Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan beynəlxalq təhlükəsizlik strukturları ilə fəal əməkdaşlıq edir

Azərbaycan beynəlxalq təhlükəsizlik strukturları ilə fəal əməkdaşlıq edir
Bölmə :
KİVDF
Yayım tarixi :
6/4/2017 [00:09]
Baxılıb :
2425 dəfə
Dünyanı qana çalxalayan terrorçuluğa qarşı mübarizə Bakının əsas prioritetləri sırasındadır

Dünyanın qloballaşması özü ilə bəşəriyyətə bir sıra müsbət məqamlar verdiyi kimi, təhlükələr də vəd edir. Bu  təhlükələrdən ən böyüyü və hazırda ən aktualı nüvə silahları deyil, təəəsüf ki, beynəlxalq terrorçuluğun geniş vüsət almasıdır.  Beynəlxalq terrorçular artıq simasını dəyişərək, ayrı ayrı insanlara, təşkilatlara qarşı deyil, xalqlara və dövlətlərin müstəqilliyinə qarşı müharibə elan edib. Təəssüflə qeyd etmək lazımdır ki, hələlik bu müharibədə heç də məğlub olunmuş, zəif tərəf kimi görünmür. Bu gün  terrorçular böyük güclərin, qaranlıqda qalmaq istəyən qüvvələrin əlində  alətə çevrilib.

Politoloq Elçin Mirzəbəylinin fikrinə görə, Azərbaycan  beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı mübarizədə hər zaman aktiv iştirak edib, kolisiya üzvüdür. “Ölkəmiz  terrora  məruz qalan bir dövlət kimi terrorizmin kökünün kəsilməsində maraqlıdır. Eyni zamanda Azərbaycanın işağl altında  olan, nəzarətdən kənarda qalan torpaqlarında terror təşkilatlarının fəaliyyət göstərməsi barədə  ölkəmiz dəflərlə beynəlxalq  təşkilatlara məlumat verib. Müxtəlif səviyyələrdə bu məsələ qaldırılıb. Bu aspektdən baxanda Azərbaycan ictimaiyyətini narahat edən məsələlərdən biri də terrorizmə ikili standartlardan yanaşılmasıdır. Nə qədər  ki, dünyada bu ikili münasibət mövcuddur terror geniş vüsət almaqda davam edəcək. Azərbaycan hüquq mühafizə orqanları, təhlükəsizlik strukturları  ölkənin təhlükəsizliyinin qorunması istiqamətində ciddi və müvafiq tədbirlər görür, eyni zamanda beynəlxalq təşkilatlarla da əməkdaşlıq aparılır.Dəfələrlə qurumlarımız tərəfindən beynəlxalq terror şəbəkəsinin üzvü olan şəxslər ifşa edilib. Bu mənada  əminliklə demək olar ki, Azərbaycan  beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə fəal rol oynayır və bu ölkəmiz üçün prioritet təşkil edir”.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin beynəlxalq əməkdaşlıq fəaliyyəti xarici ölkələrin xüsusi xidmət, təhlükəsizlik və hüquq mühafizə orqanları ilə informasiya və təcrübə mübadiləsi, ekspert görüşləri, beynəlxalq tədbirlərdə iştirak, saziş, müqavilə və protokolların imzalanmasının həyata keçirilməsi formatında aparılır. Dövlət Təhlükəsizliyi Xidməti beynəlxalq əməkdaşlığın həyata keçirilməsində Azərbaycan Respublikasının milli qanunvericiliyini əsas tutur. 
Hazırda Dövlət Təhlükəsizliyi Xidməti dünyanın 50-dən çox ölkəsinin xüsusi xidmət və hüquq mühafizə orqanları ilə iki və çoxtərəfli formatda əməkdaşlıq münasibətlərinə malikdir. Çoxtərəfli əməkdaşlıq mexanizmləri ilk növbədə ayrı-ayrı beynəlxalq təşkilatlar çərçivəsində əlaqələr sistemini nəzərdə tutur. 

Dövlət Təhlükəsizliyi Xidmətinin Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransı, MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin Şurası, MDB-yə üzv dövlətlərin kəşfiyyat xidmətləri və təhlükəsizlik orqanları rəhbərlərinin müşavirəsi və sair beynəlxalq təşkilatlar çərçivəsində faydalı çoxtərəfli əməkdaşlıq münasibətləri mövcuddur.
Dünən Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin XIV iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə Kremldə görüşüb. Kremlin mətbuat xidməti MDB ölkələrinin kəşfiyyat təşkilatları arasında fəaliyyətin koordinasiyasının təkmilləşdirilməsinin beynəlxalq terror təhlükəsinin artdığı bir vaxtda mühüm əhəmiyyət daşıdığını bildirir.

Aprelin 4-də Moskvada MDB xüsusi xidmət rəhbərlərinin müşavirəsi işə başlayıb. iclasda Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Mədət Quliyev, Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-mayor Sultanov da tədbirdə iştirak ediblər.
Müşavirədən sonra Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey İvanov bildirib ki, MDB üzvü olan ölkələrin xüsusi xidmət orqanlarının rəhbərləri hər şeydən əvvəl terrorçuluqla mübarizədə əməkdaşlığı davam etdirməyə razılaşıblar.Yekun memorandumunda iştiraçılar çoxtərəfli əməkdaşlığı davam etdirmək niyyətini təsdiqləyiblər. MDB ölkələrinin həyati maraqlarına toxunan əsas təhdidlər qismində beynəlxalq terrorçuluq, dini və siyasi ekstremizm göstərilib. 

Bu görüşməyə paralel olaraq Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Krallığın Vəliəhdinin varisi, Nazirlər Şurası sədrinin müavini, Müdafiə naziri şahzadə Məhəmməd bin Salmanla görüşüb. Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Müdafiə naziri Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən,  qlobal terrorizmə qarşı mübarizəni əlaqələndirən İslam Hərbi Koalisiyası Mərkəzində də olub. 

Yəni göründüyü kimi Azərbaycan dövləti  beynəlxalq əlaqələrdə hərbi və  milli təhlükəsizlik  məsələlərinə xüsusis diqqət yetirir, istər Şərq, istərsə də Qərb dövlətləri ilə hərtərəfli əməkdaşlığın inkişafına səy göstərir. Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri aşağıdakılardır:

Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq;
Avro-Atlantik strukturlarla əməkdaşlıq;

Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənaye kompleksləri ilə əməkdaşlıq;
hərbi təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üzrə xarici dövlətlərlə hərbi, hərbi-siyasi və hərbi-texniki əməkdaşlıq;

Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması və inkişaf etdirilməsi istiqamətində hərbi quruculuğun müasir dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üzrə xarici dövlətlərin silahlı qüvvələrində və beynəlxalq təşkilatlarda tətbiq olunan yeni proqram və mexanizimlərin araşdırılması;

"Avropada Adi Silahlı Qüvvələr haqqında” 1990-cı il Müqaviləsi və “Etimadın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında” 2011-ci il Vyana Sənədi üzrə inspeksiya fəaliyyətlərində iştirakın genişləndirilməsi;

Böhranların və silahlı münaqişələrin qarşısının alınmasında, idarə olunmasında, həll edilməsində, nəticələrinin aradan qaldırılmasında, beynəlxalq terrorçuluğa, nüvə və digər kütləvi qırğın silahlarının, onların komponentlərinin və nəqli vasitələrinin yayılmamasına, hərbi xarakterli digər müasir çağırışlara və təhdidlərə qarşı əks-təsir səylərinin cəmləşdirilməsi üzrə fəaliyyətlərin genişləndirilməsi;

Beynəlxalq hərbi əməkdaşlıq sahələrində xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıqdan irəli gələn öhdəlik və vəzifələrin yerinə yetirilməsi üzrə fəaliyyətlərin inkişafı və genişləndirilməsi;

Sülhməramlı əməliyyatlarda iştirakı planlaşdırılan şəxsi heyətin və bölmələrin daha səmərəli hazırlanması, döyüş hazırlığı və uyarlılıq səviyyələrinin yüksəldilməsinə töhfənin verilməsi üçün  beynəlxalq təcrübənin və tətbiqi imkanlarının araşdırılması.



Eyni zamanda, ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərilir. 

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında 2012-2013-cü illəri əhatə edən iki illik fəaliyyəti dövründə dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak edib. Azərbaycan iki dəfə - 2012-ci ilin may ayında və 2013-cü ilin oktyabr ayında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil etmişdir.

2012-ci ilin may ayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi və BMT-nin Baş katibi Ban Ki Munun iştirakı ilə "Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi" mövzusunda Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurasının sədrinin bəyanatı qəbul edilmişdir. 2013-cü ilin oktyabr ayından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə "Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi" mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir.

 Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunmuşdur. 

Xarici siyasətimizin prioritet istiqamətlərindən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli Xarici İşlər Naziliyinin fəaliyyətinin əsasını təşkil edir. Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəliyimizdə duran əsas məsələ olmuşdur. 
Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində bir sıra işlər görülmüşdür. 

BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər bu kimi regional və beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir.

Bütün bu fəaliyyətlər heç şübhəsiz Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuzunun artırılmasına və mövqeyinin möhkəmləndirilməsinə xidmət etməkdədir.

Göründüyü kimi Azərbaycanın dünyaya inteqrasiyası  ilk növbədə milli maraqlarımızdan, milli təhlükəsizliyimizin təmini şərtlərindən keçir. Bu gün dünya  partlamağa hazır   bomba halına gətirilib. Yurdda  sülh , cahanda sülh  çağırışı bu gün hər zamankından daha aktualdır. Azərbaycanın  beynəlxalq aləmdə atdığı hər bir addım məhz bu  çağırışın reallaşdırılmasına hesablanıb.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]