Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan-Türkiyə-Gürcüstan ittifaqı?

Azərbaycan-Türkiyə-Gürcüstan ittifaqı?
Bölmə :
KİVDF
Yayım tarixi :
17/3/2017 [21:11]
Baxılıb :
2575 dəfə
Gürcü prezidentin Bakıda səsləndirdiyi təklif müsbət qarşılanır
Ekspertlər prezident səviyyəsində gətirilən birliyin perspektivini və risiklərini dəyərləndiriblər

Azərbaycanın  yerləşdiyi geosiyasi məkan region və dünya dövlətləri ilə sıx əlaqələrin qurulmasını tələb edir. Azərbaycan qonşu dövlətlərlə dinc və yanaşı yaşamaq siyasəti irəli sürür, eləcə də qarşılıqlı iqtisadi maraqları əsas götürür. Bu baxımdan biz dünya dövlətlərinə, onlar da bizimlə əməkdaşlığa maraqlıdır.  Bakıda keçirilən V Qlobal Bakı Forumda  çıxış edən  nüfuzlu siyasətçilər və dövlət liderləri də bu fikirləri dönə- dönə dilə gətirdilər. Gürcüstan prezidenti Georgi Marqvelaşvili çıxışı zamanı maraqlı bir təklif irəli sürüb: “Biz qlobal dünyanı sülh şəraitində saxlamaq istəyiriksə, beynəlxalq hüquqa inanmalıyıq. Gürcüstan Azərbaycan və Türkiyəyə açıq partnyorluq təklif edirik və gələcək inkişaf layihələrinə hazırdır". 

Azərbaycanın bir çox beyəlxalq təşkilatlara və regional qurumlara üzv olduğunu nəzərə alsaq belə bir təklifin də dəyərləndirilməsinin real  olduğunu düşünmək olar. 

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin noyabr ayının 18-də  qurulub. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlər həyata keçirilməkdədir.

Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən sonra yaranan münasibətləri iki mərhələyə bölmək olar. Birinci mərhələ - 1991-ci ildən 1993-cü ilə qədər olan müddəti əhatə edir. Zviad Qamsaxurdiya  dövründə yaranan gürcü millətçiliyi yerli azərbaycanlılara qarşı çevrildi. Gürcü millətçiliyi Qafqazda  Azərbaycanın milli mənafeyinə təhlükə törədirdi. 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda iki xalq arasında ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması,Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması 

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib. 1998-ci il sentyabrın 7-8-də keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq Konfrans keçirildi, 1998-ci il oktyabrın 7-də Azərbaycanın Gürcüstanla sərhədində yeni körpünün açılışı oldu, 1999-cu il aprelin 17-də isə Bakı-Supsa neft kəməri  işə salındı. Ötən dövrdə hər iki ölkənin həyatında tarixi əhəmiyyətə malik olan Bakı-Tiblisi-Ceyhan neft ixrac kəmərinin tikintisi sahəsində intensiv işlər aparılıb. Nəhayət, 2003-ci il mayın 24-25-də neft kəmərinin Azərbaycan, oktyabrın 12-də isə Gürcüstan hissəsinin istifadəyə verilməsi mərasimi keçirilib.

Ölkəmizdə gürcü kapitalı ilə işləyən 50-yə yaxın müəssisə fəaliyyət göstərir. Gürcüstanın ən aktiv ticarət əlaqəsi olan ölkələr sırasında Azərbaycan öncül yerlərdən birini tutur.

Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığını rəsmiləşdirən məqamlardan biri kimi 2002-ci ilin aprelində Türkiyənin də imzaladığı "Trabzon razılaşması"nı göstərmək olar. Regionun enerji təhlükəsizliyi və müstəqilliyini təmin etmək üçün üç ölkənin daxili işlər nazirlərinin imzaladığı bu sənəd terrorizm və aqressiv separatizmə qarşı mübarizədən tutmuş, çirkli pulların yuyulması və neft-qaz borularının birgə mühafizəsinədək kifayət qədər geniş spektri əhatə edir.

Hakimiyyət dəyişikliyinə baxmayaraq, Gürcüstanın Azərbaycana olan marağı nəinki zəifləməmiş, əksinə, münasibətlərin daha da inkişafı üçün yeni addımlar atılıb. Belə ki, 2004-cü il martın 4-5-də Gürcüstan prezidenti M.Saakaşvili Bakıda rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikasının və Gürcüstan arasında birgə bəyannamə", "Təhsil sahəsində əməkdaşlıq haqqında saziş", "Azərbaycan Respublikasının hökuməti ilə Gürcüstan hökuməti arasında informasiya sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb.

"Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkələrdir" - bu fikri 2004-cü ilin martında Gürcüstan prezidenti Mixail Saakaşvilinin Bakıya rəsmi səfəri zamanı hər iki ölkənin dövlət başçıları bəyan ediblər.

Yəni göründüyü kimi iki ölkə arasında kifayət qədər sıx iqtisadi əlaqələr qurulub və bu münasibətlərin qorunub saxlanılmasıl üçün   dövlət səviyyəsində müəyyən addımlar atılır, parlamentlərarası əlaqələr müntəzəm olaraq yenilənir. Milli Məclisdə  Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Zahid Qaralov olmuşdur. 4 mart 2016-cı il tarixindən Əflatun Amaşov  işçi qrupunun rəhbəridir.

Gürcustan prezidenti G. Marqelaşvilinin açıq  tərəfdaşlıq təklifinin məhz nələri özündə ehtiva etdiyini, bunun  Azərbaycana və  region dövlətlərinə, o cümlədən  Gürcüstana nə verəcəyi barədə suallarla  siyasi ekspertlərə müraciət etdik. 


Politoloq Adıgözəl Məmmədov «Bizim Yol» qəzetinə verdiyi açıqlamada  bildirdi ki, Gürcüstan- Azərbaycan, eyni zamanda Gürcüstan -Türkiyə münasibətləri strateji əhəmiyyət daşıyır.  Rusiya ilə  ziddiyyətlər yarandıqdan sonra Gürcüstanın cənuba və dünyaya çıxışı məhz bu dəhliz vasitəsi ilə həyata keçirilir. Gürcüstan iqqtisadiyyatının formalaşmasında Türkiyə və Azərbaycanın böyük rolu var. Gürcüstan kommunikasiya xətləri üzərində yerləşdiyinə görə bundan müəyyən müavinətlər və dvidentlər əldə edir. Azərbaycan tərəfi ümummilli liderimiz Heydər Əliyev tərəfindən Gürcüstan üçün atılan  güzəştli addımlardan hələ də istifadə edir və bəhrələnir. Hesab edirəm ki, Marqelaşvilinin çıxışı  münasibətlərin dərinləşdirilməsi və bu münasibətlər kontekstində yeni bir üçlüyün yaranmasını nəzərdə tutur. Lakin nəzərə almaq lazımdır ki, Gürcüstanın təklif etdiyi tərəflər-yəni  Türkiyə və Azərbayan regionda çoxtərəfli əməkdaşlığa tərəfdardır. Ermənistan istisna olmaqla Azərbaycan heç bir qonşu  dövlətlə problem yaşamır və sıx əməkdaşlıq  qurub. Azərbaycan Şimal -Cənub dəhlizi istiqamətində, Çin yarımadası dəhlizi kimi Türkmənistan da daxil olmaqla İran, Pakistan, Orta Asiya respublikalarından çıxışa yol açır və əməkdaşlığı qurub.  Gürcüstan da təbii ki, bu layihələrin içərisində yer almaq, öz iştirakını genişləndirmək istəyir. Belə bir tandemin yaradılması iqtisadi əsaslar üzərində bu günə qədər də mövcud idi. Gürcüstan  iqtisadiyyatı Türkiyə Azərbaycandan çox asılıdır. Lakin  dostluq münasibətləri əsas vermir ki, bu əməkdaşlıq kiməsə qarşı yönəlsin. Azərbaycan regiondakı bütün dövlətlərlə hər istiqamətdə əməkdaşlqı edir. Həmçinin Türkiyə ilə.

Türkiyə regional, geopolitik oyunçudur. Türkiyənin Orta Şərqdə  özünün oyunları və siyasi çıxarları var, həmçinin Qara dəniz hövzəsində, hətta Orta Asiyada Avropada, o cümlədən Rusiyada. Yəni mövcud olan və ya yaradılacaq hər hansı tandemin kiməsə qarşı qoyulmasını imkanı yoxdur. Bu tandemdə  siyasəti formalaşdıran, oyunun qaydalarınıq oyan tərəflər Azərbaycan və Türkiyədir.  Təklif Marqlaşvili tərfindən gəldiyinə görə, bəlli məsələdir ki, Gürcüstanın müəyyən maraqları var və o qazanmaq  istəyir.

Politoloq İlqar Vəlizadənin fikrinə görə, ikitərəfli münasibətlər  10 ildən artıqdır mövcuddur. Azərbaycan- Gürcüstan və Türkiyə arasındakı  böyük iqtisadi layihələr 3 ölkənin arasında sıx əməkdaşlığın yaranmasına kömək edib. Həmçinin optika, yüksək texnologiyalar, enerji layihələri bu ölkələrin iqtisadiyyatları arasında əlaqə yaradır. Hər üç ölkənin  gələcək maraqlarına da xidmət edir. Eyni zamanda hər üç ölkəyə kifayət qədər böyük mənfəət gətirən layihələrdir. Regionda olan risklər təsirlər əsas yaradır ki, bu ölkələr təhlükəsizliklə bağlı  layihələrdə, müdafiə layihələrində bir araya gəlsinlər, təlimlər həyata keçirisinlər. Müxtəlif dövrlərdə  bu dövlətlər arasındakı irəliləyişlərə, münasubətlərə əngəl olmaq istəyən qüvvələr də mövcud olub. Lakin zaman göstərdi ki, bunu etmək mümkün deyil, çünki münasibətlər real  iqtisadi layihələrə əsaslanırdı. Əslində Marqelaşvilinin bu təklifi yeni bir şey deyil. Sadəcə olaraq bu 3 tərəfli formatı daha çox institutlaşdırmaq, 
təşkilatlandırmaq lazımdır. Mənim fikrimcə o, daim fəaliyyətdə olan bir qurum, komissiya və ya şura yaratmaq istəyi də ola bilər. Bu bir qədər çiy təklifdir. Çünki hər üç tərəfin siyasi qərarları, ortaq fikri olmalıdır. Amma, hər bir halda bu tədirəlayiq haldır. Gürcüstan  elitası tək fəaliyyət göstərməyin mümkünsüzlüyünü anlayır.

Nəzərə alınmalıdır ki, həm Azərbaycan, həm Türkiyə regionda ittifaqlar qurmaq niyyətində deyillər . Bunun siyasi  riskləri var. Hər üç ölkə çox müxtəlif bloklara üzvdürlər. Məsələn Türkiyə NATO -nun üzvüdür, Gürcüstan bu təşkilata qoşulmaq üşün can atır, Azərbaycan isə NATO ilə əməkdaşlıq etsə də üzv olmağa tələsmir. Bu kimi səbəblər əsl ittifaqın yaranmasına mane olardı, lakin  hər hansı başqa bir formatda əməkdaşlıq etmək olar. Məsələn Türkdilli ölkələr şurası fərqli bir formatdır və türkdilli ölkələr  hər biri ayrı-ayrı blokların üzvləri olmalarına baxmayaraq bu şura çərçivəsində  əməkdaşlıq edə bilirlər.

 Gürcüstan  belə bir təklif edir. Bu gözəl haldır. Lakin o özü bizimlə bu səviyyəli tərəfdaşlığa girisə Ermənistanla əlaqələrində müəyyyən qapıları bağlamağa hazırdırmı? Əgər Gürcüstan qəti mövqe ortaya qoysa, bu barədə düşünmək olar”,- deyə o bildirib.

Hər bir halda artıq region dövlətləri siyasi və iqtisadi əlaqələr qurarkən Azərbaycanın dünya birliyində oynadığı rolu, sürətli inteqrasiyasını nəzərə alır, Cənubi Qafqazın iqtisadi cəhətdən ən inkişaf etmiş dövləti olaraq Azərbaycanla hesablaşırlar. Azərbaycan regional  problemlərin həllinsə siyasi oyunçuya çevrilir və qaydaları müəyyən edir. 25 illik müstəqilliyi dövründə qarşılaşdığı bütün əngəlləri aşaraq  ayaqda durmağı bacarmaqla yanaşı güclənməyi, boy göstərməyi bacardı. Bu uğurların daha da artacağını, dünya arenasında azərbaycanın siyasi iqtisadi rolunun  daha da  güclənəcəyini demək üçün isə münəccim olmaq lzım deyil. Biz artıq bu yolu gedirik.

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]