Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan-Avropa İttifaqı müzakirələri başlayacaq

Azərbaycan-Avropa İttifaqı müzakirələri başlayacaq
Bölmə :
KİVDF
Yayım tarixi :
3/3/2017 [23:36]
Baxılıb :
2498 dəfə
Ermənistan Brüsellin müəyyən şərtlərini yerinə yetirib daha üstün mövqeyə cəhd edir
Politoloq Elxan Şahinoğlu: «Azərbaycan bütün sahələrdə Ermənistandan üstün mövqeyə sahib olmalıdır, çünki bu yol torpaqların işğaldan azad olunmasını şərtləndirir»

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin əsası 1996-cı il aprelin 22-də imzalanmış və 1999-cu il iyulun 1-də qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Bu saziş çərçivəsində siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadiyyat, qanunvericilik, mədəniyyət və digər sahələrdə genişmiqyaslı əməkdaşlıq nəzərdə tutulub. Sazişin imzalanmasından keçən 20 il ərzində Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı maraq kəsb edən bir çox sahələrdə sıx və faydalı əməkdaşlıq əlaqələri qurub.

Enerji təhlükəsizliyi sahəsində ikitərəfli əməkdaşlıq 2011-ci il yanvarın 13-də Azərbaycan və Avropa İttifaqı arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalandıqdan sonra start götürüb. Bu layihə ilə Azərbaycan 2018-ci ildən sonra Avropanı ildə 10 milyard kubmetr, 2030-cu ildən etibarən isə il ərzində 25-30 milyard kubmetr qazla təmin edə biləcək. 

“Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi üzrə Məşvərət Şurasının ikinci toplantısı fevralın 29-da Bakı şəhərində keçirilib. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirə Avropa İttifaqı tərəfindən xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və enerji birliyi üzrə vitse-prezident Maroş Şevçoviç, həmçinin layihənin iştirakçısı olan ölkələrdən enerji nazirləri və digər yüksək səviyyəli qonaqlar da qatılıblar. İclasın sonunda “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə və layihənin Balkan bölgəsinə genişlənməsinə dəstəyi əks etdirən Birgə Bəyannamə imzalanıb.

Azərbaycan 2009-cu ildən həyata keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsündə də iştirak edir. Azərbaycan Avropa İttifaqı ilə sıx iqtisadi-ticarət əlaqələrinə malikdir və Cənubi Qafqazda bu qurumun ən böyük ticarət tərəfdaşıdır. 

Azərbaycan 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib. 

Qeyd edək ki, sözügedən saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Avropa Komissiyasi nın vitse-prezideniti Federika Mogeriniyə təqdim olunub.

Azərbaycanın Avropa Ittifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycanla Avropa Ittifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Avropa İttifaqı Şurası artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verib. Yaxın həftələrdən etibarən bu istiqamətdə intensiv danışıqlar başlanılmalıdır.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində daha çox enerji təhlükəsizliyi sahəisində əməkdaşlıq aktualdır. Bununla belə bu qurumun qonşu ölkələrlə bir sıra strateji inteqrasiya proqramları mövcuddur. Gürcüstan bu istiqamətdə addımlar ataraq bu il martın 28-dən tam qüvvəyə minəcək viza sadələşdirilməsi barədə razılaşma imzalanmasına nail olub. 

Bu günlərdə  Ermənistan prezidenti Serj Sarkisyan da Brüsseldə olub Avropa lidlerləri ilə müəyyən danışıqlar aparıb. Yerevan 2014-cü ildə xəyal qırıqlığına uğratdığı Brüssellə əlaqələri yenidən bərpa etməyə cəhd edir. Bu, xüsusi ilə seçki kampaniyası və cəbhə xəttində gərgin situasiyanın davam etdiyi dövrə təsadüf edir. Ermənistanın cəhdləri Azərbaycanın da bu istiqamətdə ciddi addımlar atmasını diqtə edir.     

Politoloq Elxan Şahinoğlu «Bizim Yol» qəzetinə şərhində deyib ki, Azərbaycan bütün sahələrdə Ermənistandan üstün mövqeyə sahib olmalıdır, çünki bu yol torpaqların işğaldan azad olunmasını şərtləndirir. Politoloqun sözlərinə görə ancaq bir istiqamətdə Ermənistandan geri qala bilərik: «Avropa İttifaqının Şərq Tərəfdaşlıq Proqramı çəvçivəsində Brüssellə Assosiativ sazişi Gürcüstan, Ukrayna və Moldova imzaladılar, müxtəlif səbəblərdən Azərbaycan və Ermənistan imzalamadılar. Bu ilin başlanğıcında Brüsselə ilk olaraq Azərbaycan prezidenti səfər etdi, bir neçə gün əvvəl isə Ermənistan prezidenti də Avropa İttifaqının paytaxtında görüşlər keçirdi. Rəsmi Bakı danışıqlara başlayaraq Avropa İttifaqı ilə strateji sənədin üzərində işləyəcək. Sənədin bu il imzalanacağı hələ bilinmir.

Bunun qarşılğında rəsmi İrəvan Brüssellə danışıqları başa çatdıraraq tərəfdaşlıq sazişini imzalamağa yaxındır. Ermənistanın bir üstünlüyü də odur ki, Ümumdünya Ticarət Təşkilatının üzvüdür. Bu Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinin imzalanmasında başlıca şərtlərdən biridir. Azərbaycan isə Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və nə vaxt üzv olacağı da bəlli deyil, danışıqlarda irəriləyiş yoxdur. İndi Ermənistan Azərbaycandan əvvəl Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi imzalasa bunun ölkəmizə nə xeyri olacaq? Niyə bu qədər geri düşdük?»deyə politoloq vurğulayıb. 
Siyasi icmalçı Qulu Məhərrəmliisə qəzetimizə şərhində ölkə başçısının Brüsselə səfərini xatırladaraq deyir ki, Azərbaycan bütün hallarda Avropa ilə əməkdaşlıq yönündən imtina etməyib, Avropa Birliyi, Avropa Şurası, ATƏT-lə münasibətlərini yüksək səviyyədə davam etdirir. «Hesab edirəm ki, bu, bizim xarici siyasətdə son iki-üç ildə nəzərə çarpan ən parlaq nüansdır” - deyə müsahibimiz bildirib. 

Qulu Məhərrəmli bildirir ki, Azərbaycanın Gürcüstan-Avropa əlaqələri səviyyəsinə çatmağa xeyli vaxt lazımdır. “Aparılan danışıqlardan və imzalanacaq sazişdən çox də vəcdə gəlməyin tərəfdarı deyiləm. Çünki Gürcüstanda bu məsələ bir az fərqlidir. Gürcüstanın həm geopolitik imkanları, həm Qərblə dialoqu daha davamlı və effektlidir. Azərbaycanın bu danışıqlarının effektiv olmasına imkan verməyən amillər çoxdur. Bu amillərin bir qismi subyektiv olaraq Azərbaycanda asılıdırsa, digəri xarici amillərlə bağlıdır. Ona görə də Azərbaycanla Gürcüstanın vəziyyəti müəyyən mənada eyni deyil. 2008-ci ildə Rusiyanın hücumuna, ərazi itkilərinə baxmayaraq, Gürcüstan böyük sıçrayış edə bildi və bu məsələdə daha təkidli, inadkar görünür.  Düşünürəm ki, Azərbaycan Qərblə danışıqlarda həmişə Gürcüstandan bir addım geridə, Ermənistandan isə iki addım öndə olmalıdır. Bu siyasətlə Azərbaycanı Qərb hüdudlarına səmərəli şəkildə aparıb çıxarmaq olar. Həm də bu danışıqlar, proses dalğavari yox, davamlı olmalıdır. Çünki burada Rusiya, İran faktoru və başqa amillər var. Yəni Azərbaycanın müəyyən təhlükələri var. Ona görə də Azərbaycan bu məsələdə hərəkətlərini çox götür-qoy etməli olur. Əlbəttə, bunun içərsində Qərbin də, beynəlxalq təşkilatların də şərtləri var. Gürcüstanla bağlı göz qabağında olan vəziyyət odur ki, orada bu şərtlərə bir çox hallarda əməl edilir. Azərbaycanda isə təəssüf ki, bu şərtlərə heç də həmişə əməl olunmur. Bax, bu kimi problemlər var” - deyə Q.Məhərrəmli bildirdi.

Politoloq Elman Nəsirov isə hesab edir ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın yeni bir səviyyəsini özündə ehtiva edən bir sənədi mzalamaq niyyətini ortaya qoyub. “Bu istiqamətdə hər iki tərəf ciddi səylər göstərir. Hesab edirəm ki, bu sferada atılacaq addım Bakı-Brüssel əlaqələrinin yeni inkişaf səviyyəsini müəyyən edə bilər. Biz Avropa İttifaqı ilə inqilabi deyil, məhz təkamül yolu ilə əlaqələrin inkişafında maraqlıyıq. Bu nöqteyi-nəqərdən, viza rejiminin sadələşdirilməsi, sonradan tam aradan qaldırılması bizim hədəflərimiz sırasındadır.  Avropa İttifaqı ilə ticari-iqtisadi, mədəni, humanitar, enerji və siyasi sahələrdə olan mövcud əlaqələri növbəti mərhələyə keçirmək də əsas hədəflərdən biridir». 

Deputat, Milli Məclisinin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə Sarkisyanın Brüssel səfərini şərh edərkən deyib ki, bu ilk növbədə erməni diaspor təşkilatlarının dəstəyi ilə Avropa ölkələrindən və NATO-dan dəstək almaq üçün edilmiş bir səfərdir: “Sarkisyanın bu addımları onun çox pis strateq siyasətçi olduğunu göstərir. Çünki, Ermənistan bu gün NATO-ya alternativ olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Həmçinin Ermənistan NATO-nun düşmən elan etdiyi Rusiyanın strateji müttəfiqidir. Belə olan halda Rusiyanın rəqibləri ilə əlaqə qurmağa çalışması, iki stulda oturmağa cəhd etməsi Rusiyanın Ermənistana ciddi etimadsızlığına və Dağlıq Qarabağ probleminin həllində bu ölkənin mövqeyinin ciddi şəkildə dəyişməsinə səbəb ola bilər. NATO-nun baş katibinin tərəfləri sülhə çağırması isə yarımçıq diplomatiyadır. Ortada konfilikt yox, bir dövlətin digər dövlətin ərazisini işğal etməsi faktı var. Burada məsələyə ikili yanaşma mövcuddur. NATO baş katibi qəbul etdiyi şəxsin beynəlxalq hüquq normalarını pozduğunun fərqinə varmır. Azərbaycan bu münasibəti yaxşı başa düşür. Bizə görüntü yox, real fəaliyyət, nəticə lazımdır”-deyə deputat vurğulayıb.

İlhamə

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]