Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Azay Quliyev BMT qətnaməsini tənqid etdi

Azay Quliyev BMT qətnaməsini tənqid etdi
Bölmə :
Siyasət
Yayım tarixi :
28/3/2017 [19:44]
Baxılıb :
441 dəfə

TƏT Parlament Assembleyasının vitse-prezidenti Azay Quliyev 28 mart 2017-ci ildə Sankt-Peterburqda ATƏT PA və Müstəqil Dövlətlər Birliyi üzv ölkələrin Parlamentlərarası Assambleyasının birgə təşkil etdiyi “Beynəlxalq Terrorizmlə Mübarizə üzrə Parlament Konfransı”nda çıxış edib.

Strateq.az xəbər verir ki, “Beynəlxalq (Humanitar) Hüquq və Terrorizm: Çağırışlar və onlara cavablar” mövzusunda məruzə edən ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev indiyədək terrorizmi pisləyən çoxsaylı bəyanat və qətnamələrin qəbul edilməsinə baxmayaraq, həmin sənədlərdə terror fəaliyyətinin effektiv şəkildə aradan qaldırılmasına (hərbi, siyasi, hüquqi və s.) yönələn mexanizmlərin olmadığını bildirib:

“Bu gün hər bir dövlət öz vətəndaşlarını terror təhlükəsindən qorumağı bacarmalıdır. Bu dövlətlərin təkcə hüququ deyil, eyni zamanda vəzifəsidir. Dünya birliyi, ayrı-ayrı ölkələr beynəlxalq terrorla mübarizədə öz səy və potensialını birləşdirməli və “ümumi düşmənlə” effektiv şəkildə mübarizə aparmalıdır. Lakin dövlətlər elə etməlidir ki, terrorizmlə mübarizə tədbirləri zamanı insan hüquqları və humanitar standartlar pozulmasın, başqa sözlə, demokratik dəyərlər və insan hüquqları terrorla mübarizəyə qurban edilməsin. Əksinə, terrora qarşı mübarizədə yeganə uzunmüddətli və səmərəlivasitə BMT Nizamnaməsi, insan hüquqları haqqında beynəlxalq razılaşmalar və Cenevrə Konvensiyaları kimi ən mühüm beynəlxalq sənədlərdə göstərilən insan hüquqları, demokratiya və sosial ədalətə real həyatda əməl etməklə ciddi nailiyyətlər əldə etmək olar”.

Azay Quliyev son illərdə bəzi ATƏT ölkələrində qaçqın və sığınacaq axtaranlara qarşı kriminal hərəkətlərin artmasının narahatlıq doğurduğunu deyib:

“Qaçqın və sığınacaq axtaran kütlənin içərisində ağır cinayət əməlləri törətmiş şəxslərin də olması qeyd olunan kateqoriyaya mənsub bütün insanlara pis münasibət göstərilməsinə və onların lənətlənməsinə əsas vermir. Sığınacaq axtaranların həmin ölkələrə qeyri-qanuni gəlmələri onların tələblərinin rədd edilməsinə səbəb ola bilməz. Eyni zamanda, onların ağır cinayətlər törətmiş etnik və ya dini qruplara aid olması həmin insanların təcrid olunmasına əsas yaratmır. Əgər biz terror aktlarına qarşı mübarizə apararkən insan hüquqlarını qoruya bilməsək, nəticədə terrorçular və bütövlükdə terror bütün bəşəriyyətə qalib gələcək. Məhz terrorçuların əsas məqsədi dünya düzənini pozmaq, ölkələrdə çaxnaşma və xaos yaratmaq, ən əsası isə hamılıqla qəbul edilən demokratik dəyər və prinsipləri məhv etməkdən ibarətdir”.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev çıxışında diqqəti qaçqın və sığınacaq axtaranlara birbaşa təsir göstərə biləcək 5 əsas problemə yönəldib:

“Birinci, terrorla əlaqəsi olan və ya bu cür əlaqədə əsaslı şəkildə şübhəli bilinən şəxslərlə həqiqi qaçqın vəziyyətinə düşən şəxslər arasında fərq dəqiq müəyyənləşməli və qaçqın statusunu almaq üçün tələb olunan prosedurlara əməl edilməsi minimum satandartlara cavab verməlidir. Əmin olmaq lazımdır ki, qaçqınların müəyyən edilməsi ilə bağlı qərarlar bu sahədə bilikli və yüksək ixtisaslı şəxslər tərəfindən qəbul olunur. Qaçqın statusu almaq istəyən vicdanlı insanların hüquqları pozulmamaldır. Hamı qəbul etməlidir ki, bu insanlar məhz terrorun qurbanına çevrilərək qaçqın vəziyyətinə düşüb və yaranmış münaqişə vəziyyətindən canını qurtarmaq üçün başqa ölkələrə pənah gətirmək məcburiyyətində qalıblar.

İkinci məsələ sığınacaq axtaranlarla rəftarla bağlıdır. Bir çox hallarda sığınacaq axtaranlara münasibət müsbət olmur. Onlar dini və milli zəmində diskriminasiyaya məruz qalır və ciddi təzyiqlərlə üzləşirlər. Hesab edirəm ki, sığınacaq axtaranların həbsi istisna hal olmalı, adi bir qaydaya çevrilməməlidir. Bu həbslər yalnız o zaman qəbul edilə bilər ki, onların terrorla əlaqəsinin olmasına əsaslı şübhələr olsun və ya həbslə bağlı şərtlər ədalətli olsun. Bununla belə, daxili qanunvericiliyə əsasən bu həbslər məhkəmə təftişinə tabe olmaqla yanaşı, həm də qeyd edilən prosesə uyğun olmalıdır”.

Digər bir mühüm məsələyə ”“ qaçqınların və sığınacaq axtaranların təcrid edilmə məsələsinə toxunan Azay Quliyev qeyd edib: “Unutmaq olmaz ki, həqiqi qaçqınlar və sğınacaq axtaranlar terrorun qurbanı olaraq ölkələr tərəfindən tam şəkildə müdafiə olunmalıdır. Ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərdən başqa heç kim üz tutduğu ölkədə təcridə məruz qalmamalıdır. Onlar beynəlxalq humanitar qanunların tələblərinə uyğun olaraq müdafiə olunmalı və əsasssız olaraq qaçqın statusundan məhrum edilməməlidirlər. Mən dövlətləri beynəlxalq hüququn tələbinə əməl etməyə çağırıram.

1951-ci il Konvensiyası göstərilən proseslə bağlı qanuna əsaslanaraq verilmiş qərara uyğun olaraq qaçqınların ölkədən çıxarılmasına ”“ deportasiyasına milli təhlükəsizlik və ya ictimai asayişə təhlükə ola biləcəyi hallarda icazə verir. Bu halda qaçqına ona qarşı irəli sürülən ittihamlara cavab vermək üçün sübutların təqdim edilməsinə şərait yaradılmalıdır”.

Azay Quliyev çıxışında BMT Təhlükəsizlik Şurasının terrorist və sığınacaq axtaranlar/qaçqınlar arasında əlaqələrin olduğunu irəli sürən 1373 nömrəli qətnaməsini tənqid edərək bildirib ki, bu qətnamənin olduğu kimi tətbiqi bir sıra anlaşılmazlıqlara, sui-istifadələrə, qanun pozuntularına səbəb olur:

“Qətnamədəki müddəaların bəziləri möbcud vəziyyətə tam olaraq adekvat deyil və onların yerinə yetirilməsi qeyri müəyyənliyə, ədalətsiz qərarların qəbuluna, bir sıra hallarda isə pozuntularla səbəb olur. Ona görə də sözügedən qətnamə beynəlxalq qaçqın hüququnun tələblərini nəzərə alaraq tətbiq edilməlidir. Terrorçuların sığınacaq axtaranlarla bağlı sistemdən sui-istifadə etməsinin qarşının alınması üçün dövlətlərin qəbul etdiyi qanuni tədbirlər günahsız qaçqın və sığınacaq axtaranların təqibi ilə nəticələnməməlidir”.

Sonda ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev aparılan müzakirələrin, səsləndirilən tövsiyələrin qlobal terrorizmlə mübarizə konteksində insan hüquqlarının müdafiə edilməsi işinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]