Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Düşmənə əks-zərbə, hərbi qərərgah dağıdıldı

Düşmənə əks-zərbə, hərbi qərərgah dağıdıldı
Bölmə :
Gündəm
Yayım tarixi :
2/3/2017 [23:11]
Baxılıb :
22384 dəfə
Ermənistan ordusunun kəşfiyyat-diversiya qurupu zərərəsizləşdirilib, itkilər gizlədilir
Qarabağ ətrafında situasiya necə dəyişəcək, yeni atəşkəs sazişi mümkündürmü?

Cəbhə xəttində gərginlik davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 və 82 millimetrlik minaatanlardan, həmçinin qumbaraatanlardan da (cəmi 80 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 144 dəfə pozub. Müdafiə Nazirliyindən Bizimyol.info saytına verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Dovex, Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım və Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı, Mərzili, Yusifcanlı, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Əməliyyat şəraitinə uyğun olaraq bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Müdafiə Nazirliyi videogörüntülər yaydı


Müdafiə Nazirliyi düşmən qərargahının qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsi ilə bağlı videogörüntü də yayıb. Nazirlikdən Bizimyol.info-ya verilən məlumatda bildirilir ki, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

“Qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır. Bütün cəbhə boyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir”- MN-in mlumatında deyilir. 

Digər bir videoda isə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi dəqiq atəşlə məhv edilməsi göstərilir.


Həmçinin düşmənin təxribat qrupu da məhv edilib.  Bizimyol.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, martın 2-nə keçən gecə cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir.

Qulu Məhərrəmli: “Nə Fransa, nə də ABŞ bu məsələdə söz sahibi deyil”

Siyasi icmalçı Qulu Məhərrəmli Bizimyol.info-ya şərhində deyib ki, qeyri-sabit vəziyyət həmişə bu cür hadisələrlə, toqquşmalarla müşaiyət olunur. Bunlar hazırki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin həllinin mürəkkəbləşdirən faktorlardır. Azərbaycan tərəfi siyasi təzyiqləri artırdıqca, ermənilər cəbhədə bu cür uğursuz hərbi əməliyyatlar keçirirlər. Mesaj vermək istəyrilər ki, biz indiki status-kvonu saxlamaq üçün hərbi əməliyyatlardan vasitə kimi istifadə edirik və s. Hazırki mənzərə bu şəkildədir”.

Qulu Məhərrəmlinin sözlərinə görə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilərin təsir imkanından məhrum olması təəssüfedici haldır. “Rusiya istisna olmaqla, nə Fransa, nə də ABŞ ATƏT-in Minsk Qrupunun həmsdərləri olaraq bu məsələdə söz sahibi deyil. Burada hansı geosiyasi proseslərin baş verdiyini, burda Ermənistanın iradəsinin olduğunu, yoxsa Rusiya təfəfindən müəyyən təzyiqlərin ortaya çıxdığını ciddi şəkildə təhlil etmək lazımdır” - deyə ekspert bildirir. 

“Azərbaycan özü də bu hərbi əməliyyatlardan bəhrələnməlidir”

Ermənistan prezidenti Serj Sarkisyan martın 14-də Moskvaya ikigünlük səfər edəcək. Səfər zamanı Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi zonasında son vəziyyət müzakirə olunacağı açıqlanıb. Sarkisyan-Putin görüşünün Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində baş tutacağı bildirilir.
Həmçinin martın 6-7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Moskvaya rəsmi səfəri reallaşacaq. Onun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutlub. Ancaq ekspertlər hesab edirlər ki, o, üçtərəfli görüşdə də iştirak edəcək. Bu, Nalbadyan və Elmar Məmmədyarov görüşü ola bilər. 

Ötən ilin aprelində olduğu kimi, Rusiyada Ermənistan-Azərbaycan arasında növbəti dəfə atəşkəs əldə olunacağı ilə bağlı qiymətləndirmələr də var. 

Qulu Məhərrəmli hesab edir ki, sözügedən görüşlərdə müəyyən razılaşmaların əldə olunması mümkündür. “Yanaşmam bundan ibarətdir ki, cəbhədəki itkilərə baxmayaraq, Ermənistanın Xankəndində qurulmuş oyuncaq rejimi özünü sabit və rahat hiss edə bilməməsi, yəni indiki situasiyanın müvəqqəti olması üçün Azərbaycan özü də bu hərbi əməliyyatlardan bəhrələnməlidir. Yəni ordakı hərbi rejim birmənalı şəkildə başa düşməlidir ki, onun işğal etdiyi və üzərində otirduğu torpaq başqa bir dövlətə məxsusdur, bu torpağın sahibi iradəsi burada əsas rol oynamalıdır. Ordakı əhali də bunu duymalıdır ki, işğalçılıq siyasətinin sonu yoxdur, bu, onlara daimi narahatlıq gətirəcək. Ona görə də bu məsələlərin sülh yolu ilə həll edilməsi üçün Ermınistana Qarabağla bağlı təklif edilən siyasi statusla razılaşdırmalı, məsələnin həlli yolu danışıqlardan keçməlidir. Belə olmasa, burada uzun müddət Fələstinə bənzər irili-xırdalı hərbi toqquşmaların şahidi olacağıq. Masa görüşünün hansısa məsələni həll edəcəyinə, müvəqqəti də olsa bir razılığın ortaya çıxacağına ümid edirəm. Çünki bu, danılmaz faktdır ki, bir çox məsələlərdə Moskva skripka rolunu oynayır. Ona görə də onun sözü müəyyən dərəcədə həlledicidir”.

“Lokal döyüşlər davam edəcək, müharibə olması isə mümkün deyil”

Bəzi xarici politoloqlar və konfliktoloqlar bölgədə müharibənin baş verəcəyi ilə bağlı proqnozlar verirlər. Qulu Məhərrəmli isə hesab edir ki, bölgədə genişmiqyaslı hərbi əməliyyatların keçirilməsi, böyük toqquşmaların baş verməsi mümkün deyil və bu heç bir dövlətin maraqlarına cavab vermir: “Azərbaycanın son bir ildə göstərdiyi mövqe - yəni sözdən işə keçməsi, hərbi məsələlərdə həssaslıq nümayiş etdirməsi, öz torpağına sahiblik hissini həm də hərbi güclə ifadə etməsi müəyyən qənaətlərə gəlməyə əsas verir. Hesab edirəm ki, əgər Ermənistan və onun arxasında dayanan dövlətlər, konkret olaraq Rusiya da daxil, Azərbaycanın dediyi şərtləri qəbul etməsələr və Azərbaycan yenə zərərçəkmiş vəziyyətində qalsa, bu cür lokal döyüşlər davam edəcək. Amma bu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlaması nə siyasi, nə də hərbi cəhətdən heç kimi üçün məqsədəuyğun deyil. Moskva üçün, ümumiyyətlə regionda marağı  olan dövlətlər, bu hərbi əməliyyatları aparmağa qadir olsa belə, Azərbaycan üçün də məqsədəuyğun deyil. Burada elə həssas nöqtələr var ki, mütləq şəkildə çox böyük hazırlıqlar, o cümlədən siyasi razılaşmalar tələb edir. Yəni bu, günün reallığıdır, bölgədəki situasiyanın diqtə etdiyi reallıqdır. İri hərbi əməliyyatların aparılması mümkün deyil. 

İlham İsmayıl: “Atəşkəs olsa, Dağlıq Qarabağda ermənilərin məskunlaşması prosesi sürətlənəcək”
Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq İlham İsmayıl isə hesab edir ki, Moskva görüşlərində bu dəfə atəşkəs məsələsi müzakirə edilməyəcək. “Aprel döyüşlərindən sonra əldə olunan atəşkəs həmin səviyyədə pozulmayıb ki, yenidən atəşkəs razılaşmasına ehtiyac olsun. Sarkisyanın səfəri əvvəlcədən nəzərdə tutulub. Sarkisyan ötən həftə də Brüsseldə olub. Adətən Avropaya gedib gələndən sonra Ermənistan rəhbərliyi mütləq Rusiyaya səfər edirlər. Sanki öz rəhbərlərinin - Putinin qarşısında hesabat verirlər ki, söhbət nədən gedib, arxa planda, ön planda nədir. Xarici işlər nazirinin səfərində də konkret atəşkəsə nail olmaq məsələsi müzakirə ediləcəyi gözlənilən deyil. Mən atəşkəs olmasını istəmirəm. Atəşkəs olsa, Ermənistanda arxayınçılıq yaranacaq, Dağlıq Qarabağın işğal edilmiş yerlərində ermənilərin məskunlaşması prosesi sürətlənəcək. Yeri gələndə atəşkəsi pozmaq lazımdır. Təbii ki, bunu ordunun adından deyil, öz adımdan deyirəm” - deyə ekspert bildirib.  

Üzeyr Cəfərov: “Ermənilər itkiləri gizlədir”

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, istər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. “Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb.  Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, onlar yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə davam edirlər. Cavab addımı kimi düşmənin qərargahı vurulub, ermənilərin itkiləri var. Müdafiə Nazirliyinin bu gün yaydığı videogörüntüdə açıq görünür ki, zərbə dəqiq endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Ermənilər isə itkilərinin olması barədə məlumatı gizlədirlər. Ermənilər üçün itkilərini gizlətmək çox rahatdır. Həm Dağlıq Qarabağ Ermənistan paytaxtından uzaqdır, həm də orada hər hansı video və fotonun yayılmasına icazə verilmir” - ekspert APA-ua bildirib.

General Ramaldanov: «Ermənistan hakimiyyəti seçkiqabağı Qarabağda gərginlik yaratmaq istəyir»

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov da deyib ki, ermənilər cəbhədə itkilərini daim gizlədib: “Atəşkəslə bağlı “Bişkək protokolu” imzalanan ərəfədə - 1994-cü ilin aprel-may aylarında Füzuli istiqamətində ermənilər həddindən çox itki vermişdi. Mən o vaxt orada komandir idim. Ermənilərin bir gündə 500-dən çox itkisi olmuşdu. İndi də həmin vəziyyətdir. Ermənistanda seçkiqabağı kampaniya gedir. Ermənistan hakimiyyəti Qarabağda gərginlik yaratmaq istəyir ki, vəziyyətdən istifadə edərək müəyyən prosesləri nəzarətə alsın. Bu da alınmadı. Azərbaycan Ordusu öz mövqeyindədir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ermənilərin təxribatlarına adekvat cavablar verilir”. 

Rəşad VAQİFOÄžLU

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]