Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Nüfuzlu beynəlxalq yarışların ev sahibi”¦

Nüfuzlu beynəlxalq yarışların ev sahibi”¦
Bölmə :
KİVDF
Yayım tarixi :
29/3/2017 [21:06]
Baxılıb :
2900 dəfə
Azərbaycanın idman sahəsində dünyaya inteqrasiyası-həm bizim, həm dünyanın qazancıdır

Əsası ulu öndər  Heydər  Əliyev tərəfindən  qoyulmuş və bugün də  cənab İlham Əliyev tərəfindən davam etdirilən ”˜ənclər siyasətinin əhəmiyyəti ölkə üçün böyükdür və uğurla davam etdirilir. Hələ yenicə müstəqillik qazanmış Azərbaycanın gələcəyini  ulu  öndərimiz çox parlaq görərək söyləmişdi: “Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Bu sözlər artıq təsdiqini tapmışdır. Hər birimiz son dövrlər ölkəmizin paytaxtı Bakı şəhərinin bir sıra beynəlxalq tədbirlərə,forumlara və idman yarışlarının keçirilməsinə ev sahibliyi etməsinin şahidi oluruq. 

Bu gün  Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara-bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda,belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada,həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar.

2010-cu ildən bu yana müxtəlif  beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı,  “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili də əslində Azərbaycanın dünyaya inteqrasiyası yolunda atılan  addımlardan biridir.

Birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakının seçilməsi bizim müvəffəqiyyətimiz, beynəlxalq idman quruculuğu və beynəlxalq münasibətlər sahəsindəki göstəricilərimizin qiymətləndirilməsidir. Azərbaycan artıq bir neçə ciddi beynəlxalq foruma ev sahibliyi edib və bütün dünyaya nümayiş etdirib ki, onun bu cür imkanları var. Yalnız yarışların keçirilməsində yox, həm də bu tədbirin təşkil olunması üslübunda, texnologiyasında Azərbaycan, əlbəttə ki, xüsusi standartlar müəyyənləşdirdi.
Azərbaycanda keçirilən Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Hər il ölkədə bədii gimnastika, taekvando, güləş, boks, karate, futbol və s. bu kimi idman növləri üzrə dünya və qitə çempionatları, Olimpiya Oyunlarının lisenziya turnirləri keçirilir.  Ümumilikdə son 10 ildə Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib.Bu yarışlar dünyaya olduğu qədər ölkəmizə də faydalı olub. Bu beynəlxalq yarışlarda yüzlərlə idmançımız  müxtəlif medallar alaraq ölkəmizin bayrağını yüksəldiblər.

2012-ci ildə Evrovision musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunlarına,  2016-cı ildə “Formula-1” yarışlarına evsahibliyi etdi. Biz iki sivilizasiya arasında körpüyük, eyni zamanda,bir müsəlman ölkəsinin Avropa ölkəsi kimi ön plana çıxması müasir dünyamız üçün unikal hadisələrdən biridir. Bu məqsədlə  2017-ci ilin yayında Bakıda keçiriləcək İslam Oyunları da  Azərbaycan tərəfindən İslam dünyasına və  Qərbə verilən sülh və barılş mesajıdır.

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, cənab prezidentin əsas məqsədi odur ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun. Bunun üçün isə potensialımız var, ən böyük gücümüz isə ondadır ki, ölkəmizdə ictimai-siyasi sabitlik var və dinamik inkişaf tempi qorunub-saxlanmaqdadır. Bütün bunlar dünya üçün Azərbaycanı cəlbedici edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil. Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayında qarşıya məqsəd qoydu ki, biz çalışıb beynəlxalq media qurumlarına çıxmalıyıq, Azərbaycan həqiqətlərini dünya mətbuatında yaymalıyıq. Qoy dünya Azərbaycan gerçəkliklərini görsün. Hesab edirəm ki, “Formula-1”növbəti dəfə bu baxımdan çox unikal imkan yaratdı. Dünyanın nəhəng telekommunikasiya koorporasiyaları, mətbuat nümayəndələri, çap və elektron media təmsilçiləri Bakı və Azərbaycanımız haqqında çoxsaylı məlumatları dünyaya yaydılar.

Təbii ki, hər bir turist getdiyi ölkə haqqında informasiyalar toplamaqda maraqlı olur. Bu yarışlarla, tədbirlərlə biz bax bu cür informasiyaların yayılmasına nail oluruq.  Ötən il bu yarış zamanı təxminən 15 minə yaxın turist ordusu Azərbaycana gəldi. 5 il ərzində bu yarış bizim ölkədə keçiriləcəkdir. Hesablamalar görə, növbəti illərdə bundan 4-7 dəfə çox turistin ölkəmizə gəlməsi gözlənilir. 

Deməliyik ki, bu, həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından əla imkandır. Ölkəmizin əleyhdarları haqqımızda təhrif olunmuş, xoşagəlməz məlumatları yayırdılar. Ancaq qonaqlar, turistlər bir daha gördü ki, Azərbaycan sürətlə inkişaf edən, demokratik azadlıqların qorunduğu, islahatlar gedən bir dövlətdir. Deyir,yüz eşitməkdənsə, bir görmək yaxşıdır, turistlər də gəldilər və ölkəmizi,onun inkişafını, bütün gözəlliklərini öz gözləri ilə gördülər.

Millət vəkili, iqtisad elmləri namizədi Tahir Mirkişilinin fikirincə, beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.
Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına,əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.

Gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Azərbaycandakı Amerika Ticarət Palatası ilə birlikdə "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları - 2017" mövzusunda keçirdiyi beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq idman tədbirləri ölkəmizə böyük faydalar verib, gənclərimiz geniş təcrübə əldə ediblər.

“Həm Bakıda, həm də regionlarda müasir idman kompleksləri tikilib. Afina Olimpiya Oyunlarından sonra orada Olimpiya kəndi tamamilə dağılmış vəziyyətdədir. Baxmayaraq ki, Rio-de-Janeyro olimpiadasından qısa bir müddət keçib, orada bir neçə stadion acınacaqlı vəziyyətdədir, istifadəsiz qalıb. Bizim işimiz ondan ibarətdir ki, bizdə tikilən idman infrastrukturları xalqımızın, gənclərin istifadəsinə verilsin. Su hovuzu kompleksinin 2 mindən çox üzvü var. Bakı sakinləri, idmançılar hər gün kompleksdən istifadə edirlər. Eyni zamanda, stend atıcılığı kompleksinə idmançılar, Bakı sakinləri gəlirlər, orada iş fəallaşır. Çimərlik oyunları kompleksi gözəl şəraitdə saxlanılıb. Milli Gimnastika Arenasında müxtəlif yarışlar keçirilir. Voleybol üzrə Avropa çempionatı Milli Gimnastika Arenasında keçiriləcək. Bütün idman infrastrukturları insanlarımızın üzünə açıqdır. Orada çalışan insanlar da bu yarışlarda təcrübə qazanmış gənclərdir”.- deyə o bildirib.
Nazir həmçinin  çıxışlarının birində  qeyd etmişdi ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməklə bağlı maliyyə çətinlikləri olan müsəlman ölkələrinə İslam Həmrəyliyi İdman Federasiyası köməklik göstərə bilər. Bu addımın özü də  Azərbaycanın  nüfuzunu yüksəltməklə yanaşı atdığı humanist addım kimi qiymətləndirilməlidir.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin mayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növü üzrə keçiriləcək yarışlara 5 mindən çox idmançı qatılacaq. “Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmiz üçün qoyduğu miraslardan biri də idman obyektləridir. Belə ki, IV İslam Həmrəylik Oyunları həmin idman obyektlərində - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində keçiriləcək.
Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman arenalarından istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarında əməliyyat heyətinin işini təmin etmək üçün 3000-dən çox müxtəlif adda informasiya texnologiyaları avadanlığı - kompüter, skaner, printer, server və digər vasitələr də istifadəyə tam yararlı vəziyyətdədir. Bu sadalananlar ölkədə keçirilən beynəlxalq idman yarışlarının  ölkəyə verdiyi ffaydaları da eyni zamnda göstərmiş olur.
Dünyanın qan çanağı kimi çalxalandığı, böhran sınağından keçdiyi bir dövrdə ölkəmizdə keçirilən möhtəşəm beynəlxalq tədbirlər ölkənin gələcəyinə hesablanmaqla bərabər eyni zamnda dünyada sülhə, əminamanlğın qorunmasına verilən bir töhfədir.  Dünyaya müharibələr yox açıq səma, rahatlıq, bir sözlə insanca  yaşanan həyat vacibdir.  Azərbaycan bu mesajı verməklə qalmır, bunun üçün əlindən gələni əsirgəmir, böyük dövlətlərin belə ata bilmədiyi, çəkindiyi addımları atır. Dünyaya inteqrasiya dünyaya öz mədəniyyətini, elmini, siyasətini, iqtisadi töhvələrini verməklə  keçir, bəli. Lakin daha önəmlisi  bütün bu töhvələrin rahatlıqla qoruna biləcəyi vahid evimizin Yer kürəsinin sülh yuvasına çevrilməsidir. Dünya xəritəsində balaca bir yer tutan Azərbaycan bu gün böyük ürək kimi məhz bunun üçün çırpınır.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]