Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan dünya ölkələrinə dost yardımını əsirgəmir

Azərbaycan dünya ölkələrinə dost yardımını əsirgəmir
Bölmə :
KİVDF
Yayım tarixi :
7/4/2017 [22:58]
Baxılıb :
2223 dəfə

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərəcək. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ünvana çatdırılacaq humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Bu, Azərbaycanın beynəlxalq miqyaslı ilk yardım kampaniyası deyil. Azərbaycanın 26 illik müstəqillik dövründə özü işğal altında qalmasına, 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq respublika mətanətlə ayağa qalxmağı və  ehtiyacı olanlara yardım etməyi də bacardı. Dünyaya inteqrasiya yolunu tutan müstəqil Azərbaycan  hər tərəfli əməkdaşlığa üstünlük verərək   qarşılıqlı və milli maraqlarla hərkət etməklə yanaşı  lazım gələrsə humanitar yardım  aksiyalarında da  geridə qalmır, donor ölkə kimi çıxış edir.

Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) fəaliyyət göstərir. AİDA Azərbaycan dövləti tərəfindən göstərilən beynəlxalq humanitar və inkişafa yardım fəaliyyətini həyata keçirir və yardım göstərilməsində iştirak edən bütün dövlət qurumlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsini təşkil edir. AIDA dünyanın inkişaf etməkdə olan ölkələrində yoxsulluğun azaldılması, elm, mədəniyyət, təhsil və səhiyyə sahələrinin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, müxtəlif təqaüd proqramlarının, həmçinin digər humanitar və texniki layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

AİDA-nın büdcəsi illik olaraq dövlət büdcəsi hesabına formalaşır. AİDA-nın fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətə uyğun olaraq məqsədyönlü şəkildə qurulur. Agentliyə rəhbərliyi xarici işlər naziri tərəfindən təyin edilmiş Agentliyin rəisi həyata keçirir. AİDA-nın əməkdaşları AR Xarici İşlər Nazirliyinin əməkdaşlarıdırlar. AİDA Afrika, Asiya və Latın Amerikasında humanitar və texniki yardım sahələri üzrə fəaliyyət göstərir. 

Birləşmiş Ərəb Əmirliklərinin “əl-İttihad” qəzetində Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi haqqında məqalə dərc edilmişdi

Məqalədə deyilirdi: “Ehtiyacı olan insanlara yardım etmək Azərbaycan xalqının qədim zamanlardan ən böyük dəyərlərindən biridir və Azərbaycan iqtisadiyyatının sürətli və stabil inkişafı imkan verir ki, inkişaf etməkdə olan ölkələrdə baş verən təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması və əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan xalqı tərəfindən bu ölkələrə yardım edilsin. 2011-ci ildə yaradılmış Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) də bu məqsədə xidmət edir”.

Məqalədə həmçinin qeyd olunur ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə, təhsil sahələrinin inkişafı, xəstəliklər və aclıqla mübarizədə dünya ölkələrinə dəstək olmaq Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı (BMT İP), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), İslam İnkişaf Bankı (İİB) və digər donor təşkilatları və agentlikləri ilə əməkdaşlıq edən AİDA-nın dünyəvi missiyasıdır.
AIDA-nın rəisi Əşrəf Şıxəliyev, AİDA-nın Strateji Tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə 2012-ci ilin 3-8 dekabr tarixlərində Burkina Fasoda baş tutmuş humanitar aksiyanın davamı olaraq, Çadın paytaxtı Encamenada həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasında iştirak etmək üçün bu ölkəyə səfər etmişdi.
Sözügedən kampaniya ərzində yerli əhali üçün ödənişsiz əsasda katarakt cərrahiyyə əməliyyatları həyata keçirilmiş və 804 görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insan yenidən öz sağlamlığına qovuşmuşdur. Ümumilikdə isə Burkina Faso və Çadda keçirilmiş humanitar aksiyalar nəticəsində 1258 insanın görmə qabiliyyəti bərpa edilmişdi.

Kampaniya ilə bağlı təntənəli mərasim Çadın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış və mövzuya ölkənin mərkəzi qəzeti olan “Le Progres” də geniş yer ayırmışdır.
AİDA Agentliyi və İslam İnkişaf Bankı tərəfindən oxşar birgə humanitar aksiyaların 2013-cü il ərzində Benin, Burkina Faso, Çad, Kamerun, Cibuti, Qvineya, Mali, Niger və Liviya kimi Afrika ölkələrində də,  keçirilib və bu kimi tədbirlər davam etdirilir.

AIDA-nın həyata keçirdiyi proqramlardan artıq 30-dan çox ölkə faydalanıb. Agentliyin həyata keçirdiyi proqramlar sırasında Panamada baş vermiş aramsız yağışların və Kubada Sandi qasırğasının törətdiyi fəsadların aradan qaldırılması, Qəzza bölgəsində həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində yaranmış ağır vəziyyətlə əlaqədar Fələstin xalqına humanitar yardım göstərilməsi, İordaniyada məskunlaşmış suriyalı qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, Pakistanın 10 şəhərində daşqından zərərçəkmiş 25000 əhaliyə humanitar yardım göstərilməsi, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 9 Afrika ölkəsində (Burkina Faso, Çad, Cibuti, Benin, Qvineya, Kamerun, Niger, Mali və Liviyada) həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası, Əfqanıstanda elektron hökumət sisteminin qurulmasına yardım göstərilməsi və xarici tələbələrə Azərbaycan universitetlərində təhsil almaq üçün təqaüd proqramı xüsusi vurğulanmalıdır.

Bundan əlavə Azərbaycanda  qədim tarixə malik Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərir.
Cəmiyyət 1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir. Ə.Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya ilk şəfqət bacısı kimi ölkəmizin tarixinə düşmüşdür.

1923-cü ildən 1991-ci ilə kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti keçmiş SSRİ Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Birliyi daxilində fəaliyyət göstərmişdir. Bu gün də cəmiyyəthəm ölkə daxilində , həm də beynəlxalq miqyasda fəaliyyətini davam etdirir. Uzun illər davam edən vətəndaş müharibəsinin ardıyla Somalini cənginə alan quraqlıq nəticəsində ölkədə yaşanan aclıq və səfalətin, sürətlə yayılan vəba epidemiyasının qurbanına çevrilən milyonlarla insanın fəryadı bir çox dövlətlər kimi Azərbaycanda da eşidildi. Prezident İlham Əliyev xüsusi sərəncamla bu ölkə əhalisinə yardım məqsədilə təmənnasız olaraq 100 min ABŞ dolları vəsait ayırdı. Amma Azərbaycan dövlətinin və xalqının müsəlman somalilərə verəcəyi bununla bitmədi. 

Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün nəcib məramına uyğun olaraq hərəkətə keçdi və “Somaliyə yardım“ adı ilə kampaniyaya start verdi. Bunun üçün xüsusi bank hesabı açıldı və sadə insanlar, təşkilat və idarələr oraya könüllü şəkildə vəsait köçürməyə başladılar. 
Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Nailə Omarovanın söylədiyinə görə cəmiyyət ölkə və beynəlxalq miqyasda humanitar tədbirlərini davam etdirir. Hazırda ən çox maarifləndirmə proqramları üzərində  fokuslaşmasına baxmayaraq Cəmiyyət  müxtəlif illlərdə  bir çox ölkələrə müxtəlif səviyyələrdə yardım göstərmişdir. Bu barədə kiçik statistikanı təqdim etmək yerinə düşərdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən humanitar yardımlar

1.     2011 - Somalidə aclıqdan əziyyət çəkənlərə yardım  (21.564 AZN)
2.     2011 -  Türkiyənin Van şəhərində baş vermiş fövqəladə hal və təbii fəlakət nəticəsində zərərçəkmişlərə yardım kampaniyası  (23.000 AZN)
3.     2012 - İran İslam Respublikasının Təbriz vilayətində zəlzələdən zərər çəkmiş insanlara yardım:“Gəlin yardımçı olaq”                              (22.129 AZN)
4.     2014 - Türkiyənin Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin ailələrinə yardım kampaniyası: “Mərhəmətinizi əsirgəməyin!”     (31.645 AZN)
5.     2014 - Ukraynada  baş verən hərbi münaqişədən zərər çəkən insanlara yardım (5800 ABŞ dolları)
6.     2015 - Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Ukraynada baş vermiş hərbi münaqişə zəminində Belarusiyaya qaçqın kimi gəlmiş 11.412 (təqribi) insanı nəzərdə tutan rəsmi müraciətinə əsasən Belarusiyadakı ukraynalı qaçqınlara yardım (2000 ABŞ dollar)
7.     Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Nepalda baş verən zəlzələ nəticəsində zərərçəkən insanları nəzərdə tutan rəsmi müraciətinə əsasən zəlzələdən zərərçəkən insanlara yardım (5000 ABŞ dollar)
8.     Iraqın Azərbaycan Respublikasındakı Səfirliyinin müraciətinə əsasən İraqa yardım (5000 ABŞ dolları) 

 Eyni zamanda Azərbaycanın Fövqəladı Hallar Nazirliyi də  beynəlxalq səviyyəli əlaqələrə və humanitar yardımların göstərilməsinə xüsusi diqqət ayrır. Nazirlik Müxtəlif illərdə müxtəlif dövlətlərdə baş vermiş  təbii fəlakətlərlə bağlı humanitar yardım kampaniyalarına imza atıb. Xatırladaq ki, 2015-ci  ilin dekabr ayının 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ziyan dəyib.
Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Tacikistan hökuməti Azərbaycan hökumətinə müraciət edib.

Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan hökuməti adından FHN təbii fəlakət zonasına 800 min manat həcmində humanitar yardım göstərib.
19 avqust, 2016-cı il- Ümumdünya Humanitar Yardım Günü dür.  Ümumdünya Humanitar Yardım Gününün təsis edilməsi 2003-cü il avqustun 19-da BMT-nin İraqın paytaxtı Bağdaddakı qərargah-mənzilində törədilmiş partlayış nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır. Hər il beynəlxalq səviyyədə qeyd olunan bu günə Azərbaycan da öz töhfələrini əsirgəmir, istər  tibb, istər təhsil, istər iqtisadi sahələrdə yardımlar göstərir.

Hərbi ekspert Üzeyir Cəfərov  bildirib ki, dünyanın hansı yerində fəlakət varsa, Azərbaycan imkanı daxilində ora müxtəlif formada öz yardımını edib: “Dünyanın bəzi böyük dövlətlərin səhlənkarlığı və məsuliyyətsizliyi ucbatından faktiki olaraq Suriya xarabaya çevrilib. Bu da bəzi ölkələr üçün planlarını həyata keçirmələri baxımından çox münbit şəraitdir. Plan isə ondan ibarətdir ki, həmin ölkələrə silah-sursat satılır, humanitar yardım adı altında müxtəlif missiyalar həyata keçirilir. 
 Bu gün Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünü var. Əvvəlki illərdə onlar üçün beynəlxalq qurumlardan hansısa yardım alırdıqsa, son zamanlar bundan da imtina edilib. Azərbaycan hazırda sərbəst şəkildə öz vətəndaşlarının ehtiyaclarını ödəyir”.

Bu gün Yaxın Şərq ölkələrindəki gərgin vəziyyət bu ölkələrə humanitar yardımın göstərilməsini  zəruri edir. Bütün  çirkin siyasi oyunlar bir yana, öz siyasi kursunda insan  faktorunu öndə  tutan demokratik Azərbaycan üçün  çətində, darda qalan insanlara yardım  göstərmək ən ümdə məsələlərdən biridir- Dünyanın harasında olursa olsun. Bir nüansı xatırlatmaq  istərdim. 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında 7 bal gücündə zəlzələ baş verdi. 

Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb.Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəs olub, 514 min nəfər evsiz qalıb. 

Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan oldu. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.  Azərbaycanın bu böyük addımına qarşı mənfur ermənilər   öz vəhşi simalarını dünyaya bir daha nümayiş etdirmişdilər.  

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]