Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Turizm-iqtisadi inteqrasiyanın əsas istiqamətdir

Turizm-iqtisadi inteqrasiyanın əsas istiqamətdir
Bölmə :
KİVDF
Yayım tarixi :
7/4/2017 [11:19]
Baxılıb :
2449 dəfə
Azərbaycan güclü təbii potensialından istifadə edir, ekspertlər böyük naliyyətlər gözləyirlər


Ölkəmiz yeni turizm istiqaməti kimi dünyaya açılmağa başlayıb. Turizm   hazırda dünya iqtisadiyyatına əhəmiyyətli yer tutan sektora çevrilib. Bu mənada  dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycan da öz turizm potensialından geniş  istifadə edir.
Azərbaycan Respublikası nadir təbii-iqlim xüsusiyyətlərinə malik bir ölkədir. Yer kürəsindəki 11 iqlim tipindən  8-nin burada olduğu müəyyən edilib.
Bazardüzü, Şahdağ, Babadağın hündür zirvələri, Böyük Qafqazın cənub ətəklərindən axan çaylar, çoxsaylı şəlalələr, şəffaf Göy-Göl, Maral göl, Qobustanın sərt və eyni zamanda mənzərəli palçıq vulkanları, Lənkəranın nadir qoruqları, Abşeron və Nabran bölgəsinin müalicəvi əhəmiyyətli narın qumlu çimərlikləri Azərbaycanın zəngin turizm potensialının əhəmiyyətli tərkib hissəsidir. Azərbaycanın flora aləmi özünün parlaqlığı və rəngarəngliyi ilə buraya təşrif buyuran turistləri məftun edir. Ölkədə bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstədə, 920 cinsdə birləşir. Növlərin ümumi sayına görə, Azərbaycanın florası Qafqazın başqa respublikalarına nisbətən xeyli zəngindir.
Turizm üzrə ekspert Vüqar Şixəmmədov  bildirib ki, Azərbaycana ildə 2,5 milyon turist gəlir və bunun 30 faizi Rusiyadan gələnlənrdir. O, Azərbaycana turist göndərən əsas ölkələr sırasında Türkiyə, İran, Almaniya, Böyük Britaniya və ərəb ölkələrinin adını çəkib.
Azərbaycanın regionlarında geniş təbiət resurları, meşələrin çoxluğu, dağ landşaftının geniş yayılması ekoturizmin inkişaf etdirilməsi üçün də imkanlar yaradır. Eyni zamanda respublikamızda bir sıra idman növlərinin inkişafı da göz qabağındadır. İdmanın inkişafı, onun turizmlə vəhdət təşkil edərək yeni bir turizm növünün - idman turizminin yaranması və inkişafına əhəmiyyətli təsir göstərir. Azərbaycanda turizm növlərinin çoxluğu, həmin növlərin geniş inkişaf perspektivləri Azərbaycan turizm bazarının rəqabət imkanlarını daha da artırır.
Azərbaycan turizminin region ölkələri ilə rəqabətdə daha önə çıxmasını şərtləndirən amillərdən biri də turizm sahəsində böyük layihələrin həyata keçirilməsidir. Xəzər sahilində böyük çimərlik şəhərciyinin salınması ilə bağlı turizm layihələri var. Xəzər dənizi Azərbaycana dəniz, gəzintiləri, mövcud adalarda turizmin inkişaf etdirilməsi, dalğıclıq və s.,  imkanları da təklif edir. Bakı yaxınlığında Xəzər dənizində çoxlu sayda ada var. Bu adalarda turizmin inkişaf etdirilməsi potensialı mövcuddur. 

Respublikamızda turizmin bütün növlərinin inkişafı üçün daha bir əlverişli məqam Azərbaycan xalqının səmimiyyəti, ənənəvi qonaqpərvərliyidir.
Azərbaycan zəngin tarixə və qədim mədəniyyətə malik ölkədir. Ölkəmizin ərazisində 6 mindən artıq tarixi memarlıq abidələri mövcuddur. Onların əksəriyyəti Azərbaycan ərazisindən keçən Böyük İpək Yolu boyunca qədim karvan yollarının üstündə yerləşir və indinin özündə də heyrət doğurur. Bu abidələrə misal olaraq, ibtidai insanların Qobustan mağaralarındakı (Bakıdan 60 km qərbdə) qayaüstü rəsmlərini, İslama qədərki dövrün mərasim tikililəri- atəşpərəstlik məbədlərini, qüllələrini, dağların zirvəsindəki alban kilsələrini və ibadətgahlarını, möhtəşəm qala divarlarını və qəsrləri, habelə geniş karvansaraları, İslam mədəniyyəti dövrünün əzəmətli saraylarını, memorial ayin və digər tikililəri göstərmək olar. Orta əsrlər dövrünün memorial tikililəri İpək Yolu marşrutunda məqbərələrlə təmsil olunmuşdur. Bir sözlə, Azərbaycanda turizmin inkişafı üçün mükəmməl imkanlar mövcuddur və bu gün həmin imkanlardan kifayət qədər istifadə edilir. 
Azərbaycan turizmin  inkişaf tarixi 2001-ci ildən başlayıb desək, daha doğru olar. Məhz həmin ilin 4 iyul tarixində ulu öndər Heydər Əliyevin sərəncamı ilə bu sahəyə nazirlik statusu verildi. Ötən illər ərzində dövlətin hərtərəfli dəstəyi nəticəsində Azərbaycanın turizm sənayesinin inkişafına başlanmışdır. Təsadüfi deyil ki, 2001-ci ildə respublikamızda cəmi 3 turizm şirkəti olduğu halda, hazırda bu rəqəm 300-ə yaxındır. Bu şirkətlərin 35 faizi gəlmə və daxili turizm, 65 faizi isə getmə turizm növü ilə məşğul olur.
Azərbaycanın turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini özündə birləşdirən və hazırda 300-ə yaxın üzvü olan Azərbaycan Turizm Assosiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir.
Bununla yanaşı, 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan Konqreslər Bürosu (AKB) fəaliyyət göstərir. Ölkəmizə biznes tədbirlərinin cəlb olunması vasitəsilə Azərbaycanda işgüzar  turizmin inkişaf etdirilməsi məqsədilə fəaliyyətə başlayan təşkilat (MİCE) dövlət və özəl sektorlarının partnyorluq modeli üzrə yaradılmışdır. Belə ki, AKB Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanalar, turizm və digər növ şirkətlərin birgə təşəbbüsü nəticəsində təsis edilmişdir.

Azərbaycanın turizm şirkətlərinin və mehmanxanalarının birgə fəaliyyətini özündə birləşdirən və hazırda 300-ə yaxın üzvü olan Azərbaycan Turizm Assosiyası fəaliyyət göstərir. Bu təşkilatın əsas məqsədi dövlət sektoru ilə turizm sənayesi arasında körpü rolunu oynamaq, üzvlərinin hüquqlarını qorumaq və turizm sənayesinin təbliğatına dəstək verməkdən ibarətdir.
Bununla yanaşı, 2014-cü ilin əvvəlindən etibarən Azərbaycan Konqreslər Bürosu (AKB) fəaliyyət göstərir. Ölkəmizə biznes tədbirlərinin cəlb olunması vasitəsilə Azərbaycanda işgüzar  turizmin inkişaf etdirilməsi məqsədilə fəaliyyətə başlayan təşkilat (MİCE) dövlət və özəl sektorlarının partnyorluq modeli üzrə yaradılmışdır. 
Azərbaycanda iki qış turizm müəssisəsi fəaliyyət göstərir: Qusardakı “Şahda𔝠Yay-Qış İstirahət Kompleksi və Qəbələ rayonunda 2014-cü ilin yanvar ayında açılışı olan “Tufan” Dağ-Xizək Mərkəzi. Bu iri komplekslərin inşası göstərir ki, Azərbaycanda təkcə yay turizminə alternativ turizm növlərinin də inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir.
Azərbaycanın  dünyaya tanıdılması istiqamətində geniş tədbirlər görülür. Təbliğat maşınından istifadə olunur. Çünki bu sektorda reklamın əvəzsiz rolu vardır.  Dünyanın nüfuzlu turizm portalı olan “HolidayCheck.com” da Azərbaycanın turizm potensialına dair alman dilində mikrosayt yaradılmışdır. Saytda ölkəmiz haqqında ümumi məlumat, sağlamlıq, çimərlik, mədəniyyət haqqında məlumatlar yerləşdirilmişdir. Mikrosayta 1 ay müddətində 719 226 baxış olmuşdur.  

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılmış www.azerbaijan.travel rəsmi milli turizm portalı son illər ərzində daxili və xarici turistlər üçün Azərbaycanın turizm potensialı, o cümlədən təbiəti, turizm infrastrukturu, ictimai nəqliyyat sistemi, ölkəmizin unikal turizm məhsulları (uniquesellingpoints), turizm şirkətləri və mehmanxanaları barədə geniş məlumat bazası və təbliğat vasitəsi rolunu oynamışdır. Bu internet saytı 2013-cü ildə Azərbaycan, ingilis, rus və çin dillərində yaradılmışdır. Beləliklə, ölkəmizin rəsmi turizm internet portalı bu ildən etibarən 7 dildə fəaliyyət göstərəcək. Qeyd etmək lazımdır ki,  sayta bu günə qədər Azərbaycan, Rusiya, Böyük Britaniya, Ukrayna, ABŞ və digər ölkələrdən təxminən 600000 nəfərdən çox istifadəçi daxil olmuşdur.
Bununla yanaşı, gəlmə turizmi üzrə prioritet sayılan ölkələrdə turizm potensialımızın təbliğ edilməsi məqsədilə alman və rus saytlarında müvafiq elektron banerlər yerləşdirilmiş, onlayn müsabiqələr keçirilmişdir. Ölkəmiz hər il 20-dən çox beynəlxalq turizm sərgisində təmsil olunur
Azərbaycan turizm sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələrlə sıx əməkdaşlıq quraraq, dünya turizm məkanına inteqrasiya edir. 2001-ci ilin sentyabr ayında Dünya Turizm Təşkilatı Baş Assambleyasının XIV sessiyasında Azərbaycan Respublikası quruma tamhüquqlu üzv qəbul edilib.
Azərbaycanın mədəniyyət və turizm potensialının xaricdə təbliğ və təşviq olunması, ölkəmizdə keçirilən mühüm tədbirlərin digər dövlətlərdə işıqlandırılması, əcnəbi turist axınının çoxaldılması məqsədilə biz bəzi populyar televiziya kanalları (CNN, Euronews, habelə rus,fransız, türk televiziya kanalları...) ilə əməkdaşlıq edirik. Həmçinin ölkədə keçirilən beynəlxalq səviyyəli müxtəlif  idman yarışları, mədəni tədbirlər turizm axınına səbəb olur.
Global Sağlamlıq Turizm Təşkilatının vitse prezidenti Ruslan Güliyevin sözlərinə görə,   Azərbaycanın tanıdılması ümumiyyələ hər bir vətəndaşın, xüsusən də turizmçilərin qarşısında duran ümdə məslələrdən biridir: “Hesab edirəm ki, Azərbaycanda turizmin inkişafı 10 il öncə də bu günkü templə  inkişaf etsəydi daha çox nailiyyət əldə etmişdik. Çünki bu gün dövlət başçısının, Mədəniyyət və Turizm Nazirliyinin bu sahənin inkişafına yönəlmiş   qərar və tədbirlərinin nə qədər pozitiv nəticə verdiyini gözlə görmək mümkündür. Dünya təcrübəsindən istifadə, dünyada gedən prosseslərə həssas yanaşma, viza sadələşdirilməsi, təhsil, kadr məslələrində irəliləyişlər, bu sahədə  peşəkar kadrların yetişidirilməsi, tanınmış brendlərin Azərbaycana gəlməsi kimi hallar Azərbaycanda turizmin sürətli inkişafına səbəb olur. İnanırıq ki, yol   xəritəsinin təsdiqindən sonrakı dövrə, 2025-ci ilə qədər biz fövqəladə  dəyişikliklərin şahidi olacağıq. Hədəf olaraq Azərbaycan 10 milyon turisti qəbul etməyə hazır olmalıdır. Gürcüstan kimi bir dövlət ildə 6 milyon turist qəbul edə bilirsə, Azərbaycan bunun ikiqatını edə bilər. Azərbaycan logistika və nəqliyyat dəhlizləri layihələrində, Şərq- Qərb, Şimal- Cənub marşrutlarında uğurlu oyunçu olmaq istəyirsə, istər hava, istər dəmir yolu, istər dəniz yolu  olsun, bütün nəqliyyat vasitələrinin qovşağına çevrilməyi,   nəqliyyat xabı olmağı bacarmalıdır, hazırda biz bu hədəfi qarşıya qoymuşuq.  3 saatlıq  qısa  bir zaman sürəsində Şərqlə Qərbi birləşdirmək mümkündür, nəqliyyat qovşaqları, xabları bu işdə çox faydalı ola bilər. Təbii ki , bu da  əlavə xidmət sahələrinin inkişaf etdirilməsinə, ölkəyə valyuta axının cəlb edilməsinə hesablanmış addımdır. Son 2 il ərzində 20-dən çox sərəncam imzalanıbsa bu,   turizmin Azərbaycan üçün labud və zəruri olmasından  xəbər verir. Dünya bazarında rəqabət qabiliyyətimizi artıra bilmək üçün biz təqdim etdiyimiz xidmətlərin  maya dəyərinin azaldılmasına çalışmalıdır. Kiçik və orta  sahibkarlığın inkişafına təkan verilməlidir. Bu sahədə çalışan  şirkətlərin qorunması üçün qanun layihəsi hazırlanır. Bu turizm haqqında qanunda da öz əksini tapacaq. Ən nəhayət  ölkə gəncliyinə, bu sahədə çalışmaq istəyi  olan  insanların  motivasiyası artırılmalıdır”.

 İlhamə Rəsulova


Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]