Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Valensa, Navalnı və Azərbaycan müxalifəti...

Valensa, Navalnı və Azərbaycan müxalifəti...
Bölmə :
Siyasət
Yayım tarixi :
29/3/2017 [15:33]
Baxılıb :
3408 dəfə
“Kütlənin liderinin taleyinin necə olacağını proqnozlaşdırmaq çətindir, çünki onun taleyi təkcə özünün fəaliyyətindən asılı deyil, bunu daha çox hakimiyyətlər müəyyən edir”

Rusiyada 26 və 27 mart hadisələrindən sonra başlamış müzakirələr Azərbaycanda müxalifətin daha da parçalanmasına səbəb olmuş 2005-ci il 26 noyabr mitinqini xatırladır. Yada salaq: bir neçə partiyanın birləşdiyi “Azadlıq” blokunun Qələbə meydanındakı aksiyasının “oturaq” olacağının elan edilməsindən sonra hakimiyyət mitinqi dağıtdı, müxalifət tərəfdarları həbs edildi, döyüldü... Blokda birləşmiş müxalifət liderləri bu qərarın AXCP sədri Əli Kərimlinin təkbaşına verdiyi və yanlış qərar olduğunu hələ də deyir... Rusiyada da indi qızğın müzakirələr bu istiqamətdə davam edir. Bir tərəf belə düşünür ki, Aleksandr Navalnının mitinq çağırışları “kal” etirazçı toplumun gözünü qırıb, xüsusilə fəal olan gənclərin “avtozaklara” doldurulması ilə yekunlaşıb. Yəni nəticə olmayıb. Hətta Navalnını keşiş Qaponla müqayisə edənlər də var. Rusiyada digər bir qism isə hesab edir ki, Navalnının çağırışı əksinə, vaxtında olub və o, etirazçı gəncləri təşkilatlandıra bilib. Keşiş Qaponu o zaman Azərbaycandakı 26 noyabr aksiyasına qiymət verənlər də mütləq xatırladıblar...

Rusiya tarixinə "Qanlı bazar" kimi düşən 1905-ci ilin 9 yanvarında Nikolayın güllələtdiyi fəhlələrin qanı hələ də onları çarın sarayının qarşısına aparan keşiş Qaponun üzərindədir. (Doğrudur, tarixi köklərinə qayıdış edən rus millətçi toplumu indi çar Nikolayı az qala mələk kimi təqdim edir. Amma mövzu bu deyil). Dünya mediasının nəhəngləri isə (“The Financial Times”, “The New York Times”, “The Wall Street Journal” və sair) hadisələri daha obyektiv təhlil edərək “Putin nə edəcək və ya nə etməlidir” sualı ətrafında geniş analitik məqalələr yazmaqdadır. Rusiyanın siyasi təhlilçiləri, Kremlin pul kisəsindən asılı olmayan elita da yaranmış durumdan narahatdırlar. Ona görə, indi Rusiya KİV-lərində bu mövzuda məqalələrin sayı artıb. “Navalnı düz edibmi”, “40 yaşlı hüquqşünasa inanmaq olarmı” kimi suallar “göz deşir”.

Sankt-Peterburq Avropa Universitetinin professoru Dmitri Travinin “Navalnı: keşiş Qapon, yoxsa Lex Valensa” başlıqlı məqaləsi bu baxımdan diqqət çəkir. Bu məqalədə Azərbaycan müxalifətinin də əsas bəlası olan “necə birləşmək” ( əslində isə birləşməmək) və “lider kim olmalı?” dilemmasına da bəzi cavablar var...

Məqaləni ixtisarla dərc edirik:

“Siyasətçi insanları küçələrə çıxarırsa, o, riskə gedir. Əgər hakimiyyət özündə güc və cəsarət tapıb qarşıdurmaya gedirsə, dinc aksiyaya qərar vermiş siyasətçi uduzur və təxribatçı damğası alır. Yox, hakimiyyətin ağlı və vicdanı xalqa qarşı silah işlətməməyə çatırsa, bu halda həmin siyasətçi xilaskar kimi tarixə düşür. Məsələn, “dahi elektrik” Lex Valensanın 1980-ci illərdə rəhbərlik etdiyi müstəqil həmkarlar təşkilatı olan "Solidarnost" (“Həmrəylik”) ona görə ciddi antikommunist hərəkatına çevrildi ki, Polşanın o zamankı hakimiyyəti etiraz aksiyalarını qanla boğmağa hazır deyildi. Həbslər oldu, etiraz edənləri qovdular, hakimiyyət bütün gücü ilə demokratikləşmə hərəkatını boğmağa çalışdı. 10 il davam edən mübarizənin nəticəsində hakimiyyət sadə fəhlə Lex Valensa ilə dəyirmi masada oturmağa məcbur edildi. Lex Valensa prezident də oldu. (Bizim qeyd:1983-cü ildə Nobel Sülh Mükafatına layiq görülən Valensa 1990-1995-ci illərdə Polşa prezidenti olub). Amma hakimiyyətin digər gücə əl atacağı təqdirdə Valensa da tarixə təxribatçı kimi düşəcəkdi.

Ümumiyyətlə, etirazçı kütlənin liderinin taleyinin necə olacağını proqnozlaşdırmaq çətindir. Çünki onun taleyi təkcə özünün fəaliyyətindən asılı deyil, bunu daha çox hakimiyyətlər müəyyən edir. Rusiyadakı vəziyyətin təhlili göstərir ki, Navalnının gələcək taleyi Valensanın gələcəyi kimi ola bilər, nəinki keşiş Qapon kimi. Hər iki ssenari də olmaya bilər. Amma Moskva bulvarında və ya Piterin Marsov meydanında “qanlı bazarlar”olmayacağı daha çox ağlabatandır. Yəni on il sonra etirazçı elektorat Putini Navalnı ilə danışıqlar masasına oturda bilər.


Bəs, Valensanın uğurunun səbəbi nə idi? Onda ağıllı və siyasi mübarizəyə hazır lider keyfiyyətləri yox idi. O, necə Polşa uğrunda mübarizə apardığını belə yaxşı başa düşmürdü. Qdanskli sadə fəhlə rafinə (təmizlənmiş) edilmiş Polşa ziyalıları üçün cəlbedici də deyildi. Amma o qalib gəldi...

Bunun əsas səbəbləri sırasında, qeyd edildiyi kimi, hakimiyyətin etirazçı kütləyə səbrli davranışları da var idi. Həmkarlar təşkilatı olan “Həmrəylik” Valensanın rəhbərliyi ilə təkcə fəhlə sinfini deyil, dəyişiklik istəyən bütün müxalifət təşkilatlarını özündə birləşdirə bildi. Həm Avropayönümlü liberallar, islahatçı əhval-ruhiyyəli marksistlər və katoliklər “Həmrəylik” də birləşə bildilər. Bu fəhlə təşkilatında birləşənlər isə hərə özlüyündə arzuladığı Polşanı qurmaq istəyərdi. Amma necə Polşa olacağı indilikdə hədəf deyildi, əsas məqsəd etiraz aksiyalarını təşkilatlandırmaq idi. Bu iş isə xarizmatik fiqur olan elektrik Valensanın personasına çox uyğun gəlirdi... İndi bu missiyanı Rusiyada Navalnı həyata keçirir.

O özünü 90-cı il Polşasındakı Valensa kimi aparır. Ona qarşı kifayət qədər və əsaslı iradlar var. Bir çoxumuz başqa bir protest elektoratı yönəldə biləcək, ruhumuza yaxı olan lider arzusundayıq. Elə polşalılar da 80-cı illərdə bunu arzu edirdilər. Amma onlar sadə və hətta dikbaş Valensanın rəhbərliyi altında buna nail oldular. Polşanın o zamankı tarixini təhlil edənlər çətin ki, Valensaya bütün qüsurlarına baxmayaraq, alternativ ola biləcək başqa bir liderin adına rast gələ bilərlər”.

Musavat.com

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]