Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

«Bu, cəmiyyətdə müsbət gözləntilərə bir cavabdır»

«Bu, cəmiyyətdə müsbət gözləntilərə bir cavabdır»
Bölmə :
Müsahibə
Yayım tarixi :
17/7/2012 [12:56]
Baxılıb :
994 dəfə
Fuad Ələsgərov yeni Dövlət Agentliyinin funksiyalarını izah edir
«Vətəndaşlar üçün bütün aspektlərdən asan xidmətlər təqdim ediləcək»

Prezidentin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov «Femida.az saytına müsahibəsində prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” nin fəaliyyət istiqamətlərini açıqlayıb. Dövlət rəsmisi vətəndaşların həyatında, korrupsiya ilə mübarizədə önəmli rol oynayacaq qurum iş prinsipləri haqqında ətraflı danışıb. Müsahibəni təqdim edirik. 

- Prezident İlham Əliyev iyulun 13-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” yaradılması barədə Fərman imzaladı. Fərmanın məqsədi nədir?

- Bu Fərman cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların növbəti mərhələsidir. Bir neçə gün öncə iyulun 11-də cənab prezident Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron sistemə keçidin qaçılmazlığını vurğuladı, elektron sistemə keçidi təmin etməklə, institusional islahatları həyata keçirməklə, şəffaflığı artırmaq, korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd etdi. Fərman məhz bu ideyanın təcrübədə tətbiqini ehtiva edir.
Bilirsiniz ki, son zamanlar informasiya kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Bu Fərmanda nəzərdə tutulan islahatların həyata keçirilməsi isə vətəndaşları dövlət xidmətlərinə daha da yaxın edəcək və onların bu xidmətlərdən asan və şəffaf formada əldə edilməsini təmin edəcək.

- Bu konsepsiyasının reallaşdırılması nəticəsində dövlət orqanlarının göstərdiyi xidmətlərin vətəndaşlara daha yaxın və əlçatan olacağını qeyd etdiniz. Həmin xidmətlər hansı formada reallaşdırılacaq?

- Bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərinin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. Bu baxımdan vətəndaşlara göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin “ASAN xidmət” mərkəzləri adlandırılması xüsusi olaraq seçilmişdir. “ASAN” həmçinin ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (Azerbaijan Service and Assessment Network) kimi tərcümə oluna bilər.
“ASAN” xidmət ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının inkorporasiya edilməsidir və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcək. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, bu xidmətlər şərti müəyyən edilmiş “bir qapı” prinsipi üzrə təqdim ediləcək. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcək. Bu vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, zaman itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların şəxsi rahatlığının təmin edilməsinə imkan verəcək. Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilib. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcək.
Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunverciliklə müəyyən edilmiş müddətlərdə götürə biləcəkdir. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq vətəndaşlara açıq olacaq. Mərkəzlər vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə mərkəzlərinə, internet-kafe, bank, poçt şöbələrinə və sair funksional yardımçı xidmətlərə malik olacaq.

- Mərkəzlərdə hansı xidmətlər göstəriləcək?

- Xidmətlərin növləri müxtəlif olacaq. Lakin ilkin olaraq birbaşa (yerində) xidmətlər; özünəxidmət, çağrı xidməti (call center) və səyyar xidmətlər qeyd edilməlidir. Birbaşa xidmət artıq qeyd etdiyim kimi, vətəndaşın xidmət bölməsinə yaxınlaşaraq müraciət etməsi və müraciət əsasında xidmət göstərilməsidir.
Özünəxidmət halında isə vətəndaş mərkəzdə daim internetə açıq olan komputerlərlə təchiz edilmiş xüsusi otaqlara yaxınlaşmaqla bütün növ elektron xidmətlərdən yararlana biləcək. Çağrı xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı irad və təkliflərini, şikayətlərini bildirə biləcək.
Ölkə üzrə bütün xidmət mərkəzləri vahid telefon nömrəsi ilə təchiz olunacaq. “Çağrı” mərkəzi eyni zamanda videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətləri göstərəcək. Səyyar xidmətlər də isə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlana biləcək. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlərin onun yaşayış və ya iş yerində təhvil götürülə və ya təhvil verilməsi mümkün olacaq.

- Bu xidmət mərkəzlərinin fəaliyyətləri nəticəsində hansı nəticələrin əldə edilməsi gözlənilir?

- Bu mərkəzlərin yaradılması ilk olaraq dövlətin vətəndaşlara olan qayğısının bariz nümunələrindən biridir. Çünki bu mərkəzlərin fəaliyyəti digər dövlət qurumları tərəfindən göstərilən xidmətləri məhdudlaşdırmır və alternativ xidmət kimi fəaliyyət göstərir.

Burada əsas məqsəd artıq qeyd etdiyim ki, bu prosesdə vətəndaşların maksimum əlverişli şəraiti təmin etməkdir. Bu mərkəzlərdə vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi gözlənilir.
Belə ki, mərkəzlərin əməkdaşları etika, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, iz ahetmə bacarıqlarını (stress management) inkişaf etdirən xüsusi kursları keçmiş peşəkarlar olacaqdır. Bu mərkəzlərin fəaliyyəti həmçinin şəffaflığı artıracaq, elektron xidmətlərdən daha geniş istifadə olunmanı təmin edəcək və mümkün korrupsiya hallarının aradan qaldırılmasına xidmət edəcək. Bu, həmdə cəmiyyətdə mövcud müsbət gözləntilərə bir cavab olacaqdır.

- Yeni yaradılacaq dövlət agentliyinin əsas fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Agentlik “ASAN” xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, bu mərkəzlərin əməkdaşlarının müəyyən edilmiş tələblər və standartlar çərçivəsində fəaliyyətinin təmin edilməsini və əlaqələndirilməsini, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini nəzərdə tutur. Agentlik həmçinin həyata keçiriləcək xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və xidmətlər üzrə qiymətləndirmələr aparacaqdır.

- Belə xidmət mərkəzləri başqa ölkələrin təcrübəsində də varmı?

- Belə oxşar xidmət mərkəzləri başqa ölkələrdə də var lakin onların fəaliyyəti konseptual baxımdan daha məhdud çərçivədədir. Belə ki, əksər təcrübələrdə belə mərkəzlər yalnız bir quruma aid olan xidmətləri həyata keçirməklə məhdudlaşır.
ASAN xidmət konsepsiyası isə daha miqyaslıdır və müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətləri də bir mərkəzdə birləşdirir. Qeyd edilməlidir ki, bu konsepsiya yenidir və təbii ki, icra prosesində daha da təkmilləşəcək. Prezident cənab İlham Əliyevin tapşırığına əsasən bu islahatın tətbiqində bütün beynəlxalq ən yaxşı təcrübələr öyrəniləcək və vətəndaşlar üçün bütün aspektlərdən asan xidmətlər təqdim ediləcək.

- Bu xidmət nə vaxt fəaliyyətə başlayacaq?

- Prezidentin imzaladığı Fərmana əsasən 2 ay müddətində bu xidmətin nümunəvi əsasnaməsinin layihəsi və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə təkliflər hazırlanacaq.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]