Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Postsovet məkanında nümunəvi tərəfdaşlıq…

Postsovet məkanında nümunəvi tərəfdaşlıq…
Bölmə :
KİVDF
Yayım tarixi :
3/4/2017 [23:55]
Baxılıb :
2429 dəfə
Azərbaycan - Qazaxıstan dostluq əlaqələri regionda sülhə xidmət edir

Azərbaycan Respublikası dünyanın bir çox dövlətləri ilə sıx əlaqələrə malikdir. Ölkəmizin xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin daha da genişləndirilməsi xüsusi önəm kəsb edir. Bu mənada Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri  Qazaxıstan Respublikasıdır. Orta Asiyada Azərbaycanın ən yaxın müttəfiqi və strateji tərəfdaşı rolunda Qazaxıstan Respublikası çıxış edir. Ümumiyyətlə, bu iki ölkə müxtəlif güc mərkəzlərinin maraqlarının kəsişdiyi Avrasiyada həm coğrafi, həm də təbii ehtiyatlar baxımından çox mühüm əhəmiyyət daşıyır. 

Azərbaycan ilə Qazaxıstan münasibətləri  qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Bu ölkədə yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib. Iki ölkə arasında mədəni əlaqələr də yüksələn xətlə inkişaf edir.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi çərçivəsində mövcud olmuşdur.

Hazırda iki ölkə arasında bir çox sahəni əhatə edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədir. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır.  Xəzərin digər sahilyanı ölkələrindən fərqli olaraq, Qazaxıstanın Azərbaycanla münasibətləri yalnız yüksələn xətt üzrə inkişaf edib və müttəfiqlik səviyyəsinə qalxıb. Hər iki ölkə həm Xəzərin hüquqi statusu, həm də enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və dünya bazarlarına çıxarılması məsələsində eyni və ya oxşar mövqedən çıxış edərək, bir-birinin maraqlarını qarşılıqlı şəkildə təmin edir.
Ölkələr arasında diplomatik əlaqələrin əsası isə 30 avqust 1992-ci il tarixində qoyulub. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt türkdilli ölkələrin dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə  arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib. 
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkələr bir sıra formatlarda, o cümlədən, türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Ümummilli liderin əsasını qoyduğu siyasəti uğurla davam etdirən prezident İlham Əliyevin səyləri nəticəsində bu əməkdaşlıq daha strateji və intensiv xarakter alıb.
Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004 cü ilin martında olub. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər 2 dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə, Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. 

O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılmasınəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib. 2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmisəfəri çərçivəsində  Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə də daxilolmaqla 6 sənəd imzalanıb. 

Bundan başqa, iki ölkə arasında baş nazirlər, parlament rəhbərləri və digər rəsmi nümayəndələr səviyyəsində yüzlərlə qarşılıqlı səfərlər həyata keçirilmiş və ikitərəfli əlaqələrin bütün aspektləri üzrə ortaq maraqlara uyğun razılaşmalar əldə edilmişdir.

Nursultan Nazarbayevin Bakıya növbəti səfərini şərh edən politoloq  Zərdüşt Əlizadə bildirib: «Nursultan Nazarbaev sovet vaxtından qalan az, həm də uzağı görməyi bacaran siyasətçilərdən biridir. Ən azı, qazax xalqını mürəkkəb dönəmlərdə ağır bəlalardan kənar saxlamağı bacardı.”
Z.Əlizadə hesab edir ki, N.Nazarbaev MDB məkanında nüfuza malik, öz siyasi xəttində sabitqədəm olmağı bacaran siyasətçilərdəndir.

Ekspert qeyd edib ki, o, bir qayda olaraq, beynəlxalq qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: «Amma N.Nazarbaev-in bu mövqeyi təkcə Azərbaycanı dəstəkləmək məsələsi deyil. O, bununla Qazaxıstana yönələ biləcək təhlükələri görür».

Politoloqun fikrincə, Qazaxıstan prezidentinin bu səfərində, əsasən, qarşılıqlı iqtisadi inkişaf və Qarabağ məsələsi müzakirə edilə bilər.

Z.Əlizadə hesab edir ki, Qazaxıstan neftinin bir hissəsinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına çıxarılması məsələsi, hələ də, aktualdır: «Bundan başqa, Çinin layihəsi olan «İpək Yolu» layihəsində iştirak məsələsi var. Bir çox dövlətlər, o cümlədən, Rusiya, Türkiyə, bu layihəyə iddialıdır».

Politoloqa görə, Qarabağ məsələsinin müzakirəsi də gündəmindədir, amma burada məsələ çox mürəkkəbdir: «Qərb dünyası hesab edir ki, Qarabağ problemi kimin xeyrinə olursa olsun, həll edilməlidir. Azərbaycan hakimiyyətinin də mövqeyi hamıya məlumdur. Burada təkcə Rusiya problemin həllində maraqlı deyil. Belə ki, Qarabağ məsələsi istər Azərbaycan, istərsə də erməni xalqını «qarmaq»da saxlamaqdan ötrü düşünülmüş alətdir və özü də bu səmərəli alətdir».
Hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşdırlar və iki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları əlaqələrininkişaf etdirilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda, Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərir və iki ölkə arasında 100-dən artıq sənəd imzalanıb. Ölkələr arasında hərbi sahədəəməkdaşlıq da diqqət mərkəzindədir. Və bu məqam iki ölkənin rəsmilərinin, həmçinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı xüsusi olaraq vurğulanır.  

Hazırda Qazaxıstanda 300 mindən çox azərbaycanlının yaşamasını nəzərə alsaq iki  xalq arasında münasibətlərin inkişaf etdirilməsi üçün  Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun xidmətlərini də qeyd etmək yerinə düşərdi.  Bakı və Astana qardaşlaşmış şəhər statusunu alıb. Astanada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Konqresinin sədri Araz Xudiyevin söylədiyinə görə, mədəni  və iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Araz Xudiyevin şəxsi təşəbbüsü ilə Astana şəhərinin mərkəzi küçələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verilib. Daha bir maraqlı təşəbbüs əsasında 2012-ci ildən Azərbaycanın Yardımlı rayonu ilə Qazaxıstanın Akmala vilayətinin Kurqaljen rayonu arasında  rəsmi sənəd imzalanıb və hər iki rayon qardaşlaşıb.  Bundan əlavə tezliklə Azərbaycanda Heydər Əliyev - Nursultan Nazarbayev adına Turizm və istirahət Kompleksinin yaradılması nəzərdə tutulur.Bu layihə artıq Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəyənilib.

Türk dünyasının qədim və şanlı tarixə malik bu iki dövləti arasındakı dostluq münasibətləri hər iki xalqın rifahının yüksəlişinə, regionda və dünyada sülhün, asayişin, sabitliyin saxlanmasına xidmət edir. Hər iki ölkənin dövlət rəhbərləri digər dövlətlərin  iş adamlarını ölkələrinə sərmayə qoymağa dəvət edirlər. Hər iki ölkənin böyük investisiya imkanları var. Böyük işlər görmək, daha da  inkişaf etmək olar. Bunun üçün əla zəmin  mövcuddur. İnvestisiyalara dövlət zəmanəti verilir. Qalır bircə qolları çırmayıb real işləri genişləndirmək.

Bütün türk dünyasında yaxşı bilinən bir atalar sözü var. Düşmən bir olsa çoxdur, dost min olsa azdır.  Dünyaya inteqrasiya yolunu tutan Azərbaycan  dost  və qardaş dövlətlərin sayını artırmağı, mehriban qonşuluq əlaqələrini, dinc və yanaşı yaşamaq startegiyasını  dəfələrlə bəyan edib və bu strategiyaya sadiq qaldığını da isbat etməkdədir. Odlar yurdunu  etibarlı  tərəfdaş kimi qiymətləndirən dünya dövlətləri də öz maraqlarından çıxış edərək Azərbaycanla əlaqələr yaratmağa meyl edirlər. 

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]