Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Orada əqidəcə zidd insanlar cəmləşib”

“Orada əqidəcə zidd insanlar cəmləşib”
Bölmə :
Müsahibə
Yayım tarixi :
17/7/2012 [13:38]
Baxılıb :
1282 dəfə
Əli İsa Cabbarov: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının bu tərkibdə formalaşması kənar əldən xəbər verir”

Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) alternativ olaraq Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) yaradılması ictimaiyyətdə birmənalı qarşılanmadı. Əksər müşahidəçilər yeni qurumun formalaşdırılmasını, məhz İbrahimbəyova zərbə kimi dəyərləndirdilər. Hər halda, ARKİ artıq təsis olunub və orada AKİ-dən ayrılan tanınmış kino xadimləri cəmləşib. Məsələ ilə bağlı AKİ-nin katibi, rejissor Əli İsa Cabbarov “Bizim Yol”a müsahibəsində bəzi mətləblərə aydınlıq gətirdi.

- Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ yaradılan yeni quruma nə dərəcədə ehtiyac vardı?

- Hər bir insanın ictimai qurumlar yaratmaq hüququ var. Mən özüm Kinematoqrafçılar İttifaqının katibi olmaqla yanaşı, Gənc Filmlər Assosiasiyası İctimai Birliyinin rəhbəriyəm. Hətta deyim ki, bu qurumu Kinoittifaqa üzv olandan sonra yaratmışam. İki ay bundan öncə “Azərbaycanfilm” kinostudiyanın rəhbəri Müşfiq Hətəmovun təşəbbüsü ilə Kinoprodüserlər Gildiyası yaradıldı. Amma bu qurum etirazla, yaxud tənqidlə qarşılanmadı. Kino xadimləri birmənalı şəkildə dəstəklədilər. Amma yeni kinoittifaqın yaranması geniş narazılığa səbəb olub. Etirazın səbəblərindən biri də eyni adda yaranması idi. Təbii ki, ayrı adda olsaydı, etiraz olmazdı. Düşünürəm ki, hamının bir təşkilat ətrafında birləşməsi daha yaxşıdır. Yəni parçalanma konstruktiv deyil. Əgər hər hansı bir təşkilatda mənfi hallar varsa, onu aradan qaldırmaq üçün mübarizə aparmaq lazımdır. Əgər üzvü və ya rəhbəri olduğun təşkilat səni qane etmirsə, tələblər irəli sür. Əgər tələblərin iqnor olunursa, o zaman istefasını tələb elə. Yəni mübarizə apar, küsüb getmək lazım deyil. Yeni kinematoqrafçılar ittifaqını yaradan insanlar kifayət qədər nüfuzlu kino xadimləridir. Və onlar Rüstəm İbrahimbəyovun otağına girib, ondan tələblər irəli sürsəydilər, istəkləri müzakirə ediləcəkdi. Hətta qəbul olunacaqdı da.

- Artıq Şəfiqə Məmmədova və daha bir neçə kino xadimi Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi İttifaqdan çıxmaq barədə ərizə yazıblar...

- Bəli, elədir. Məsələnin hüquqi tərəfi var. Hüquqi tərəf ondan ibarətdir ki, ərizədən əlavə, onlar üzvlük vəsiqəsini də qaytarmalıdırlar. Amma hələ ki, üzvlük vəsiqələrini qaytarmayıblar. Bilirsiz ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı MDB Kinoittifaqları Konfederasiyasının üzvüdür. Biz Moskvaya və ya başqa MDB ölkələrinə ezamiyyətə gedəndə, həmin vəsiqə üstümüzdə olur. Yəni bizim üzvlük vəsiqəmiz müəyyən imtiyazlar verir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttıfaqının üzvlərinin çoxu mənim müəllimlərimdir. Onların hamısına böyük hörmətim var. Mən onların qarşısında auditoriyada oturmuşam. Müəyyən problemlərin həllinə baxışımız ayrıdır. Mən onların baxışına hörmətlə yanaşıram. Mənə elə gəlir ki, Şəfiqə xanım da, Oqtay müəllim də Rüstəm İbrahimbəyova müəyyən tələblər eləsəslər, yaxşı olardı. Onlar gərək öz ideyaları uğrunda mübarizə aparaydılar. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında bir-biri ilə konfliktdə olan insanlar cəm olub. Əqidəcə zidd insanlar var. Belə adamlar bir yerə toplaşıbsa, demək, kənar əl işə düşüb.
Onu da deyim ki, 2013-cü ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının növbəti qurultayı keçiriləcək. Qurultayda yeni katiblik və növbəti sədr seçiləcək. Bu təşkilat kinorejissor Lətif Səfərov tərəfindən yaradılıb. Həsən Seyidbəyli bura uzun illər rəhbərlik edib. Sonra Rüstəm İbrahimbəyov... Bura böyük mədəniyyət abidəsidir. Konservatoriya kimi, BDU kimi, Yazıçılar Birliyi kimi. Bu məkanı qorumaq lazımdır. Bizə vaxt versinlər, kömək etsinlər, birliyin maddi təminatını bərpa etsinlər. Biz 2013-cü ilin sonunda bu problemi həll edəcəyik. Bizim qurumun əksər üzvləri bunun tərəfdarıdırlar. Biz bu yaxınlarda 10-a yaxın yeni üzvə vəsiqə verdik. Bunlar arasında gənclərlə yanaşı, ölkədə tanınan ziyalılar da var. Mənə elə gəlir ki, gələcəkdə hər iki təşkilat işləyəcək və problem olmayacaq. Hələ ki, bizdə bir təşkilat var. Gəlin, onu dağıtmayaq.

- Yeni qurum Milli Kino Günü ilə bağlı mükafat təsis edib. Maraqlı məqam ondan ibarətdir ki, katibi olduğunuz qurumun Milli Kino Günü ilə bağlı təsis etdiyi gündən bir gün sonra bu addım atıldı...

- Elədir... Bu ayın 9-da Rüstəm İbrahimbəyovun sədrliyi ilə bir araya gəlib, Mili Kino Günü və Rasim Ocaqovun xatirəsinə həsr olunan mükafat təsis edildi. Bu mükafat avqustun 2-si öz sahiblərini tapacaq. Bir gəncə və bir yaşlı nəslin nümayəndəsinə yaradıcılıq uğurlarına görə təqdim olunacaq. Ayın 10-na isə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yığışıb, mükafat təyin etdi. Mən əminəm ki, hər iki qurumun niyyəti xoşdur. Onu da deyim ki, bizim mükafat pulludur. Orada olan insanlar bizim mükafatı alarkən sevinc duyacaqlar. Mükafatlar nə qədər çox olsa, o qədər yaxşıdır.
Əgər hansısa bir qala səni qane etmirsə, yolunda durubsa, sən öz qalanı tikirsən və yaxud da ki, bu qalanı sökürsən. Mən onlara öz qalalarını tikməyi arzulayıram. Onlar çox uğurlu qala tiksinlər. Amma əvvəl olan qalaya əl dəyməsinlər. “Rembo” filmində bir epizod var. Filmin qəhrəmanı üsyan etmək istəyəndə, onun müəllimini köməyə çağırırlar. Müəllimi polislərə deyir ki, siz bilmirsinizz, o, nəyə qadirdir, amma mən bilirəm nəyə qadirdir. Çünki o, mənim tələbəm olub. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında çox təcrübəli kino mütəxəssislərimiz cəm olub. Amma onların ən təcrübəlisi mənim müəllimlərim olub. Mən onların bildiklərinin hamısını bilirəm. Mən onların dərsində susub, oturmamışam. Məsələn, Ayaz Salayev deyirdi ki, mən dərsə ancaq Əli İsa Cabbarova görə hazırlaşıram, çünki o, tələbkar tələbədir. Mən də öz müəllimlərimə başqa bir qalanı sökməyi yox, öz qalalarını tikməyi arzulayıram.

Gülnarə ƏMİRQIZI

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]