Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Milli Təşəbbüs Qrupu 31 mart Soyqırımı ilə bağlı tədbir keçirib

Milli Təşəbbüs Qrupu 31 mart Soyqırımı ilə bağlı tədbir keçirib
Bölmə :
Reportaj
Yayım tarixi :
3/4/2017 [13:30]
Baxılıb :
673 dəfə

Beynəlxalq Mətbuat Mərkəzində "31 mart erməni soyqırımı: Bitməyən erməni vəhşiliyi" mövzusunda dəyirmi masa keçirilib. Bizimyol.info saytının xəbərinə görə, tədbirin aparıcısı, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirib ki, Milli Təşəbbüs Qrupu və Dünya Azərbaycanlıları Konqresinin birgə təşkil etdiyi tədbirdə Azərbaycanın ən önəmli tarixi və faciəsi olan soyqırım hadisələri müzakirəyə çıxarılır. Vətən yolunda şəhid olan sodaşlarımızın xatisəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycanın dövlət himni oxunub. 
İlk çıxış edən DAK-ın həmsədri Sabir Rüstəmxanlı bildirib ki, tədbirə toplananların sayının çoxluğu, xüsusən də gənclərin maraq göstərməsi milli problemlərə olan diqqətin göstəricisidir.. “Bayaq jurnalistlərdən biri zəng etmişdi ki, nəyə görə tariximizdə faciələr daha çoxdur, zəfər günləri isə yoxdur. Bildirdim ki, Azərbaycan tarixində hələlik iki zəfər günü var. Bunlardan biri Respublika Günü kimi qeyd etdiyimiz 28 may tarixidir. Həmin gün biz zəfər çalaraq, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini qurmuşuq. Digər zəfər günü isə 15 Sentyabr Bakının işğaldan azad olunmasıdır. Hənin gün həm də 31 mart soyqırımının qisas günü idi. Ən böyük zəgər günümüz isə Qarabağ işğaldan azad ediləndə və Azərbaycanın quzeyi və güneyi birləşən zaman olacaq” ”“ deyən S.Rüstəmxanlı vurğulayıb ki, soyqırım hadisəsinin milətin yaddaşında tarixı çevrilməsi mühüm hadisədir və millət öz tarixinə, faciəsinə sahib çıxmalıdır. 
Türkçü alim Firudin Cəlilov bildirib ki, xalqın əsas problemimiz bəlaların kökünün bilməməkdən irəli gəlir. “Biz bu tip fəaliyyətimizi səhv istiqamətdə qururuq. Bu gün dava aparırlar ki, dolma bizimdir, yoxsa ermənilərn? Yaxud da “Sarı gəlin” Azərbaycan musiqisidir, yoxsa erməni? Ona görə də əsas problemimizin mahiyyətinə vara bilmirik. O adamları biz qəhrəman kimi sırıyıbblar ki, onlar bizim qanımızı içiblər, kökümüzü kəsməyə çalışıblar. Bu tip problemlərin həll edilməsi üçün üç yol var. 
Birinci yol alimlərimizdən keçir. Yəni araşdırmalarla, faktlarla  tarix ortaya qoyulmalıydı. Amma təəssüf ki, bu məslədə biz uduzmuşuq. Çünki ermənilər bu məsələyə 100 il əvvəl hazırlaşıblar. Dağlıq Qarabağ məsələsində onlar ortaya çox sayda “Qaraba𔝠kitabı çıxardılar, bizdə isə heç nə yox idi.
İkinci yol intellektual yoldur. Yəni siyasətçilər, diplomatlar lobbiçilik yolu ilə həqiqətləri dünya ictimaiyyətinə çatrıdmalı idilər. Ancaq bu məsələdə də ermənilər bizdən qabaqdadırlar. Biz hələ də normal lobbiçilk edə bilmədiyimiz halda, ermənilər lobbi yolu ilə öz yalanlarını dünyaya həqiqət kimi təqdim edirlər. 
Ümüncü yol problemi əsgərə verməkdir. Amma təəssüf ki, bu məsələdə də uğurumuz olmadıl. Çünki Qarabağ məsələsində bizim hələ ordumuz yox idi. Sıfırdan ordu quruldu, axırı isə necə oldu, hamımız gördük” ”“ deyə F.Cəlilov bildirib. 
Çıxış edən alimlər, ictimai xadimlər də yoyqırım tarixi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirin sonunda Milli Təşəbbüs Qrupunun bəyanatı səsləndirilib. Bəyanatda həm soyqırımın anlayışı, həm 1918-ci ilin 31 mart tarixində, həm də 1992-ci ildə Xocalıda baş vermiş soyqırımlar barədə məlumat verilib. 
“Milli Təşəbbüs Qrupu olaraq, soyqırım cinayətlərini xatırlayaraq və bu duyğular içərisində hakimiyyəti Dağlıq Qarabağ probleminin həllində diqqətli olmağa, keçmiçin acı təcrübələrindən nəticə çıxarmağa çağırırıq. Faktiki hərb vəziyyətində olan Ermənistan-Azərbaycan tərəfləri beynəlmiləlləşmiş Qarabağ konfliktinin həllini Azərbaycanın suverenliyi və və ərazi bütövlüyü çərçivəsində çözməlidirlər. Təmas xəttindəki status-kvo, bölgədə Rusiya və digər ölkələrin maraqları, beynəlxalq reallıqlar, həmsədr ölkələrin rəsmi yanaşması problemin açılmasında milli maraqların qorunması üşün əlverişli deyil. Bu səbəbdən hakimiyyətin açıq himayəsi altında həyata keçirilən “erməni qayıdışı”, “sülh platdorması”, “xalqların barışdırılması” kimi utopik və müəmmalı təşəbbüslər sonradan düzəlməsi qeyri-mümkün nəticələr doğura bilər. Hesab edirik ki, müəllifi anonim olan belə layihələr milli maraqlarımıza cavab vermir” ”“ bəyanatda qeyd edilir.

Qeyd edək ki, erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 99 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]