Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Özünü Azərbaycanın dördüncü ən böyük alimi sayan Nizami Cəfərov

Bölmə :
Köşə
Yazar :
Etibar Əliyev
Yayım tarixi :
27/3/2017 [20:02]
Baxılıb :
3546 dəfə

Sanballı alimlər fasiləsiz, ara vermədən elmlə məşğul olmaqla yanaşı, həm də elmin populyarlaşdırılması istiqamətində mühüm işlər görürlər. Bu zəngin və dramatik prosesin özü də elm və tarix üçün əhəmiyyət daşıdığından, onların bioqrafiyalarının istər özləri, istərsə də başqa alimlər tərəfindən yazılması aktuallıq kəsb edir. Kitabxanamda belə kitabların sayı yüzlərlədir. Bu yaxınlarda AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərovun “Keçən günlərin dastanı” adlı kitabını aldım. Kitab onun keçdiyi həyat yolundan, yeyib-içmək məclislərində edilən söhbətlərdən, dediyi tostlardan, əsgərlikdən ustalıqla yayınmasından, onun hələ gənclik illərindən bu yana düşdüyü çətin vəziyyətlərdən necə məharətlə çıxmasından, onunla eyni elmi mühitdə çalışan alimlərin xarakterizə olunmasından bəhs edir. 

Kitab geniş oxucu kütləsi, təzə yeyib-içməyə başlayanlar, intiriqa bacarığına yiyələnmək istəyənlər, ədəbiyyatşünaslıq və dilçilik elmində nələrin baş verməsi ilə maraqlananlar üçün unikal vəsaitdir. 
Məsələn, bütün elm sahələrində kimlərin hansı yer tutması məsələsi olduqca mübahisəlidir. Ancaq Nizami Cəfərov ötən əsrin 90-cı illərinin sonundan artıq öz yerini müəyyənləşdirə bilib. Kitabında yazır: “Dissertasiya müdafiələrinin birindən sonra dissertantın atası səviyyəli bir restoranda banket verirdi. Kefimiz bir az durulduqdan sonra mən sağlıq deyib, əvvəlcə dissertantı təbrik elədim, sonra məclisi daha da canlandırmaq üçün ortaya hamını maraqlandıracaq «pravakasion» bir məsələ atdım. Elmi səviyyəsinə görə hansımızın birinci, hansımızın ikinci, hansımızın üçüncü və s. yerdə dayandığımızı müəyyən etməliyik ki, münasibətlərdəki iyerarxik mövqeyimizi bilək. Mənim fikrimcə, birinci yer Ağamusa Axundovun, ikinci yer Tofiq Hacıyevindir. Söhbət bu yerə çatanda üzümü Tofiq müəllimə tutub soruşdum ki, siz bu gedişlə razısınızmı? 

Tofiq müəllim: “Əgər mənə, həqiqətən, ikinci yeri vermisinizsə, Ağamusanın birinci yerdə olmasına razıyam”. 

Davam etdim: üçüncü yerin kimə məxsusluğu çox mübahisəli olduğuna görə, onu sizin müzakirənizə buraxıb, keçirəm dördüncü yerə. Təvazökarlıqdan uzaq olsa da, həqiqət naminə deməliyəm ki, həmin yer mənimdir”. 

Düzdür, bu fikir plagiat olsa da, maraqlıdır. Nils Bor Nobel mükafatına  layiq görüldükdən sonra ondan fiziklərin içərisində neçənci olmasını soruşublar. O, bir neçə görkəmli fizikin adını çəkib və onların arasında bir neçə boş yer göstərib, onun həmin yerlərin birinə aid edilməsini məsləhət görüb. Amma burada məsələnin özəlliyi Nizami müəllimin uzaqgörənliyindədir. Yəni Ağamusa Axundovla Tofiq Hacıyev akademik seçildi, o isə namizədliyini indi elan olunan “dilçilik” ixtisası üzrə vakant yerə verib. Yəqin ki, onun boş qoyduğu 3-cü yer ötən seçkilərdə akademik seçilmiş Rəfael Hüseynova məxsus olub. 

Bu kitabda o, arası soyuq olan Kamil Vəli Nərimanoğlu və rəhmətlik Aydın Məmmədov haqqında xoşagəlməz ifadələr işlədib. Mərhum dostumuz Aydın Məmmədov haqqında yazır: “Aydın Məmmədov keçmiş “piyanskalığı”nı arxada qoysa da, Dilçilik İnstitutu onun “tarixi uğurları”na ciddi baxmırdı”. Bundan başqa, Aydın Məmmədovun borc üstündə döyülməsini sanki “ustalıqla”, sevinə - sevinə qələmə alıb. Yazır: “Məmmədağa Şirəliyevin Aydın Məmmədovdan heç xoşu gəlmirdi. Bir dəfə dəhlizdə durub pəncərədən bayıra baxırdım, tələsik gəldi, salam verdi, “Aydını gördün?” deyə soruşdu. Dedim ki, görmədim... Həyəcanla: 

- Necə görmədin? İki-üç nəfər onu sürütləyib apardılar Akademiyanın həyətində sorğu -suala çəkdilər. Kiməsə borcu var imiş, verə bilməyib, əvəzində pencəyini çıxarıb apardılar...” Bu hadisə baş versə də belə akademik olmaq istəyən yoldaş Cəfərov bunu yazmamalı idi. Normal alim  öz boyunu göstərmək üçün həmkarlarını aşağılamaz.  

 Dünyasını dəyişmiş gözəl alim, xalqın yaddaşında parlaq ziyalı və ictimai xadim kimi qalmış Aydın Məmmədov haqqında onun fikirləri adamda ikrah və təəccüb doğurur. Ən azından “piyanskalığ”ın daşını atmaq iradəli olmaq əlamətidir, ən pisi “piyanska” kimi qalmaqdır, elə deyilmi? 
Bizim tanınmış alimlərin çoxunu  kitab mağazalarında az adam görür. Adətən onların öz kitabxanaları da olmur. Bunların sırasına Nizami Cəfərovu da aid etmək olar. Cəfərov yazır: “Akademik Məmmədağa Şirəliyev rəhmətə gedəndə ailəsi onun kitabxanasını satmaq istədi, onsuz da hamı bilirdi ki, ən yaxşı kitablar sağlığında satılıb, ona görə də alan olmadı. Pəncərədən həyətə tökdülər... İçərisində “professor”un imzası olan kitabları”.  

Biz arağın, konyakın yaxşı-pisini sonalayanları eşitmişdik, amma bilməzdik ki, kitabları da yaxşı və pisə bölməklə tanınmış bir alimi bu cür aşağılamaq istəyənlər tapılar. Ziyalı ailələrində çox vaxt kitabın gələcək nəsillərə ötürülməsi adət halını almayıb. Dünyasını dəyişən alimin kitabxanasını satmaq zərurəti yaranarsa, bunu ya başqa alim həmkarları almalı, ya da kitab və əlyazmalar bukinist və kitabxanalara verilməlidir. Əgər xəbər tutanlar buna Cəfərov kimi laqeyd münasibət bəsləyirsə, çox pis...Kitaba və vəfat etmiş dilçi akademikə qarşı belə ifadələrin işlədilməsi nə deməkdir görəsən?  Düzdür, vəfat edən bunu oxumur, amma yaşayanlar var, oxucu var, ailəsi, doğmaları var. 
Nizami müəllim yazır ki, onun ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərinə Ağamusa Axundov son qoyub. Görəsən necə? Yazır ki, saitin tərifini düz verdiyinə görə. Göründüyü kimi, saitə düzgün tərif vermək onu dilçilik elminin qucağına atıb. Çox maraqlıdır ki, dilçilikdə başqa nəyə nail olması barədə kitabda söz açılmır. Soruşmaq lazımdır: Dilçi alimin orta məktəblərin yuxarı sinifləri üçün “Ədəbiyyat” dərsliklərinin yazılmasında nə işi var? Yeri gəlmişkən, Nizami Cəfərovun imzası olduğu dərsliklər ən qüsurlu dərsliklər sırasındadır. Bunun üçün Dövlət İmtahan Mərkəzinin monitorinq materiallarına baxmaq kifayətdir. 

Kitabda filologiya fakültəsində intriqalar və qəbul imtahanlarından da bəhs olunur: “Filologiya fakültəsində illər boyu dekanlıq uğrunda mübarizə getmişdir. Ona görə ki, qəbul imtahanı var idi... Və yazı imtahanına düşən fəal müəllimlər özləri ilə bir neçə rəngdə qələm götürürdülər ki, tapşırılan uşaqların səhvlərini qaydaya salsınlar. Elə müəllimlər də olurdu ki, yüksək qiymət yazılmalı olan işi oxumurdular, “beş”dən “dörd”dən yazıb atırdılar o tərəfə”.  

Gözəl etirafdır! Özü də Akademiyanın müxbir üzvünün dilindən eşidirik bunları! Ancaq bu neqativlərinin kökünün kəsilməsi barədə özünün fəaliyyətindən bir cümlə olsa danışmır. Ən azında o, digər dekanlar kimi tapşırığa çox yaxşı baxırdı. Bununla yanaşı, cəfərovkimilər istədikləri adamı alim etməklə elmimizə dəhşətli zərbələr vurublar. Yəqin ki, bu fəaliyyəti  daha da genişləndirmək üçün akademik olmaq çox vacibdir. 

 Nizami müəllim bu kitabında yumor işlətmək məharətini addımbaşı büruzə verməyə çalışır. Əslində, bunların çoxu yeyib-içmək məclislərində işlədildiyi üçün xüsusi məna kəsb etmir. Bizdə yeyib-içmək məclisləri silsilə (həm də zəncirvari) xarakter aldığı üçün tostlar və lətifələr tez bir zamanda yayılır. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bernard  Şou deyirdi: “Yumor iti ağılın məhsuludur”.  Yəni yumor küt ağılın məhsulu ola bilməz. Nizami Cəfərovun məlum kitabında əgər yumor demək mümkündürsə ən maraqlısı budur: “Muxtar Hüseynov dekan olduğu illərdə sessiya vaxtı dərslərə gəlməmiş qiyabiçi tələbə xanım qucağında körpəsi ona yaxınlaşır ki, onu imtahana buraxsın... Muxtar müəllim deyir ki, bala, uşağın olması barədə kağız gətir, icazə verək. Tələbə israrla qucağındakı körpəni göstərib, “müəllim bu boyda uşağı görmürsünüz, kağızı neynirsiniz?” deyir. Muxtar müəllim görür ki, onu heç cür başa sala bilməyəcək. Qollarını irəli uzadıb deyir: 

“Uşağı ver mənə”. Tələbə xanım qucağında uşaq, sövqi-təbii, geri çəkilir, həyəcanla soruşur: “Müəllim uşağı neynirsiz?”

Muxtar müəllim tövrünü pozmadan: “Heeç... Sənin şəxsi işinə tikəcəyəm ki, imtahan verməyə icazən olsun”, - deyir”. 

Məncə bu kitab Nizami Cəfərovun akademik “seçilməsi” üçün mühüm əsərlərindən biridir. Xatirə yaza bilməyən adam yaxşı elmi əsər yaza bilməz. Kitabı indidən səs verəcək akademiklərə paylamaq lazımdır ki, nəzərə alsınlar. 

Mən dilçi alimin kitabını oxuyanda bir daha anladım ki, bizdə Sözün Göstərən, Emosional və Praqmatik funksiyası gücünü itirib. Bu Nizami Cəfərov kimi “böyük” alimlərin sayəsində baş verib. Məhz onun kimilərin sayəsində  Sözün qeybət, yalan, təhrif funksiyası güclənib. 

Hərb tarixdə rütbələrin geri alınması təcrübəsi var. Məncə bu elmə də tətbiq olunmalıdır. Nizami Cəfərovun bu kitabına görə ondan AMEA-nın müxbir üzvü fəxri adı geri alınmalıdr. 
Nə demək olar! Bəzən indiki durumumuzu daha yaxşı göstərmək üçün tarixin təkərini geri itələmək lazım gəlir. Bunu etsək, keçmişdə bu sahədə əsl alimlərin kimlər olduğunu görəcəyik: akademiklər - Məmməd Arif Dadaşzadə, Məmmədağa Şirəliyev, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmmədcəfər Cəfərov, Kamal Talıbzadə.  Başqa bir maraqlı məqam var: Abbas Zamanov, Cəfər Cəfərov, Əbdüləzəl Dəmirçizadə  və Yaşar Qarayev Akademiyanın müxbir üzvü,  Mir Cəlal Paşayev, Əli Sultanlı, Mikayıl Rəfili, Cəfər Xəndan, Fərhad Zeynalov kimi böyük elm adamları isə, sadəcə, professor kimi tarixə düşüblər. 

Bir də indiki iddialara baxın.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]