Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

İntqerasiyada multikulturalizm örnəyi...

İntqerasiyada multikulturalizm örnəyi...
Bölmə :
KİVDF
Yayım tarixi :
10/3/2017 [10:58]
Baxılıb :
2375 dəfə
Azərbaycanın təqdim etdiyi nümunə miqrantlarla savaş həddinə gələn Avropaya indi daha çox gərəkdir

Bir ölkənin dünyaya tanıdılmasında rol oynayan amillərdən biri  onun mədəniyyətidir. Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Mədəniyyət yaradıcılıq, quruculuq proseslərinin nəticəsidir. Mədəniyyət hər bir xalqın milli kimliyidir, milli kimliyinin irsən qoruyucusudur. 

Müstəqilliyini elan etdiyi  gündən bu vaxta qədər Azərbaycan  dünya birliyinə  düzgün inteqrasiya etmək üçün düşünülmüş  startegiya həyata keçirir. Bu starategiyaya  xarici siyasət, enerji layihələri vasitəsi ilə iqtisadi inteqrasiya, humanitar inteqrasiya daxildir. 

Azərbaycan dünyaya  öz tolerantlıq və multikulturalizm modelini təqdim etdi. Bu modelin təbliği üçün dövlətimiz tərəfindən bir sıra tədbirlər həyata keçirildi.

Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun olan siyasətdir. Qeyd etmək lazımdır ki, “multikulturalizm” termini siyasi leksikona ilk dəfə 1970-ci ildə - Avstraliyada İmmiqrasiya naziri vəzifəsində çalışmış Al Kresbi tərəfindən daxil edilib. Dünyada multikulturalizmin  Amerika, İsveç, Kanada, Avstriya modelləri mövcuddur. Bu modellərin tətbiqinə ötən əsrdən başlanılıb. Lakin, Azərbaycanda multikulturalizm ənənələri əsrlərdir dvam edir.  Əsrlər boyu  Odlar Diyarında məskunlaşmış müxtəlif  xalqların nümayəndələrin dinc və yanaşı yaşam tərzi  dünyaya təqdim edilərkən əslində bir neçə məqsəd güdülürdü. Dünyada baş alıb gedən islamafobiya, o cümlədən yaxın Şərqdəki münaqişə bölgələrindən qaçmış milyonlarla qaçqın və köçkünün Avropaya üz tutması və bunun Qərb ölkələrində birmənalı qarşılanmaması Azərbayanın multikulturalizm modelinin tam zamanında irəli sürülmüş bir layihə olduğunu sübut edirdi. Avropada müsəlmanların öz dinlərinə sadiq qalmaları, bununla yanaşı islamın bir din il olaraq populyarlaşması, müsəlman əhalinin demoqrafik artım göstəriciləri Qərb cəmiyyətinin gələcəyi üçün əsas narahatedici məqam kimi qəbul olunur. Bunun nəticəsidir ki, Qərbdə islamı bir fobiya olaraq görürlər. Azlıqların çoxluqlara çevrilməsi qorxusu Qərbsayağı multikulturalizmin qarşısında duran əsas çağırışdır. Bir müddət əvvəl Vatikan Ədalət və Sülh icmasının sədri kardinal Pyotr Turksonun "Sinodo” ruhani məclisində İslam dinini Avropanın gələcəyinə təhdid kimi qiymətləndirməsi də bunu göstərir. O, bildirmişdi ki, 2026-cı ildə Avropa müsəlmanlar qarşısında azlıqda qalacaq, Fransa isə 39 ildən sonra İslam dövləti olacaq.


Avropada belə hesab edirlər ki, miqrantlar Avropanın insan hüquqları Konvensiyasının verdiyi imkanlardan, burada mövcud olan insan hüquqları və azadlıqlarından sui-istifadə edirlər. İndi Avropada demokratiya yaxud şəriət qaydaları, islam, yoxsa azadlıq kimi əslində qətiyyən müqayisə oluna bilməyəcək məfhumlar cəmiyyətin qarşısında əks dilemmalar kimi ortaya qoyulur.

Müasir dövrün reallıqları və tələblərini nəzərə alan Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Dövlət başçısının da bəyan etdiyi kimi, multikulturalizm ənənələri və tolerantlıq Azərbaycan xalqının həyat tərzi, mənəvi-əxlaqi dəyəri, Azərbaycanın siyasətidir. Müasir dünyada ən önəmli məsələlərdən biri olan mədəniyyətlərarası dialoqu nəzərə alaraq, Azərbaycan 2011-ci ildən başlayaraq Bakıda iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) verilən məlumata görə, ölkədə dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 1 sentyabr 2009-cu il tarixdən indiyədək ümumilikdə 597 dini qurum icma qeydiyyatdan keçib və hazırda fəaliyyətini davam etdirir. Qeydiyyatdan keçən dini icmaların 576-sı müsəlman, 21-i isə qeyri-müsəlman dini icmalarıdır. Onlardan  12-si xristian, 6-sı yəhudi,1-i krişna,2-i bəhai dini icmalarıdır. (Qeyri-ənənəvi”¯din”¯və təriqətlərə misal olaraq  Yəhova”¯şahidlərini, Nehemiyanı, Mədh kilsəsini, Həyatverici”¯lütfini, Beynəlxalq”¯Krişna”¯şüurunu, Bəhai,”¯Novoapostol”¯kilsəsi,”¯ Yevangel xristianları icmasının adını çəkmək ”¯olar).


Bu gün Azərbaycanda fəaliyyət göstərən dini icma rəhbərlərinin hər biri ölkədə onlar üçün yaradılmış vəziyyətdən məmnundurlar. Dağ Yəhudiləri icmasının rəhbəri Melix Yevdiyevin sözlərinə görə, dünyanın heç bir yerində yəhudilər  Azərbaycanda olduqları qədər rahat deyillər. Və heç bir müsəlman dövlətində  yəhudilər üçün dövlət tərəfindən sinaqoqun tikilməsi maliyyələşdirilməyib, Azərbaycan istisna olmaqla.

Azərbaycanda çox az sayda katolik yaşayır, onların əksəriyyəti də xarici ölkələrdən  gələn vətəndaşlardır. Ümumilikdə, hazırda Bakıda  yaşayan katoliklərin sayı 600 nəfərdən çox deyil. Bununla belə, onların öz dini inanclarını  rahat yaşaya bilmələri üçün Bakıda Roma Katolik Kilsəsinin Apostol Prefekturası fəaliyyət göstərir. Kilsənin baş keşişi Vladimir Baxanın dediyinə görə, Azərbaycandakı mövcud adət- ənənələr onda çox xoş təəssüratlar yaradıb. “Mən ölkəmə döndükdən sonra burda yaşananalar barəsində vətənim Sloveniyada məlumat verəcəm. Azərbaycan unikal ölkədir. Mən burda mənim üçün yeni olan çox şeylər öyrəndim. Artıq 6 ildir Azərbaycandayam. Ölkənizə yenə gələndə insanların qaynar  və çox səmimi münasibəti məni heyrətləndiridi. Fərqli mədəniyyətlərə sahibik. Mən yaxşı mənada təəccüblənmişdim”.


Azərbaycandakı Lüteran icmasının sədri Vera Nesterova ölkəmizdə  butun dinlərə eyni ehtiramın göstərildiyini, bütün konfessiyaların nümayəndələrinin ölkə prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib: “Azərbaycanda bütün dinlər tarixən bir ailə şəklində mövcuddur. Azərbaycanda yaşayan alman əhalisi tərəfindən Lüteran kilsəsinin əsası  qoyulub. Azərbaycanda hazırda Bakı, Göygöl və Şəmkir şəhərlərində lüteran kilsələri mövcuddur. 

Bütün bunların davamı olaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yay/qış məktəbləri və “Azərbaycanın Gənc Dostları Klubu” vasitəsi ilə, mədəniyyətlərarası dialoqun, sülh və stabilliyin təmin olunmasına, eləcə də Azərbaycanın multikultural dəyərlərinin təşviqinə davam edir. Gənc tələbələrin təşəbbüsü ilə beynəlxalq multikulturalizm yay məktəbi çərçivəsində yaradılmış “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi hazırda Dimitrios Asproulis (Yunanıstan) və Salomeja Lukaitenin  (Litva) həmsədrliyi və 100-dən çox üzvü ilə (Türkiyə, Almaniya, Çexiya, Polşa, İndoneziya, Gürcüstan, Qırğızıstan, İtaliya, İsveçrə, Azərbaycan, ABŞ, Misir, Yəmən ) aktiv fəaliyyət göstərir. 

2016-cı ildə “İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd” devizi altında BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması mühitində keçirildi. BMT-nin baş katibi Pan Gi Mun  bəyanatında bildirmişdi ki,bölünmə və təcrid ekstramistlərə sərf edir. 

“Onların atdığı bombalar binaları hədəfə alır. Lakin onların əslində məhv etmək istədiyi bizim qarşılıqlı anlaşmamızdır. Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə irqçilik, diskriminasiya, ksenofobiya və zorakılığın digər formaları üzündən uzun müddət təcrid olunmuş insanlar üçündür”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibovun  fikrincə, multikulturalizmdə risqlər də meydana gələ bilər. “Ən böyük risq assimilyasiyadan ibarətdir. Digər bir risq isə, dövlətin unitar əsaslarını vurula biləcək zərbələrdən ibarətdir. Deməli, mədəni və siyasi risqlər multikulturalizmdə yaşana bilər”.

Lakin dünyaya ən böyük zərbəni assimilyasiyalar deyil, müharibələr,  millətlərarası ədavətlər vurur. Buna görə də bəşəriyyətin ən sox qorxmalı olduğu faktor multikulturalizmdir. Məhz bu mənada Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli gündəmdən düşməməli öz aktuallığını itirməməlidir. Bəzi Avropa dövlətləri  tolerantlıq və multikultulturalizmə öz siyasi ambisiyalarını əsas gətirərək kölgə düşürmək istəyi yolverilməzdir.  Axı tolerantlıq  və multikulturalizm sırf insan amilinə, sülhə xidmət edir. Siyasi oyunların girdabında çalxalanan, hər an  partlamağa hazır bomba halına gətirilmiş  dünyaya mövcud ola bilməyimiz, yaşamağımız üçün bu gün ilk növbədə  sülh, qarşılıqlı anlaşma lazımdır».

İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]