Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

"Haçan gedirsən Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar"

Bölmə :
Müsahibə
Yayım tarixi :
9/3/2017 [17:31]
Baxılıb :
25769 dəfə
"Hansı problemimiz var ki bizim? Heç bir problemimiz yoxdur, əslinə qalsa"

"Kim deyir avropalıların ömrü daha uzundur? Siz xarici ölkədə 100-dən çox yaşı olan adam tapmısınız? Onlar hamısı Azərbaycandan çıxır, Lerikdən, Lənkərandan, Oğuzun özündən. 114 yaşlı qadın var Oğuzda, hər dəfə gedib ad gününü təbrik edirəm. Uzunömürlülük bizdədir də. Statistikanı kim ortaya qoyub ki? Mən heç inanmıram Avropada uzunömürlü insan olsun. Haçan gedirsən Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar”. 


 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı AzadlıqRadiosu-na müsahibə verib.

”“ Aqiyə xanım, sizcə, Azərbaycan qadınının ən böyük problemi nədir?

”“ Mən fikirləşirəm ki, qadının savadı, təhsili varsa, işi varsa, heç bir problemi yoxdur. İnsan problemləri hərdən özü yaradır. Hansı problemimiz var ki bizim? Heç bir problemimiz yoxdur, əslinə qalsa.

”“ Bəs məcburi köçkünlər, məhbus anaları, banklara borcu olanlar, yoxsulluq həddində yaşayanlar?

”“ O məsələlər, şübhəsiz ki, var. O problemin də başında ali baş komandan durub, hər gün onunla məşğul olur. O bizim ürəyimizdə bir yaradır. O sağalana qədər onu deyəcəyik. Amma hər dəfə, hər bayramda deməyə ehtiyac da yoxdur. O bizim ürəyimizdə olan bir şeydir. Son hadisələr də göstərir ki, biz yavaş-yavaş onu da həll etməyə yaxınlaşırıq... Şükürlər olsun ki, pensiyalar artırılıb. Bir çox sosial problemlər həllini tapıb, iş yerləri açılır, məktəblər, bağçalar tikilir. İndi ölkəmiz kənd təsərrüfatı mallarının yetişdirilməsinə başlayıb. Pambıqçılıq, tütünçülük, baramaçılıq inkişaf etdirilir. Bu sahələrə daha çox qadınlar cəlb olunur. Bu da əlavə yeni iş yerlərinin yaradılmasıdır. Əlbəttə, məhbus qadınlarımız var. Bu, başqa problemdir. Ən böyük problemlərdən biri qaçqın-köçkünlərdir. Bununla Azərbaycan xalqının hər bir nümayəndəsi məşğuldur. Hər birimizin ürəyini ağrıdır. Allah imkan versin, hansısa bir bahar bayramında o məsələ də çözülmüş olsun.

”“ Pensiyaların artırıldığını deyirsiniz. Ancaq qadınların pensiya yaşının da 65-ə qaldırılması təklif olunub. Sizcə, bu normaldırmı?

”“ Siz deyin görək, hansı işləyən qadın 65 yaşı tamam olandan sonra çıxıb evdə oturmaq istəyir? Hanı o qadın? İkincisi də, bu, hələ müzakirəyə çıxarılıb. Müzakirə olunsun, nöqtə qoyulsun. Onda biz bu haqda danışarıq. Əvvəldən niyə danışaq ki? Müzakirə edilir. Qərar verilib? Qanun yazılıb? Yox, əlbəttə.

”“ Siz özünüz deputat olaraq, qadın olaraq, bu haqda nə düşünürsüz?

”“ Qadınla kişilərin pensiya yaşının bərabərləşdirilməsi təklif olunur. Mən düşünürəm ki, qadınlara güzəştə gedilə bilərdi. Çünki qadınlar işləməklə yanaşı, ailəyə, uşağa da baxırlar. Onların enerjisi, beyni tək işə yox, həm də ailəyə sərf olunur. Amma düşünürəm ki, uğur qazanmış, iş-güc sahibi 65 yaşında hansı qadına “Pensiyaya get” desən, getməz. Amma xəstə olan, səhhəti imkan verməyən insanlar var ki, onlar da başqa kateqoriyaya aiddirlər. Ona görə müzakirə edilsin, baxaq görək. İnkişaf etmiş Avropa ölkələri ilə, Almaniya ilə müqayisə edək. Cəmi 3 yaş fərq var kişilərlə qadınlar arasında. Allah hamıya imkan versin 65-ə çatsın, görək pensiyaya gedəcəkmi? Mən burda, doğrusu, problem görmürəm.

”“ Siz “Avropa ilə müqayisə edək” deyirsiniz. Orda insanların ömrü daha uzundur. Ona görə...

”“ Kim deyir avropalıların ömrü daha uzundur? Siz xarici ölkədə 100-dən çox yaşı olan adam tapmısınız? Onlar hamısı Azərbaycandan çıxır, Lerikdən, Lənkərandan, Oğuzun özündən. 114 yaşlı qadın var Oğuzda, hər dəfə gedib ad gününü təbrik edirəm. Uzunömürlülük bizdədir də. Statistikanı kim ortaya qoyub ki? Mən heç inanmıram Avropada uzunömürlü insan olsun. Haçan gedirsən, Almaniyada bütün günü pivə əllərində restoranlardadırlar.

”“ Aqiyə xanım, az əvvəl dediniz ki, Azərbaycanın bölgələrində tütünçülük, baramaçılıq, pambıqçılıq inkişaf etdirilir və bu işlərə daha çox qadınlar cəlb olunur. Bəlkə bu gün əyalətlərdə təkbaşına ailə yükü daşıyan, ərləri Rusiyada, Türkiyədə və başqa xarici ölkələrdə pul qazanan qadınların kişiləri üçün iş yerləri yaradılmalıdır ki, onların da yükü xəfifləsin, onlar da qadın səadətindən məhrum olmasınlar?

”“ Mən özüm o sahədə işləmişəm. Mümkün deyil ki, baramaçılıqda, tütünçülükdə qadın təkbaşına işləsin, ər işləməsin. Bu sahələrə tək qadınlar yox, ailənin bütün üzvləri, az qala, bütün nəsil cəlb olunur. Bu da ailələrin sosial rifahının yaxşılaşmasına, güclənməsinə təkan verən amildir. Düşünürəm ki, bundan sonra kəndlərdə yaşayan insanlarımızın həyatında çox böyük dəyişikliklər baş verəcək.

”“ Sizcə, Azərbaycan qadınına “xoşbəxt” demək olarmı?

”“ Ağıllı insan, şüuru başında olan insan özünə “tam xoşbəxt” deyə bilməz. Ətrafda kimsə əzilirsə, ətrafda bu qədər qaçqın-köçkün varsa, biz özümüzü bir azərbaycanlı kimi “xoşbəxt” adlandıra bilərikmi? O düzgün olarmı? Ümumiyyətlə, tam xoşbəxt insan yoxdur. Xoşbəxtlik anlarla olur: dünyaya uşaq gəldi, sən xoşbəxtsən, uşağının xeyir işi oldu, xoşbəxtsən... Hamının taleyində itkilər olur, valideyn itirən var, bacı-qardaş itirən var. Xoşbəxtlik nisbi şeydir. Biz hələ də düşməndən qisas ala bilməmişiksə, onların girovluğunda ana-bacılarımız, qardaşlarımız varsa, özümüzü xoşbəxt saya bilmərik. Azad torpaqda azad insan olmalıdır. Bunun üçün torpaqlarımız azad olunmalıdır. Azərbaycan onda xoşbəxt, çiçəklənən ölkə ola bilər ki, ürəyimizi ağrıdan bütün məsələləri həll edə bilək.

Sonda mən qadınlarımıza əsl qadın olmağı arzu edirəm. Azərbaycana bağlanmış, vətənini, ailəsini sevən, milli dəyərlərə dəyər verən qadınlar olsunlar. Bir az da işgüzar olsunlar. Xoşbəxtlik arzu edirəm, uşaqları yaxşı böyüsün, yaxşı təhsil versinlər. Qadın səadəti arzulayıram.

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]