Bu musiqi hərəkatı hazırda 45 ölkəyə yayılıb
“Sofar” (Sounds From A Room) ilk dəfə 2009-cu ildə Londonda başlamış möhtəşəm musiqi hərəkatıdır ve hazırda 45 ölkədə fəaliyyət göstərir. Evlərdə təşkil olunan konsertlərin məqsədi istedadlı az tanınan musiqiçiləri, qrupları bir yerə toplamaqdır. Musiqi hərəkatının bir çox özəlliyi var. Canlı ifa zamanı danışmaq, telefonla məşğul olmaq olmaz. Bu konsertə gələnlərin musiqidən zövq almağı üçün qoyulmuş qaydadır. Musiqi hərəkatının daha bir fərqliliyi isə ondadır ki, gələnlərin hamısı yerdə əyləşir, 15 dəqqiqəlik fasilə zamanı söhbətləşir, çay və kofeyə qonaq olurlar. Daha sonra isə yenidən musiqi dəqiqələri davam edir.
Musiqi hərəkatı olan Sofar 2016-cı il 26 iyul tarixindən rəsmi icazə ilə Bakıda da fəaliyyət göstərir.
Ayda bir dəfə keçirilən konsertdə bir çox qruplar və musiqiçilər iştirak edib. Bunlara Darvish Band, Şahin Əlizadə, Müslüm İmranlı , Albina Paşazadə, Ahmedowski Trio, Orxan Əfəndi & Ervin Najafov daxildir. Növbəti “Sofar” konsertlərində tamaşaçı və iştirakçı olmaq üçün “Sofar Sounds Baku” səhifəsinə yazmaq və ya izləmək kifayətdir.