Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Bank sektorunda böyük həyəcan

Bank sektorunda böyük həyəcan
Bölmə :
Sosial-İqtisadi
Yayım tarixi :
17/7/2012 [13:44]
Baxılıb :
dəfə
Daha 4 bankın bağlanacağı gözlənilir, əmanətçilər onların adlarını öyrənməyə cəld edirlər
«Royalbank»-ın 580 əməkdaşı işsizlər ordusuna qoşulub

Son iki ildə ölkədə sayca dörd bankın bağlanması bu sektorda gərginliyin yaranmasına səbəb olub. Xüsusilə, ilin sonuna kimi daha dörd kommersiya bankının lisenziyasının ləğvinin gözlənilməsi barədə xəbərlər əmanətçiləri təşvişə salıb. Vətəndaşların demək olar hər biri «qara siyahıda» olan kommersiya qurumlarının adlarını öyrənmək istəyirlər. Mərkəzi Bank isə qoyulan tələbləri yerinə yetirməkdə çətinlik çəkən bankların adlarını açıqlamaqda tələsmir. Sadəcə, onları birləşməyə çağırır. Ekspertlər düşünür ki, ölkədə fəaliyyət göstərən bankların sayı iki dəfə azalmalıdır. Lakin burada başqa fəsadlar üzə çıxa bilər; birincisi, bank sektoru üzrə mütəxəssislər arsında kütləvi işsizlik, ikincisi bank sektorunun monopoliyalaşması. Ekspertlər hər iki halın baş verəcəyini istisna etmir. Məsələn, sonunca bağlanan «Royalbank» 32 filialında 580 işhçi çalışırdı. Bundan sonra onların hər biri üçün yeni iş yeri tapmaq asan olmayacaq.  

Nazim Məmmədov: «Bəzi banklar kölgə iqtisadiyyatını təşkil etməklə məşğuldurlar»

Sabiq millət vəkili, iqtisadçı-alim Nazim Məmmədovun fikrincə, Əmanətlərin Sığortalanması Fonduna üzv olmayan banklar daha çox risk altındadır: «Bir neçə bankın məcmu və nizamnamə kapitalında problemlərin olması barədə dəfələrlə fikir bildirmişik. Güman edirəm ki, həmin kommersiya qurumlarının lisenziyası ləğv edilməlidir. Amma onların rəsmi şəkildə adının çəkilməsi anti-reklam xarakteri daşıya bilər».
İqtisadçının sözlərinə görə, bankların birləşməsi iqtisadi vəziyyətə uyğun həyata keçirilməlidir: «İnzibati yollarla bunu etmək doğru deyil, yalnız təşviq etmək mümkündür. Burada müxtəlif tələblər qoyula bilər. Onlardan biri nizamnamə kapitalı ilə bağlı sərt tədbirlərin həyata keçirilməsidir. Bəzi banklar vaxtilə nizamnamə kapilatını təkcə vəsaitlə deyil, daşınmaz əmlakla təmin ediblər. Lakin onların hazırda fəaliyyət göstərmələri üçün dövriyyə vəsaitləri yox dərəcəsindədir və kredit reytinqləri çox aşağıdır. Bu banklar beynəlxalq maliyyə qurumları tərəfindən ciddiyə alınmır. Onlar adətən qeyri-rəsmi pul köçürmələri, zəmanət məktubları verməklə məşğuldurlar. Yəni maliyyə maxinasiyası edirlər. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır».
N.Məmmədov onu da əlavə edir ki, bankların böyüməsi üçün rəqabət mühiti olmalıdır: «Rəqabət mühiti olmayana qədər, heç bir problem kökündən həll olunmayacaq. Bir neçə fiziki və hüququi şəxsə malik olan banklar var. Burada korperativ idarəetmə mədəniyyəti yüksək deyil. Bankların səhmləri qiymətli kağızlar bazarında alınıb-satılmayana, onların qiyməti bilinməyənə, kapitallaşması insanların gözü önündə olmayana qədər onların heç birinə etibar yoxdur».
N.Məmmədov bankların birləşməsinin və ya bağlanmasının kütləvi işsizliyə gətirib çıxaracağını düşünmür: «Ümumi daxili məhsulda bankların payı 20 faizə qədərdir. Bəzən bu rəqəmlər şişirdilir. Bəzi banklar kölgə iqtisadiyyatını təşkil etməklə məşğuldurlar. Adətən kassa rolunu oynayırlar. Bu tip banklarda 10-15 nəfər işsiz qalması kütləvi işsizlik yarada bilməz. Peşəkar mütəxəssislər çox rahat iş tapa bilərlər. Bundan başqa əgər bankların lisenziyası ləğv edilirsə, bu həmin dəqiqə yerinə yetirilmir. Ora Mərkəzi Bank tərəfindən kənar idarəçi qoyulur. Onların borcu-xərci müəyyənləşir, habelə ola bilsin ki, bir sıra əməliyyatlara məhdudiyyət qoymaqla fəaliyyət göstərməsinə şərait yaradılsın. Bankın bağlanması çox uzun prosedurdur və bir neçə il vaxt aparır. Bu müddət ərzində bankın perspektivinə güvənməyən işçilər uzaqlaşır. Hesab edirəm ki, Mərkəzi Bank lisenziyaların məhdudlaşdırıması kimi alətlərdən istifadə etsə, daha məqsədəuyğundur. O zaman işçilərlə bağlı müəmmalı vəziyyətlər aradan qalxa bilər».
İqtisadçı, həmçinin, bank sektorunda monopoliyalaşma təhlükəsinin yaranmadığını deyir: «Hazırda bu sektorda gedən proseslər monopoliyanın elementləri ola bilməz. Beynəlxalq Bankın ölkənin kredit və depozit bazarında 40 faiz paya malikdir ki, bu, monopoliyanın əlamətləridir. Dövlət qurumlarında sifarişlərini bir bankın xidmətinə verilməsi də monopoliyanın elementlərindəndir. Bunların qarşısı anti-monopol tədbirlərlə alınmalıdır. Təəssüflər olsun ki, Rəqabət Məcəlləsi qəbul olmadığından, hər hanıı bir biznes təşktlatını monopoliyada suçlamaq olmur. Çünki qanunvericlik olmadıqda, inhisarçılığın sərhədlərini müəyyənləşdirmək çətindir».

Vüsalə RÜSTƏMOVA

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]