Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
"BİZİM YOL" QƏZETİNİN LAYİHƏSİ: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

«Azərbaycan öz maraqlarını inamla qorumağa qadirdir»

«Azərbaycan öz maraqlarını inamla qorumağa qadirdir»
Bölmə :
KİVDF
Yayım tarixi :
2/3/2017 [23:05]
Baxılıb :
2538 dəfə
Rövşən Əliyev: «TANAP enerji layihəsinin timsalında Bakı müstəqil enerji siyasəti aparmağa tam hazır olduğunu nümayiş etdirdi»

Cənubi Qafqaz regionunun ən böyük iqtisadiyyatına, hərbi, siyasi imkanlarına malik olan Azərbaycanın xarici siyasəti kifayət qədər çətin və həssas maraqların uzlaşdırılması hesabına təmin olunur. Müstəqillik əldə edildikdən sonra bölgədə nüfuz savşına çıxan beynəlxalq güclərin ciddi təzyiqi altında dövlət siyasətini ölkənin milli maraqlarına uyğun olaraq formalaşdırmaq və inkişaf etdirmək, iqtisadi, siyasi, hərbi imkanlarını artırmaq vəzifəsi artıq geridə qalmış mərhələdir. Azərbaycan müstəqil dövlət kimi dünyanın ən böyük hərbi, siyasi, iqtisadi subyektləri ilə əməkdaşlıq edir, dünyanın əksər ölkələri ilə bərabərhüqüqlü əlaqələr qurub. Bununla yanaşı Azərbaycan Avropanın enerji təhlükəsizliyini  təmin edən, özünün iqtisadi qüdrətini artıracaq önəmli layihələrin gerçəkləşməsində müstəsna rol oynayır. Bəs bundan sonra ölkənin xarici siyasətində prioritet məsələlər nədən ibarət olmalıdır? Azərbaycan mürəkkəb geosiyasi şəraitdə  öz maraqlarını necə müdlafiə etməlidir? 

Bu barədə «Bizim Yol»un suallarını beynəlxalq məsələlər üzrə ekspert Rövşən Əliyev cavablandırıb. Ekspert əvvəlcə ölkənin keçdiyi mərhələyə nəzər salıb:

- İlk olaraq, qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır. Cənubi Qafqazın böyük strateji əhəmiyyətə malik ölkəsi olan Azərbaycanın müasir Xarici siyasətini səciyyələndirmək üçün ilk olaraq, ötən əsrin sonlarına nəzər salmaq vacibdir. Uzun zaman SSRİ-kimi nəhəng dövlətin tərkibində yaşayan bir ölkə nəhayət, 90-cı illərin əvvəllərində müstəqillik qazanmaq üçün növbəti dəfə şans qazandı. Yeni yaranan ölkədə siyasi təlatümlər, tez-tez hakimiyyət dəyişikliklərinin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə ilkin addımlarını atmağa nail oldu. BMT, o zaman ATƏM, sonradan ATƏT adlanan mötəbər qurumlarda üzvlüyünü təsdiqlətdi. Süni şəkildə yaradılan Dağlıq Qarabağ problemi  yeni dövlət üçün əsl sınaq mərhələsi oldu. Azərbaycan xarici siyasəti bəlkə də, ilk ciddi uğurunu bu zaman əldə etmiş oldu. Belə ki,rəsmi Bakı BMT-də ərazi bütövlüyünün tanınması ilə bağlı 4 məlum qətnamə qəbul etdirə bildi. Bütün bunların fonunda ərazilərin müəyyən hissəsi işğal olundu. Daxili sabitliyin möhkəm əsaslar üzərində olmaması da bu məsələdə öz sözünü dedi. Amma Azərbaycanın zəngin karbohidrogen yataqları xarici siyasətin başlıca aləti kimi hələ öz sözünü deməli idi. Belə də, oldu. 1994-cü ilin sentyabrında bağlanan “Əsrin müqaviləsi” xarici siyasət kursunun müəyyənləşməsində yeni səhifə açdı. Bu müqaviləni tənqid edənlərin və ya tərəfdarları arasında kimin haqlı olmasından asılı olmayaraq, “Əsrin müqaviləsi” özündə bir neçə önəmli diplomatik məsələni ehtiva edirdi. Müqavilə təkcə, Azərbaycanın tanınması deyil, təhlükəsizliyi və regionda söz sahibi olması demək  idi. Heç təsadüfi deyil ki, Azərbaycan bu gün də Cənubi Qafqazın iqtisadi cəhətdən ən güclü ölkəsidir. Burda bir haşiyə çıxaraq, qeyd etmək lazımdır ki, əslində neft amili hər zaman Azərbaycanın həm xoşbəxtliyi, həmdə baş bəlası olub. Hələ 19-cu əsrin sonlarında, 20-ci əvvəllərində Bakıda yaşanan neft bumu paytaxtı qısa zamanda dünyada tanıtdı. Elə bu amil də müsəlman Şərq ölkəsi olan Azərbaycanda özünüdərk prosseslərini, demokratikləşməni sürətləndirdi. Məhz neft amili sayəsində Azərbaycan Orta Asiyada yerləşən müsəlman-türk xalqlarından siyasi düşüncə sarıdan fərqlənir. 

- Azərbaycanın bugünki xarici siyasət prioritetlərini necə dəyərləndirərdiniz?

- Dövlətin bu gün həyata keçirdiyi xarici siyasət kursu barədə danışarkən, bir neçə amili mütləq diqqətdə saxlamaq lazımdır. İlk olaraq, ölkə əhalisinin islam dininə sitayiş edən insanlardan olduğu göz önünə gətirilməlidir. Şimaldan imperialist-xristian Rusiya, Qərbdən xristian Ermənistan və Gürcüstanla əhatə olunan bu coğrafiyada baş çıxarmaq o qədər də asan deyil. Baxmayaraq ki, cənub qonşumuz müsəlman İranıdır, Tehranın şovinist siyasətini görmək və dərk etmək üçün əlavə şərhə ehtiyac duyulmur. Elə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında  xristian Qərbin və Rusiyanın təcavüzkar Ermənistana qarşı sərgilədiyi mövqeyə nəzər salmaq kifayətdir. Digər yandan, son günlər Gürcüstan əhalisinə Avropa İttifaqı ölkələrinə Şengen vizası olmadan, səyahət edə bilməsi kimi şəraitin yaradılması bölgədə kimə qarşı hansı münasibətin göstərilməsini görməyə bəs edər. Halbuki, rəsmi Bakı dəfələrlə köhnə qitədən gələn yüksək çinli məmurlarla bu və ya bu kimi məsələləri dəfələrlə müzakirə edib. Sadalananlar Azərbaycanın xarici siyasətinin aşmağa çalışdığı başlıca amillər kimi göstərilə bilər. Azərbaycanın müstəqillik əldə etdiyi bu illər ərzində uğurlara gəlincə, rəsmi Bakı istər, Türk birliyi, istər müsəlman həmrəyliyi, istərsə də, dünyaya inteqrasiya sahəsində xeyli uğurlar əldə edib. 

- Bunlardan bir neçəsini sadalamaq yerinə düşər”¦ 

- Hazırda Azərbaycan bütün sahələr üzrə davamlı və özünəməxsus şəkildə inkişaf edir, beynəlxalq aləmdə nüfuzu durmadan artır. Xarici siyasətin prioritet istiqamətlərində əldə edilən uğurlar ümumiyyətlə, daha dinamik diplomatik fəaliyyət göstərməyə imkan verir. Bu kontekstdə xarici siyasətin prioritetlərini mütəmadi olaraq nəzərdən keçirməyə ehtiyac yaranır. Çünki sürətlə dəyişən geosiyasi mühitdə çevik adaptasiya qabiliyyətinə malik diplomatiya milli maraqları təmin etmək işində mühüm rol oynayır. Bütövlükdə Azərbaycanın xarici siyasətinin prioritetləri məlumdur. Burada ikitərəfli əlaqələrə böyük diqqət yetirilir. Bunlarla bərabər, beynəlxalq təşkilatlarda diplomatik fəaliyyəti gücləndirməyə çox əhəmiyyət verilir. Lakin müasir mərhələdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin əsas vəzifəsi hesab olunur. Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal etməklə ölkənin suverenliyi üçün ciddi təhlükə yaradıb. Ona görə də ilk növbədə bu problem həllini tapmalıdır. Azərbaycan ölkənin ərazi bütövlüyünün bərpası üçün güclü diplomatik addımlar atıb. Məhz bu fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlar tanıyır. BMT, ATƏT, Avropa Şurası, NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumlar bununla bağlı qərar və qətnamələr qəbul ediblər. Son illər ölkə həmin istiqamətdə daha böyük uğurlar əldə edib. Bu kontekstdə hər şeydən əvvəl Azərbaycanın BMT TŞ-yə üzv seçilməsini göstərmək lazımdır. Ölkə bu nailiyyəti güclü siyasi-diplomatik fəaliyyət nəticəsində əldə edib. Bunlarla yanaşı, Azərbaycan özü beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. 2011-ci ildən başlayaraq Bakıda "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" keçirilir (iki ildə bir dəfə). Azərbaycan "Beynəlxalq Humanitar Forum" kimi mötəbər bir platformanın təşəbbüskarıdır. Bakı şəhəri 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" oldu. TransAnadolu təbii qaz boru xətti (TANAP) adlı enerji layihəsinin timsalında isə Bakı müstəqil enerji siyasəti aparmağa tam hazır olduğunu nümayiş etdirdi. Azərbaycan bu sahədə öz maraqlarını qətiyyət və inamla qorumağa qadirdir. BP şirkətinin, yol verdiyi səhvlərə görə, ölkə rəhbəri tərəfindən kəskin tənqid olunması bunun bariz nümunəsidir. Azərbaycan yeni beynəlxalq enerji layihələri hazırlamaqla Avropa ilə Asiya arasında sülh və əməkdaşlıq körpüsü rolunu oynamağa qadir olduğunu nümayiş etdirir. Bu, ölkənin xarici siyasətinin regional inteqrasiyaya böyük töhfələr verdiyini təsdiqləyir. Yeni enerji layihələrinin reallaşması Azərbaycanın regional təşkilatlarda aktiv diplomatik fəaliyyəti fonunda baş verir. 

- Bu gün Azərbaycanın xarici siyasət kursunu səciyyələndirsək qarşıda hansı vəzifələr dururu? 

- Ölkənin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq və bunları beynəlxalq təhlükəsizlik sistemi ilə əlaqələndirmək. Mənafeyi Azərbaycanın milli maraqları ilə həmçinin dövlətçilik maraqları ilə uyğun gələn ölkələrlə daha sıx əməkdaşlıq, müttəfiqlik etmək. Bu imkanlardan istifadə edərək beynəlxalq sistemdə mövqeyini bərkitmək.
Regionda baş vermiş hər hansı bir gərginliyin və ya münaqişələrin aradan qaldırılmasına səy göstərmək.

Xalqın mənafeyinə uyğun xarici iqtisadi siyasət yeritmək, ölkə iqtisadiyyatını beynəlxalq iqtisadi sistemdə təmsil etmək.

Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr qurmaq və bu kimi təşkilatlarda fəal iştirak etmək.

Bizimyol.info

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]