Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Diskursun Sahibləri - Məmməd Süleymanov

Bölmə :
Köşə
Yazar :
Məmməd Süleymanov
Yayım tarixi :
17/7/2012 [12:23]
Baxılıb :
1997 dəfə

WikiLeaks saytının yaradıcısı Culian Assanc jurnalistləri “hərbi cinayətkarlar” adlandırıb. Onun arqumentasiyasına görə, İraqda 8 min amerikalı əsgər və 600 min dinc iraqlı həlak olub, ancaq media diqqətinin 80 faizini yalnız ABŞ hərbçilərinə ayırır. Bununla da, iraqlılar sadəcə görünməz olurlar. Və Assanca görə, elə bu da müharibəni davam etdirməyə imkan yaradır.

Medianın münaqişələrin dayandırılmasında nə dərəcədə həlledici rolu ola bilər? - Cavab vermək çətindir. Ancaq hər halda Assanc hesab edir ki, media günahsız iraqlıların kütləvi qətlinə, müharibənin niyə və necə davam etdiyinə yetərincə yer ayırsaydı, hərb sülhlə əvəzlənərdi.
İstənilən halda Assancın nəticəsi şübhəli görünür. Ancaq bir müddəanın doğruluğuna şübhə yoxdur ki, mətbuat (TV, fotojurnalistlər, qəzetlər, saytlar) münaqişələrin işıqlandırılmasında və neytral mövqe sərgiləməkdə günü gündən daha az müstəqildirlər.
Sol publisist İsrael Şamir bu yaxınlarda yazıb: “Bizim dünyamızda keçmiş dövrlərlə müqayisədə diskursda hər şey zəbt olunub. İnternetə və digər azad görünən mənbələrə baxmayaraq, günün mövzularını və cavabın variantlarını bir qrup adam diqtə edir. Və həmin adamlar da “Reyters” xəbərlər agentliyinin və “Nyu-York Tayms”ın sahibləridir”.
Şamir onları “Diskursun Sahibləri” adlandırır və davam edir: “Suriyada kimin kimi öldürdüyünü, yaxud kimin qanuni yolla prezident seçildiyini və kimin isə diktator olduğunu bu şəxslər təyin edir. Onlar müəyyənləşdirirlər: Niyə ABŞ pilotsuz təyyarəsinin zərbələrindən Əfqanıstan toyunda ölən dinc sakinlər, yaxud İsrailin işlətdiyi napalm bombalarının yağışı altında həlak olan yüzlərlə fələstinli uşaq - hadisə deyil, ancaq haradasa keçirilən 5 nəfərlik piket - hadisədir”.
Biz nə vaxtsa Antonio Qramşinin “molekulyar aqressiya”, Marigellanın isə “KİV faşizmi” adlandırdığı fenomenlə üz-üzəyik. Və yaşanan hər gün bu müddəanın təsdiqi üçün yeni, çoxsaylı faktlar bəxş etməyindədir.

Tipik misal kimi mayda Suriyanın Əl-Xula kəndində baş vermiş qətliamın mediada necə işıqlandırılmasını göstərmək olar. İlkin məlumatlara görə, Bəşər Əsəd rejiminin kəndi artilleriya atəşinə tutması nəticəsində əksəriyyəti qadın və uşaqlar olan 100-dən çox kənd sakini həlak olub. Bu xəbəri tirajlayan Qərb mətbuatı onu Əsəd rejiminin genosid siyasəti kimi qələmə verməklə hətta Suriyanın işğalına başlamağın vaxtı çatdığını vurğulayırdılar, halbuki bu qətliamda ilk növbədə məhz Suriya hakiiyyəti maraqlı deyildi. “Annan planı”nın reallaşmasına razılıq verən Bəşər Əsədə elementar özünüqoruma instinkti diqtə edirdi ki, nəinki dinc əhaliyə, hətta əlisilahlı qiyamçılara qarşı da əməliyyatları saxlamaq zamanıdır.
Aparılan təhqiqat göstərdi: insanlar yaxın məsafədən atılan güllələrlə qətlə yetirilib. Deməli, kənd artilleriya atəşinə (yəni, hökumət qoşunlarının atəşinə) məruz qalmayıb, həmin vaxt kənd qiyamçıların nəzarətində olduğundan, dinc əhalini avtomat silah və tapança güllələri ilə də məhz onlar qətlə yetirilə bilərdi.
Bu nəticələr ortaya çıxan kimi Qərb mətbuatı Əl-Xula müsibətini dərhal “unutdu” - sanki heç bu hadisə olmayıb. Çünki, Diskurs Sahiblərinə qətliamın qiyamçılar tərəfindən törədilməsi həqiqəti gərk deyildi. Ancaq yalan versiya artıq istifadəyə buraxılmışdı və Suriyadan kənarda Əsəd rejimi haqqında onsuz da olan mənfi (və tamamilə əsaslı) ictimai rəyi daha da möhkəmlətməyə öz töhfəsini verdi.
Medianın Əl-Xula hadisələrinə dair mövqeyi heç də unikal deyildi və son onilliklərdə saysız-hesabsız hallarda, dünyanın müxtəlif yerlərində tətbiq edilmişdi. İlk misallardan biri 1989-cu ilin dekabrına aiddir - Rumıniyada Nikolaye Çauşesku hökumətinin devrilməsi və “rumın inqilabı”na.
O vaxt TV-ekranları və qəzet səhifələrini Çauşeskunun “Sekuritate”si tərəfindən Buxarestdə və Timişoarada (macar azlığın yaşadığı ərazidə) qətlə yetirilən şəxslərin qalaq-qalaq cəsədinin video- və fotokadrları doldurdu. Bunlar hamısı falsifikasiya idi, xəstəxanalarda müxtəlif vaxtlarda öz əcəli ilə vəfat etmiş şəxslərin cəsədləri idi, bir çoxunda anatomik təşrihin yerləri də aydın görünürdü. Ancaq tamaşaçı gördüyünə yox, eşitdiyinə inanmaq istəyirdi, oxucu gördüyünü yox, oxuduğunu həqiqət sayırdı. Odur ki, bu fotolarda da onlar təlqin olunanlara inandılar. Üstəlik, bu təbliğat texnologiyası yeni idi, fərdlər medianın onları bu dərəcədə kobudcasına və qəddarlıqla aldada biləcəklərini heç ağıllarına da gətirmirdilər. Aldadılma təcrübəsi illərlə sonra gələcəkdi, ancaq o gələnə qədər Rumıniyada Sistem devrildi, Çauşesku və xanımı “məhkəmə” kimi qələmə verilən absurd bir şouda ölümə məhkum edilərək tələm-tələsik güllələndi.
Çauşeskuların edam xəbərini nekofilcəsinə və “əlverişli” şərhlərlə obıvatellərə təqdim edən media bir dəfə də olsun bu edamların nə dərəcədə mənəvi və hüquqi cəhətdən yolverilən olması haqda məsələ qaldırmadı. Və məhz Rumıniya hadisələrindən sonra sosioloq Gi Debor baş verənləri “Tamaşa cəmiyyəti” adlandırdı. Sonralar “tamaşa cəmiyyəti” ssenarisi çox yerdə uğurla tətbiq edildi - elə həmin il Panamada Noryeqanın devrilməsindən başlamış ötən il Liviyadakı hadisələrə qədər cəmiyyətə reallıq və informasiya yarlıkı altında tamaşa ssenariləri təqdim olundu. Və hələ ki bu effekt davam etməyindədir.
Halbuki hələ 1991-ci ildə məşhur filosof Jan Bodriyyar özünün qalmaqallı “Körfəz müharibəsi olmayıb” məqaləsində yuxrıdakı mexanizmləri açıb tökmüş və proqnozlarını vermişdi. Məqalədə söhbət təkcə İraqa qarşı Körfəz müharibəsindən yox, ümumiyyətlə hadisələri real zamanda yayan KİV fenomenindən gedirdi. Bodriyyar göstərirdi ki, teleekrandakı təsvirlər hadisənin özünü “lazımsız” edərək reallığın özünü əvəzləyir. Bodriyyar Körfəz müharibəsinin KİV tərəfindən quraşdırılan ilk “virtual müharibə” olduğunu yazır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Bodriyyar bu mövzunu genişləndirərək Nyu-Yorkdakı teraktı “qlobalizmə qarşı elə qlobalizmin özünün dayandığı Dördüncü dünya müharibəsi”nin başlanğıcı adlandırır (“Terrorizmin ruhu” essesi).
Beləliklə, Diskurs Sahiblərinin maraq, istək və sifarişlərinə uyğun olaraq KİV “zəruri” mənzərəni quraşdırır. Bunun üçün təsvirlər də, mətn də dəyişdirilir və təhrif olunur (Şəkillərin təhrifi ilə Azərbaycan da qarşılaşıb. Xocalı qətlamı qurbanlarının cəsədlərinin fotoları Qərbdə Ermənistan tərəfindən dəfələrlə “Türklərin qətlə yetirdiyi ermənilər” kimi təqdim olunub). Əlbəttə, bu qeyri-obyektivlik və təhrifetmələr KİV-ə olan güvənci, medianın peşəkarlığını, nüfuzunu və bitərəflik kriterisini böyük bir sual altında qoyur, ancaq bir tərəfdən “Oyun şamlara dəyir”, digər tərəfdən isə bu qlobal yalanı heç də dünya əhalisinin əksəriyyəti qavramır. Əksəriyyət inanmaqda davam edir. Əlavə edək ki, təbliğat texnologiyaları da yerində saymır və hər dəfə təkmilləşdirilir.
Bununla da biz rejissor Rentso Martensin qalmaqallı “III epizod. Yoxsulluqdan zövq al” sənədli filmində təsvir etdiyi fenomenlə üz-üzə qalırıq. Konqoda çəkdiyi həmin filmində Martens Qərbin periferiyalara münasibətinin arxasında total olaraq və hər saəhdə (o cümlədən, humanitar yardım və demokratiya ixracı) kommersiyanın dayandığını qabardır. O cümlədən, Qərb mediası münaqişə zonasında yaşayan xalqlara məqsəd yox, vasitə kimi yanaşır.
Martens misallar çəkir. Konqoda o, fotoreportyorlarla rastlaşır və onlar Martensə şikayətlənirlər ki, çalışdıqları Qərb medialarında onlardan yalnız fəlakət, dəhşət və terror kadrları çəkməyi tələb edirlər, əvəzində isə çox az (50-100 dollar) pul ödəyirlər. Yəni, fotolar nə qədər qorxulu və dəhşətlidirsə, bir o qədər yaxşı və baha satılacaq. Pozitiv fotolar isə (məsələn, aborigenlərin toy fotoları) heç kəsi maraqlandırmır.
Martens aborigen fotoqraflar vasitəsilə pozitiv fotoları mediaya təklif edir və hər dəfə fotoqraflar jurnallardan rədd cavabı alırlar. Nəticə çox kədərlidir: Münaqişə medianın “çörək ağacı”na çevrildilir və o, nə qədər uzun sürərsə, bir o qədər media üçün yaxşıdır.
Beləliklə, bir tərəfdən media münaqişənin sülhə aparan diskursuna biganədir, digər tərəfdən isə öz maraqları (yaxud sahiblərinin siyasi və kommersiya maraqları) üçün hər cür dezinformasiyaya heç bir peşə etiketini qorumadan razılaşır. Sonuncuya daha bir misal: 2002-ci ilin aprelində Venesuelada prezident Uqo Çavesi devirmək üçün təşkil olunan (və arxasında ABŞ-ın dayandığı) çevriliş cəhdinin mediada işıqlandırılması.
Həmin vaxt Çaves girov götürülmüş, marionet hökumət təşkil olunmuş, ancaq 48 saat sonra əliyalın xalqın küçələrə axışması ilə qiyamçılar qaçmağa məcbur olmuşdular. O vaxt qiyamçılardan biri TV ilə demişdi: “Bizə Çavesi devirmək üçün heç bir silah lazım deyil. Çünki bizim ən güclü silahımız - mediamız var”. Media isə baş verənləri maksimum təhrif edərək yayımlayırdı.
Məsələn, CNN Çaves tərəfdarlarının körpü üzərində dayanıb aşağıdakı Çaves əleyhdarlarına atəş açdığının kadrlarını təkrar göstərməkdən yorulmurdu. Halbuki rakursu dəyişəndə körpünün altında heç kəsin olmadığı görünürdü, atəş açanlar isə qiyamçıların snayperlərindən qorunmağa çalışanlar idi. Yaxud, telekanallar yeni marionet hökumətin sözçüsünün çıxışını göstərirdi və o, 16 nəfərin qətlə yetirildiyini söyləyirdi, halbuki, sonralar operator bu kadrların hadisələr başlanmazdan 2 gün əvvəl (!), yəni əvvəlcədən çəkildiyini təsdiqlədi. Bütün bu təfərrüatları məşhur rejissor Con Pilcer özünün “Demokratiyaya qarşı müharibə” filmində təfsilatı ilə analiz edib.
Yaxud, 2011-ci ilin dekabrında Moskvada mitinqlər keçirilərkən yenə də CNN tamamilə dinc keçmiş həmin aksiyadan küçə döyüşlərinin səhnələrini göstərirdi. Ancaq o küçə döyüşləri Moskva mitinqində yox, Afinadakı nümayişlərdə çəkilmişdi. Telekanal heç təkzib verməyi də özünə borc bilmədi.
Bütün bu faktlar medianın ildən ilə necə sürətlə öz müstəqilliyini, qeyri-anqajement mövqeyini və siyasi məqsədlərdən kənar durmaq imkanlarını itirməkdə olduğunu göstərir. Media siyasətin girovuna çevrilir. Siyasət isə, hələ Marksın yazdığı kimi, “qatılaşdırılmış iqtisadiyyatdır”...

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]