Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Maaşı kimlər kartla alacaq?

Maaşı kimlər kartla alacaq?
Bölmə :
Araşdırma
Yayım tarixi :
27/2/2017 [22:29]
Baxılıb :
2647 dəfə
Azərbaycanda 200 min mantadn artıq dövriyyəsi olan sahibkar işçiyə nağd pul verə bilməz

Ölkədə nağd şəkildə maaş verilməsinə məhdudiyyət qoyulur. Bu barədə yayılan məlumatda qeyd olunur ki, aprel ayının 1-dən etibarən  ödəmələr tamamilə nağdsız yolla həyata keçiriləcək. Bu qanunlar Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərdə nəzərdə tutulur. İqtisadiyyat üzrə ekspert Fuad Əlizadə bildirib ki, tabeçiliyində olan işcilərə əmək haqlarını nağd ödəyən bütün sahibkarlar cərimə olunacaqlar. "Bir çox sahibkarlar artıq öz işçiləri üçün maaş kartları sifariş etməyə başlayıblar."- deyə o əlavə edib.

Gənclər nağdsız ödəmələrin, yaşlılar isə nağd ödənişlərin tərəfdarıdır

Özəl müəssisələrin birində çalışan 62 yaşlı Sara xanım deyir ki, illərdir işlədiyi iş yerində maaşını nağd qaydada alıb. Indiyə kimi heç vaxt kart sisteminə keçidlə bağlı onlara nəsə deyilməyib: “20 ildən çoxdur ki, özəl müəssisədə çalışıram. Hər ay maaşımızı nağd şəkildə əlimizə alırıq. Düzdür, bəzən gecikmələr, ləngimələr olur. Ancaq biz bu üsula öyrəşmişik. Kart sisteminə keçiddə bəlkə də bizim üçün heç nə dəyişməyəcək. Sadəcə maaş ödənişinin forması dəyişdirilir. Xaricdə yaşayan qohumlarımıza hər dəfə maaşımı nağd aldığımı deyəndə mənə qəribə baxırlar. Axı, onların hamısında kart sistemidir. Hələ də nağd yolla maaş verildiyinə inanmırlar. Düzü bu sistemin dəyişməyini istəmərəm. Çünki kartdan istifadə edən hər kəs çıxılan faizdən, başqa bankomatdan istifadə edən zaman çıxan puldan narazıdır. Bəlkə mənim maaş aldığım bankın bankomatı mən yaşayan ərazidə olmayacaq? Mən hər dəfə nəyə görə yolumu dəyişməliyəm? 

22 yaşlı bank işçisi Günel Məmmədova isə deyir ki, istənilən halda kart sisteminin olması faydalıdır: “Həm işlədiyim yerə xarakterik olaraq, həm də kartdan istifadə edən biri kimi nağdsız ödənişin tərəfdarıyam. Kartla alış veriş daim rahatdır. Düzdür, bizdə bir qədər faizlər çoxdur. Ancaq buna baxmayaraq kart vasitəsi ilə hər an istədiyin əməliyyatı həyata keçirmək, istədiyin əşyanı almaq olar. Ancaq əlində nağd pulun olub, kartın olmadıqda bir qədər əziyyət çəkməli olursan. Məsələn, maaşım karta oturandan sonra heç yerimdən tərpənmədən  kommunal xərcləri ödəyirəm. Ancaq pul əlimdə nağd olduqda ən azı banka ya da poçta üz tutmalıyam. Bu isə mənim üçün vaxt itkisidir. Qısaca kart sisteminin olması istənilən halda faydalıdır”.

Əkrəm Həsənov dəyişikliklərə aydınlıq gətirir 

Hüquqşünas Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, məsələ heç də qeyd olunduğu kimi deyil: “Əmək haqqı hər kəsin nağdsiz şəkildə ödənməlidir» fikri düzgün deyil. Yəni, qanunda bu hamıya aid edilməyib. Orada müəyyən bəndlər var. Ona əsasən kimin əmək haqqını əvvəlki qaydada yəni  nağd şəkildə ödəyə biləcəyi qeyd olunub. İllik dövriyyəsi 200 min manatı keçməyən, pərakəndə satış, iaşə və xidmət göstərənlər əmək haqqını nağd qaydada ödəyə bilərlər. O ki, qaldı bunun konkret tarixinə, bəli bu aprel ayının 1-dən tətbiq olunacaq. Digər sahibkarlar isə işçilərinə əmək haqlarını kart vasitəsi ilə vermək məcburiyyətindədirlər”.

Ə.Həsənov deyir ki, bəzi xəbərlərdə ölkədəki nağd əməliyyatların bitməsi ilə bağlı fikirlər səsləndirilir. Belə bir şey yoxdur: “Sadəcə illik dövriyyəsi 200 min manatdan çox olan sahibkarlar ayda yalnız 30 min manat məbləğində nağd ödənişlər edə biləcəklər. Digər sahibkarlar isə 15 min manat nağd ödənişlər edə bilərlər. Bundan yuxarı məbləğdə olan əməliyyatları nağdsiz qaydada həyata keçirməməlidirlər. Bəzi ödəniş növləri var ki, onlar mütləq nağdsiz qaydada aparılmalıdır. Bunlar missal üçün, gömrük rüsumları, vergilər, dövlət orqanlarına və dövlət təşkilatlarına olan bütün ödənişlər nağdsiz qaydada həyata keçirilməlidir. Bu həm sadə vətəndaşa, həm də sahibkara aid edilir. Telefon xidmətləti, kommunal xidmətlər nağd qaydada ödənə bilməz. Yəni, bu o deməkdir ki, heç kim vətəndaşın evinə gedib ondan qaz, işıq, su pulu ala bilməz. Vətəndaş bu əməliyyatları məhz bank vasitəsi ilə ödəməlidir».

Qanuna əsasən..

Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” 23 dekabr 2016-cı il tarixdə qanun qəbul edildi. Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.

Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Əgər hər iki tərəf vergi ödəyicisi olarsa bu zaman onlar arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız birinin bank hesabından digərinin bank hesabına köçürülməklə və ödəniş vasitələri ilə həyata keçirilə bilər.
Qanuna əsasən ƏDV ödəyiciləri və sadələşdirilmiş vergi ödəyicisi olmayan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30,000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15,000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Həmçinin qanuna əsasən aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:

- vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
- “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
- faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
- təhsil haqlarının ödənilməsi və turagentlərə ödəmələr.

Bizimyol.info-nun Facebook səhifəsində keçirdiyimiz sorğu nəticəsində istifadəçilərimizin nağdsız ödəmələrlə bağlı fikirlərini öyrəndik. Onlardan bəzilərini təqdim edirik: 

Nigar Məmmədova adlı izləyicimiz deyir ki,  maaşını kart vasitəsi ilə alır: “Bundan əlavə «Master» kartım da var. Nağd olsa, başına iki günün içində «daş salaram»».

Aysel Abdullayeva da maaşı kartla alır. Ancaq o düşünür ki, plastik kartlar əlavə xərcdir. 

Elman Mütəllim adlı izləyicimiz isə deyir ki, 8 ədəd kartı var, hərəsi də ayrı banklardan. Günüm onlarsız keçmir”.

Nemət Əşrəfov isə kart dedikdə ancaq cin və sim kartları tanıdığını deyir: “Bankomat kartları isə heç vaxt mənlik olmayıb”. 

Ziyad Baxışov isə ölkənin böhranda olmasının səbəbinin nağd alış- verişlər olduğunu qeyd edib.
Digər rəy bildirən izləyicilərimiz bir qismi maaşı kartla aldıqlarını, digələri işsiz olduqlarını bildiriblər. 5 izləyicimiz isə maaşlarının yarısını kartla yarısını isə nağd aldıığını yazıb.

AYSEL

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]