Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Regionda ikinci böyük türk dövləti heç kimə lazım deyil

Regionda ikinci böyük türk dövləti heç kimə lazım deyil
Bölmə :
Müsahibə
Yayım tarixi :
9/3/2017 [13:33]
Baxılıb :
1101 dəfə
Bəzi millət vəkilləri hətta milli məsələlərdə belə müstəqil fikir yürütmürlər



Ölkəmizdə həyata keçirilən gənclər  siyasətinin tələbinə uyğun olaraq  Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ən azından buna cəhd göstərirlər. Bunun nə qədər alınması, dövlət səviyyəsində görülən işlərin ölkə gənclərini qane edib- etməməsi , bu işdə onların qarşılaşdığı problemlərlə bağlı informasiya müharibəsi sahəsində fəaliyyət göstərən "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri Zaur Qəriboğlu ilə söhbət etdik.

  Zaur Qəriboğlu rəhbərlik etdiyi İctimai Birliyin fəaliyyəti ilə bağlı bunları söylədi: “Biz 2005 - ci ildən Azərbaycan mətbuatındayıq. 2012 - ci ilə qədər müxtəlif media qurumlarında fəaliyyət göstərmişik. 2012 - ci ildə Azərbaycanda Qarabağla bağlı ilk elektron jurnal olan Karabakhinfo.com - u 10 dildə millət vəkili Elxan Süleymanovun maliyyə dəstəyi ilə yaratmışdıq. Üç fəaliyyətimiz dönəmində necə işləmişik, buna burda dəyər verilməsə də, erməni mətbuatını araşdırıb, görə bilərsiniz. Hansı ki, düşmən bizi "Azərbaycan hakimiyyətinin külli miqdarda vəsait ayırdığı təbliğat maşını" adlandırıb. Təbii ki, düşmən hər zaman yalan dezinformasiyalar yaymaqla məşğuldur. Çünkü dedikləri tamamilə yalan olub. Biz sadəcə, gücümüz daxilində Azərbaycanın haqq davasını aparmışıq. 

Karabakhinfo.com maliyyə çatışmamazlığı üzündən fəaliyyətini dayandırdıqdan, bütün komanda buraxılandan sonra biz öz gücümüzə reaksiya.az və karabakh.today saytlarını təsis etmişik. Qeyd edim ki, bu günə qədər rəsmi və qeyri-rəsmi heç yerdən, heç kimdən pul alıb, şəxsi maraqlara xidmət etməmişik. Bizim yolumuz cənab Ali Baş Komandanın Qarabağ siyasətini dəstəkləmək, gücümüz daxilində informasiya sahəsində əlimizdən gələni etməkdir. 

Ötən ilin əvvəlində sosial şəbəkələrdə #NagornoKarabakhisAzerbaijaniTerritory haştağlı kompaniya başladıq. Dünyanın müxtəlif ölkələrindən insanlar bu sözləri adi kağıza yazıb, şəkilini çəkib, bu haştağla sosial şəbəkələrdə paylaşdı.

Daha sonra 20 aprel 2016 - cı ildə sırf informasiya müharibəsinə hesablayaraq, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyini təsis etdik. İlk layihəmizdə google axtarış sisteminin google map əlavəsində Azərbaycanın işğal olunmuş və hazırki ərazilərinin belə ermənilərin sonradan verdiyi saxta adlarla göstərilməsinə qarşı petisiya olub. Bu aksiyada bizə Nəqliyyat və Rabitə Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu imza toplamaqda dəstək oldu. Amma nəticə əldə olunmadı. Təsəvvür edin, millət vəkilləri var idi ki, yalvarırdım ki, nə olar, sizin sosial şəbəkədəki hesablarınızı çox insan izləyir, siz də bir cümlə yazın ki, bizə dəstək olsunlar, Google şirkəti bu yalnışını aradan qaldırsın. Amma etmədilər. Bilirsiniz niyə?! Çünki bəzilərinin müstəqil fikri yoxdu. Hətta, milli məsələ də belə, hardansa tapşırıq gözləyirlər. Tapşırıq alandan sonra isə çıxıb, elə vətənpərvərlikdən danışırlar ki, gülməyim gəlir. 

Daha sonra təşkilatımız 16 may 2016 - cı il tarixdə "İrəvan-2018" Hərəkatını təsis etdi. Hərəkat yarandığı müddət ərzində ətrafında 10 - dan  çox ölkənin böyük QHT-lərini, ziyalılarını topladı. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı apardığı soyqırım, işğalçılıq siyasəti ilə bağlı 12-dən çox tədbirlərimiz, 15-dən çox video çarxlar hazırlamışıq. Bu işdə də ciddi dəstək ala bilmədik. Qeyd edim ki, biz bu işlərin hamısını maliyyəsiz etmişik.  Buna baxmayaraq, ermınilər bu hərəkatdan da təşvişə düşdülər. Amerikadakı erməni lobbisinin fəalları bəyanatlar yaydılar. Özlərinin müzakirə forumlarında aksiyalar başladılar. Bizi bizdən yaxşı tanıyan düşmənlərimiz yenə bizi hakimiyyətin təbliğat maşını adlandırdı. Qısa müddət ərzində ermənilər Google şirkətinə müraciət edərək, bizim İrəvan adında olan bütün hesablarımızı bağlatdırdılar.

Bizim hərəkat bu gün də öz gücümüzə ayaqda qalmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına "İrəvan-2018 portalının üç dildə yaranması" ilə bağlı layihə təklifi vermişdik.  Şuraya minnətdarlığımızı bildiririk ki, məsələnin aktuallığını nəzərə alaraq, layihəmizi maliyyələşdiriblər. İrəvan-2018 adlı yaradacağımız portal sırf ermənilərin zaman-zaman tarixi torpaqlarımıza sahiblənməklərindən və bu gün Qarabağa iddia edənlərin, əslində bu gün paytaxt kimi təqdim etdikləri şəhərin belə tarixi Azərbaycan torpağı olduğunu sübut edəcək.  Bizim əsas məqsədimiz bu idi ki, ermənilərin dilindən bu etirafı alaq. Biz əslində buna nail olduq. Ermənilər özləri açdıqları  müxtəlif  forum və müzakirələrdə etiraf edirlər ki, İrəvan qədim Azərbaycan torpağıdır, lakin bu 100 il öncə olub”.

- Sizcə  Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması ilə bağlı dövlət səviyyəsində xaricdə aparılan təbliğat işi  qənaətbəxşdirmi?

-Konkret qənaətbəxş olub-olmamasını demək olmur. Əgər, 25 ildən yuxarı Azərbaycan torpaqları işğal altındadırsa və biz illərdir təmsil olunduğumuz beynəlxalq təşkilatlarda yalnız quru kağız parçalarından başqa heç bir nəticə əldə etməmişiksə, demək ki, fəaliyyət qənaətbəxş deyil. Bunun da özünəməxsus səbəbləri var. Bir səbəb - həm də qəribə səbəb odur ki, bizim dövlət xaricdə Azərbaycanı təmsil məsələsinə qəribə yanaşır. Kim bir az ingilis dilində danışa bilirsə, həmin adamlar göndərilir. Bu isə səsimizi çatdırmaq demək deyil. Dil bilmək gözəl xüsusiyyətdir, amma mənim düşüncəmə görə Azərbaycanca da danışıb (tərcüməçi vasitəsi ilə) Azərbaycanın haqlı davasını həmin beynəlxalq təşkilatlaarda çatdırmaq olar. Bir başqa səbəb isə bu günə qədər həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarla yanaşmasıdır. Yəni, biz nə etsək də, bunlar sadəcə Azərbaycana qarşı olan silahlı təcavüzü, işğalı kağız üzərində "psiləyirlər". Bu isə əməli nəticə deyil. Baxın, ATƏT - in Minsk qrupu var. Bu qrupda təmsil olunan ölkələr ayrı-ayrılıqda Azərbaycana qarşı ikili standartlarla yanaşırlar. Biz bu qrupdan nə gözləyə bilərik ki, 25 ildən yuxarıdır torpaqlarımız silahlı təcavüz nəticəsində işğal olunub, amma bu qrup bir dəfə də olsun, işğalçının qarşısında tələb qoya bilməliyib. Amma bir -neçə gün bundan öncə atəşkəsin pozulması nəticəsində "neytral zona" dedikləri Azərbaycan ərazisində qalan meyidlərin çıxarılması haqqında tələb dolu bəyanat yaydılar. Demək, özlərinə lazım olanda, tələb edə bilirlər. Sadəcə, Azərbaycanın regionda gün-gündən gücə çevrilməsi, bir çox dünyanın güc dövlətlərinin xoşuna gəlmir, bu üzdən də ən böyük problemimiz olan Qarabağ məsələsinin həllinin gecikdirilməsində maraqlıdırlar. Regionda ikinci böyük türk dövləti heç kimə lazım deyil.
 
Əlavə edim ki, bizim özümüzün ermənilərin torpaqlarımızı işğalını düzgün adlandırmırıq. Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi deyilik. Münaqişə isə iki qonşu arasında söz, ərazi münaqişəsi ola bilər. Bu üzdən də dünyada bu terminin qəbul olunmasını belə əleyhimizə olan bir prosses hesab edirəm. Bizim heç kimlə münaqişəmiz yoxdur. Bu konkret Ermənistanın Azərbaycan insanına qarşı silahlı təcavüzü və insanlarımızı qətlə yetirərərk, torpaqlarımızı işğal etməsidir.
 
Bu üzdən də bunun bir adı var: Ermənistanın Azərbaycana silahlı təcavüzü və torpaqlarının işğalı.
 
-Diasporumuzun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

 Dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz Azərbaycan - türk diasporasının xaricdə güclənməsi üçün əllərindən gələni etməyə çalışırlar. Amma nəzərə almaq lazımdlr ki, biz yüz ilin erməni diasporası ilə 25 ilin Azərbaycan diasporasını müqayisə edə bilmərik. Onlar yüz ildir ki, dünyanın hər tərəfinə səpələnib, kök salıblar. Bizim bu gün bir çarəmiz var. Hansı ki, cənab prezidentimiz İlham Əliyev də bir neçə dəfə çıxışlarında qeyd edib ki, xaricdə Azərbaycan, Türkiyə deyiləcək ayrı - ayrı bir diaspor təşkilatları yoxdur. Biz qardaş türklərlə sıx əməkdaşlıq çərçivəsində birgə fəaliyyət göstərməliyik.

 Qarşımızda duran  manelərdən biri də informasiya müharibəsində geriləməyimizdir. Baxmayaraq ki, ölkə başçısı cənab İlham Əliyev "İnformasiya müharibəsində müdafiə mövqeyindən hücum mövqeyinə keçməliyik" deyib, amma bu gün də biz bu əsas təbliğat metodundan düzgün istifadə etmirik. Bu gün Azərbaycanda sırf ermənilərin əsrlərdə Azərbaycan - türk xalqına qarşı yürütdüyü düşmənşilik siyasətini planlı şəkildə bir neçə dildə tirajlayan ixtisaslaşmış internet ressurslarımız yoxdur. Əldə olanlarda maliyyə çatışmamazlığından can verir. Hansı ki, bu gün bizim əsas istiqamət götürüb, fəaliyyət göstərəcəyimiz sahə məhz informasiya müharibəsinə hesablanmalıdır. Bizim "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyi də məhz informasiya müharibəsində sistemli çəkildə iştirak etmək üçün yaradılıb. Yaranmamızdan bir il ötməməsinə baxmayaraq, biz öz gücümüz, imkanlarımız daxilində 5 dildə (Azərbaycan, ingilis, rus, tür və ispan) Karabakh Today Beynəlxalq Analitik İnformasiya Portalını yaratmışıq. Bu saytda əsas informasiya siyasəti ondan ibarətdir ki, hər dilin öz regionuna uyğun, həmin dildə danışan insanlara maraqlı informasiyalar paylaşmaqla yanaşı, həm də Azərbaycanın haqlı davasını aparırıq. Əslində, informasiya müharibəsi də budur. Yəni, birbaşa yox, sətiraltı, həqiqətləri insanları bezdirmədən beyinlərə yeritmək lazımdır.
 
 Erməni diasporası bu gün öz fəaliyyətini dünyada çox güclü qurub. Biz isə oturub, dövlətdən dəstək gözləyirik. Hansı ki, bu kimi işləri dövlət yönətməlidir, amma maliyyə tərəfini xaricdə yaşayan iş adamlarımız etməllidir. Bunun üçün də milli ruh lazımdır. Təəssüf edirəm ki, bizdə milli ruh bir az zəifdir. Ötən il aprel döyüşləri insannımızda milli ruhu oyatdı. Sadəcə, bundan sonra lazımdır ki, həmin ruhu qopruyub saxlaya biləsən. Və ən əsas problemlərimizdən də biri odur ki, biz bu sahəyə həssas yanaşmırıq. Kim gəldi, gedir, xaricdə öç-beş nəfərlə əlində bayraq tutub, şəkildə çəkdirib, qayıdıb, gəlir ki, iş görmüşəm. Amma bu cür iş görülməz.Bu sahəyə ixtisaslaşmış, planlı fəaliyyət göstərən təşkilatlar və şəxsi mənafeyini güdməyən milli adamlar cəlb olunmalıdır.

İlhamə Rəsulova


Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]