Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Anar Həsənov: “Lavrova o sualı verdiyimə görə minnətdarlıq almalı ikən, travma aldım

Anar Həsənov: “Lavrova o sualı verdiyimə görə minnətdarlıq almalı ikən, travma aldım
Bölmə :
Müsahibə
Yayım tarixi :
21/3/2017 [20:17]
Baxılıb :
44462 dəfə
"Mən reallıqları dilə gətirmişəm"

Bu il yanvarın 17-də Rusiya xarici işlər naziri Sergey Lavrovun keçirdiyi ənənəvi mətbuat konfransında səsləndirdiyi “Qarabağ məsələsi təkcə Azərbaycanın problemi deyil” fikri Azərbaycan gündəmini bir müddət zəbt etdi. Rusiya diplomatiyasının birinci şəxsinin dilindən belə bir ifadənin səslənməsi çoxları üçün gözlənilməz idi. Hətta söylənənlərin gerçəyi tam ifadə etməsinə baxmayaraq...

Qarabağ məsələsi 20 ildən çoxdur Ermənistanla Azərbaycanını münaqişə nöqtəsi miqyasından çıxıb, prosesə dünya birliyi qatılıb, məsələnin dinc yolla nizamlanmasında vasitəçilik üçün ATƏT-in ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk Qrupu yaradılıb. Görünür, Azərbaycan tərəfi bu fikirdən narazı salan Rusiya XİN rəhbərinin Qarabağ haqqında danışarkən ərazinin Azərbaycana aidliyini vurğulamaması olub. Ən qəribəsi Azərbaycan tərəfinin məsələyə reaksiyası oldu ”“ Kreml təmsilçisinə layiqli təpki vermək yerinə, sualı verən jurnalist işdən çıxarıldı. Söhbət Lider TV-nin Moskva təmsilçisi Anar Həsənovdan gedir. 

“Yeni Müsavat”ın əməkdaşı Aygün Muradxanlı bu günlərdə Moskva səfəri zamanı Anar Həsənovla görüşüb baş verənləri onun dilindən eşidib. Anar Həsənov söhbət boyu dəfələrlə iddia edib ki, onun işdən uzaqlaşdırılmasının səbəbkarı Azərbaycanın Rusiya səfiri Polad Bülbüloğludur.

Bizimyol.info saytı A.Həsənovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Anar, işdən çıxarılmanız üçün gerçəkdənmi səfir Polad Bülbüloğlu təqdimat verib? Konkret faktınız varmı?

- Yanvarın 17-də Sergey Lavrovun mətbuat konfransından dərhal sonra Azərbaycanın Rusiya səfirliyinin mətbuat katibi mənim sualımı Azərbaycan XİN-lə, ya kanal rəhbərliyimlə razılaşdırıb razılaşdırmadığımı soruşdu. Dedim ki, ilk dəfə deyil nazirə sual verirəm və onların heç birini heç kimə razılaşdırmamışam. 2014-cü ildə Ermənistanın Rusiyadakı səfirliyində yaradılan qondarma DQR nümayəndəliyinin Rusiyanın Qarabağ siyasətinə necə təsir etdiyini, 2015-ci ildə ermənilərə əsir düşən Rusiya vətəndaşı Dilqəm Əsgərovun azad edilməsi üçün Moskvanın niyə heç bir addım atmadığını soruşanda da sualları özüm hazırlamışdım.

Telekanal heç zaman mənim qarşımda sualları razılaşdırmaq tələbi qoymayıb. Nə marşal Dmitri Yazovla, nə erməni separatizminin ideoloqlarından Abel Aqanbekyanla, nə Çeçenistan lideri Ramzan Kadırovla, nə İnquşetiya rəhbəri Yunusbek Yevkurovla, nə Buryatiyanın lideri Vyaçeslav Naqovitsınla müsahibələrdə məndən hansı sualları verəcəyim soruşulmayıb, heç bir xüsusi göstəriş olmayıb. MDU-nun Jurnalistika fakültəsini bitirmişəm, Rusiyada siyasi jurnalistikanın tanınan siması Lyudmila Resnyanskayanın xüsusi kursunu keçmişəm, filologiya elmləri namizədiyəm, 15 ildir jurnalistika ilə məşğulam, yəni sual verməyi bacarıram. Bir də Rusiya XİN rəhbərinə hansı sual verəcəyimi kimdən soruşmalı idim? Lider TV-nin baş redaktoru Anar Şükürovdan? Yanvar ayında ermənilərin Moskva metrosunda törətdikləri terrorun 40 illiyi ilə bağlı reportaj hazırlamağı təklif edəndə, bilirsizmi, o nə dedi ”“ “rus ölülər haqqında reportaj bizim nəyimizə lazımdır?”. Yalnız politoloq Oleq Kuznetsov erməni terroru haqqında petisiya başladandan sonra Lider TV-nin xəbərlər redaksiyası söhbətin nədən getdiyini anlaya bildi.

- Belə çıxır ki, səfir arxanızda heç kimin dayanmadığını görüb sizə basqı göstərib?

- Basqı yumşaq ifadədir. Mənə qarşı böhtan kampaniyası başladı və səfirin dediklərinə züy tutan Azərbaycan mediası üzərimə gəldi. Lavrova sual verib həqiqəti ortaya çıxardığım üçün minnətdarlıq almalı ikən, travma aldım. Əslində isə, mən səhv etmiş olsaydım belə, səfirlik həmvətən kimi məni qorumalıydı. Ermənistan mediası da “pravokasyon sual” ifadəsini Azərbaycan mediasından götürmüşdü və ermənilər həvəslə istinad etdikləri media orqanlarının adını çəkirdilər. Beləliklə, Azərbaycanın Lavrovun cavabından narazı olduğunu Ermənistan mediası Azərbaycan mediasından öyrəndi. Məncə, cavabı Azərbaycanın xeyrinə də təsrif etmək olardı. Ancaq səfir sonradan qalmaqala çevriləcək isterika çıxardı. Düşünün, bir səfir telekanal rəhbərliyinə zəng edir və deyir ki, Lavrova verilən sual nə mənim, nə də Rusiya tərəfinin xoşuna gəlməyib. Bu zəng haqqında mənə Lider TV-nin baş redaktoru Anar Şükürov danışıb. Çox təəssüf, heç kim cənab səfirdən soruşmur ki, niyə o, Sergey Lavrovun mətbuat konfransı keçirəcəyini bilə-bilə Rusiyada akkreditasiyadan keçən Azərbaycan jurnalistlərini toplamayıb və məsləhətlərini verməyib? Azərbaycanda senzura 1996-cı ildə ləğv edilib, ancaq belə önəmli məqamlarda məsləhətləşmələrə ehtiyac var. Səfirin sonradan mənə qarşı atdığı atdım bilirsizmi nəyə bənzəyir ”“ öz günahını jurnalistin üzərinə atmağa.

- Bəs, Rusiya XİN-in məsələyə münasibəti necə oldu?

- Qısa zamanda bunu da öyrənə bildim. Bəlli oldu ki, Rusiya xarici siyasət idarəsinin mənim işimi davam etdirməyimlə bağlı heç bir iddiası, tövsiyəsi yoxdur, nazir Lavrov mənim işdən çıxarılmağımı tələb etməyib. Əgər, verdiyim sual onlara korrekt görünməsəydi, əmin olun, dərhal akkreditasiyamı ləğv edər, Azərbaycan XİN-ə bu haqda etiraz yollayardılar. Ancaq belə bir məsələ olmayıb.

- Sizcə, verdiyiniz sual Azərbaycan səfirində niyə belə qıcıq yaradıb?

- Çünki mən reallıqları dilə gətirmişəm. Onlar isə reallıqları ciddi-cəhdlə ört-basdır etmək istəyirlər. Ötən ilin aprelində Azərbaycanın hərbi-siyasi addımları mənim hədəfi düz seçdiyimi göstərir. Mən, Qarabağ məsələsində açar funksiyası daşıyan dövlətin önəmli şəxsinin dilindən gerçəklərin səslənməsinə nail olmuşdum. Səfiri əsəbiləşdirən də bu məqam idi. Rusiyada yaxşı yaşamaq arxasınca qaçmıram, övladlarımın karyerası haqqında düşünmürəm, bizneslə bağlı iddialarım da yoxdur. Mənimçün önəmli olan Azərbaycanı onun sərhədlərindən kənarda təmsil edən jurnalist imicimdir. Polad Bülbüloğlu isə Qustav Floberin məşhur ifadəsində deyildiyi kimi hərəkət edir ”“ bütlərə toxunmayın, onların zəri əlinizdə qalar. Məsələnin ən acınacaqlı tərəfi həm də odur ki, bu olaydan sonra heç kim yüksək səviyyəli siyasətçilərə cəsarətli sual verməyə ürək eləməyəcək. Belə məqamlarda çoxları kiməsə xoş gəlməyə çalışacaq.

- Deyirsiz, daha Moskvada cəsarətli jurnalist qalmayıb?

- Bircə Roman Ağayevdən başqa. Roman indiyə qədər prezident Putin də daxil olmaqla Rusiyanın yüksək səviyyəli dövlət məmurlarına dəfələrlə cəsur, orjinal suallar verib, bu sualların cavabı gündəm yaradıb. Onu da səfir Polad Bülbüloğlu mənimlə baş verən qalmaqaldan iki gün öncə çalışdığı Ümumrusiya Azərbaycanlıları Konqresinin saytından uzaqlaşdırıb. Səfir onun işdən çıxarılmasını tələb edib, ÜAK-dakı məddahlar da bu tapşırığı ən eybəcər formada yerinə yetirib. Heç Romana son ayın əməkhaqqını belə ödəməyiblər.

- Deməli, siz səfirin “qəzəbinə” gələn ilk jurnalist deyilsiniz...

- Səfirin basqısı ilə ilk dəfə Ümumrusiya Azərbaycanılıları Konqresinin sədr müavinliyinə dəvət edildiyim vaxtdan üzləşmişəm. Təklifi alanda dedim ki, bir şərtlə razı olaram ”“ Lider TV-nin xüsusi müabiri olaraq qalım. Kanal rəhbərliyi ilə danışıqlar oldu və o, paralel ictimai fəaliyyət üçün heç bir problem olmadığını dedi.

- Siz ÜAK-a gəlmək təklifini kimdən almışdız?

- Samir Məmmədovdan. Bu, 2016-cı ilin sentyabrında olub. S.Məmmədov de-fakto quruma rəhbərlik edirdi. O, ÜAK-a Rusiyada Azərbaycan diasporu ilə bağlı bütün məsələləri səfirin müavini Qüdsi Osmanov kurasiya edəndə gətirilmişdi. Polad Bülbüloğlu isə öz müavini ilə davamlı konfliktdə idi və bütün yollarla onun diplomatik fəaliyyətini əngəlləməyə çalışırdı. Səfirin diaspor məsələləri üzrə müşaviri Aqşin Əliyev mənə zəng edib dedi ki, səfir sənin Qüdsi Osmanovun dəvəti ilə ÜAK-da olmağını təqdir etmir. Cavab verdim ki, diaspor fəaliyyətimlə bağlı konkret planlarım var və bunlar millətlərarası münasibətlərin yaxşılaşdırılmasına yönəlib. Mən Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirəndən sonra, 25 yaşımda “Etnik jurnalistika strukturlarında diaspor KİV-ləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişəm, İsrail jurnalistlərinin Bakıya səfərini təşkil etmişəm, aprel döyüşlərindən sonra Rusiyanın mediasında dəfələrlə erməni ekspertlərlə debata çıxmışam, bu olaylarla bağlı dostum İsmayıl Ağayevlə bərabər HCH agentliyində Rusiya tarixçilərinin və politoloqlarının iştirakı ilə müzakirələr təşkil etmişəm, müxtəlif radio-proqramlara şərhçi kimi dəvət olunmuşam. Buradakı bütün imkanlarımdan Qarabağ həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılması üçün istifadə etməyə çalışmışam. Düşünürdüm ki, bu əlaqələr mənə diaspor işini gücləndirməyə yardımçı olacaq. Amma səfir Polad Bülbüloğlu bunun qarşısını aldı. Təəssüf ki, siz bu gün ÜAK-da işləyənləri tanımırsınız. Bu “balaca adamların” düşüncədən, xarizmadan uzaq hazırlıqsız insan olduqlarını öz gözlərinizlə görə bilərdiniz. Açıq dedilər ki, səfir sənə burada işləmək imkanı verməyəcək və mən uzaqlaşmağa məcbur oldum. Verilən tapşırıqları, üzərimə düşən vəzifələri yerinə yetirməyimə baxmayaraq hansısa səbəblərdən səfirin qara siyahısına düşmüşdüm. Səfirliyin adını bəlli səbəblərdən çəkə bilməyəcəyim əməkdaşı mənə deyirdi ki, Bülbüloğlu sənin reportajlarında onu necə təqdim etdiyi ilə xüsusi maraqlanır.

- Səfirin “qara siyahı”sında daha kimlər var?

- Uzun siyahıdır. Orada onlarla tanınmış, Azərbaycan üçün ürəklə çalışan onlarla insanın adı var. Səfir bəyənmədiyi adamları işdən çıxartdırır, ictimai fəaliyyətlərinə mane olur.

- Konkret faktınız varmı?

- ÜAK-nin Ulyanovsk bölməsinin rəhbəri İslam Hüseynov. Bu adam Ulyanovskda Heydər Əliyevə heykəl ucaldıb, şəhər məktəblərindən birinə onun adının verilməsinə nail olub, Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşması üçün onlarla tədbir keçirib. ÜAK-ın dekabr qurultayından qabaq İslam Hüseynova xəbər göndərdilər ki, səfir səni qurultayda görmək istəmir, gəlmə. Sizcə, bu normaldır?

- Gəldi?

- Hüseynov diqtə ilə işləyən adam deyil. Qurultaya da gəldi, tənqidi çıxış da elədi. Bilirsinizmi, sonra nə baş verdi? Səfir Rusiyanın yüksək çinli məmurları, o sıradan hüquq-mühafizə orqanları rəhbərləri ilə əlaqələrindən istifadə edərək onun həyatını maksimum çətinləşdirməyə çalışdı. İslam Hüseynovun da “günahı” Samir Məmmədov, Roman Ağayev, Oqtay Hüseynov, Anar Həsənov, Səadət Qədirova, Oleq Kuznetsov kimi “sözəbaxan” olmamasıdı. Ancaq bu basqıların hamısının səfirin özünə qarşı çevrildiyini düşünürəm. Indilik Polad Bülbüloğlu meydanı sevmədiyi adamlardan təmizləyir, ancaq inanıram ki, yaxınlarda özü də basqı ilə üzləşəcək, çünki əslində görməli olduğu işlə məşğul deyil. Yəqin bu sözləri səsləndirdiyim üçün onun buyruğunda duranlar mənə hücum edəcəklər. Bunu da normal qarşılayıram. Ancaq bircə onu bilsinlər ki, dediklərim Azərbaycan rəhbərliyi haqqında yox, konkret səfir haqqındadır.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]