Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Dimlomatiya və diaspora külüngü bir yerə vurur

Dimlomatiya və diaspora külüngü bir yerə vurur
Bölmə :
KİVDF
Yayım tarixi :
9/3/2017 [11:30]
Baxılıb :
2300 dəfə
«Bu gün müasir dünyada beynəlxalq hüququn gücü yox, beynəlxalq güclərin hüququ işləyir»


Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə informasiya blokadasını qırmaq üçün gərgin  iş aparmalı oldu. Bu gün artıq dünyaya səsimizi çatıdra bilirik.  Azərbaycanın xarici siyasətində, apardığı gərgin diplomatiyada dünyanın müxtəlif ölkələrində yaşayan diasporumuzun rolu danılmazdır. Bəs bu sahədə Azərbaycan hansı çətinliklərlə üzləşir, maneləri dəf etmək üçün hansı işlər görülür, daha hansı tədbirlərə ehtiyac var?

Siyasi ekspert Elşən Manafov «Bizim Yol»a şərhində ümumilikdə Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyətini qənaətbəxş hesab edir. “Azərbaycan özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra onun beynəlxalq əşkilatlarda  münasibətlərinin qorunması  dövlətimiz qarşısında duran əsas vəzifələrdən biri idi. Bu istiqamətdə indiyə qədər çox uğurlu addımlar atılıb. Azərbaycanın İƏT-ə üzvlüyü, öz həllini tapmış oldu. 1992-cci ilin mart ayından sonra BMT-yə, ATƏT-ə,  GUAM-a və digər subregional və beynəlxalq  miqyaslı təşkilatlara üzv olmuşuq. Bu təşkilatlarla Azərbaycanın əməkdaşlığı  bir neçə kontekstdə nəzərdən keçirilməlidir. Əvvəla, Azərbaycanın   ən ciddi problem olan Qarabağ problemi  bütün bu təşkilatlarda irəli çəkilib. Bu təşkilatların hamısı Qrabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vurğulayıb. Bununla belə, elə həmin təşkilatlar əfsuslar olsun ki, qəbul etdikləri qətnamə  və bəyanatları icra edə bilməyiblər, yəni bu sənədlər bir növ deklorativ mahiyyət kəsb edib. BMT-nin qəbul etdiyi qətnamələrə  əməl edilməməsi, o cmlədən ATƏT-in həmsədr dövlətlərinin problemin həllində irəliləyişə nail ola bilməməsi Azərbaycana qarşı ikili standartların tətbiq edilməsindən xəbər verir».

Ekspertin sözlərinə görə digər tərəfdən, beynəlxalq güclərin  beynəlxalq hüququ iflic vəziyyətə gətirməsi müşahidə olunur: «Bu gün müasir dünyada beynəlxalq hüququn gücü yox, beynəlxalq güclərin hüququ işləyir. Bu mənada BMT-nin, ABŞ, Çin kimi  güclü iqtisasiyyata malik dövlətlərin əlində vasitə, alət rolunu oynaması, ötürücü qayışa çevrilməsini müşahidə edirik. BMT kimi böyük nüfuza malik bir təşkilatın  Qarabağ probleminə  münasibəti dünyanın ayrı- ayrı ölkələrində qaynar nöqtələrdəki münaqişlərə göstərilən münasibətlərdən fərqlənir. 90-cı ildə İraqın Küveytə qarşı təcavüzdə ittiham edən BMT  dərhal bu dövlətə qarşı sanksiyalar tətbiq etdi. Ermənistana qarşı isə təəssüf ki, eyni addımlar atılmadı. Təəssüf ki, hətta bəzi dövlətlər Ermənistanı təcavüzkar dövlət kimi  tanımırlar. BMT-mnin Qarabağ məsələsinə dair qəbul etdiyi qətnamələrdə Ermənistanın öz qoşunlarını  Qarabağdan geri çəkməsi barədə müddəa var, lakin orda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına dair bir hüquqi müddəa göz çarpmır. Azərbaycanın GUAM və digər təşkilatlarla münasibətləri yalnız Qarabağ məsələlərini ehtiva etmir. Biz dünyaya inteqrasiya olunmaq, həmin təşkilatarda təmsil olunmuş dövlətlərlə münasibətləri qarşılıqlı anlaşma, mənfəət prinsipləri üzərində düşünməliyik. Bu mənada bir zamanlar GUAM təşkilatı yaranarkən onun böyük perspektivlərinin olacağı düşünlümüşdü. Lakin zaman -zaman GUAM da özünün əvvəlki əhəmiyyətini itirdi və bu gün onun fəaliyyəti demək olar ki kağız üzərindədir».

E.Manafovun sözlərinə görə bir zamanlar GUAM ABŞ-ın xeyir -duası ilə yaradılarkən onun ciddi təsir imkanlarına malik olacağı güman olunurdu: «Məsələ burasınadır ki, bu təşkilata üzv olan dövlətlər etnik separatizmdən əziyyət çəkirlər. Zaman -zaman Rusiyanın bu dövlətlərin siyasi elitalarına münasbəti və bu dövlətlərdə  Rusiya yönümlü  liderlərin hakimiyyətə gəlməsi GUAM-ın fəaliyyətini zəiflətdi. Azərbaycan Ukrayna və Gürcüstandan fərqli olaraq Qərblə münasibətlərə tamamən fərqli rakursdan yanaşır.Hələ ki, Qərblə inteqrasiya məsələlərinə özünün  milli təhlükəsizlik maraqları kontekstindən baxır, məsələn deyək ki, NATO-ya üzvlük Azərbaycan üçün Ukrayna və Gürcüstan üçün olan  qədər maraqlı deyil. Çünki Azərbaycan strateji cəhətdən elə bir regional mövqedə yerləşir ki, Azərbaycanın  NATO-ya üzvlüyü Rusiya və İran tərəfindən müəyyən qıcıqla qarşılana bilər». 

Ekspert daha sonra Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasına diqqət çəkdi: «Bu  Azərbaycan diplomatiyasının çox ciddi uğurlarından biri idi, 155 dövlətin dəstəyini aldıq. Lakin təəssüflər olsun ki, biz TŞ-nin üzvü olduğumuz o iki il ərəzində Qarabağla  bağlı məsələni həll edə bilmədik.  Çünki, bütün  regional təşkilatlar bu məsələnin həlli ilə bağlı mandatın ATƏT-ə verilməsini söyləyərək yaxalarını kənara çəkdilər.

Azərbaycan ATƏT-lə də münasibətləri var. Bu münasibətlər də müəyyən proseslər yaşanır. ATƏT-in nsan hüquqları bürosunun Azərbaycan dövləti ilə müəyyən məsələlərdə problemləri var. Lakin bütövlükdə Azərbaycanınd dünyaya inteqrasiyası və Qarabağal bağlı həyata keçirdiyi tədbirlər  qənaətbəxşdir”.
Elşən Mnafovun fikrinə görə dünyaya inteqrasiya yolunda aparılan  mübarizə çox gərgin olsa da uğurlar  qazanmaq mümkün olub.

“Avropa Birliyində  Ermənistanın Azərbaycanın işğalını pisləyən qətnamənin qəbul olunması, İƏT-lə münansibətlər böyük uğurdur. İƏT-ə üzv olan 58 dövlətin hamısə birmənalı şəkildə Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Məsələn, Pakistanın Ermənistanla diplomatik əlaqələri yoxdur. Digər təşkilatlarla münasibətlərdə biz iqtisadi əməkdaşlığa Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına önəm veririk .Qarabağla bağlı  atılan addımların zəiflədilməsində erməni lobbisinin böyük rolu var. Həmçinin, bu məsələnin həllində  müxtəlif güclərin maraqlarının kəsişməsi rol oynayır». 
Ekspert vurğulayıb ki, Azərbaycanın diplomatasiyının ən ciddi uğuru əsası bir zamanlar mərhum prezident Heydər  Əliyev tərəfindən qurulmuş neft strategiyasıdır. «Bu Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü artırdı, həm də  Azərbaycanın bu günkü təhlükəsizliyinin və bütövlüyünün qarantı oldu.  Azərbaycana səmayələr qoymuş  dövlətlər  ölkəmizdə  sabitliyin pozulmasında maraqlı deyillər. Qərb kifayət qədər bizə investisiya yatırıb. Amma status- kvonun saxlanılması ümumilikdə Azərbaycanın maraqlarına xidmət etmir. Biz neft- qaz diplomatiyasının Azərbaycanın təhlükəsizliyinin təmini üçün müəyyən təminatlar ala bilərdik, şərtlər qoya bilərdik. Ama o zaman investisiyalar bizə o qədər lazım idi ki, biz sadəcə iqtisadi əməkdaşlığa daha çox önəm verdik. Düşünürəm ki, Azərbaycan müsəlmanların daha çox yaşadığı bir ölkə olaraq İƏT-lə əlaqələri daha da genişləndirməliyik. Çünki, Qərb bu problemin həllinə eyni zamnda xristian konteksitindən baxır. Baxmayaraq  ki, Azərbaycan multikulrtural bir ölkədir».

Azərbaycanın xarici diplomatiya idarəsinin xaricdə  diaspora təşkilatlarımızla əlaqələrini şərh edən Elşən Manaflı bildirib ki, hazırda diaspora təşkilatının Xarici İşlər Nazirliyinin tərkibinə qatılması və orda bir qurum kimi işləməsi barədə fikirlər söylənilir. « Azərbaycan diplomatiyası ilə  Azərbaycan lobbisinin birgə  fəaliyyəti nəticəsində Xocalı faciəsinin dünyada soyqırıımı kimi tanınması istiqamətində böyük uğurlar qazanılıb. Dünyanın  16 dövlətinin parlamenti, ABŞ-ın 21 ştatı faciəni soyqırım  kimi tanıyıb. Bu diplomatiyamızın Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından ciddi uğuru kimi qiymətləndirilməlidir”.
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında heç şübhəsiz ki, ən böyük rolu Türkiyə və bu ölkənin vətəndaşları oynayır.  Bu günlərdə redaksiyamıza müraciət edən Türk Birliyi Partiyasının Adana şöbəsinin sədri və  Müstəqil Türk Dövlətləri Konqresinin baş mütəxəssisi, Bütün Gənclərin Yardılaşma Dərnəyinin təsisçisi  Ali Osman Günindi azərbaycanlıların dəstəyi olmadan Xocalı soyqırımının  ildönümündə Ermənistana qarşı etiraz mitinqi təşkil edib. Bundan əlavə Ali Osman Günindi Xocalı faciəsi və Qarabağ həqiqətlərindən bəhs edən «Şahin bey Resi» adlı filmin çəkilməsinə nail olub.  Osman bəy filmin Azərbaycanda yayımlanmasına və tanıdılmasına nail olmaq istəyir. Ali Osman bəy Azərbaycanın Türkiyədəki səfirliyinə müraciət edərək Azərbaycana xidmət etmək istədiyini rəsmən bildirib.
Azərbaycanın dəstəyi olmadan Xocalı faciəsini andiran tammetrajlı bədii filmin çəkilməsi özlüyündə böyük uğurdur və biz bu filmin həm ölkəmizdə, həm də  bütün dünyada uğur qazanacağına ümid edirik.

Eyni zamanda Belçikada  yaşayan  Cənubi Azərbaycan və Türkiyədən göçən, əslən azərbaycanlı olan  soydaşlarımızın bu ölkədə  xalqımızın dini və mədəni ənənələrini yaşatmaq səyləri təqdirəlayiqdir. Belçikada məskunlaşan soydaşlarımızdan Hüseyin Bağçının “Bizim Yol”a verdiyi məlumata görə, hər il  Brüsseldə fəaliyyət  göstərən mədəniyyət dərnəyi tərəfindən Novruz bayramı şənlikləri təşkil olunur. Brüsseldə  soydaşlarımızın səyi ilə  açılmış  məsciddə dini  mərasimlər yerinə yetirilir, soydaşlarımızı Brüssel məktəblərində yerli dildə təhsil alan  balalarının türk  və Azərbaycan dillərini unutmamaları üçün bazar günü məktəbləri təşkil edirlər. Ən ürəkaçan fakt bayram şənliklərinə  Brüssel  şəhər icmasının və müxtəlif xalqların nümayəndələrinin cəlb edilməsidir ki, bu da  adət və ənənələrimizin, ölkəmizlə bağlı doğru informasiyanın çatdırılasında atılan addımdır.  Necə deyərlər, dama -dama göl olar. Hər ölkdə yaşayan azərbaycanlı bacı və qardaşlarımız öz vətəndaşlıq vəzifələrini vətən sevgilərini bu qaydada göstərə bilsələr Azərbaycan  daha da güclənər. Hər ürəkdə bir Azərbaycan yaşayar.

 İlhamə Rəsulova

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]