Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Dünya zəkalarsız keçinə bilməz!

Dünya zəkalarsız keçinə bilməz!
Bölmə :
Mədəniyyət
Yayım tarixi :
13/3/2017 [11:32]
Baxılıb :
781 dəfə

Bir zamanlar, dünyanın təlatümlü vaxtlarında zəmanəsindən  şikayətlənən  mərhum  şairimiz  Nüsrət  Kəsəmənli  “Yumul, bənövşəm,  yumul”  şeiri  ilə  işlərin  nizamsız  gedişinə  öz  münasibətini  bildirəndə  ona  cavab  olaraq  “Açıl,  bənövşəm, açıl”  şeirini  yazmışdım.  O mənada  ki,  dünyada  gedən  xoşagəlməz  proseslər  adi  vətəndaşların  istəyindən  asılı  olmadan  baş  verir.  Dünya  qalır,  həyat  davam  edir.  Çalışıb  yeni  nəsilləri  mümkün  qədər  nikbin  ruhda böyütmək  lazımdır.  Şeirin iki  bəndi  yadımdadır:

Dünya  ulu  dünyadır,
Milyon-milyon  yaşı var.
İnsanlar  cürbəcürdür,
Yaxşısı var,  pisi  var.
* * *
                         Sən  dünyanın  gərdişinə-
-Vərdişinə  fikir  vermə.
Od  ol,  atəş  ol,  saçıl,
Açıl  bənövşəm,  açıl!

Dünyanın  nizamı  yenə  pozulur,  hadisələr  yenə  ürəkaçan  deyil.  Onsuz da  qərəzli  və  qəliz  yaradılmış  Qarabağ  məsələsi  daha  da  qəlizləşir.  İslam  ölkələri  ətrafında  yaradılmış  üzücü  hadisələr  kulminasiya  nöqtəsindədir.  İqtisadi  böhranla  əlaqədar,  ölkəmizdə  də  haqsızlıqlara qarşı mübarizənin dövlət  səviyyəsində  aparılmasına  baxmayaraq,  ictimai  fikrin  sağlamlaşdırılması,  həmrəy  yekdil  münasibətlərin  yaradılması  problem  olaraq  qalır.  Məhz  belə  situasiyalarda  müdrik  insanlara  ehtiyac  artır.  Belə  vəziyyətlərdə  həmişə  1990-cı  ilin  20  Yanvar  gecəsinin  ikinci  günü,  yəni  22-si    Yanvarda  BDU-ya  getməyim  yadıma  düşür.  Çox  ağır  bir  gün idi.  Saat  11  radələrində  oldum  universitetdə.  Onda  mən  fakultənin  partiya  təşkilatının  katibi  idim.  Dedim  xəbər  tutum,  görüm  vəziyyət  necədi,  fakultə  əməkdaşlarından  nə  xəbər  var.  Mərtəbələri  gəzdim.  Fakultədə  heç  kəs  yox  idi.  Düşdüm  birinci  mərtəbəyə,  giriş  qapısına  çatanda  Akademiyanın  həyətindən  kafedra  müdirimiz  professor  Əfəndiyev  Qafar  müəllimin  çox  pərişan  halda  gəldiyini  gördüm.  İkimiz  də  doluxsunmuş  halda  görüşdük.  Qafar  müəllim  Şabran  rayonunun  Qələgah kəndindən, tanınmış  Əfəndi  nəslindən  idi.  Allaha  inanan,  namaz  qılan  müdrük  bir  insan.  Mənim də  ana babam  məşhur  Axund  nəslindən  olub,  özü də  uzun  illər  bütün  Qafqazın  Ruhanilər  idarəsində baş qazi,  Təzə Pir  Məscidinin  baş  axundu,  Şeyxül İslamın birinci  müavini  Şeyx  Fərəculla  Pişnamazzadə  olub.  Yəni,  biz  də  Allahın  sədaqətli  bəndələri  kimi  tanınırıq.  Mən  o  saat  dedim:  Qafar  müəllim,  məgər  Allah təala  görmür  bu  müsibəti?  Niyə  millətə  bir  Peyğəmbər  göndərmir? Qafar  müəllim  əlüstü: 

 “Rəhmətliyin  oğlu  nə  qoyub,  nə  axtarırsan,  bu  vurhavurda  peyğəmbər  neyləsin,  yazıq  deyil?”  Yəni,  demək  istəyirəm ki, biz  dünyanın  hər  üzünü  görmüşük,  indi  bizi  heç  şeylə  heyrətləndirmək  mümkün  deyil.  Lakin,  bütün  hallarda  xalqın  qeyrətli  oğlanlarına  ehtiyacı  var.

Mən bu  yaxınlarda  “Zərdüşt  necə  varsa”  məqaləmdə,  ən  vacib  məqamlarda  dünyada  işlərin  gedişinə  təsir  göstərən,  bəşəriyyətə  yardım  edə  bilən  insanların  olmasının  vacibliyini  dahi  alman  filosofu  Fridrix  Nitşenin  sözlərilə  vermişdim.  Nitşe  demişdir  ki,  “Hər  bir  peyğəmbərin  özünün  məxsusi  xəzinəsi,  min illik  səltənəti  mövcuddur. Bu  səltənətlərin  hamısına  ehtiram  vacibdir.  Çünki  insanlığın  bugünkü  səviyyəyə  qalxmasında  hər  birinin  danılmaz  rolu  var.  İnsanlıq  yorulmadan  çalışıb,  ayrı-ayrı zəkalar, dahilər,  fövqəl  insanlar  yetişdirməlidir. Yalnız budur  onun  əsas vəzifəsi, başqa heç bir şey.” Yəni, dünya zəkalarsız keçinə  bilməz. 
Belə  ki,  peyğəmbərlər məhz fövqəl  insanların arasından çıxır.

Azərbaycanımızın  da parlaq  zəkaları  olub  və  indi  də var. İntəhası  onlar  öz  işlərinə vurğun, təvazökar  və  sakit  təbiətli  olduqlarından  sezilmirlər.

Son  illər,  hər  yerdə  olduğu  kimi,  bizdə  də  bazar  iqtisadiyyatı  və  bazar  münasibətlərinin  sürətli  inkişafı  nəticəsində  tədris  və  elmi  istiqamətlər  arxa  plana  keçir.  Belə hal  uzun  sürsə  xeyli  milli (milli  Elmlər  Akademiyası,  milli  təhsil-tədris  və  s.)  məsələlərimiz  kölgədə  qala  bilər.  Gələcək  nəsillər bunu  bizi  bağışlamaz.  

Yaxşı əhval-ruhiyyə yaratmaq  məqsədilə  milli  Elmlər  Akademiyamızın  qocaman  alimlərindən  biri,  Akademiyanın  həqiqi  üzvü,  Dövlət  mükafatı  laureatı  Tağıyev  Bahadur  Hüseyn  oğlu  haqda  yazmaq  istəyirəm.  Bu  mənim  çoxdankı  arzumdur.  İnsanları  ləyaqətinə  görə  fərqləndirmək  ən  ülvi  duyğulara  aiddir.  Bahadur  müəllim  Allahın  sevimlisidir.  Onun  dərin  zəkası  və  fitri  istedadı  var.  Onun  xalqa  verdiklərini  heç  bir  “tərəzi”  çəkə  bilməz.  Mən  indi  ömrümün  ən  xoş  anlarını  yaşayıram,  sevinirəm.  Düşünürəm  ki,  yaşamağıma  dəyərmiş.  Nə  yaxşı  ki,  bizim  ömür  yollarımız  haradasa  kəsişib.  Mən  Bahadur  müəllimi  özümə  dost  və  qardaş  bilirəm.  O  varlığı  ilə çoxları  kimi  məni  də  fərəhləndirir,  ömrümü  mənalandırır.  

Elmi  ilə  dünyanı  heyran  qoymuş  bir  alimlə  ünsiyyətdə  olmaq,  inancına  şərik  çıxmaq  elə  səmadan  gələn  hədiyyədir. Çünki  inanc  həm  də  inamı  artırır.  Bahadur  müəllimin  əsas  inancları  düzgünlük, həqiqət,  əl  tutmaq,  elmə  sədaqət, varlığa  məhəbbətdir.  Bahadur  müəllim  tələbələrinə  və  işçilərinə  inanır.  İnanclı və  qabiliyyətli  insanlara  imkan  yaradır.  O,  inanclı  və  inamlı  olduğundan  başqa  insanları  da  özü  kimi  görür.  Bütün  bunların  sayəsində Bahadur  müəllim  fövqəl  insan  səviyyəsinə  yüksəlmişdir.  Yuxarıda  dediyimiz  bəşəriyyətin  ən  ümdə  məsələsi  fövqəl  insan  yetişdirmək  tapşırığını  onun  valideynləri  tam  yerinə   yetirdiklərinə  görə  onların  ruhuna  rəhmət  vacibdir.

Deyilənləri  təsdiqləmək  məqsədilə  Bahadur  müəllim  haqda  rəsmi  ensiklopedik  məlumatı  təqdim  edirəm:  O,  1934-cü  ilin  Mart  ayının  13-də  Novruz  bayramına  bir  həftə  qalmış,  Masallı  rayonunun  səfalı  guşələrindən  olan  Türkoba  kəndində  dünyaya  göz  açmışdır.  1964-cü  ildə  fizika-riyaziyyat  elmləri  namizədi,  1974-cü  ildə  isə  fizika-riyaziyyat  elmləri  doktoru, 2001-ci  ildə  milli  EA-nın  müxbir  üzvü,  2014-cü  ildə  isə  həqiqi  üzvü  seçilmişdir.  350-dən çox  elmi  məqaləsi  var.  Bunlardan  200-ü  xaricdə  çap  olunub,  40  patenti  var. Onun  rəhbərliyi  altında  30  fəlsəfə  doktoru  və  10  elmlər  doktoru  müdafiə etmişdir.  O,  ömrünün  60  ilini  yarımkeçiricilər  fizikasının  ən  mühüm  və  ən  aktual  problemlərinin  həllinə  həsr  etmişdir.  Aldığı elmi  nəticələr  dünya  alimləri  tərəfindən  tanınır  və  dəyərləndirilir.  Hazırda o, milli EA-nın fizika institutunda şöbə  müdiri,  Moskva  fizika  məktəbinin  ən parlaq  siması  akademik Arif  Paşayevin  rəhbərlik  etdiyi  milli Aviasiya  Akademiyasının  fizika  kafedrasının  professoru, Elmi Tədqiqat Nəqliyyat və Aviakosmik  Problemlər  institutunun  direktoru  vəzifəsində  uğurla  çalışır.  Dövlətimiz  Bahadur  müəllimin  əməyini  yüksək  qiymətləndirmişdir.  O,  1986-cı  ildə  Şərəf  nişanı  ordeni,  1988-ci  ildə  Azərbaycan  SSRİ  Dövlət  mükafatı  laureatı,  2005-ci  ildə  Müstəqil  Azərbaycanın  “Şöhrət”  ordeni  ilə  təltif  edilmişdir.  Hələ bu  hamısı  deyil.  Ən  əsası odur  ki,  Bahadur  müəllimin  məktəbi  var.  Bu  məktəb  digər  ölkələrin  məktəbləri  ilə  sıx  elmi  əlaqələr  qurmuşdur.  Onlar  Rusiya,  Yaponiya,  Fransa  və digər ölkələrin  alimləri  ilə  birgə  fəaliyyət  göstərirlər.  Onların  aldıqları  elmi  nəticələr  dünyanın  ən  tanınmış  jurnallarında  çap  olunur.  Bütün  bu  qələbələrin   kökündə  Bahadur  müəllimin  aliliyindən  və  zəhmətsevərliyindən  gələn  keyfiyyətlər  durur.

2008-ci  ildə  “Elm”  nəşriyyatında  çap edilmiş  “Azərbaycan  fiziklərinin  Sankt-Peterburq Fiztexi haqqında  xatirələri”  kitabında  Bahadur müəllim  elmi  rəhbəri  haqqında  belə  yazmışdır:  SSRİ  Dövlət  mükafatı  laureatı,  elm və  texnika  xadimi,  professor,  fizika-riyaziyyat  elmləri  doktoru  Anatoliy  Robertoviç  Regel  görkəmli  Sovet  alimi,  mənim  müəllimim-elmi rəhbərim  və  dostum  idi.  O,  belə  və  buna  bənzər xasiyyətnamələrlə  çoxlu  rus və  xarici  alimləri  ictimaiyyətə  təqdim  etmişdir.  Bütün  tanıdıqları  və  birgə  fəaliyyət  göstərdikləri  mütləq  onun  dostudur.  İnsana  inam,  dostluğa  sədaqət  Bahadur  müəllimin  həyat  kredosu  olub  və olmaqdadır.  

Biz  əslində  Azərbaycanımızın fizika  məktəbinin  təməlinin  əsas  qranit  guşə  daşlarından  sayılan  bir  şəxsiyyətdən  danışırıq.  Fizika  məktəbinin  təməl  daşları  keçən  əsrin  ortalarında  qoyulmuşdur.  İndiki  fizikanı  yaradanlar  50-ci  illərdə  Moskva  və  Leninqrad  məktəblərində  ərsəyə  gələnlərdir.  Azərbaycan  Milli EA-nın  H.B.  Abdullayev  adına  Fizika  institutunun  direktoru  (1959-1993)  akademik  Həsən  Abdullayev  qısa zaman  müddətində  kadrları  düzgün  seçib,  düzgün  yönəltməklə  bu  fundamental  elmin  təməlini  qoydu. Bu  məktəbin  ən  etibarlı  və  əzəmətli  dayaqlarından  biri  də  yuxarıda  dediyimiz  Leninqrad  məktəbidir.  Bu  məktəbə  hər  il  heç olmasa  5-6  aspirant  göndərilirdi. Bu  təşəbbüsə  BDU da  qoşulmuşdu.  BDU-nun  fizika  fakultəsindən  hər il  Leninqrad  şəhərinə bir  neçə aspirant  göndərilirdi.  Təxminən  beş  ilə  elmi  işlər  yekunlaşır  və  müdafiə  olunurdu.  Əgər  aspirantın  yetişmə  vaxtını  beş  il  götürsək  ən  məhsuldar  illəri  1955-56-cı  illərdən  başlamaq  lazımdır.  Məsələn,  mərhum akademikimiz  Bəhram  Əsgərov, akademik Firudin Həşimzadə, professor Niftalı Qocayev, professor  Abbasov  Səməndər  Leninqrada  1957-ci  ildə  gedib,   1962-ci  ildə  müdafiə  ediblər.  Ondan  iki  il sonra  1959-cu  ildə  Mehdiyev  Rəşid,  Rzayev  Məmməd  və  Bahadur  müəllim  gedib  və  1964-cü  ildə  müdafiə etmişlər.  Biz, 1963-64-cü  illərdə  gedənlər  hamımız  1970-ci  ilə  kimi  müdafiə  etmişik.  Ən  maraqlısı  bu  nəsillərin  münasibətidir. Biz özümüzdən qabaqkı  nəsillərə böyük  ehtiramla  yanaşmış, onlardan  öyrənmişik.  Onların  hər  biri  ildə  bir-iki  dəfə  Leninqrada  elmi  məzuniyyətə  gəlirdilər.  Maraqlı  görüşlərimiz  olurdu. Hər  gəlişlərində  onlar  bizə  Bakıdan,  elm  və  mədəniyyət  yeniliklərindən,  fizika  institutunda  yeni  yaradılmış  laboratoriyalardan,  bahar  vaxtı  isə  Novruz  şənliklərinin  keçirilməsindən  və  s.  söhbətlər  edirdilər.  Leninqrad  məktəbinin  bütün  müdavimləri  arasında  qırılmaz  dostluq  əlaqələri  olub  və  indi  də  mövcuddur.  Biz  hamımız  bir-birimizlə  fəxr  edirik,  hər  birimizin  qələbəsini  ümumi  qələbə,  kədərini  isə  ümumi  hüzn  hesab  edirik.  Azərbaycanın  fizika  məktəbinin  inkişafında  bizim məktəbin  danılmaz  rolu  var.  

Hamımızı  sarsıdan  bir  kədərli  hadisəni  nəzərinizə  çatdırmaq  istəyirəm.  Yanvar  ayının  5-də  xəbər  yayıldı  ki,  Bahadur  müəllimin  kiçik  oğlu  İlqar  müəllim  vəfat  edib.  Mən  heç  ağlıma  sığışdıra  bilmirdim  ki,  Bahadur  müəllimin üzünə  necə baxacağam.  Biz  ömrümüz  boyu  ona  və övladlarına  cansağlığı,  xoşbəxtlik  arzulayanlar  hansı üzlə  gedəcəyik  hüzr  məclisinə?  Mən  niyə bilməmişəm  ki,  onun  oğlu  ürək  xəstəliyindən  əziyyət  çəkir.  Hər  halda,  bəlkə  də,  nəsə eləmək  olardı.  “Ü甝  mərasimi  “Qədr Xum”  zalında  saat  14:00 ”“da  olmalı  idi.  Biz    saat  13:30  radələrində  gələndə  artıq  orada  xeyli  insan  var  idi.  Bir  azdan  Bahadur  müəllim  də  gəlib çıxdı.  Zaldan  çıxan  qadınlar  o  saat  onu  əhatəyə  aldılar.  Onların  başsağlığı  prosesi  qurtarmamış  Tərlan  və  Şahin  müəllimlə  mən  də  yaxınlaşdıq.  Yalnız  nə  demək haqda  düşünürdüm.  O  məni  görən  kimi  uzaqdan  “Nemət,  eşitdim  sən  də  xəstələnmisən,  heç  loğman  da  xəstələnərmi?”  dedi.  Mən  udqunub  ağzımı  açmağa  macal tapmamış  əlavə  etdi  ki,  bəs  Rəşid  hanı?  Dedim  gəlir,  yoldadır.  Bu  arada  Fizika  institutunun  əməkdaşları  onu  araya  alıb  zala  apardılar.  Biz  əyləşəndə  yerimiz  bir  masa  aralı və  onunla üzbəüz  düşmüşdü.  Gözlərimi  ondan  çəkə bilmirdim.  Görüş  məni  yaman  tutmuşdu.  İşə  bax,  insanın  başına  faciə  gəlir.  O,  isə  bir  an  da  özünü  itirmir.  Başqaları  haqda  da  düşünməyə  vaxt  tapır.  Kamilliyin  həddi-hüdudu  yoxdur.  Bax,  məhz  bu  fövqəl  insanlıqdan  gəlir.  İki  daşın  arasında  üç  il  Leninqradda  bir  otaqda  qaldığı  Rəşid  müəllimi  soruşur,  ondan  nigaran  olduğunu bildirir.  Hüzr  mərasimi  də  göstərdi  ki,  gələnlər  hamısı  həqiqətən  qayğılı  və  kədərlidirlər.  Heç  kəs  öz  yaxınları  ilə  kəlmə  kəsmədi,  artıq  söz-söhbət  və  s.  olmadı.  Molla  da  məclisin  nəbzini  tutaraq,  sakitcə  Yasin  surəsini  tamamlayandan  sonra  qarşısındakı Qurani Kərimi  oxumağa  davam  etdi. Hiss  olunurdu  ki,  məclis  ağır  və ağrılı  məclisdir. Mənim  babam  Şeyx  Fərəculla  Pişnamazzadə  deyərdi  ki, “Hər  bir  məclisin  öz  şərafəti  var.  Yas  mərasiminin  də  özünəməxsus  şərafəti  gözlənilməlidir.”  Elə  də oldu.  Hamı  sükuta,  həmahəng  kədərə  üstünlük  verib,  hüzr  sahibinin  dərdinə  şərik  olduğunu  bildirdi.  

Bahadur  müəllimin  dostları əmindirlər  ki,  O,  həmişə olduğu  kimi  elmi  məktəbinin  problemləri, dostlarının, övladlarının, nəvələrinin  qayğıları  ilə  məşğul  olacaq  və yeri  gəldikcə  həmişəki  kimi  ictimai  fikir,  ictimai  mənfəət  haqda  düşündüklərini  təbiətdən  gələn  fundamental  fizika  qanunlarını  cəmiyyət  qanunlarına  gətirə  bilən  bilgilər  kimi  xalqa, millətə  təqdim  edəcəkdir. 


Nemət  Məmmədli
Lütfi Zadə adına BMEA-nın həqiqi üzvü

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]