Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Sarayevoda Xocalı soyqırımının qurbanları yad edildi - VİDEO

Sarayevoda Xocalı soyqırımının qurbanları yad edildi - VİDEO
Bölmə :
Gündəm
Yayım tarixi :
26/2/2017 [01:16]
Baxılıb :
739 dəfə

Fevralın 24-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində Azərbaycan Respublikasının Serbiyada, Bosniya və Herseqovinada və Monteneqrodakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə Beynəlxalq Sarayevo Universitetində “Xocalı: 25 il davam edən matəm və ədalətə doğru aparan yol” adlı beynəlxalq elmi konfrans keçirilib.


Konfransda Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Azərbaycandan elm adamları, beynəlxalq hüquq üzrə nüfuzlu hüquqşünaslar, tanınmış ictimai-siyasi xadimlər, millət vəkilləri, qeyri-hökumət təşkilatları, diplomatik korpus və KİV nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Buxarestdə yerləşən Münaqişələrin Qarşısının Alınması Mərkəzinin rəhbəri professor Yulian Çifu, Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov, Beynəlxalq Sarayevo Universitetinin dekanı professor Mətin Boşnak, Milli Məclisin deputatı, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev, Sarayevo Universitetinin professoru, hüquq elmləri doktoru Edin Halapiç, serbiyalı jurnalist Slobodan Samarciya, Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə və Monteneqronun sabiq vitse-prezidenti, hüquqşünas Azra Yasaviç konfransda spiker qismində çıxış ediblər.


Natiqlər çıxışları zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin qəfil hücum etdiyini, mülki insanların xüsusi qəddarlıqla və amansızcasına öldürüldüyünü, bir qisminin ağır yaralandığını, əsir alınıb işgəncələrə məruz qoyulduğunu və itkin düşdüyünü xatırladaraq, Xocalıda törədilən bu cinayətlərin Ermənistanın sistematik xarakter daşıyan zorakılıq siyasətinin bir hissəsi olduğunu, bu siyasətin əsasında ermənilərin irqi üstünlüyünü və azərbaycanlılara qarşı nifrəti aşılayan njdeizm ideologiyasının dayandığını, Xocalıdakı hadisələrin soyqırımı cinayəti kimi tövsif edilməli olduğunu və beynəlxalq hüquq əsasında Ermənistanın və onun siyasi-hərbi rəhbərliyinin bu cinayətlərə görə məsuliyyət daşıdığını birmənalı qeyd ediblər.


Azərbaycanın Serbiya, Bosniya və Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənov çıxışında konfrans iştirakçılarına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin həyata keçirilməsi və mülki əhaliyə qarşı ağır cinayətlərin törədilməsi barədə məlumat verib. O, Bosniya və Herseqovina parlamentinin Xalqlar Palatası tərəfindən 2013-cü il fevralın 26-da məhz Xocalı qətliamı törədilən gün “Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün tanınması və hörmət olunması” adlı qətnamənin qəbulunu minnətdarlıqla xatırlayıb. O, qətnamədə Xocalıdakı hadisələrə siyasi qiymətin verildiyini qeyd edərək, bu kimi sənədlərin, çağırış və bəyanatların beynəlxalq ədalətə, sülh və təhlükəsizliyə bir töhfə olduğunu bildirib.

Deputat Rövşən Rzayev çıxışı zamanı Xocalı soyqırımından 25 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində törətdikləri cinayətlərə beynəlxalq qurumlar tərəfindən ədalətli qiymətin verilmədiyini və cinayətkarların hələ də cəzalandırılmadıqlarını bildirib. Daha sonra R.Rzayev ötən ilin noyabrında Bakıda üç erməni və üç azərbaycanlı ilə birlikdə “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradılması barədə məlumat verib. O, sülhün alternativinin olmamasını qeyd edərək, bu platforma vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli nizamlanmasına töhfənin verilməsinin mümkün olacağına ümidini ifadə edib. Millət vəkili Bosniya və Herseqovina ictimaiyyətini bu platformaya qoşulmağa və ona dəstək olmağa çağırıb.


Konfrans zamanı çıxış edən Y.Çifu Xocalıda azərbaycanlılara qarşı dəhşətli cinayətlərin baş verməsindən, Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməklə torpaqlarını işğal etməsindən və qeyri-qanuni siyasi məqsədlər güdməsindən danışıb. O, sərhədlərin reviziyasının məqbul olmadığını və dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinin təmin olunmasının vacibliyini vurğulayıb.

Serbiyalı spiker Slobodan Samarciya öz çıxışında dünya mətbuatının, müstəqil jurnalistlərin və qeyri-hökumət təşkilatlarının Xocalı soyqırımına reaksiyası barədə danışaraq, bu məlumatların www.justiceforkhojaly.org saytında sistemləşdirilib yerləşdirildiyini və gələcəkdə cinayətkarların ədalət mühakiməsi üçün zəruri material kimi nəzərdən keçirdiyini bildirib.


Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru S.Mirzəzadə çıxışı zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı zamanı dinc əhaliyə qarşı törətdikləri cinayətləri njdeizm ideologiyasının fəsadları kimi qiymətləndirib.

Konfransın sonunda tədbir iştirakçıları dünya ictimaiyyətinə, BMT, Avropa İttifaqı, Avropa Şurası və ATƏT kimi beynəlxalq təşkilatlara ünvanlanmış bəyanat qəbul ediblər. Bəyanatda konfrans iştirakçıları Ermənistan silahlı qüvvələrinin Xocalıda 25 il öncə xüsusi qəddarlıq və amansızlıqla törətdikləri soyqırımını pisləyib, bu cinayətlərə dair kifayət qədər dəlil və sübutların olduğunu vurğulayıblar. Xocalı soyqırımı barədə dünyada məlumatlılığın artması istiqamətində və bu xüsusda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aparılan işlər təqdirəlayiq hesab edilib. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Xocalıda törədilən cinayətlərə hüquqi-siyasi qiymət verməyə və cinayətkarları cəzalandırmağa, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında sülh yolu ilə ədalətli həlli məqsədilə səyləri səfərbər etməyə çağırılıb.

Konfrans iştirakçıları həmin gün Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan dövlətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş Dostluq parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Abidə önünə əklil qoyan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini yad ediblər.

Həmçinin Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Beynəlxalq Sarayevo Universitetinin sərgi zalında bu faciəyə həsr olunmuş foto və rəsm sərgisi təşkil olunub. Sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə Sarayevoda əsaslı təmir edilmiş kor və məhdud qabiliyyətli uşaqlar üçün Mərkəzin şagirdləri tərəfindən çəkilmiş rəsmlər də nümayiş etdirilib.

(AzərTAc)

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]