Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan-Fransa münasibətlərində üç vacib məsələ

Azərbaycan-Fransa münasibətlərində üç vacib məsələ
Bölmə :
KİVDF
Yayım tarixi :
13/3/2017 [22:24]
Baxılıb :
2562 dəfə
Bakı erməni lobbsinin güclü olduğu ölkədə önəmli mövqelər qazanıb
Poitoloqlar prezidentin səfərini iki ölkə arasında münasibətlərə dinamizim gətirəcəyini bildirirlər

Azərbaycan və Fransa arasında  əlaqələr 300 illik tarixə malikdir. 25 il öncə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra  iki dövlət arasında əlaqələr yeni  mərhələyə qədəm qoydu. Azərbaycan prezidenti İlham Əliyevin Fransaya  son səfəri isə onu göstərir ki, ölkəmiz siyasi  xəttinə sadiq qalaraq sülh və sabitliyin təminini əsas götürür və münasibətləqin inkişaf etdirilməsində maraqlıdır. Siyasi əlaqələrin tarixinə nəzər salsaq onu demək olar ki, Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar, 1992-ci ildə tanıyıb. 21 fevral, 1992-ci ildə iki dövlət arasında diplomatik əlaqələr qurulub. 16 mart, 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 oktyabr, 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb.

Azərbaycan və Fransa siyasi münasibətləri müstəqilliyin ilk illərində Fransanın Ermənistana göstərdiyi yaxınlığa görə gərgin idi.  Təsadüfi deyil ki, Heydər Əliyev prezident seçiləndən sonra ilk rəsmi səfərini Fransadan başlamışdı və bir neçə il ərzində bu ölkəyə prezident səviyyəsində rəsmi və qeyri-rəsmi səfərlər həyata keçirilmişdi. 

Azərbaycan- Fransa arasında ikitərəfli əlaqələr çoxsaylı səfərlərlə zəngindir. İlham Əliyev də prezident kimi ilk ikitərəfli səfəri 2004-cü ilin yanvarında məhz Parisə edib. O cümlədən parlamentlərarası əlaqələr daima diqqətə saxlanılıb, müntəzəm görüşlər keçirilib.

2002-ci ilin sentyabrından Fransa səfirliyi yanında regional hərbi attaşe fəaliyyət göstərir. Hərbi və müdafiə əməkdaşlığı 2002-ci ildən mövcud olsa da əslində 2007-ci ildən genişlənməyə başlayıb. Onun 3 əsas istiqaməti aşağıdakılardır: fransız dilinin hərbçilərə tədrisi, müdafiə sisteminin islahatı, hərbi elitanın hazırlanması. 

İnvestisiya layihələri barədə  danışarkən qeyd etmək lazımdır ki, Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır. Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə buraxılması Fransa ilə Azərbaycan arasında kosmik əməkdaşlığın da yaranmasına təkan vermişdir.  “Azerspace-1” peyki  Fransanın Arianespace şirkəti tərəfindən Fransız Qvianasında yerləşən Kuru Kosmodromundan Ariane-5 raketdaşıyıcısı ilə orbitə çıxarılmışdır.

Politoloq Elçin Mirzəbəyli Azərbaycan- Fransa  münasibətlərinin gələcək inkişafı ilə bağlı “Bizim Yol” qəzetinin suallarını cavablandırarkən bildirib ki, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk Qrupunun həmsədridir. Bu amillər, eləcə də Fransada güclü erməni diasporunun olması bu ölkənin Azərbaycan üçün önəmini artırır. «Son illər Azərbaycan-Fransa münasibətlərinin intensivləşməsi, ölkəmiz haqqında həqiqətlərin bu ölkədə təqdimatı istiqamətində kifayət qədər ciddi işlər görülüb. Şünhəsiz ki, bütün bunlar Fransanın Ermənistana münasibətinin dəyişməsi və rəsmi Parisin münaqişənin həllində ədalətli mövqe tutması üçün yetərli deyil. Amma nəzərə almaq lazımdır ki, ermənilər 100 ildən çoxdur ki, Fransada yaşayırlar, bu ölkənin siyasi həyatında fəal iştirak edirlər və onların fransız siyasətçilərinə təsir imkanları da yetərincədir. Məhz bu səbəbdən də Fransa Azərbaycanın xarici siyasətində prioritet yerlərdən birini tutur və Bakı bu ölkə ilə əməkdaşlığın səviyyəsini yüksəltməyə çalışır. Azərbaycan prezidentinin səfərini də məhz bu müstəvidən dəyərləndirmək doğru olardı. Prezidentin keçirdiyi çoxsaylı görüşlər də ölkəmizin Fransa ilə münasibətlərdə çoxşaxəli bir siyasət yürütdüyünü, daha geniş spektri əhatə etməyə çalışdığını sübuta yetirir». 

Ekspert qeyd edir ki, iki ölkə arasındakı əlaqələrin indiki səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Lakin bundan daha artığına daha tez nail olunması da Azərbaycandan asılı olan məsələ deyil. «Ermənilərin 100 il ərzində sahibləndiyi mövqelərlə qısa müddət ərzində balans yaradılması inandırıcı görünmür. Amma bu istiqamətdə fəaliyyət davam etdirilməlidir və Azərbaycan da bunun üçün bütün mümkün vasitələrdən istifadə edir. İqtisadi-ticari əlaqələr siyasi münasibətlərin təməlini təşkil edir. Hər şeyin əsasında qarşılıqlı maraqlar dayanır. Bu baxımdan, Azərbaycanın Fransa ilə iqtisadi müstəvidə əməkdaşlığı genişləndirmək cəhdləri tamamilə düzgün bir strategiyadır və təbii ki, müəyyən zaman çərçivəsində öz müsbət effektini verəcək. 

Təbii ki, bir səfər çərçivəsində münasibətlərin yüksək templə inkişaf edəcəyini gözləmək sadəlöhvlük olardı. Amma belə səfərlər münasibətlərin inkişafında önəmli rol oynayır və yeni perspektivlər açır”-deyəE.Mirzəbəyli vurğulayıb.

Millət vəkili, professor Musa Qasımlının fikrincə, rezident İlham Əliyevin Fransaya səfəri bir neçə baxımdan diqqəti cəlb edir və əhəmiyyətlidir. “Hər şeydən əvvəl, bu il Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Ötən illər ərzində iki ölkə arasında münasibətlər bütün sahələrdə böyük inkişaf yolu keçib. Qarşılıqlı münasibətlərdə toplanmış təcrübənin təhlil edilməsinə, ümumiləşdirilməsinə, qiymətləndirilməsinə və inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə ehtiyac vardır. İkincisi, məlum olduğu kimi, Fransa Respublikası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə təşkil olunmuş ATƏT-in Minsk Qrupunun həmsədridir. Həmin mandatın yerinə yetirilməsi çərçivəsində müzakirə ediləsi çoxlu məsələlər vardır. Azərbaycan cəmiyyəti Fransadan ədalətli mövqe, təcavüzkar Ermənistana lazım olan cavabı verəcəyini gözləyir. Hesab edirəm ki, cənab Prezidentin səfəri qarşılqılı münasibətlərdə yeni bir səhifə açacaqdır."


Politoloq, professor Fikrət Sadıxov  isə bildirdi ki, Fransa ilə münasibələr xüsusi diqqət tələb edir. «Birincisi ona görə ki,

Fransa  Minsk Qrupunun həmsədridir. İkincisi, Fransa Ermənistana bir çox  hallarda dəstək verən  dövlətdir. Belə bir kontekstdə  bizim  dövlət başçısı İlham Əliyevin Fransaya rəsmi səfərə getməsi kifayət qədər məntiqli və əsaslıdır. Çünki, Sarkisyanın Fransaya səfərindən sonra İrəvan tərəfindən müxtəlif  bəyanatlar verilməyə başladı.  Buna görə bu  söhbətlərə son qoyulmalıydı. Digər tərəfdən bu səfər o deməkdir ki, biz dövlətlərarası münasibətləri qorumaq üçün bütün  diplomatik vasitələrdən istifadə edirik. Mənə elə gəlir ki, bu səfərin  verdiyi bir mesaj da var- Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Məncə, Fransa da daxil olmaqla hər kəs bunu dərk etməlidir.

Fransa ilə  humanitar və iqtisadi sahələr üzrə münasibətləri qənaətbəxş hesab etmək olar. Ollandın Bakıya səfərini yada salsaq kifayət qədər məhsuldar danışıqların olduğunu xatırlayarıq. Düzdür, düşünmək olmaz ki, yaxın günlərdə  Fransa öz mövqeyini tamamilə dəyişəcək Amma, hər bir halda bizim mövqeyimizlə  hesablaşılmalıdır. Dövlət başçısı səviyyəsində səfərlərdən  məhz bu nəticə çıxarılmalıdır».

Politoloq qeyd edir ki, iqtisadi əlaqələrin siyasi münasibətlərə təsir edəcəyini düşünmür: «Çünki, dövlətlərarası münasibətlrədə hər hansı bir sahədə əməkdaşlıq  digər sahələrin də inkişafına gətirib çıxarır. Fransa rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayan bəyanatlar verir. Bu bizim üçün   önəmlidir. Mənə elə gəlir, biz müxtəlif birgə iqtisadi layihələrin həyata keçirilməsi sahəsində ciddi addımlar atsaq, bu Fransanı da maraqlandıracaq və bizim prblemlərimizə daha pozitiv prizmadan yanaşacaq. ATƏT-in Minsk Qrupuna sədrlik edən dövlətlərin hamısı  Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanla Azərbaycanı   bərabər tutmağa çalışılar. Halbuki, işğalçı ilə təcavüzə uğrayan dövlətə fərq qoyulmalıdır. Burda məqsəd Ermənistanı himayə etməkdən ibarət idi.
Bu 25 il əzində həmsədərlər münaqişənin həllini tapması üçün heç nə etmədilər. Bəzən, həmsədr dövlətlər tərəfindən  beynəlxalq hüquqa zidd bəyanatar da səsləndirilir. ABŞ hər il  ermənilərin separatçı rejiminə 15 milyon dollar ayırırdı. Sarkozi  öz çıxışlarından birində qeyd etmişdi ki, Ermənistan  Fransanın bacısıdır. Bütün bunları nəzərə alaraq biz ideoloji fəaliyyətimizi daha da gücləndirməliyik .

-   Bu 25 il ərzində Azərbaycan  təkcə  işğalçı Ermənistanla deyil, onu dəstəkləyən bir çox böyük dövlətlərə qarşı da özünü qorumalı olub Demək olramı biz kifayət qədər  böyük siyasi iradə nümayiş etdirə bilmişik?

- Aydın məsələdir ki, biz Azərbaycan dövləti olaraq çox səylər göstərmişik, Xocalı soyqırımını bir çox ölkələrin parlamentləri tanıyıb, bir çox dövlətlər bəyanatlar verərək ərazi bütövlüyümüzü dəstəklədiklərini bildiriblər. Bu da az deyil. Azərbaycanla münasibətlərini inkişaf etdirmək istəkləri meylləri hiss olunub. Lakin bu münasibətlərin  istənilən səviyyədə olmasının qarşısını alan bir çox amillər var. Burda dini amillər rol oynayır, erməni lobbisinin   böyük mənfi təsiri hər zaman özünü göstərir. Eləcə də Azərbaycanın güclənərək regionda  ikinci güclü türk dövləti olması ehtimalı bir çox qüvvələr qorxudur, Bizim Türkiyə ilə çox yaxın münasibətlərimz də onlarda narahatçılqı doğurur. Lakin biz bütün maneələri qıraraq  yolumuza davam etməliyik»-deyə Fikrət Sadıxov vurğulayıb.


İlhamə Rəsulova

Azərbaycan dövləti Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasında iştirak etmişdir. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər bir çox tarixi abidələrin bərpasında xüsusi rol oynayıb.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]