Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

«Avropa bizdən kənd təsərrüfatı məhsulları almayacaq»

«Avropa bizdən kənd təsərrüfatı məhsulları almayacaq»
Bölmə :
KİVDF
Yayım tarixi :
15/3/2017 [21:50]
Baxılıb :
2663 dəfə
«Zamanla Azərbaycan Türkiyə ilə xarici ticarətinin böyük hissəsini milli valyutalarda apara biləcək»
Zaur Əhmədov: «Dünya ilə əməkdaşlığın ilk həlqəsi hər bir xarici tərəfdaş üçün siyasi sabitlikdir»

Azərbaycanın dünya ölkələri ilə iqtisadi münasibətləri necə qurulub? İqtisadi inteqrasiyada hazırki durum, problemlər və perspektivlər nədən ibarətdir? Bu barədə suallarımızı iqtisadçı ekspert Zaur Əhmədov cavablandırır. Müsahibəni oxucularımıza təqdim edirik.  

- Azərbaycan itsadiyyatı digər postsovet ölkələri ilə müqayisədə dünya iqtisadiyyatına hansı səviyyədə inteqrasiya olunub?

- Bu barədə birmənalı fikir söyləmək olduqca çətindir. Hər bir milli iqtisadiyyat öz özünü yaşatmağa qadir olan həyati funksiyalara malik bir orqanizmdir. Bu səbəbdən bir iqtisadiyyatda güclü  olan mövqelərin digər iqtisadiyyatda zəif olması ikincinin məhv olacağı anlamına gəlməməlidir. İqtisadiyyatımızın qeyri- neft sektoru üçün bu meylin ürəkaçan olmaması istifadə etmədiyimiz imkanlar kimi dəyərləndirilməlidir. Hər iqtisadi modelin spesifik xüsusiyyətləri, mütləq və nisbi üstünlükləri nəzərə alınmaqla bəzi sahələrdə daha çox dünya ilə əməkdaşlıqdan, bəzi sahələrdə isə daha çox milli mənbələr hesabına idarə olunan çevik bir iqtisadi model daha dayanıqlı və dinamik hesab edilir.  

- Məsələn…

- İnkişafımızın ilk illəri üçün ümumi iqtisadiyyatda daha çox xarici investisiyalara, ixtisaslı kadrlara, texnologiyaya ehtiyac duysaq da artıq 2010-cu ildən sonra iqtisadiyyatın bir çox sahələrini neftdən daxil olan pullar, ixtisaslı kadrlar və  təbiətin bizə verdiyi üstünlüklər hesabına inkişaf etdirə bilərdik. Ümumilikdə müstəqillikdən dərhal sonra dünya iqtisadiyyatı ilə münasibətlər inkişaf etdirilməyə başladı. Artıq 2000-ci ildə dünyaya çoxşaxəli inteqrasiya oluna  bilən iqtisadi cəhətdən cəlbedici bir model mövcud idi. Əlbəttə dünya ilə əməkdaşlığın ilk həlqəsi hər bir xarici tərəfdaş üçün siyasi sabitlikdir. Sirr deyil ki, bu gün hakimiyyət uğrunda mübarizənin qurbanına çevrilmiş Suriya ilə heç bir ölkə silah satışı çıxılmaqla digər sahələrdə əməkdaşlıqda maraqlı deyil.
1994-cü ilin sentyabrın 20-də imzalanmış “Əsrin Müqaviləsi” ölkəmizin dünyaya iqtisadi inteqrasiyasında çox əlamətdar hadisə oldu və inteqrasiya meylləri digər postsovet ölkələri ilə müqayisədə respublikamızda yüksək səviyyəyə qalxdı. Neft-qaz yataqlarının işlənməsi istiqamətində başlayan əməkdaşlıq sosial infrastruktur layihələrini də özündə maksimum birləşdirdi  və 2013-cü ildə demək olar ki, postsovet məkanı ilə ən qabaqcıl sosial infrastruktur formalaşdırdıq. Biz burada keçmiş sovet respublikalarının hamısından modern hesab edilə bilən nəqliyyat sistemi və yol infrastrukturu, dünyəvi təcrübədən bəhrələnmiş tikinti sektorunu, ölkə ərazisinin internetlə əhatə olunması, kommunikasiya sistemi, çoxsaylı turistlərə xidmət edə biləcək hotel infrastrukturu və s. sahələrdən geniş danışa bilərik. 

- Bə real sektordakı durumu necə dəyərləndirmək olar?  

- Real sektorda, istehsalda  iqtisadiyyatımız haqqında bu fikirləri söyləmək çox çətindir. Məhz bu sahədə biz digər MDB respubliklaları ilə müqayisədə qeyri-səmərəli inteqrasiya nümayiş etdirdik. İnteqrasiyamızın ümumi modeli isə xarici ticarətimizin strukturuna nəzər yetirdikdə daha aydın görünürdü. İxracda neft və neft xammalının ümumi çəkisini digər hazır məhsulların daha çox ixracı hesabına azalda bilmədik. İdxalda da hətta istehsalı milli mənbələr hesabına asanlıqla formalaşdırıla bilən ərzaq və kənd təsərrüfatı məhsulları, ən primitiv texnoloji proselərlə istehsal olunan sənaye məhsulları xüsusi çəkisini qoruya bildi. İxracda xammal, idxalda ən adi məhsulların belə xüsusi çəkiyə malik olması bizə inteqrasiyamızın təkcə postsovet respublikaları ilə yox, dünya ilə müqayisədə də qeyri səmərəli olduğunu deməyə imkan verir. Uzun illər imkanlarımız çərçivəsində olsa da aktiv şəkildə yerli istehsalın güclənməsi, idxalı əvəzetmə, ixracı stimullaşdırma siyasətinə daha çox diqqət ayırmamağımız dünyada neftin qiyməti kəskin düşdüyü zaman  milli valyutamızın 2015-ci ildə sözügedən məkanda ən çox dəyər itirməsi ilə nəticələndi. Əsas səbəb isə genişlənən iqtisadiyyatın hərtərəfli investisiya ehtiyaclarının nəzərə alınmaması oldu. Beynəlxalq kapital və investisiya bazarlarına məhz qeyri neft sektorunda  istehsalın inkişafı üçün cəlb edə bildiyimiz investisiyaların və beynəlxalq təcrübənin səviyyəsi neft-qaz sektoru ilə müqayisədə çox aşağı idi. 2016-cı ildə ölkəyə 8 milyard dollardan çox xarici investisiya cəlb olundu. Daxili mənbələr hesabına isə əlavə 3.4 milyard dollar iqtisadiyyata yatırıldı ki, bu da inkişafın davamlı olması üçün olduqca zəruri idi. İstənilən halda hər il dünya iqtisadiyyatı ilə inteqrasiya öz mövqelərini bütün sahələrdə irəliyə çəkə bilməlidir. Əks halda bizim tuta bilmədiyimiz mövqelər rəqabət aparan digər bir iqtisadiyyatın ÜDM-nin artmasına xidmət edir. İnteqrasiyanın elementləri isə gün gündən daha da zənginləşdirilməlidir. 

- Neft amilini cıxsaq, iqtisadi əməkdaslığımızı daha çevik formada hansı məhsullarla və əsasən hansı ölkələrlə faydalı şərtlər əsasında inkişaf etdirə bilərik? 

- Əgər qeyri neft sektorunu nəzərə almasaq hazırda ölkəmizin kənd təsərrüfatı və turizm sahələri iqtisadi artıma daha çevik töhfələr verə bilər. Hələ sovet dövründə Respublikamızda  ÜDM-də kənd təsərrüfatının və onunla əlaqədar sahələrin payı 20 faiz civarında idi. Hər il kənd təsərrüfatında daha çox iqtisadi artıma nail ola bilməliyik ki, bu tədricən digər sahələrin də inkişafı fonunda öz mövqeyini möhkəmlədə bilsin. Bu sahədə ilk növbədə idxalın əvəz olunması istiqamətində hədəflər müəyyənləşdirməliyik. Kənd təsərrüfatı iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çox himayəyə ehtiyac duyan bir sahədir. Burada məhsulun həyat tsikli həm tez xarab olmasından, temperaturdan, daşınma, saxlanma, qablaşdırma, çeşidləmə, daxili və xarici bazarlara çatdırılma, bir sözlə tarladan süfrəyə qədər olan yoldakı bütün dəyişikliklərə həssas olduğundan həssas da münasibət də tələb edir. Lakin respublikamız üçün daha çox iqlim şəraitinə görə bu məhsulların istehsalında bizdən əlverişsiz olan Rusiyaya meyl göstərməliyik. Çünki Avropa ölkələrində ərzaqlıq kənd təsərrüfatı məhsullarının istehsalı  daha modern üsullarla, istixanalar, soyuducular, aqrotexniki tədbirlərə ayrılmış dotasiyalar, və s. investisiyalarla elə himayə olunur ki, ölkəmizdə istehsal olunmuş tərəvəz və meyvələrin Avropa ölkələrində qiymət və keyfiyyət parametrləri üzrə satıla bilməsi sual altındadır. Yalnız ekoloji cəhətdən təmizolma  və GMO olmadığı üçün biz Avropaya bu tipli məhsullarımızı sata bilərik.  Bildiyimiz kimi hazırda Rusiyanın Avropanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi qadağalar da bizə həmin boşluqları tutmağa xüsusi üstünlüklər vəd edir. Avropa ilə əməkdaşlığımızı əsasən onlardan qabaqcıl texnologiyanın mənimsənilməsi, ucuz investisiyalar,  istiqamətində aparsaq daha çox uğur əldə edə bilərik. Həm də fakt odur ki, 25 illik müstəqillik tariximizdə cüzi məbləğdə ixrac etdiyimiz kənd təsrrüfatı məhsulları və aqrar  emal sənayesinin məhsulları çıxılmaqla Avropa bizdən böyük həcmlərlə kənd təsərrüfatı məhsulları almayıb və almayacaq da. Onlara bizdən lazım olan əsasən artıq Avropada tükənmiş və yaxud da tükənməkdə olan təbii sərvətlər və bu tipli xammallardır. Bu məhsulları biz satmaq istəməsək də müxtəlif vasitələrlə almağa çalışacaqlar. Bundan da pisi odur ki, indi öz coğrafiyasında yalnız  hesbındakı pulları Avropada xərcləmək istəyən böyük pul sahibləri, xüsusi istedadlı kadrlar, ucuz işçi qüvvəsi, coğrafiyasından kənarda isə Avropanın gündəlik tələbat məhsullarına ehtiyacı olan, hətta ərzaq sahəsində öz istehsalını qura bilməyəcək istehlak bazarları lazımdır. Rusiyaya nisbətdə isə bütün növ kənd təsərrüfatı məhsullarının istehsalına görə mütləq üstünlüklərə malikik. Vitaminli və zəruri kənd təsərrüfat məhsulları üçün Rusiya da bizimlə əməkdaşlıq etməyə məcburdur. 
Ümumilikdə isə kənd təsərrüfatı istehsalı yalnız ərzaqlıq kənd təsərrüfatı ilə tamamlanmamalıdır. Tütün, pambıq, baramaçılıq, çayçılıq, üzümçülük, bir sözlə müstəqillikdən əvvəlki kənd təsərrüfatımızın  bütün sahələri bazar iqtisadiyyatı şərtlərilə bərpa olunmalıdır. 

- Bəs turizm sahəsində hansı imkanlar var? 

- Qısa müddətdə gəlir gətirə bilən daha bir potensial turizm sahəsində dünya ilə sıx əməkdaşlığın qurula bilməsidir. Gürcüstan bu sahədə hətta bizə nümunə ola bilər. Gürcüstanın turizm sahəsindəki bütün üstünlüklərinə biz də sahib olmağımıza baxmayaraq ölkəmizə Gürcüstanla müqayisədə 3 dəfə az turist cəlb edə bilmişik. Bizdə qiymətlərin ədalətsiz formalaşdığını  söyləyən xarici turistlər daha çox Gürcüstana meyl edirlər. Hətta ölkəmizdən də Gürcüstana istirahətə gedən turistlərin eyni arqumenti gətirməsi qiymət sahəsində dövlət müdaxiləsini zəruri edir. Bundan başqa turizm siyasətimiz  yalnız istirahətlə bitməməli, səhiyyə, təhsil, dini, biznes, tarixi mədəni abidələrin ziyarəti, musiqi festivalları, idman oyunlarının təşkili, ekstrim və s. sahələri də elə əhatə etməlidir ki, daha çox turist ölkəmizə səfər etməkdə maraqlı olsun. 

Azərbaycanın bütün yaxın və uzaq xaric hesab edilən ölkələrlə iqtisadi əməkdaşlığı günü-gündən inkişaf etdirməsi zərurətdir. Əks halda biz heç zaman davamlı inkişafdan danışa bilmərik. Eləcə də qısamüddətli perspektiv üçün adları çəkilən bu iki sahədən başqa uzunmüddətli perspektivdə dünya ilə iqtisadiyyatımızın bütün sahələrinin iştirakı ilə iqtisadi əməkdaşlığımızı genişləndirməliyik. 

- Azərbaycan Dünya Ticarət Təskilatına üzv deyil. Bu reallıq iqtisadi inteqrasiyaya nə kimi əngəllər yaradır?

- Dünya Ticarət Təşkilatına üzvlük məsələsinin xarici ticarət sahəsindəki əməkdaşlığımıza yaratdığı əngəllər əsasən o hallarda mümkün idi ki, bizim istehsalımız və kifayət qədər ixracımız olsun. Dünya ölkələrinə nisbətdə ədalətli qiymət siyasəti yürüdə bilmiriksə və dünya ilə inteqrasiyada əsasən xammal satışı ilə təmsil olunuruqsa, bizim üçün beynəlxalq anlamda bu sahədə ciddi əngəllər mövcud deyil. Sözügedən qurumun əsasən üzv ölkələrin ticarət danışıqlarının təşkil edilməsi, həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi kimi funksiyalarına tərəfimizdən ciddi ehtiyac duyulmur. Lakin digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsindəki, üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi kimi funksiyalarından yararlanmaq da pis olmazdı. Ancaq qurumun əsas məqsədi güclü istehsalı olan ölkələrə daha çox xidmət edir ki,  bu da  beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılmasdır. Gəlin baxaq, əgər bu gün biz xarici ticarətimizi maksimum liberallaşdırsaq idxalı özümüzdə mümkün olan sahələrin məhsullarına tarif və qeyri tarif  tənzimləmələri vasitəsilə maneələr yaradaraq milli istehsalın dirçəldilməsinə nail ola bilərikmi? Əsla yox. Hələ ki, respublikamız yerli istehsalı mümkün olan bütün sahələrdə proteksionist siyasət yürütməli, milli istehsalı idxaldan qorumalıdır. Nümunə olaraq qeyd edə bilərik ki, Rusiyada milli iqtisadiyyatda məhsul istehsalı sanksiyalardan sonra  daha sürətlə inkişaf etməyə başlayıb. İrana tətbiq olunan sanksiyalar dünyanın xammal əlavəsi və istehlakçı İranını sənaye İranına çevirdi. 

- Azərbaycana Türkiyədən qarşılıqlı iqtisadi münasibətlərdə milli valyutalarla işləmək təklifi gəlib. Dolların dünya valyutası olduğunu, Azərbaycanın xarici ticarətini əsasən bu valyuta ilə apardığını nəzərə alsaq, bu təklif necə dəyrələndirilməlidir?

- Təklif müsbət dəyərləndirilməlidir. Çünki neftin qiyməti düşdükdən sonra ölkəmizdə və Qazaxıstanda, 2016-cı ildə dövlət çevirlişinə cəhddən sonra Türkiyədə, Rusiyaya sanksiyalar tətbiq olunandan sonra Rusiyada  dollar və milli valyutaların kursu həm də təzyiq alətinə çevrildi. Valyutaların dəyərini itirməsi həm də iqtisadi sistemlərin  məğlubiyyəti kimi dəyərləndirilirdi. Milli valyutalarda  əməliyyatların həyata keçirilməsi  nəzəri cəhətdən mümkün olduğu kimi praktik cəhətdən də mümkündür.  Düzdür, dollar amili hazırkı vəziyyətdə  əhəmiyyətli faktordur, amma psixoloji faktora çevrilməməlidir. SSRİ coğrafiyasında 1990-cı illərə qədər əhali dolları tanımırdı. İqtisadiyyat inkişaf etmirdimi? Bu gün avropadaxili ticarət dövriyyəsinin 85% avro ilə aparılır. Rusiya Türkiyə ticarət dövriyyəsi 40 milyarda yaxındır. Hazırda Türkiyədə otellər rublla ödənişi qəbul etməyə başlayıblar. İran Rusiya ilə xarici ticarətində bəzi əməliyyatlar üçün barter əməliyyatlarından istifadəni təklif etdi və müsbət dəyərləndirildi.  Rusiya-Çin təxminən 70 milyard dollar ticarət aparır. Bu məbləğdə ticarət üçün hər iki tərəfin ayrılıqda minimum faizlə olsa da dolları taparaq bir-birinə təkrar ödəməsinin nə əhəmiyyəti var? Onsuz ki, malsatan tərəf də alacağı pulun bir hissəsini həmin ölkəyə göndərib digər məhsul alacaq.  Bərabər həcmdə qarşılıqlı əməliyyatları  milli valyutada aparmaq mümkündür. Əməliyyatların fərqini isə dollarla həyata keçirmək olar. Bu tezliklə olmasa da zamanla  baş tutacaq və  Azərbaycan Türkiyə ilə xarici ticarətinin böyük hissəsini milli valyutalarda apara biləcək. Hər iki ölkənin millli valyutası öz dönərlilik coğrafiyasını genişləndirəcək. 

İlhamə

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]