getmişdim və yenə qayıtdım, münasibətlər də normallaşdı. Əgər avtoritarlıq olsaydı, bunların baş verməsi mümkün deyildi. Ədalətlə yanaşsaq, Müsavat Partiyasında çox böyük demokratik əhval-ruhiyyə var, elə buna əsaslanıb deyə bilərəm ki, partiyamız gözlənilən sınaqdan da üzü ağ çıxa biləcək.

- Ancaq hazırda başqanlığa iddialılar var, Vurğun Əyyubun dəstəklədiyi Qubad İbadoğlu, Məclis sədri Arzu Səmədbəyli və xüsusən Arif Hacılı başqan postuna iddiasını gizlətmir. Sadaladığım iddialara münasibətinizi bilmək maraqlı olardı.

- Partiyamızda başqan olmağa xeyli şəxslər var, o cümlədən xanımlar arasında. Bilirsiniz ki, partiya Divanına xeyli xanım daxildir. Eyni zamanda, partiyada beynəlxalq aləmdə xeyli tanınan, cəmiyyətdə hörməti olan xeyli şəxslər var ki, onlar başqan ola bilərlər. Amma başqanın kim olmasını qurultay müəyyənləşdirəcək, bu, kiminsə şəxsi arzu və illüziyaları əsasında həyata keçmir.

- Sizin özünüzün dəstək verəcəyiniz namizəd varmı, yoxsa məhz İsa Qəmbərin qalmasını istərdiniz?

- Biz prezident seçkilərinə qədər birmənalı şəkildə İsa Qəmbərin başqan qalmasını istəyirik və bu, partiyanın mütləq əksəriyyətinin fikridir. Prezident seçkilərindən sonrakı vəziyyət isə proseslərə situasiya baxımından yanaşmaq lazımdır. Bəli, həmin vaxt partiyanın başqanı vəzifəsinə güman ki, alternativ namizədlər olacaq və biz də bu namizədlərdən birinin üzərində dayanacağıq. Amma həmin namizəd daha çox cəmiyyətin həyatında tanınan, qəbul edilən, ziyalılığı, nüfuzu, beynəlxalq əlaqələri olan və kifayət qədər təmkinli bir şəxs olmalıdır.

- O zaman gəlin konkretləşdirək, Arif Hacılı, Qubad İbadoğlu və Arzu Səmədbəyli, bunların hansında həmin keyfiyyətləri görürsünüz?

- Uzun müddət partiyanın rəhbərliyində olduğumdan ifadə edəcəyim hər hansı söz təlatümlər yarada bilər. O baxımdan mənim ad çəkməyim hansısa namizədə tərəf dayanmağım demək olardı. Hesab edirəm ki, sadaladığınız adamların hər biri partiya başqanlığına layiq insanlardır. Ancaq kimin daha çox layiq olmadığını müsavatçıların rəyi müəyyənləşdirəcək.

- Artıq Hüseyn Məlik bu barədə öz mövqeyini ortalığa qoyub...

- Hüseyn Məlikə çox böyük hörmətlə yanaşıram, o, xalq hərəkatından gəlib, kifayət qədər sınanmışdır fədakardır. Təbii ki, bu da onun mövqeyidir və əsaslandırılmış olduğundan hörmətlə yanaşıram.

- Amma Arif Hacılının da partiyada tərəfdarları var, o cümlədən Divan üzvü, Gənclər Komitəsinin sədri Tural Abbaslı. Bu mənada ona olan münasibət gələcəkdə qarşıdurmalar zəmini yaratmazmı?

- Bilirsiniz, Müsavat Partiyasında bu məsələ ilə bağlı hər hansı bir qarşıdurma yaranacaqsa, bunu yaradacaq tərəf özü uduzacaq. Ona görə mən bu məsələdə xüsusi bir narahatçılıq görmürəm.

- Bəs hər hansı qrupun qarşıdurmaya getmək meyli varmı?

- Olsa belə, bütün bunlar partiyanın həyatına önəmli təsir edə bilməz.

- Nə mənada?

- Ola bilər ki, kimsə seçkinin nəticəsindən narazı qalsın, fərqli düşünsün və 3-5 nəfər öz tərəfdarları ilə partiyadan uzaqlaşsın, amma görürsünüz ki, hər dəfə belə qopmalar olsa belə, kütləvilik olmur. Yəni partiyada rəhbərlikdən gedən şəxslər olsa da, onların arxasınca gedənlər olmayıb. Çünki Müsavat Partiyası əqidə üzərində qurulub və təşkilatda heç zaman böyük parçalanmalar və təlatümlər gözlənilmir. Düzdür, partiyanın bu günkü vəziyyəti 2000-ci illə müqayisədən fərqlənir, amma bir şeyi nəzərə almalıyıq ki, 70 illik sovet hakimiyyəti dövründə partiyanın bütün nüvəsi dağıdılıb. Buna baxmayaraq Bərpa Qurultayından sonra müsavatçılıq zehniyyətini daşıyan insanlar partiyaya toplaşıb təşkilatı möhkəmləndirdilər. Mən özündə müsavatçılıq düşüncəsini daşıyan AXCP və başqa qurumları da bura əlavə edirəm. Söhbət yalnız Müsavat Partiyasından getmir, bizim bir hədəfimiz var - azad və demokratik Azərbaycanı qurmaq.

- Siz qopmaların ola biləcəyi təhlükəni görürsünüz?

- Yaxın dövrdə bu qopmaların şahidi olduq, amma təlatüm olmadı.

- Siz qurultayın seçkilərdən sonra keçirilməsini, amma bəziləri artıq hazırlıqların başa çatdığını, yalnız texniki problemlərin qaldığını bildirir. Bu barədə nə deyə bilərsiniz?

- Mən həmin tərəfin tələskənliyini başa düşmürəm və qəbul da etmirəm. Çünki partiyanın maraqları hər şeydən üstün tutulmalıdır.

- Maraqlar deyəndə nəyi nəzərdə tutursunuz?

- Kimlər ki, qurultayın təcili keçirilməsini vacib hesab edir, şəxsən mənim tərəfimdən bu qəbul olunmur və əksər müsavatçılar da bu cür düşünmürlər.

- Bu fikrinizi necə əsaslandırardınız, o mənada ki, monitorinq aparmısınız?

- Mənim və Hüseyn Məlikin açıqlaması təsadüfi deyil. Yəni bunlar böyük əksəriyyətin fikridir ki, qurultay keçirtmək o qədər də vacib deyil. Hətta qurultay keçirilsə belə, başqanlıq məsələsinin müzakirəsi partiyanın maraqlarına ziddir. 

- Bu mövqedə olanlar partiyada çoxdurmu?

- Bəli, mütləq əksəriyyət belə düşünür.  

- Gəlin, bu məsələdə konkretliyə varaq, uzun müddət təşkilatı işlərə baxan funksioner kimi rayon təşkilatların bir çoxunun Arif Hacılını dəstəklədiyi bildirilir. Bu baxımdan söylədikləriniz əsaslıdırmı?

- Bu barədə fikirlərin dolaşması hələ fakt demək deyil. 

- Sizin söylədikləriniz necə, faktdırmı?

- Real vəziyyəti partiyaya daxil olan şəxs kimi mən də pis bilmirəm. 

- Adil müəllim, dediyiniz kimi də oldu, qurultayın seçkidən sonra keçirilməsi razılaşdırıldı, o zaman başqan seçkisi keçiriləcəkmi?

- Hər halda biz bu məsələni nizamnaməyə daxil etmişiksə, deməli mütləq müzakirə obyekti olacaq. Amma bizim məqsədimiz məsələnin seçkidən sonraya saxlamaqdır. Sadəcə, qarşıda Azərbaycanın həyatında çox mühüm hadisələr proqnozlaşdırılır, beynəlxalq münasibətlərdəki dəyişikliklər də bunu göstərir. Müsavat Partiyasının seçkilərdə uğur qazanması üçün bu məsələnin gündəmə gətirilməsi qətiyyən düzgün deyil. Prezident seçkilərindən sonra məsələ gündəmə gələcək, qurultay da keçiriləcək, yəqin ki, başqan problemi də həll olunacaq. Amma başqan məsələsinin həll olunması hələ kiminsə partiyada İsa Qəmbəri dışlamaq xəttik varsa, ona nail ola bilməyəcək. Təəssüflər ki, bu tendensiya hiss olunur, ancaq İsa Qəmbər partiyanın və ölkənin siyasi həyatında proseslərə təsir edən şəxs kimi qalacaq.  

- Dediyiniz tendensiya hansı qrup tərəfindən daha çox sezilir?

- Mən hiss edirəm ki, istər YAP rəhbərliyinə daxil olan şəxslər, istərsə də müəyyən açıqlamalarda İsa Qəmbərin partiyadan getməyində ümumi xətt var. Biz bunu mətbuatdan seziriksə, yəqin siz jurnalistlər də baş verənləri diqqətdən qaçırmır.

- Siz Aydın Mirzəzadə və Siyavuş Novruzovun açıqlamalarını nəzərdə tutursunuz?

- Bu cür açıqlamalar yalnız onlar tərəfindən verilmir, hətta bəziləri qurultaya işarə etməsələr də, hədəfi göstərməklə bunu birbaşa nəzərdə tuturlar. 

- Deməli, hakimiyyətin də kimin başqan olması məsələsində özəl marağı var?

- Bəli, ola bilər. Amma bu ümumi tendensiyadırsa, müsavatçılar tərəfindən nəzərə alınmalıdır. İkinci tərəfdən, Müsavat Partiyasının ərsəyə gəlməsində, fəaliyyətində sıravi müsavatçıların rolu danılmazdır. Mən sıravilərə həmişə böyük rəğbətlə yanaşmışam, güman ki, qurultayda da onların mövqeyi nəzərə alınacaq. 

- Necə düşünürsünüz, başqanlıqla bağlı məlum müddəanın nizamnaməyə daxil edilməsi səhv deyildimi?

- Təəssüflər ki, o zaman mən həbsdəydim. Şəxsən mən müzakirələrdə iştirak etsəydim təklifin əleyhinə çıxış edərdim. Doğrusu, sonradan bu barədə xəbər tutmuşam. Təbii ki, siyasətdə bu cür ənənələrə getmək stereotipləri pozmaqdır və Müsavatda bu məsələ də bir ənənə şəklini alıb. Məsələn, ilkin seçkiləri göstərmək olar. Həmin məlum müddəanın qəbulundan sonra başqanlıq uğrunda iddialar ortalığa qoyuldu və bu gün də proses davam edir. Bəlkə də gələcəkdə retrospektiv yanaşsaq, o zaman düzgün, yaxud yanlış qərar idi sualını araşdırmaq olar, bununla belə yenə də artıq qərarın qəbul olunduğu qəbul etməliyik. Və qurultay iştirakçılarının iradəsi ilə qəbul olunduğundan hörmətlə yanaşılmalıdır. Sadəcə, qərarın yerinə yetirilməsinin zamanının adekvat seçilməsi lazımdır.

- Tutaq ki, qurultay seçkilərdən sonra keçirildi və İsa bəy də üçüncü dəfə namizəd olmayacağını bildirib. Belə olanda mövqeyiniz necə olacaq?

- Bilirsiniz, qurultay da keçiriləcək, başqan da seçiləcək və s. Yəni biz bu maddəyə hörmətlə yanaşırıq və zamanında da həyata keçəcək. Amma bu gün tələsik, prezident seçkisi öncə dərhal yerinə yetirilməsi partiyanın maraqlarına cavab vermir. Seçkidən sonra isə mən həmin müddəaya riayət olunması və qurultayın keçirilməsini istəyəcəm. Təbii ki, partiya başqanının seçilməsi, bu məsələ həm başqan İsa Qəmbərin şəxsi rəyidir. O zaman yeni başqan seçilməsi artıq gündəmdə olacaq. 

- İsa Qəmbərin bu məsələlərə sükutla yanaşmasını necə qiymətləndirirsiniz?

- İsa bəy bu məsələlərdə tərəf ola bilməz. O mövqeyini bildirsə, tərəfə çevrilmiş olur. Mən başqanın düz mövqedə olduğunu düşünürəm. Onun bu məsələdə tərəf olması qətiyyən doğru deyil. Partiyada bu məsələlər demokratik yolla həll olunmalıdır və hər şey qurultay nümayəndələrinin kimə dəstək verməsindən asılı olacaq.

Natiq CAVADLI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]