Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

31 mart soyqırımı dünya gündəmində

31 mart soyqırımı dünya gündəmində
Bölmə :
KİVDF
Yayım tarixi :
30/3/2017 [21:55]
Baxılıb :
2575 dəfə
Azərbaycan ötən əsrin əvvəllərində həyata keçirilən erməni vandalizmini beynəlxalq müstəivyə çıxara bilirmi?
Ekspertlər bu istiqamətdə hələ çox işlərin görülməli olduğunu vurğulayırlar

Azərbaycan tarixinin şanlı səhifələri olduğu qədər  faicə və dəhşətli günləri andiran məqamlar da var. Bu qanlı tarixi xatırladan 31 mart günü uzun illər azərbaycanlıların yaddaşından silinsin deyə  gizlədilib. Lakin tarix və faktlar  dəyişməz olaraq qalır və həqiqət gec və ya tez gün işığına çıxır. 2018-ci ildə 31 mart azərbaycanlıların soyqrımı gününün 100 illiyi dövlət səviyyəsində qeyd olunacaq.  Bədxah qonşularımız adətən olmayan hadisələri düzüb qoşaraq “əllərində bayraq edir”, özlərindən müxtəlif tarixi günlər  icad edərək yalançı erməni tarixi, erməni soyqrıımı barədə dünyada ajiotaj yarada bilirlər. Bu gün dünya birliyinin layiqli üzvünə çevrilmiş, dünyaya inteqrasiyanı dövlət siyasətinin bir qolu şəklinə salmılş  Azərbaycan dövləti  bu tarixi gerçəkliyi  gün üzünə çıxarmaqla, bu kontekstdən çıxış edərək tarixin qaranlıq məqamlarını işıqlandıra, eyni zamanda ermənilərin mənfur simasını aça, Qarabağ həqiqətlərinə də bir  daha diqqət çəkə bilər. 
Öncə 31 mart hadisələri barəsində xatırlatma verək.

1917-ci il Oktyabr inqilabı və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi Daşnaksutyun partiyasıBakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. Bundan başqa, mart ayının əvvələrindən başlayaraq, ordudan tərxis olunan, lakin silahları alınmayan ayrı-ayrı erməni dəstələri Azərbaycanın müxtəlif yerlərində talanlara başlamışdılar. 1918-ci il 11-12 noyabr tarixli Sorğu Protokolunda Şamaxı pristavı Cəbrayıl bəy Cəbrayılbəyovun qeydlərində Bakıdan Şamaxıya qayıdan erməni hərbi dəstəsi ilə bağlı deyilir:

«1918-ci ilin mart ayında şəhər başçısı Teymur bəy Xudaverdiyevdən və müsəlman milli komitəsindən məlumat almışdır ki, Bakıdan Kürdəmir istiqamətində ordudan tərxis olunmuş 400 nəfər erməni Şamaxıya gəlir. Bakı müsəlman milli komitəsi xahiş edib ki, onları qara fikirlərindən çəkindirsinlər. Müsəlman milli komitəsi Ağsu şəhərinə nümayəndələr göndərdi, lakin səhərisi gün Şamaxıda eşitdik ki, həmin dəstə bölünüb ayrı-ayrı kəndlərə hücum ediblər. Bico və Ləngəbiz kəndlərinə hücum etmişlər”¦ Ermənilərlə atışma Bico dağlarında başlayıb.»

Protokolda haqqında bəhs edilən 400 nəfərlik dəstə Bico kəndində Pirəmsaq döyüşündə kənd əhalisi tərəfindən darmadağın edilmişdi. Həmin protokolda qeyd edildiyi kimi belə gözlənilməz müqavimətdən hirslənmiş ermənilər bu barədə Bakı Erməni Komitəsinə məlumat çatdırmış, qısa müddətdən sonra Şamaxıya 3 minə qədər erməni gətirilmişdi. Bundan xəbər tutan yerli müsəlman İcraiyyə Komitəsi, Şamaxı uyezdinin rəisi Hacımalıbəyov və uyezd qazisi Abdulxalıq Əfəndi 3Əfəndiyev erməni yepiskopunun yanına göndərildilər ki, silahlıları geri qaytarsın. Lakin erməni yepiskopunun cavabı qəti oldu: «Biz gəlmişik ki, bütün müsəlmanları qılıncdan keçirək”¦Â». Ermənilər Şamaxı qəzasında 2146-sı kişi, 1468-i qadın və 746-sı uşaq (bəzi mənbələrə görə 1653-ü qadın, 965-i uşaq) olmaqla ümumilikdə 4360 (digər mənbələrdə 7000-dən çox) nəfəri soyqırıma məruz qoymuşdular.

1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan Kərpicxana, Məmmədli və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri Şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: «Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir». Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri Şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış «İnqilabı müdafiə» adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan «İsmailiyyəni» yandırmış, «Açıq söz», «Kaspi», «Baku», qəzetləri redaksiyalarını dağıtmış, «Təzə pir» məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: «Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər».

Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi «Qızıl Qvardiya» dəstələri xüsusilə fərqlənmişdilər.

Göründüyü kimi,  törədilən cinayətlər insanlığa sığmayan,  bəşəriyyətə utanc verən qismdəndir. Minlərlə günahsız insanın qurban edildiyi bu müdhiş faciənin dünyaya çatdırılması, tanıtdırılması yönündə diaspor təşkilatlarının, dövlət qurumlarının   gördüyü işlər barədə ölkə ziyalılarının fikirlərini bilmək istədik. 

Politoloq Elçin Mirzəbəyli: Erməni millətçiləri, terror qrupları tarixin ən müxtəlif dönəmlərində azərbaycanlılara qarşı soyqırım həyata keçiriblər. Ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım aktları təkcə indiki Azərbaycan ərazilərini deyil, o cümlədən Cənubi Azərbaycanın Təbriz, Urmiyə, Səlmas, Sərab, Zəncan və digər ərazilərini də əhatə edib. Bu miqyas da sübuta yetirir ki, məqsəd azərbaycanlıları tamamilə məhv etməkdən ibarət olub. Təəssüf ki, bu bəşəri cinayətlərin dünyaya tanıdılması istiqamətində atılan addımlar mövcud ikili standartlar səbəbindən hələlik bir o qədər də effektiv nəticə verməyib. Azərbaycan soyqırım faktlarının tanıdılması istiqamətində bütün mümkün imkanlardan istifadə edir. Bu yetərlidirmi? Əlbətdə ki, yox. Çünki qarşımızda bütün dünyanı erməni yalanlarına inandırmağa çalışan və 100 il öncə Avropada, Amerikada təşkilatlanmış erməni diasporu var. Bu baxımdan mübarizəni daha da genişləndirmək, daha fəal şəkildə, ardıcıl iş aparmaq lazımdır. Bu prosesə ermənilərin soyqırım törətdiyi bütün ölkələr cəlb edilməlidir. O cümlədən Özbəkistan və Gürcüstan.

Xocalı soyqırımının dünyaya tanıtdırılması istiqamətində Azərbaycan dövləti bir xeyli iş görüb. Bu mənada Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə   aparılan kampaniya öz bəhrələrini verməkdədir. Eyni təbliğat və təşviqat işlərinin 31 mart hadisələrinə də şamil edilməsi  arzuolunandır. Bu məsələylə bağlı fikir bildirən politoloq Arzu Nağıyevin sözlərinə görə, hər iki   fakt soyqırımı  aktı olsa da onları eyniləşdirmək olmaz: «Mənə belə gəlir ki, Xocalı  soyqırımı ilə mart soyqırımının bir çox fərqli məqamları var. Mart soyqırımı keçən əsrin əvvəllərində Bakı quberniyasında, Bakıətrafı ərazilərdə və Azərbaycanın bir sıra quberniyalarında hakimiyyət dəyişikliyi ilə bağlı törədilib. Rəsmi mənbələrə görə 12 minə yaxın azərbaycanlı qətlə yetirilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 28 mart tarixli sərəncamı ilə bu gün  tarixə soyqırım günü kimi daxil edildi. Hakimiyyət dəyişilliyindən sonra  70 il ərzində Sovet İttifaqının tərfkibində qalan Azərbaycan üçün bu hadisə soyqırım kimi deyil, Sovet rejiminin qələbəsi kimi təqdim edilirdi. Müstəqilliyimiz əldə edildikdən sonra bu məsələyə yenidən baxıldı. Bu gün hamıya məlumdur ki, Xocalı soyqırımının dünyaya tanıtdırılması üçün dövlət səviyyəsində mühüm addımlar atılır, müxtəlif  tədbirlər həyata keçirilir. Diplomatik və dövlət başçısı səviyyəsində işlər görülür və qeyd etmək lazımdır ki, bu proseslər heç də asan başa gəlmir.Bu gün tarixi araşdırmalar aparmaq, tarixə yenidən qayıtmaq  üçün   işlər görülməlidir, əsl düşmənlərin kim  olması qeyd edilməlidir. Hadisələrin üstündən 100 il vaxt keçib, Xocalı faciəsi yaxın tarixdə baş verib, hadisə şahidləri var. Lakin bu hadisələri əks etdirən  arxivlər məhv edilib, gizlədilib. İşin mürəkkəb tərəfi də budur. Bu hadisə  artıq süquta uğramış Sovet dövlətinin tərkibində baş verdiyi üçün konkret kimə qarşı iddia edildiyini   müəyyənləşdirmək lazımdır.

Abidələri Müdafiə  Təşkilatı  İctimai  Birliyinin sədri, professor  Faiq İsmayılovun fikrincə, 31 mart hadisələri Azrbaycan mediasında kifayət qədər araşdırılıb və  düzgün qiymətləndirmə  aparmaq üçün əldə kifayət qədər  material var. Bütün bunlar müxtəlif formatlarda keçirillən   istər dövlət səviyyəli  tədbirlərdə, istərsə də xaricdə keçirilən konfranslarda  gündəmə gətirilir. Lakin təssüfləndirici məqam budur ki, aparılan tanıtım və təbliğat kampaniyaları  mövsümü xarakter daşıyır. Bu barədə yalnız mart ayında danışılır və 3-5 gün sonra unudulur. Biz hələ 31 mart hadisələri ilə bağlı beynəlxalq səviyyədə istədiyimiz nəticəyə nail ola bilməmişik. Uzun illərdir Türkiyə  erməni ideologiyası ilə bağlı mübarizə aprır. Lakin ikili standartlar onu hələ də haqlı tərəf kimi göstərməyə imkan vermir. Biz soyqırım aktını  eyni zamanda Qarabağ problemimiz kontekstində, milli mədəni sərvətlərimizin  və dəyərlərimizin vəhşicəsinə dağıdılamsı kontekstində  də təqdim edə bilərik. Hələ ki, mən bir mütəxəssis kimi bu sahədə böyük işlər görüldüyünü, irəliləyiş əldə edildiyini söyləyə bilmərəm. Müharibə şəraitində olan  bir dövlət olaraq bizim bir dənə də olsun sırf müharibəni əks etdirən saytımız varmı?  Yoxdur. Qarabağ həqiqətlərindən danışan saytlar var, lakin sırf müharibə və onun fəsadlarını, gündəlik gedişatı əks etdirən sayt fəaliyyət göstərmir. Yəni, bizim Milli Elmlər Akademiyasının arxivində müxtəlif araşdırmaçıların arxivlərində kifayət qədər sanballı məlumalar var. Əlaqədar təşkilatlar, QHT-lər, diaspora təşkilatları bu məlumatlardan faydalanaraq təbliğat təşviqat işləri apara bilərlər. Bu mövsümü xarakter daşımamalıdır.Çünki hazırda real dünyada müsəlman ölkələrində hər gün soyqırım törədilməkdədir. İraqda, Suriyada, Yəməndə, Əfqanıstanda bir gündə yüzlərlə insan məhv edilir və dünya birliyi buna  göz yumur. Diaspora aktiv  iş görməlidir. Davamlı olaraq bu hadisələri dünyanın yadına salmaq lazımdır. İndi ermənilər guya Qarabağda Tiqrankert adlı bir şəhər tapıblar , onun təbliği ilə məşğuldurlar. Yəni olmayan tarixi yaradırlar.50-dən çox saytda onlar bu şəhərin təbliği ilə məşğuldurlar.  İstəsə bizim diasporaya da hökumət  dəstək verə bilər, biz buna qadirik. Sadəcə yenə deyirəm bu məsəllələr  mövsümü xarakter daşımamalıdır. Məsələn, avqust ayında mən   mart hadisələrinin qabardılmasının şahidi olmamışam”.
 
İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]