Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan ordusunu gücləndirən hərbi inteqrasiya

Azərbaycan ordusunu gücləndirən hərbi inteqrasiya
Bölmə :
KİVDF
Yayım tarixi :
1/4/2017 [00:30]
Baxılıb :
3124 dəfə
Ölkəmiz beynəlxalq təhlükəsizlik sisteminin etibarlı üzvüdür

Ölkəmizin NATO  və digər beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirilməsi  Azərbaycanın dünya birliyinə inteqrasiya olunması baxımından xüsusi əhəmiyyət kəsb edik. Bu sahədə fəaliyyət Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindən biridir.

“Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə böyük dostlar düşərgəsi qazandıra bilmişdir”,-deyə   Azərbaycan Prezidenti İlham Əliyev dövlətin xarici siyasətinin mahiyyəti barədə danışarkən bildirmişdi.

Azərbaycanın qazandığı uğurların təməlində isə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma da qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi.

Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu,  ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas təsirli amillərindən birinə çevrilməsidir.

XX yüzilliyin sonunda dünyada baş verən qlobal siyasi proseslər, xüsusən də Varşava Müqaviləsi Təşkilatının fəaliyyətinin dayandırılması, “soyuq müharibə”nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkildə dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bilavasitə beynəlxalq münasibətlər sisteminə qatılması və öz maraqlarını ifadə edən xarici siyasət kursunu həyata keçirməyə başlaması dünyada dövlətlərarası münasibətlərin yeni nizamının formalaşmasına gətirib çıxardı.

İkinci Dünya müharibəsindən sonra Qərb dövlətlərinin hərbi-siyasi bloku kimi meydana gəlmiş Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu il aprelin 4-də ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılmışdır. Vaşinqton müqaviləsinə əsasən təsis edilmış bu təşkilatın məqsədi BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq kollektiv müdafiədir. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulmuşlar. Daha sonralar 1990-cı illərin ikinci yarısında NATO üzvlərinin sayı artaraq alyansın Şərqə doğru genişlənməsinə gətirib çıxardı.

1998-ci ilin ikinci yarısından etibarən Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO ilə birgə keçirilən hərbi təlimlərdə iştirak etməyə başladı. Şimali Atlantika Bloku ilə əməkdaşlığı dərinləşdirmək xətti götürmüş Azərbaycana 1999-cu ilin mayın 27-31-də NATO Parlament Assambleyasının Polşada keçirilən sessiyasında həmin qurumda müşahidəçi statusu verildi. 1999-cu ilin iyulun 28-də Bakıda Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında “Kosovo türk taburu tərkibində Azərbaycan tağımının fəaliyyətinə dair saziş” imzalandı. 1999-cu ilin sentyabrından etibarən Azərbaycan öz sülhməramlı tağımını ilk dəfə olaraq həmin regiona ezam etdi.

Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmdə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.
Avratlantik strukturlara inteqrasiya çərçivəsində NATO - Azərbaycan əlaqələri də milli mənafeyimizin tələbləri çərçivəsində inkişaf edir. Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və “Fərdi Tərəfdaşlıq üzrə Fəalliyət Planı” nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır.  2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin, 2010-cu il noyabrın 20-də Lissabon zirvə toplantısının, keçən il may ayının 21-də Çikaqoda baş tutan sammitin yekun bəyanatında  Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bütün bunlar, ölkəmizin yürütdüyü daxili və xarici siyasətin nəticəsi, beynəlxalq təşkilatlarla fəal iş aparması  ilə bağlıdır.

Hərbi ekspert  Tərlan Eyvazov: «Azərbaycanın 25 illik müstəqillik  dövründə  bütün sahələrlə yanaşı hərbi inkişafına da xüsusi diqqət yetirib. Bəzi sosioloqların fikirləri qəribə səslənsə də,  bu fikirdə bir həqiqət var ki, müharibələr eyni zamnda dövlətin hərbi gücünün  və hərbi iqtisadiyyatının güclənməsinə rəvac verir. Hərbi təcavüzə məruz qalmış Azərbaycan öz hərbi  potensialını gücləndirmək məcburiyyətində qaldı. Bəlkə başqa dövlətlərə bu o qədər vacib deyildi, lakin müharibə şəraitində olan bir ölkə olaraq biz döyüşə döyüşə ordumuzu yaratmalı olduq. Azərbaycan  keçmiş Sovet məkanında yeganə dövlətdir ki, Rusiyanın yaratmış olduğu hərbi ittifaqa daxil olmadı. Eyni zamanda Azərbaycan NATO blokuna da üzv olmağa can atmadı, sadəcə  tərəfdaşlıq yolunu tutdu. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvü deyil.  Çünki biz Qoşulmama  Hərəkatının üzvüyük. 

Azərbayvanın yerləşdiyi geosiyasi  mövqe, qonşu dövlətlərlə ümumi durum diktə edir ki, biz balanslı siyasət həyata keçirək və hazırda Azərbaycanın  hərbi inteqrasiyası heç bir dövləti qıcıqlandırmır. Eyni zamanda işğalçı siyasət yürüdən və bizə düşmən olan, ərazi bütövlüyümüzü tanımayan  Ermənistanla eyni təşkilatın üzvü olmaq məntiqə sığan  deyil. Qərb Azərbaycanın müharibə şəraitində olmasını əsas gətirərək bizə silah satmır. Lakin Azərbaycan yaratdığı əlaqələrdən düzgün istifadə edərək öz silah arsenalını  möhkəmləndirməyi bacarıb. MDB ölkələrindən, İsraildən silah alaraq ordunu gücləndirir. Azərbaycanın NATO ilə əlaqələri yüksək səviyyədədir. Bu əlaqələrin əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bizim NATO ilə əməkdaşlığımız müəyyən mərhələlərdən keçib. NATO-nun Brüsseldəki nümayəndəliyində Azərbaycan nümayəndəliyi  geniş tərkibdə təmsil olunur.  Zaqafqaziya respublikaları arasından NATO-ya üzv olamağa cəhd edən Gürcüstanın nümayəndə heyəti 10, Ermənistan 3, Azərbaycan isə 21-22 nəfərlə təmsil olunur. Bunun özü də  əməkdaşlığın yüksək səviyyədə qurulmasından xəbər verir.

Azərbaycan Kosovada olan  beynəlxalq silahlı qüvvələrin yaradılması missiyasına, Əfqanıstanda beynəlxalq sülhməramlı qüvvələrin işində iştirak edir ki, bu da beynəlxalq  hərbi ekspertlər  və mütəxəssislər tərəfindən yüksək  qiymətləndirilir.

Azərbaycan öz hərbi bazasını gücləndirməkdə və müasirləşdirməkdə davam edir.  Azərbaycanın maliyyə resursları  imkan verdi ki, bizdə böyük hərbi məktəblər yaradılsın. Hazırda Azərbaycanda  Ali Hərbi Akademiya, Sərhəd Qoşunları, Daxili Qoşunların  ali məktəbləri, aviasiya məktəbi mövcuddur. Onların hər biri yüksək səviyyəli, müasir standartlara cavab verən texnologiya ilə  təmin edilib. Bu məktəblərin rəhbərliyinin müxtəlif  inkişaf etmiş  dövlətllərin hərbi məktəbləri ilə əlaqələri qurulub, əməkdaşlıq yaradılıb, təcrübə mübadiləsi aparılır.  NATO üzvü olan Türkiyə Azərbaycan hərbi məktəblərinin yeni təcrübələq qazanmasında  böyük rol oynayıb və hər zaman dəstəyini əsirgəmir».

Hərbi ekspert Telman Əbilovun fikrincə, hər bir müstəqil dövlət bütün dünya birliyinə hərbi sahədə də inteqrasiya etmədən  mövcudluğunu davam etdirə bilməz. “Azərbaycan öz dövlət müstəqilliyinin qorunması üçün  dünya hərb tarixinin nailiyyətlərini və təcrübəsini diqqətlə izləyir və müəyyən addımlar atır. Məlum məsələdir ki, Azərbaycanın Qarabağ problem var və bu problemin həlli birbaşa Rusiyadan keçir. Rusiya bir dövlət olaraq hər zaman öz hərbi gücü ilə qonşu dövlətlərə diktə etməyə çalışıb və öz məqsədinə çatmaq üçün müəyyən təzyiq alətlərindən, təxribatlardan istifadə edib. Bu mənada Azərbaycan həm qərb ölkələri ilə, həm də Rusiya ilə balanslı  siyasət yürütmək yolunu seçib və bu doğru bir addımdır. Yəni biz ən yaxın qonşu olan Rusiya ilə münasibətləri qoruyub saxlamaq məcburiyyətindəyik. Çünki uzaq böyük dövlətlərlə münasibətlər hər nə qədər əhəmiyyətli olsa da hərbi qüdrəti və iqtisadi gücü, ərazisi çox böyük olan Rusiya kimi bir dövlətlə qonşuluq amili  nəzərə alınmaldır. Azərbaycan hərbi inteqrasiya məsələsində bu kimi detalları düşünərək məqsədyönlü addımlar atır. Bu yeni münaqişə  ocaqlarının yaradılmaması naminə vacibdir. İkinci bir problem budur ki, başda ABŞ olmaqla qərb dövlətləri bizə silah satmır.  Buna görə də  biz ordunun gücləndirilməsi naminə Rusiya və MDB ölkələri ilə əməkaşlığı davam etdirməliyik. Sözsüz ki bu mənada Türkiyə və İsraillə də əməkdaşlıq edilir”

Göründüyü kimi dünyaya açılan qapılar,  inteqrasiya prosesi çoxtərəfli  aparılaraq yalnız siyasi və iqtisadi amilləri əhatə etmir. Bu gün Azərbayan  əsgəri sülhməramlı qoşunların  tərkibində dünyada sülh və barışın, sabitliyin qorunmasında  iştirak edir. Gələcəyimizin naminə Azərbaycan da dünyaya müəyyən töhfələr verir.İkili  standartlarla yaşayan dünya Azərbaycanın qanayan yarasını sağaıltmağa  o  qədər də həvəsli görünməsə də, Azərbaycan öz humanist mövqeyini əldən qoymayaraq yaxın, uzaq ölkələrə sülh  elçilərini göndərir. Hərbi qüdrətimiz məhz sülhə xidmət edir.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]