Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Əlil arabasında xarüqələr yaratmaq...

Əlil arabasında xarüqələr yaratmaq...
Bölmə :
KİVDF
Yayım tarixi :
16/4/2013 [11:15]
Baxılıb :
1008 dəfə
Doğuşdan əlil xanım öz zəhməti və dövlətin dəstəyi nəticəsində mümkünsüz görünən uğurlara imza atıb

Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində xeyli qanunlar qəbul edildi. Uzun illər bu sahədə mövcud olmuş problemlərin həllində dövlət strukturları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük işlər düşdü. Respublikada fəaliyyət göstərən belə qurumların sayı artdıqca və qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi gücləndikcə, onların xeyriyyəçilik fəaliyyəti özünü daha qabarıq göstərməyə başladı.

Get-gedə bu cür QHT-lərin sayı paytaxtla yanaşı, regionlarda da artmaqdadır. Bugünkü müsahibmiz və Ağsu şəhərində 2005-ci ilin avqust ayından fəaliyyət göstərən "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimovadır. Onunla söhbətimizdə rəhbəri olduğu təşkilat tərəfindən həyata keçirilən tədbirlər və ümumilikdə əlillərin durumunun yaxşılaşdırılması istiqamətində ölkədə görülən işlərə işıq tutmağa çalışdıq.

1978-ci ildə Ağsu şəhərində anadan olan bu xanım doğuşdan əlildir. Əl arabası ilə hərəkət edir: “Təhsilimi, orta məktəbi evimdə oxumaq məcburiyyətində qalmışdım. Yenə də bir şeylər etmək, heç olmasa, əlillərlə maraqlanmaq istədim. Orta məktəbə gedə bilmədiyimdən ev şəraitində oxumuşam. Qardaşım Samir də mənim kimi əlildir. Nəhayət, şəxsi zəhmətim hesabına “GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyinin yaradılmasına nail oldum”.

G.Səlimova sual edir ki, “Bizi əhatə edən cəmiyyətdə tez-tez rastlaşdığımız əlil vətəndaşların yaşamı, problemləri, hər gün qarşılaşdıqları çətinliklər barədə çoxmu məlumatlıyıq?”. Onun sözlərinə görə, bəzən yanından ötüb keçdiyimiz əlil insana hətta yolun o biri tərəfinə keçməkdə belə kömək göstərməyə ərinirik: “Amma bu insanlar evin içində də problemlə üz-üzədirlər. Sərbəst hərəkət etmək, müəyyən bir işi istədiyi və yaxud gərəkən şəkildə edə bilməmək onları daxilən üzür, incidir. Belə hallarda onlara dayaq olacaq, dəstək verəcək insanlara hədsiz ehtiyac duyurlar. Nə yaxşı ki, onları başa düşən və köməklərinə tələsən insanlar, təşkilatlar, ictimai birliklər var. "GÜLSAM" da belə ictimai qurumlardan biridir”.

“Əlil uşaqların cəmiyyətə qarışmasına nail olduq”

Müsahibimiz deyir ki, ictimai fəaliyyətə başladığı ilk vaxtlarda model şəkilləri çəkib, çeşidli tikmələr tikib, hörgülər hörüb: “Əl işlərimdən ibarət sərgilər açdım. Əlil insanların bu işlərə maraqlarını öyrəndim və fəaliyyətimi artırdım. 2005-ci ildə əlillər üçün evimizdə dərnək yaratdım. Həmin ilin avqust ayında "GÜLSAM" Ədliyyə Nazirliyində qeydiyyata alındı. "GÜLSAM" əlillərin və onların ailələrinin problemlərinin həlli, əlil uşaqların məktəbə getmələrini təşkil etmək üçün bütün imkanlardan yararlandı. Bu təşkilat vasitəsilə neçə-neçə əlil uşaqların qapılıb qaldığı evdən çıxmasına nail olduq”. 

Gülnarə Səlimova onu da xüsusi olaraq qeyd etdi ki, əlil uşaqları  və onların ailələrini məktəbə getməyə razı salmaq üçün bütün zamanını xərcləyib: “Heç də asan olmadı, çox çalışdıq. Amma bir çox uşağın evdən xilas olmasına nail oldum. Əlillərə hüquqlarını, haqlarını anlatdım. Təşkilatımız respublika daxilində neçə-neçə əlili müalicəyə göndərib. Kiməsə, nəyəsə möhtac olmasınlar deyə, kompüter kursu açıb. Ötən illər ərzində bir çox kurslar təşkil etdim. Dərnəyin maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlil olmayan insanlar üçün ödənişli kompüter kursu açdım. Bu günə qədər həmin kursun 800-ə yaxın məzunu olub. Əlillərə qarşılıqsız və pulsuz, amma əlil olmayan insanlara, gəlib dərs almaq istəyənlərə ödənişli kompüter kursu verməyə davam edirəm. Gördüyüm işlər hökumət tərəfindən təqdir olundu və bunun üzərinə təqdim etdiyim yeni iki layihə müsbət rəy aldı. Təşkilatımız əlillərin sosial problemlərinin həlli istiqamətində işlər görür, əlil vətəndaşların həyat şəraitinin yüngülləşməsinə yönəlmiş tədbirlər həyata keçirir”.

Qısa müddətdə böyük uğur

2010-2011-ci illərdə “GÜLSAM” Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrant müsabiqəsində qalib elan edilib. Hökumət tərəfindən dəstək görən təşkilat iki qrant layihəsi hesabına xeyli sayda birlik üzvlərinin cəmiyyətə inteqrasiyası istiqamətində uğurlu tədbirlər həyata keçirib. Öz üzərində çalışan 14 nəfər əlil uşaq və böyük məktəbə götürülüb.

Hazırda vərdişlərə yiyələnmək istəyən əlillər 3 aylıq kurs keçərək, təşkilat tərəfindən sertifikatla təmin edilirlər. 2011-ci ildə birlik Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına əlillərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün kredit götürməyə, ferma açmağa nail olub. Həmin layihə daha 4 nəfər əlilin işlə təminatına əsas yaradıb. Həmin il qazanılan ikinci layihə ilə əlilliyi olmayanlar üçün ödənişli kompüter kursları təşkil edilib ki, bundan gələn gəlirlə kiçik tikiş fabriki açılıb. Həmin istehsal sahəsində 2 şəhid ailəsi və bir nəfər əlil qazi işlə təmin edilib.

“Əngəlləri aşa bilərik”

Gülnarə Səlimovanın nikbinliyi, malik olduğu həyat eşqi, qurub-yaratmaq istəyi çoxlarına nümunə ola bilər. O deyir ki, əlillər öz potensiallarını reallaşdıra bilsələr, çox imkanlara sahib ola bilərlər: “Ən azı, ələbaxımlılıq kimi dəhşətli mərəzdən xilas olar, özlərini cəmiyyətdən təcrid etməz, problemlərinin həllində özlərinə güvənərlər. Bir sıra ictimai təşkilatlar, həmçinin sənət adamları təşkilatımızın üzvlərini ziyarət edir, qurumun fəaliyyətinin ürəkaçan olduğunu KİV-lər vasitəsilə ictimaiyyətin diqqətinə çatdırırlar”.

Həmsöhbətimiz indiyədək gördükləri işin nəticəsi olaraq, əlil olmayan insanlar üçün belə, yeni imkanlar yaratdıqlarını qeyd etdi: “Təşkil etdiyimiz ödənişli kurslardan gələn gəlirin sayəsində kiçik tikiş fabriki açmışıq. Qarabağ müharibəsinin 2 şəhid ailəsini, 1 əlil qızını işə aldıq. Tək istədiyim əlillərin cəmiyyət içinə çıxa bilməsidir. Evlərə bağlanıb çarəsiz qalmamalarıdır. Ömürlərinin çürüməməsini istəyirəm. Mənim məqsədim yalnız budur. Əlillərin qarşısında bir çox imkanlar ola bilər. Sənətlə məşğul ola bilərlər. Yazı yaza bilərlər, şəkil çəkə bilərlər. Bununla da qismən öz problemlərinin həllinə nail ola bilərlər. Az və ya çox bir gəlirləri olar. Heç kimin əlinə baxmazlar. Bu gün fiziki olaraq əlil ola bilərəm, amma özümə az da olsa, bir gəlir yarada bilmişəm. Dediyim odur ki, biz əlillər əngəllərimizi aşa bilərik”.

Onun sözlərinə görə, əlillər cəmiyyətin yararlı üzvlərinə çevrilmək üçün potensial imkanlarından istifadə edir və daim insanlardan ən azı mənəvi dəstək gözləyirlər: “Onların gözlərini yollardan yığmaq isə hər kəsin vətəndaşlıq borcudur. Onda belə insanların qapıları da açılar, eynləri də”.

“Dövlət xeyirhax işə dəstək verir”

Qeyd edək ki, bu il Valideyn Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardim İctimai Birliyi ilə "GÜLSAM"ın təşkil etdiyi onlayn konfransda əlillərə və ümumi vətəndaşlara hüquqi yardım göstərilib. G.Səlimovanın sözlərinə görə, hüquqi yardıma ehtiyacı olan əlillər “Skype” vasitəsi ilə onlara müraciət edərək öz problemlərini dilə gətiriblər: “Problemin həli üçün Hüquqşunaslar əllərindən gələn köməklik edəcəklərinə vəd etdilər”.

“GÜLSAM”ın “Ağsu rayonunda məhdud hərəkətli insanlar üçün dərzilik sənəti üzrə sürətləndirilmiş ixtisas kursunun təşkili” adlı lahiyəsi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2013-cu ildə elan edilmiş müsabiqədə də qalib elan olunub. Həmin layihənin məqsədi əlillərin məşğulluq hüquqlarının təmin olunması yolu ilə yoxsulluq riskinin azaldılmasını təmin etməkdir. Yəni, əl işləri ilə onların məşğulluq problemlərinin həllinə kömək etmək və əl işlərinin satış sərgisini təşkil etmək.

Müsahibimiz deyir ki, layihə yerinə yetirildikdən sonar əlillər dərzilik peşəsinə yiyələnəcəklər: “Əl işlərini numayiş etdirəcəklər. Bu da onların işlə təmin olunmasına və maddi durumunun yaxşılaşmasına kömək edəcəkdir. Rayonda təşkilatımız və əlillər barədə müsbət fikir formalaşacaqdır. Təşkilatlarla əməkdaşlığa kömək olacaq”.

“GÜLSAM” Əlillərin Reabilitasiyası İctimai Birliyi digər təşkilatlara da öz işlərini həyata keçirməkdə yardım edir. Həmsöhbətimiz hazırda digər təşkilatlar tərəfindən də müsbət layihələr həyata keçirildiyini qeyd etdi: ““Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Coca-Cola şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə “Youth Inc.” (“Gənclər Korparasiyası”) proqramı çərçivəsində gənclər üçün pilot layihə təqdim edir! Layihə çərçivəsində gənclərə “Öz biznesinə başla” və “Biznes ideyasının formalaşdırılması” mövzularında təlimlər keçirildi, biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqlar verildi, gənclərin öz biznesini qurması üçün real imkanlar yaradılacaq. Həmin layihəyə dəstək məqsədilə biz də Ağsuda onların tədbirinin keçirilməsi üçün ofisimizin qapılarını açdıq. Biznes Klublar çərçivəsində gənclər artıq peşəkar sahibkarlarla, biznesmenlərlə daimi ünsiyyətdə olacaqlar, vergilər sistemi, biznes-kreditlər sistemi və s. haqqında ətraflı məlumatlandırılacaqlar”.


Ramid

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]