Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlillərdən hökumətə müraciət

Əlillərdən hökumətə müraciət
Bölmə :
KİVDF
Yayım tarixi :
17/4/2013 [11:16]
Baxılıb :
881 dəfə
512 nəfər hərəkət məhdudiyyətli vətəndaş problemlərinin həll olunacağı günü gözləyir

“Əlillərin ictimai təşkilatlarda birləşməsi və bu istiqamətdəki fəaliyyətləri arzuolunan durumda deyil. Bununla bağlı göstərdiyimiz səylər dəfələrlə boşa çıxıb. Belə təbəqədən olan vətəndaşları bir araya gətirmək, təşkilatlandırmaq, öz problemlərinin həlli üçün çalışmalarını təmin etmək çox çətindir”. 
Bu fikirləri “Bizim Yol” əməkdaşı ilə söhbətində anadangəlmə fiziki qüsurlu olan, birinci qrup əlil Zaur Hacılı səsləndirdi. Onun sözlərinə görə, uzun sürən çalışmalardan sonra uğurlu bir işə nail olublar: “Bir qrup hərəkət məhdudiyyəti olan dostlarımla birlikdə problemlərimizin həllinə nail olmaq məqsədilə öz adımızdan muraciət hazırlamağa və heç bir təşkilatın təmsilçiliyi olmadan rəsmilərlə görüşməyə qərar verdik. İlk olaraq hazırladığımı müraciəti Milli Məclisə təqdim etdik. Nəticədə parlamentin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin qəbuluna düşdük”. 

Deputatla görüş

Müsahibimizin dediyinə görə, deputatlar görüş zamanı problemin ciddilyi qeyd olunub bə bu baxımdan, onun daha geniş çərçivədə müzakirə edilməsinə, həlli yollarının birlikdə axtarılması üçün rəsmi şəxslərlə mütəmadi görüşlərin keçirilməsinə qərar verilib: “Görüşümüz Bakı Caz Mərkəzində baş tutdu. Görüşdə hərəkət məhdudiyyəti olan bir qrup insan - Sevda Səfərəliyeva, Qəndaf Əkbərli, Sülhanə Bayramova, Zaur Hacılı, İlham Məhərrəmov, Fərid Balaşov, Telman Əsgərov, Rəvan Əmişov, Mirzə Məmmədvəliyev və Azər Həsənov da iştirak edirdi. Dövlət nümayənlərindən isə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillərin sosial müdafiəsi idarəsinin rəisi Vüqar Həsənov qatılmışdı. Görüşdə üç mövzu ətrafında müzakirə və təkliflər getdi. Birincisi, əlillərin içtimai nəqliyyatdan istifadəsi, ikincisi, müavinətlərin artırılması, üçüncüsü, kredit hüququ. Görüşdə o da qərara alındı ki, ayda 1 dəfə bu cür görüş keçirib müzakirə aparaq”.
Z.Hacılının sözlərinə görə, həmin görüş zamanı ünvanladıqları müraciətdə qaldırılan məsələlərin prioritetlilik əsasında həllinə qərar verilib: “İlk növbədə əmək stajına malik olmayan 1-ci qrup hərəkət məhdudiyyəti olan şəxslərin müavinətlərinin (60 manat 50 qəpik) minimum yaşayış məbləğinə çatdırılması, onlara qulluq edən şəxslərin qulluq müddətinin əmək stajı kimi hesablanması və müəyyən məbləğdə müavinətlə təmin edilməsi məsələsi müzakirə edildi. Daha sonra hərəkət məhdudiyyəti olan şəxslərin fərdi hərəkət müstəqilliyinin tərkib hissəsi olan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu tərəfindən verilən əlil arabalarının keyfiyyətsiz olması barədə danışdıq. O cümlədən, əlillər Telman Əsgərov və Fərid Balaşov bu arabaların keyfiyyətinin və funksiyalarının çox aşağı olduğunu, bu barədə müvafiq nazirliyə müraciətlər edilməsinə baxmayaraq, vəziyyətin uzun illərdir ki, dəyişməz olaraq qaldığını bildirdilər. Yəni nazirliyin təşkilatçılığı ilə hələ də keyfiyyətsiz arabalar alınaraq əlilliyi olan şəxslərə paylanır. Halbuki bizim həyatımızın çox hissəsi bu araba üzərində keçir və təbiidir ki, onların daha dözümlü və keyfiyyətli olması Əlillərin Hüquqlarının Müdadiəsi üzrə Konvensiyada da nəzərdə tutulduğu kimi, həyat şəraitimizin yaxşılaşmasına xidmət edə bilər. Bundan başqa bu arabaların xüsusi ortopedik döşəkçələrlə təmin edilməməsinin uzun müddətli müalicə tələb edən ağır yataq yaralarına səbəb olduğu da deyildi”.
Bundan başqa, Zaur Hacılı həyat şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş qol və baş dəstəkləyicisi olan elektrik mühərrikli arabalara və fərdi qaldırıcı qurğulara böyük ehtiyac olduğundan da danışdı: “Təəsüf ki, əlillərin belə arablarla dövlət tərəfindən təmin edilməməsi əlilliyi olan insanların gündəlik həyatında çox böyük çətinliklər yaradır. Bu arabaların, qaldırıcı və digər qurğuların və vasitələrin əldə edilməsinə köməklik göstərilməsi üçün dövlətin müvəkkil banklar təyin etməsi və əlilliyi olan insanlara uzunmüddətli faizsiz kreditlərin verilməsinin də vacibliyi qeyd edildi. Millət vəkili ilə görüşdə reabilitasya mərkəzlərində olan şəraitsizlikdən də danışıldı. 
Digər əlil Azər Həsənov əlil arabaları üçün uyğunlaşdırılmış avtobusların və elektrik mühərrikli arabaların alınmasının zərurliyindən danışdı. Belə ki, bu əlil arabaları əlilliyi olan insanlara qulluq göstərən şəxslərin də işinin yüngülləşdirilməsinə və qayğısının azaldılmasına səbəb olacaq. Mirzə Məmmədvəliyev əlillərin ictimai təşkilatlarının fəaliyyətinin maket xarakter daşımasını bildirdi və BƏST (Birləşmiş Əlil Sahibkarlar Təşkilatının) hüquqi qeydiyyatı ilə əlaqədar olaraq üzləşdiyi çətinlikləri diqqətə çatdırdı. O, eləcə də əlverişli infrastrukturun yaradılması üzrə məsul şəxslərin cavabdehlik daşımaması ilə bağlı qanunvericlikdə boşluğun olmasını və bu halın aradan qaldırılması zərurətini də qeyd etdi”.
Rəsmilərlə sözügedən görüşdə əlillərin cəmiyyətə inteqrasiyası məsələləri də müzakirə olunub: “Əlil Sevda Səfərəliyeva bildirdi ki, yuxarıda göstərilən problemlər hərəkət məhdudiyyəti olan insanların cəmiyyətdən tam təcrid olunmasına və mövcud problemlərin daha da ağırlaşmasına səbəb olur. O dedi ki, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasının ilk və vacib şərti şəhər infrastrukturunun, o cümlədən ictimai nəqliyyatın (metro, avtobus və s.) mərhələli olaraq əlilliyi olan şəxslərin ehtiyaclarına uyğunlaşdırılmasıdır. Mən də əlverişli nəqliyyatın bizim cəmiyyətə çxışımızı, təhsil seçimimizi, əmək fəaliyyətimizi təmin edəcəyini, tibbi xidmətlərdən yararlanmağımızı asanlaşdıracağına və asudə vaxtımızı səmərəli keçirməyimizə yardımçı olacağını vurğuladım”. 
Zaur Hacılının sözlərinə görə, 512 əlilin imzası ilə əlillərin qarşılaşdıqları problemlərlə bağlı müavfiq dövlət qrumlarına müraciət göndərilib: “Müraciətə mənimlə yanaşı digər əlillər - Gülnarə Səlimova, Samir Səlimov, Sevda Səfərəliyeva, Sülhanə Bayramova, İlham Məhərrəmov, Mirzə Məmmədvəliyev, Qəndaf Əkbərli, Fərid Balaşov, Sevinc Səmədzadə və başqaları imza atdılar”.

Hökumətə təklif

Z.Hacıılı bildirir ki, sağlamlıq imkanları məhdud şəxslərin Əlillərin Bərpa Mərkəzlərində rahat hərəkəti üçün şərait yoxdur: “Mən 1980-ci il doğumlu I qrup əlil vətəndaşam və proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlərdənəm. Bu əziyyətlərimin artmasının qarşısın almaq məqsədi ilə Bakıda, 6-cı mikrorayonda yerləşən Əlillərin Bərpa Mərkəzinə yazıldım. Çox böyük ümidlə 4 ay növbəmi gözlədim, vaxt gəlib yetişəndə zəng edib xəbər verdilər. Amma oraya gedəndən sonra məndə çox böyük bir təəssüf hissi yarandı. Bu təəssüf hissini yaradan səbəbləri sizlərlə paylaşmaq istərdim. Əlillərin Bərpa Mərkəzinin bina quruluşu elə bir şəkildədir ki, dəhlizlər arası keçid, otaqlara giriş və liftə giriş mənim kimi fiziki gücü az əlillərin araba ilə hərəkəti üçün çox çətin və əziyyətlidir. Çünki qapı keçidində maneə zolaqları var, 15 günlük müalicə müddətində çox bahalı olan araba sıradan çıxar. Tualet o qədər kiçikdir ki, kiminsə yardımı ilə tualetə girmək imkansızdır, indi özünüz düşünün ki, əzələ zəifliyi olan bir adam təkbaşına tualet ehtiyacını necə qarşılasın?”.
Həmsöhbətimizin dediyinə görə, Əlillərin Bərpa Mərkəzinin ləvazimatları onun kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlər üçün qətiyyən uyğun deyil: “Belə ki, masaj masasının yüksəkliyi o qədər hündürdür ki, nəinki anamın, hətta atamın fiziki gücü ilə 3 gün o masaya qaldırılsam, 4-cü gün atamın özünün kiminsə yardımına ehtiyacı olar. Razılaşarsınız ki, 60-70 kilo əzələ zəyifliyi olan bir adamı yüksəkliyə qaldırıb-endirmək çox çətindir, məhz buna görə də 10 günlük mualicə müddətində 1 gün masaj olundum. Onda da xahişlə xəstələrin birinin otağında edildim və bu üzdən masajdan imtina etdim, halbuki masaj mənim kimi xəstəyə çox vacibdir”. 
Z.Hacılı deyir ki, USM otağında da vəziyyət arzuolunmazdır: “Orada üzləşdiyim əziyyəti görsəydiniz, mənimlə razılaşardınız. Otaq o qədər kiçikdir ki, 50 yaşındakı anam məni çox əziyyətli bir şəkildə UZİ masasına qoya bildı. Bəzi nümunələr gətirim:
1. Masaj masasının yüksəkliyi 60-95 sm arasındadır və endirib-qaldıra bilən olmalıdır.
2. Arabadan hər hansı bir yerə və oradan da arabaya əziyyətsiz bir şəkildə qoyulmaq üçün liftlər mövcuddur. Bu liftləri bir çox şirkət istehsal edir. Amma indiyə qədər gördüklərimin içində həm çeşit baxımından, həm də yığcamlıq baxımından Multi Lift kimisini görməmişəm, buna görə də onlardan istifadəni münasib sayıram.
3. Əlillərin Bərpa Mərkəzləri mənim kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkənlər üçün qətiyyən uyğun deyil deyərkən, masajla bərabər olması zəruri olan bir müalicə vasitəsi də idmandır. Mən 10 günlük mualicəm müddətində xəstəliyimə uyğun heç bir idman vasitəsi tapmadım, sadəcə əl və qolumu 5-10 dəqiqəlik hərəkət etdirib və bir ucuna qum torbası bağlanmış ipi əlimə bağlayaraq onu dartmağımı istəyirdilər. Halbuki mənim kimi xəstələrdə belə bir güc yoxdur və üstəlik də bunun yaratdığı gərginlik insanın olan-qalan gücünü də yox edir. Bu o deməkdir ki, o cür idman üsulu məqbul deyil”.
Müsahibimiz “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna da istinad etdi: “O qanun Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir. Mən Azərbaycanda əlillər barəsində dövlət siyasətini müəyyən edən bu qanuna əsaslanaraq təklif edirəm ki, heç olmasa ölkəmizdəki 16 Əlillərin Bərpa Mərkəzindən birində mənim kimi proqressiv əzələ distrofiyasi və atrofiyası xəstəliyindən əziyyət çəkən əlil insanlar üçün uyğun avtomobil ayrılsın. Şəxsən mən 55 Azn müavinət almağıma baxmayaraq, üç aydan bir 15 günlük müalicə müddətində 100 manat ödəyərəm ki, gedib-gəldiyim zaman zülmdən xilas olum. Əminəm ki, bunu bir çox əlil yurddaşımız da istəyər”.

Ramid


Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]