Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Diplomatik gərginliyə Hollandiyadan baxış

Diplomatik gərginliyə Hollandiyadan baxış
Bölmə :
Siyasət
Yayım tarixi :
15/3/2017 [19:49]
Baxılıb :
593 dəfə
Millətçilik şuarları bu ölkədə yaşayan türklərə və azərbaycanlıların həyatına necə təsir göstərəcək?
Vüqar Abbasov: «Atılacaq hər hansı ehtiyatsız addım təsirsiz ötüşməyəcək»

Türkiyə ilə Hollandiya arasında diplomatik gərginlik davam etdir. Türkiyə baş nazirinin müavini Nurettin Canıklı bəyan edib ki, ölkəsi Hollandiya ilə yüksək səviyyədə bütün siyasi müzakirələri dayandırır. Həmçinin Avropaya miqrant axının dayandırılması barədə Brüssellə bağlanmış saziş də birtərəfli qaydada dayandırılır və saziş yenidən qiymətləndirilməlidir. 

Bu situasiya Hollandiyada yaşayan türklərə və azərbaycanlılara münasibətdə nəyi dəyişə bilər? «Bizim Yol» qəzeti Niderlandda yaşayan soydaşımız, həmin ölkədə yaradılmış “Connect” təşkilatının sədri Vüqar Abbasovun bu məsələyə münasibətini öyrənib: 
“Öncə onu qeyd edim ki, baş verən məlum hadisə heç də xoşagələn deyil. Mənim bildiyimə görə Niderland Türkiyə tərəfə məlum səfəri təxirə salmaları ilə bağlı müraciət etmişdi. Lakin Türkiyə bu müraciətə məhəl qoymadı və nəticəni də bilirsiniz. Əslində baş verənlərdən Türkiyə hakimiyyətinin uduşsuz çıxdığını düşünmürəm. Hesab edirəm ki, həm Niderland, həm də Türkiyə baş verənlərdən o qədər də ziyan görmədilər. Ərdoğan hakimiyyəti son olayları “Türk düşmənçiliyi,” “islamofobiya” və. s. adladırmaqla Türkiyə vətəndaşlarını “hə” deməyə çağırır və müşahidələrimə görə insanları inandıra bilirlər”. 

Vüqar Abbasov hesab edir ki, bu kimi məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. “Bilirsiniz ki, Niderlandda təxminən 400 000- ə yaxın Türk kökənli insan yaşayır. Artıq burda ikinci, üçüncü nəsil formalaşıb.  Atılacaq hər hansı ehtiyatsız addım eyni zamanda burda yaşayan türklərin həyatına təsir edə bilər. Bu günlərdə Niderlandda parlament seçkiləri keçriləcək. Sual oluna bilər ki, Türkiyədən gələrək burda məskunlaşmış insanlar yerli seçimlərdə nə qədər aktiv olurlar? Ötən illərin nəticələrinə baxsaq görərik ki, bu  göstərici 40-45 % təşkil edir. Bunun nə demək olduğunu isə izah etməyə ehtiyac görmürəm.  Niderlandlılar haqlı olaraq burda məskunlaşmış hər bir kəsdən Niderlandın taleyüklü məsələlərində də aktiv olmasını gözləyə bilər. Məsələ tək seçkilərdə deyil, ümumiyyətlə yaşadığın yerə inteqrasiya olunmaq və sözün bütün mənalarında özünü yaşadığın ölkənin vətəndaşı hiss etmək vacibdir, mən belə düşünürəm”.


Vüqar Abbasov vurğulayır ki, bu isə öz növbəsində yerli insanlarda gəlmələrə qarşı olan münasibəti yaxşı mənada dəyişə, fikir formalaşdıra bilər. 

“Bəzən insanlar inteqrasiya ilə asimiliyasiya arasındakı fərqə diqqət vermirlər. Yaşadığın ölkəyə inteqrasiya olunman, ordakı ictimai-siyasi, gündəlik həyatında aktiv iştirak etmək sözsüz ki, sənin gəldiyin ölkəni unutmaq, əslini-nəslini danmaq anlamına gələ bilməz və gəlməməlidir. Qeyd etdiyim kimi, bu günlərdə Niderlandda parlament seçkiləri keçriləcək və ehitamallara görə buranın ən sağçı partiyası, Vildersin rəhbərlik etdiyi PVV (Partij voor de Vrijheid - Azadlıq partiyası) Niderlandın ən böyük partiyası, yaxud partiyalarından biri olacaq.  Bu partiya 2006- cı ildə yaradılıb və elə həmən ildə keçirilmiş parlament seçkilərində 5,9% (579 490 seçici) səs toplayaraq parlamentdə  9 millət vəkili ilə təmsil olunub. 2010- cu il seçkilərində isə bu rəqəm müvafiq olaraq 15,5 % (1 453 944 seçici) 24 deputat yeri qazanmışdı. 2012-ci ildə keçrilmiş növbədənkənar parlament seçkilərində isə PVV uğursuzluğa düçür oldu və 10,1 % (950.263 seçici) səs toplayaraq parlamentdə 15 deputat ilə təmsil olunurdu. Xatırladım ki, Niderland parlamentində (İkinci Palata) 150 millət vəkili yeri var. Keçrilmiş sorğunun son nəticələrinə görə  PVV seçicilərin 13,5% - nin səsini toplaya bilər ki, məncə seçkilər vaxtı bu rəqəm 15%-17% - ə qədər, hətta daha çox qalxa bilər. Bu da deməyə əsas verir ki, sağçı partiyanın nüfuzu artan xəttlə getməkdədir. Bu yüksəlişdə əlbətdə ki, bu gün dünyada baş verən proseslərin də təsiri var. Ancaq eyni zamanda unutmamalıyıq ki, bizlərin, gəlmələrin atdığı, bəzən isə atmadığı addımlar da  yerli insanlarda bizlərə qarşı mənfi münasibət yarada bilər.  Ki, bu da öz növbəsində sözü gedən partiyanın, yaxud da digər bu kimi partiyaların uğuru deməkdir”.
Soydaşımız onu da əlavə edir ki, hadisələrə son olayların prizmasından baxmağı düzgün hesab etmir. “Düşünürəm ki, vətəni sevməklə, sevirmiş kimi görsənmək istəməyin arasında böyük fərq var və bu  kimi məsələlərdə diqqətli olmağımız lazımdır. İndi elm, təhsil və məsələlərə daha fərqli yanaşmaq dövrüdür.  Boş şüarçılıqla bir şeylərə nail olmaq o qədər də asan deyil”.

Qeyd edək ki, iki ölkə arasındakı insident Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə Hollandiya hökuməti tərəfindən eniş icazəsi verilməməsi səbəbilə ilə yaranıb. Cavuşoğlu Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında Rotterdamda  çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırsa da, onun təyyarəsinin ölkəyə enişinə icazəsini ləğv edən Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib. Həmçinin həmin vaxt Almaniyada səfərdə olmuş Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə Hollandiyaya səfər edəcəyini bəyan edib. Ancaq onu avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Niderland hökuməti Fatma Betül Kayanı “arzuolunmaz əcnəbi” elan edib və onun ölkədən çıxarılmasına qərar verib. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]