Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Ayaz Mütəllibov: “Müharibə qızışsa, Azərbaycan və Ermənistan Suriyanın gününə düşə bilər”

Ayaz Mütəllibov: “Müharibə qızışsa, Azərbaycan və Ermənistan Suriyanın gününə düşə bilər”
Bölmə :
Müsahibə
Yayım tarixi :
1/3/2017 [15:40]
Baxılıb :
1094 dəfə
“Qarabağ probleminin sülh yolla həlli “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”nun işləməsindən asılıdır”

- Fevralın 24-25-i tarixlərində cəbhədə baş verən son hərbi toqquşmaların arxasında Rusiyanın dayandığı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sizcə, bu nə qədər doğrudur?

- Bu cür birtərəfli düşünmək və bunu mətbuata çıxartmaq düzgün deyil. Rusiyanı yenidən Azərbaycana düşmən etmək deməkdir. Qarabağda nə baş verdiyini anlamaq üçün hər şeydən əvvəl Rusiya tərəfinin bu müharibənin olmasında nə marağı olduğunu nəzərə almalıyıq. Sizə elə gəlmirmi ki, Ermənistanda və Azərbaycanda elə qüvvələr vardır ki, onlar müharibənin tərəfdarlarıdır və başqa ölkələrin tapşırığını yerinə yetirirlər. Yaxud da Qarabağda vəziyyətin gərginləşməsi onların biznes maraqlarındadır. Şeytan xislətli fərdlər hər yerdə var. Rusiyanın vəziyyəti gərginləşdirməsi ağıla gələsi deyil, çünki Rusiya və İran Azərbaycanda və Qarabağda stabilliyin olmasının tərəfdarıdırlar. 

Ötən il avqustun 8-də “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu” yaranıb və bu “oxun” işləməsi üçün Azərbaycanda siyasi və hərbi sabitliyin olması bu ölkələrinin xeyrinədir. Hansı tərəfin müharibəni qızışdırdığını bilmədən, düzgün nəticə çıxartmaq olmaz. Götürək, ötən ilin aprel hadisələrini. Onda Rusiya tərəfinin zəngi ilə genişmiqyaslı hərbi əməliyyatlar dayandırıldı və ilk dəfə olaraq Rusiya tərəfi zəbt olunmuş torpaqların qaytarılması məsələsini ortaya qoydu və ilk mərhələdə 5 rayonun qaytarılması nəzərdə tutulmuşdu. Yuxarıda adı çəkilən “Avqust Sazişinin” mahiyyəti də Cənubi Qafqazda sabitliyin təmin olunması ilə bağlı idi. Qərbdə bəzi qüvvələr adını çəkdiyimiz Sazişin işləməsinin tərəfdarı deyillər. Ermənistan tərəfi bunu bilir, onlara arxalanıb, torpaqlarımızı qaytarmaq istəmirlər. Cənubi Qafqazda stabilliyi pozması da bununla bağlıdır.

“Qarabağın “açarı” Rusiyanın əlindədir”

- Son günlər Qarabağdakı erməni separatçı rejimin rəhbərləri və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və bunun üçün Azərbaycanın güzəştə getməsini bəyan edir. Ermənistan tərəfi bu məsələdə özlərinin də güzəştə gedə biləcəyini söyləyirlər. İndiki mərhələdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli nə qədər real görünür?

- Qarabağ məsələsinin sülh yolu və torpaqların ərazi bütövlüyü çərçivəsində həlli adını çəkdiyim 8 avqust 2016-ci il Sazişindən irəli gəlir. Aydındır ki, “Qarabağın açarı” Rusiyanın əlindədir. Bura İranı da əlavə etsək, yəni İrandan Ermənistanın necə asılı olduğunu nəzərə alsaq, və bu ölkə də Ermənistana təzyiq etsə, məsələnin həlli çox asanlaşır. Ermənistan tərəfi bunu görür və təşəbbüsü ələ almaq istəyir. Qeyd etməliyəm ki, ABŞ Prezidenti Tramp İrana qarşı sərt çıxışlar edir və İran tərəfini Rusiyaya daha da yaxınlaşdırır, Cənubi Qafqazda müharibə ocaqlarının olmaması həm İranın, həm də Rusiyanı geosiyasi marağındadır. Belə halda sülh yolu Ermənistan üçün də optimal yoldur. Biz “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”ndan irəli gələn məsələləri nə qədər tez həll etsək, bir o qədər Cənubi Qafqazda sülhü tez təmin edərik.

“Rusiya, İran və Türkiyə istəməz ki, Azərbaycana nəsə olsun”

- Ümumiyyətlə, siz yaxın illərdə Qarabağ münaqişəsinin həllinə nə qədər ümid edirsiz?

- Bu haqda az öncə də bildirdim. Bunun həlli mexanizmini “Rusiya-Azərbaycan-İran-Türkiyə oxu”nun işləməsində görürəm. Bu “ox” Azərbaycanı üç ölkə tərəfindən qorumağa məcbur edəcək. Çünki fikir versəniz, Azərbaycan bu ölkələr arasında körpü funksiyasını öz üzərinə götürüb və bu üç ölkə istəməz ki, Azərbaycana nəsə olsun. 

“Qarabağda müharibə qızışsa, Qərb ölkələri Cənubu Qafqaza girə bilərlər”

- Bəzi tanınmış şəxslər və siyasətçilər, həmçinin xalq artisti Zeynəb Xanlarova müharibə çağırışları edir, münaqişənin yalnız müharibə yolu ilə həllinin mümkün olduğunu bəyan edir. Bu cür çağırışlara münasibətiniz necədir?

- Söylədiyim fikirləri nəzərə alsaq görərik ki, müharibə bizə yaxın olan üç ölkənin zərərinədir. Bu üç ölkəni bir yerə yığıb, Qarabağda sülhü təmin etməliyik. Müharibənin qızışması geniş miqyas ala bilər və Cənubu Qafqaza Qərb ölkələri girə bilərlər, nəticə çox acınacaqlı olar. İstər biz, istərsə Ermənistan Suriyanın gününə düşərik.

Ölkə.Az

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]