Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dünya göz yaşlarına inanmır...

Bölmə :
Köşə
Yazar :
Qulu Məhərrəmli
Yayım tarixi :
31/3/2017 [23:32]
Baxılıb :
2500 dəfə

Yaşı 70-i keçmış müəllim həmkarım əlində tutduğu qəzeti şəstlə açıb, qoşa səhifədəki yazısını mənə  göstərdi. I Pyotrun Rusiyaya işğalçılıq planını göstərən məşhur vəsiyyəti barədə yazmışdı, sonra da həmin vəsiyyətə nifrətini nəzmə çəkmişdi, daha çox həcvə oxşayırdı. Müəllim o qədər də tanınmayan bir qəzetdə çap edillmiş yazısına görə elə sevinirdi, Rusiyanı “ifşa” etməsindən elə şövqlə danışır, yazıdakı bəzi məqamları ucadan oxuyub elə köhnə izahlar verirdi ki, az qala mən onun bu məsələləri birinci dəfə və elə indi eşitdiyinə inanacaqdım”¦ Xalq hərəkatının başlandığı ilk dövrlər, emosional dalğaların şahə qalxdığı ötən oyanış günləri yadıma düşdü.

Onda da tarixdən adda-budda hadisələr qoparılıb “təhlil” olunur, ayrı-ayrı epizodlar haqqında yalan-doğru mühakimələr yürüdülür, adamlar keçmişdə buraxılan səhvləri bu gün, uzağı sabah düzəltmək eşqinə düşür, bütün bu ədalətsizliklərdən dünyanın xəbərsiz olduğuna sadəlövhcəsinə inanır və dərdlərimizi dünyaya çatdırmağın vacibliyindən danışırdılar. Zaman keçdikcə çox qaranlıqlar aydınlaşdı, çox sular duruldu, amma “faciələrimizi dünyaya necə çatdıraq, özümüzü necə tanıdaq?” sualına cavab tapa bilmədik.

*  *  *

XX əsr Azərbaycan üçün faciələr, fəlakətlər əsridir, sanki küncə qısnanan, heysiyyəti tapdalanan, torpaqlarını itirə-itirə uçuruma gedən, amma faciəsini dərk etməyən bir toplumun uğursuzluq zolağıdır. Yaxşı ki, gec də olsa, bu həqiqətlər indi dərk edilir. Anlaşılır ki, milli mövcudluq və dünyaya qovuşmaq uğrunda mübarizədə qalib olmaq üçün biz həmin dünyanın dilində danışmağı bacarmalıyıq, demokratiyaya yönəli bilgi və davranışları mənimsəməli, özümüzü təqdim və təbliğ etməyin fərqli texnologiyalarını öyrənməliyik.

Xocalı faciəsi, bütövlükdə Qarabağ problemi, 31 mart soyqırımı bizim milli dərdlərimizdir və bunların dünyaya çatdırılması çox vacibdir. Faciə qurbanlarını yad edərək ağlayıb göz yaşı tökmək, insanın dərdini bir anlıq yüngülləşdirir, amma dünyanın ürəyini yumşaltmır. Dünya ağlamağı çoxdan tərgidib, kövrək hisslərin yerini çoxdan hüquqi formullar, hər halda qanun və məntiq havasına köklənmiş düşüncə tərzi tutub. Üzdə olan bunlardı, görünməyən isə siyasi maraqlardı və bir az da xristian təəssübkeşliyidir. Biz özümüzdə təpər tapıb Şərq müdrikliyini və yayğın düşüncə tərzimizi Qərbin işgüzar təfəkkürü və davranış texnologiyası ilə birləşdirməliyik. Ağlaşma, fəryad, ifşa tərzi və duyğusallıq burada keçərli deyil. Biz ölkənin təbliğat və piar işini hansısa varlı məmur övladlarına tapşırıb, sonra da büdrəyən kimi onları topa tutmamalıyıq, işlək təbliğat sistemi qurmalıyıq.

Yalançı hay-küylə, ittihamla, hələ də şüurlarda tüğyan edən kortəbii (və çox vaxt saxta) vətənpərvərliklə uzağa gedə bilmərik. Biz milli problemlərimizi dünyaya çatdırmağın yeni üsullarını tapmalıyıq. Bunun üçün, çox gec olsa da, ölkədə xüsusi elmi mərkəzlər, araşdırma və piar qrupları  yaratmalıyıq. Ayrı-ayrı institutlarda problemlərin müxtəlif tərəfləri öyrənilsə də, vahid informasiya bazasına ehtiyac var. Problemin təqdimatında vahid sistem, vahid mövqe və texnoloji baxımdan cazibəli təbliğat metodikası da yoxdur. O səbəbdən hər kəs əlinə keçən fakta və ya tarixi epizoda öz sərbəst yozumunu verir. Təbii ki, düşünülmüş və təsirli sistem yoxdursa, belə “sərbəst” elementlərin effektindən danışmağa dəyməz.

Müasir dünya yığcam və tutumlu vizual informasiyaya meyillidir. Etiraf etmək çox acıdır, amma faktdır ki, milli problemlər kontekstində Azərbaycanın son dövr tarixini əks etdirən yığcam və dolğun sənədli filmlərimiz yoxdur. Uzun-uzadı və təkrarlanan xronoloji kadrlar üzərində qurulmuş filmlər isə eyni məzmunlu qalın kitablar qədər mənasızdır. Bizə yeni düşüncə, yeni texnologiya, yeni davranış və dünya ilə yeni dialoq tərzi lazımdır. Məsələn, bir neçə il əvvəl Xocalı soyqrımının yad edildiyi günlərdə Azərbaycanın 310 mindən çox məktəblisi BMT-yə müraciət ünvanlamışdı, bu soyqırımla bağlı aparılan miqyaslı kampaniya da, virtual Qarabağ saytının yaradılması da effektlidir. Məncə, belə addımların  mahiyyətində müəyyən ümid və istisi duyulan işıq var.

Nağıllarda deyildiyi kimi, bizlər bu işığı tutub getməliyik. Hərçənd ki, nağıllar dövrü çoxdan bitib. Qorxulu divlər çoxdan nağıllardan çıxıb adamlara çevrilib, itlər də nəyə və kimə hürməyinin fərqindədir. Bizə qalan işıqdır və biz bu işığa necə çatmağın yolunu tapmalıyıq. Hamımız ”” kiçik də, böyük də, şeir deyən uşaq da, elm öyrənən tələbə də, tarixçi-alim də, diplomat da, I Pyotru “ifşa edən” yaşlı və sadəlövh müəllim də, bunun üzərində düşünməliyik.

* *  *

Yəqin ki, Ictimai TV-də xəbərlərdən öncə efirə verilən “hələ də dünya ictimaiyyəti bu ədalətsizliyə dözür” videoçarxını çox adam görüb. İngilis dilində də səslənən bu videoda Azərbaycan torpaqlarının işğala məruz qalması və bu işğala son qoymaq barədə BMT qətnamələrinin yerinə yetirilməməsi barədə dünyaya haqlı çağırış var. Amma giley də var ki, dünya bizim səsimizi eşitmir. Məncə, heç eşitməyəcək də. Ta, bu telekanal həqiqi ictimai televiziya olmayınca! Axı cəmiyyətin səsini eşitməyən, onun sözünü deməyən, ağrılarını göstərməyən bir televiziyanın səsini dünya necə eşidə bilər ki?!

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]