Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

“Bakı prosesi” Azərbaycana nə verir?

“Bakı prosesi” Azərbaycana nə verir?
Bölmə :
KİVDF
Yayım tarixi :
16/3/2017 [20:13]
Baxılıb :
2637 dəfə
Ekspertlər dünya liderləri qarşısında Azərbaycanın uğurlu layihələrinin təqdimatının müsbət qiymətləndirirlər
Qabil Hüseynli: «Bu fəallıq Azərbaycanın dünyaya inteqrasiyasını daha da sürətləndirir»

Azərbaycanda V Qlobal Bakı Forumu işə başlayıb. Bu forum Azərbaycanın dünyaya inteqrasiyası istiqamətində atılan mühüm  addımlardan biridir.  Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən forumda 53 ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

Foruma Latviya prezidenti Raymond Veyonis, Monteneqronun dövlət başçısı Filip Vuyanoviç, Albaniya prezidenti Buyar Nişani, Makedoniya rəhbəri George İvanov, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç qatılıb.  

Bundan başqa, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal, İsrailin keçmiş baş naziri Ehud Barak və İsrail parlamentinin - Knessetin sabiq prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik, Fələstin baş nazirinin müavini Ziyad Abu Amr, İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal əl-Fayez, Liviyanin xarici işlər naziri Mohamed Əl Dayri, Misirin sabiq xarici işlər naziri və Ərəb Liqasının baş katibi olmuş Əmr Musa, Türkiyə xarici siyasət idarəsinin keçmiş rəhbəri Hikmət Çətin, İranın keçmiş XİN başçısı Mənuçöhr Mottaki, İordaniyanın sabiq baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali, Rusiyanın sabiq dövlət katibi, baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin sabiq müavini Vyaçeslav Trubnikov, Polşanın eks-prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, Pakistanın dövlət xadimi, ölkənin maliyyə naziri və baş naziri olmuş Şaukat Aziz, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zlatko Laqumciya, Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko, Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya forumda iştirak edirlər.

Forum 7 panel üzrə keçirilir. “Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış”, “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq edilməlidir?", “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?", “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi”,  “Avropanın gələcəyi”, “Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük təhlükə hesab edilirmi?", “Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” mövzularında panellər təşkil ediləcək.

Politoloq Qabil Hüseynli  «BizimYol” qəzetinə bildirib ki, bu forum bütün dünyada Bakı prosesi olaraq adlandırılır və nüfuzlu media orqanları tərəfindən mütləq şəkildə işıqlandırılır: “ Dünyanın böyük siyasətçiləri bu prosesi müsbət qiymətləndirir  və onun barəsində yeksək fikidə olduqlarını qeyd edirlər. 


Bu forumda beynəlxalq aləmin qlobal problemləri müzakirə edilir, ən aktual məsələlər masaya yatırılır. Burda sülh və müharibə problemləri, məhəlli  münaqişələr, regional problemlərin həllinə dair təkliflər, tolerantlıq, dinlərarası münasibətlər və bu kimi məsələlər həm plenar iclaslarda, həm də bölmə iclaslarında dünyanın tanınmış siyasətçiləri  tərəfindən müzakirə olunur. Bundan əlavə forumda tanınmış alimlər,  beynəlxalq  münasibətlər üzrə analitiklər iştirak edirlər. Bəşər sivilizasiyasını, beynəlxalq münasibətlərin maraq dairəsində olan bütün sahələr  müzakirə obyekti olur. Çoxsaylı məruzələrdə  dünyada sülh və əminamanlığın qorunması, mövcud münaqişələrin həll yolu barədə praktik tövsiyələr verilir. Hə bir forumda dünyanı maraqlanıdran məsələlərin həll yoluna dair praktiki tövsiyələrin hazırlanıb təqdim edilməsi də vacib məsələdir. Dünya beynəlxalq hüquqi münsibətlər nəzəriyyəsinin, praktikasının inkişaf etdirilməsi baxımından sözsüz ki, “Bakı prosesi” də mühüm böyük rol oynayır.

Mənim fikrimə görə, tədbirdə iştirak edən eks -prezidentlərin  fikirlərinin xüsusi çəkisi var. Onlar Azərbaycanın  üzləşdiyi problemləri, xüsusən Dağlıq Qarabağ probleminin həll edilməsini beynəlxalq təşkilatlar qarşısında çox kəskin halda qaldırırlar.  Xüsusən , BMT- dən  bu problemin həlli  üçün konkret addımların atılmasını  təlbə edirlər. Ümumiyyətlə Azərbaycan barəsində  müsbət beynəlxalq rəyin yaranması, problemlərimizin həllinə nəzəri cəhətdən yön verilməsində onların fikirləri əhəmiyyətli rol oynayır.

Sivilizasiyalı dünyaya inteqrasiya yolunu tutmuş Azərbaycanın bütün ölkələrlə, inkişaf etmiş dövlətlə əlaqələri getdikcə intensivləşir və daha fundamental baza  formalaşdırılmağa başlayır. Azərbaycan beynəlxalq münasibətlərdə daha aktiv və çevik rol oynamağ başlayıb. Bu fəallıq Azərbaycanın dünyaya inteqrasiyasını daha da sürətləndirir”.

Politoloq  Elxan Şahinoğlunun fikrincə, Azərbaycan bu kimi forum və konfranslar vasitəsi ilə öz maraqlarını dünya ictimaiyyətinə çatdırmaq  fürsəti əldə edir . “Bu forumlarda Azərbaycanın ərazi bütövlüyünün pozulması, Dağlıq Qarabağın işğalı, poroblemin həllində Ermənistanın qeyri -konstruktiv mövqeyi, o cümlədən Azərbaycanın iqtisadi inkişafı, siyasi kursu, perspektivdə olan layihələr barədə məlumat verilir. 

Əsas məqsəd odur ki, beynəlxalq platformaya dəvət olunan keçmiş dövlət  başçıları, nazirlər və tanınmış siyasətçilər öz ölkələrində bu kimi müzakirələrin  davam etdirilməsinə , Azərbaycanın problemlərinin gündəmdə qalmasına kömək edirlər. Baxmayaraq ki, bu forumda iştirak edən şəxslər keçmiş dövlət liderləridirlər, onların çox böyük nüfuz dairələri var. Onlar bizim həqiqətlərimizi  öz ölkələrində  ictimaiyyətə  çatdımaq imkanına malikdirlər.  Artıq yüksək vəzifə daşımasalar da sözləri eşidilir, onlarla hesablaşırlar. Bu kimi tədbirlərin nəticəsini bir ayda, bir ildə bəlkə də hiss etmək  mümkün deyil. Ama zaman keçdikcə belə  tədbirlər Azərbaycan üçün  faydalı olur. 90-cı illərdə Azərbaycanın informasiya blokadasında olduğunu xatırlayırsınızmı? Erməni lobbisi öz  təsir vasitələrindən istifadə edərək Azərbaycan əleyhinə  ABŞ Konqresində 907-cü düzəlişin edilməsinə nail olmuşdu.  Bu hadisələrin üzərindən 25 il ötüb. Aparılan işlər nəticəsində biz  bu informasiya blokadasını yarmışıq. Dünyada öz sözümüzü deyə bilmişik. Onlarla ölkə, o cümlədən ABŞ-ın bir çox  ştatları Xocalı soyqtımını tanıyıblar,  ərazi bütövlüyümüzü dəstəklədiklərini ifadə ediblər. Bu  forum bizim dünyaya açılmaq imkanlarımızdan biridir”,- deyə politoloq bildirib.

- Maraqlı məqamdır ki, bu  forumda adətən keçmiş dövlət başçıları bir vaxt dilə gətirmədikləri  həqiqətləri çox kəskin şəkildə söyləyə bilirlər…

- Bu əslində normaldır.  Prezident, baş nazir və ya digər məsul vəzifələrdə olarkən onlar bir çox həqiqətləri dilə gətirə bilmirlər. Lakin bunu indi edə bilirlər. Bu mənada onlar üçün təqdim olunan bu formatlı tədbirlər, açıq danışa biləcəkləri platformaların  təşkili vacibdir. Məslən Almaniyanın Münhen  şəhərində hər il  keçirilən Təhlükəsizlik Konfransına həm sabiq dövlət liderləri, həm də hazırda hakimiyyətdə olan insanlar dəvət olunurlar. Bu konfransda hər kəs öz düşündüklərini açıq şəkildə ifadə edir. 2007-ci ildə Rusiya prezidenti Putin məhz bu tədbirdə ABŞ və onun yürütdüyü siyasət barəsində çox  kəskin tənqidi fikirlər səsləndirmişdi. O Amerikanı hamını hədələməkdə, imperiya qurmaqda  ittiham etmişdi.  Prezident olmasına rəğmən fikirlərini açıq ifadə etmişdi. Bakıda keçirilən forumda da dövlət liderləri fikirlərini açıq bəyan edirlər, o cümlədən bizim mövqeyimizi açıq şəkildə müdafiə edir, fikirlər səsləndirirlər.  Azərbaycanın öz haqlı işini çatıdracaq bir məkana malik olması əlbəttə ki, təqdirəlayiqdir. Lakin  konkret nəticə gözələmək düzgün olmazdı. ATƏT-in  Minsk qrupu 25 ildir  fəaliyyət göstərir, nəticə varmı?  Buna baxmayaraq biz bu uğursuz prosesin içində iştirak edirik.

Qlobal forumlar özü də bir prosesdir. Bu  proses Azərbaycanın beynəlxalq  nüfuzunun yüksəldilməsinə, haqq səsinin  eşidilməsinə xidmət  edən vasitədir. Həmçinin bu tədbir Azərbaycanın dünyaya inteqrasiyasında yardımçı rol oynayır. İnteqrasiya üçün başqa alətlər də var.  Dövlət başçısının səfərləri, hökumət səviyyəli görüşlər, Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı və.s.  Eyni zamanda konfrans, seminar və qlobal forumlar da inteqrasiyanın  genişlənməsinə xidmət göstərən alət rolunu oynayırlar».

 İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]