Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

Rinoplastika üçün heç vaxt gec deyil

Rinoplastika üçün heç vaxt gec deyil
Bölmə :
Müsahibə
Yayım tarixi :
24/2/2017 [16:35]
Baxılıb :
997 dəfə

Burun çəpərinin əyriliyi, burun balıqqulaqlarının  böyüməsi və polipoz kütlənin olması müxtəlif narahatlıqlara səbəb olur. Burun tənəffüsündə yaranan əngəllər tənginəfəsliyə, ağzıaçıq yatmağa, baş ağrıların,  digər diskomfortlara səbəb olur.  Üstəlik estetik baxımdan burunun xarici görünüşü insanı narahat edirsə və bunun aradan qaldırılmasının  mümkünlüyü bu gün rinoplastikanı  çox aktiv mövzuya çevirib. Yaşından və cinsindən asılı olmayaraq insanlar  estetik burun əməliyyatlarına  daha çox üz tutmağa başlayıblar. Turan klinikasının həkimi, lor cərrah Tələt Şəfiyev Bizim Yol facebook  səhifəsində   izləyiciləri maraqlandıran sualları cavablandırıb.


- Bir izləyicimiz yazır ki, oğlumun burnunda və boğazında ət var idi. 1 il əvvəl əməliyyat etdirdik. Lakin  2 aydır nəfəs alması yenidən çətinləşib?
 - Adenoid  toxuması tam şəkildə görtürülməlidir və  mütləq şəkildə əməliyyat narkozla həyata keçirilməlidir. Endaskop nəzarəti altında adenoid tam götürülür və xəstə allergik fona qarşı müalicə alır.Tam götürülmürsə adenoidin yenidən yaranması mümkündür.
- Burunun selikli qişası quruyursa nə etmək olar?

- Əsasən yağlı spreylərdən istifadə edirik. Xəstənin hazrda yağlı sprey əldə etməsi çətindirsə o evdə olan hər hansısa duru  yağlardan istifadə edə bilər. Yağ selikli qişanın qurumasının qarşısını alır və özü də qıcıqlanma verərək selikli qişanın ifrazını artırmış olur.

- Bir dəfə əməliyyat olunmuş bir izləyicimiz  yazır ki, ikinci əməliyyata ehtiyac var. Lakin birinci əməliyyatda qığırdaqların  çoxusunu götürüblər. İkinci əməliyyat mümkündürmü?

- Ikincili əməliyyatlarla bağlı müraciətlər  çoxdur.  Ümumiyyətlə Qığırdaqlar yetərli qədər deyilsə  yəni yetərli material yoxdursa, biz  qulaq və ya qabırğa  qığırdaqlarından istifadə edirik. Önəmli olan bir nüans var. Yaxşı həkim istəyr ki, əməliyyatı bir dəfə  olsun. Lakin 10-15 % xəstələrdə yenidən korreksiyaya ehtiyac olur. Bu ehtimal həmişə var.


- Hər səhər yuxudan duranda güclü baş ağrılarım olur.  Həfəs almaq çətin olur.Buna burun çəpəri əyriliyi səbəb ola bilərmi?

- Ümumiyyətlə,  baş ağrısı olan pasiyentlər lor həkimlərinə və nevropotoloqa  da müraciət edib müayinə olunmalıdırlar.


- Burun əməliyyatımdan iki il keşib və burnumun ucu hələ də bərkdir. Bu nə zamana qədər davam edəcək?

- Son zamanlar Delever üsulundan istifadə edirik. Xüsusi pitanqo sistemi var. Ona toxunmadan əməliyyat icra olunarsa burun ucunun hərkiliyi qorunmuş olur. Lakin bu yenə də fərdi xüsusiyyət daşıyır.


-  Bir izləyicimiz sual verir ki, oğlumun 22 yaşı var. Burunundan həmişə çirk axır. Buna nə səbəb ola bilər.
- Bu burun və burun ətrafı ciblərin havalanması, normal olmamasından irəli gələ bilər. Burun ətrafı ciblərin kompüter tomoqrafiyası ilə diaqnoz təsdiqlənərsə bunun müalicə və ya əməliyyat olunmasına qərar verilə bilər.
- 20 yaşdan tez burun əməliyyatı keçirilərsə gələcəkdə onun formasının dəyişilə biləcəyi barədə deyilənlər düzdürmü?. Estetik əməliyyatla plastik əməliyyatın fərqi nədir?

- Bu fərdi xüsusiyyət daşıyır. Lakin 17-18,bəzən 16 yaşdan sonra rinoplastikanı tövsiyə edirik. Bu əməliyyatların  heç bir fərqi yoxdur, sadəcə müxtəlif adlarla səsləndirilir.


-  Daha bir sual - Mən burun çəpəri əyriliyindən əməliyyat  olunarkən səhvən burun balıqqulaqlarım kəsilib. Bu mənə əziyyət verir. Bu ömürlükdürmü?

- Burun balıqqulaqlarının tam kəsilməsi xəstəyə diskomfort yaradır. Mən bunu  heç vaxt etməmişəm. Lakin dünya təcrübəsində bu var.  Bu  əməliyyat qurumalara səbəb olur. Xanım yağlı spreylərdən  və burun  duşundan   istifadə etsin. Lakin  bəzi dərmanlar var ki, asılılıq yaradır, onların bir həftədən artıq istifadəsi qadağandır. Neytral nəmləndiricilərdən istifadə etmək lazımdır.


- Bir izləyicimizin sualı belədir : Mən iki ildir burun əməliyyatı etdirmişəm, lakin burnumun yuxarı hissəsində yan sümüklərə toxunanda sanki arakəsmə var.Əməliyyatdan sonra eynəkdən istifadə etmişəm. Bu problem yaratmış ola bilərmi?

- Bunun eynəklə əlaqəsi olmaya bilər. Əgər əlinin altında arakəsmə hiss edir və bu onu narahat etmirsə ciddi fikir  verməyə dəyməz. Lakin bu pasiyenti incidirsə, o zamam müdaxiləyə ehtiyac var.


- Növbəti sual belədir-  Oğlum 11 aylıqdır. Burnundan  daima su axır. Onda adinoma ola bilərmi?

- Bu allergik səbəblərdən də ola bilər. Eyni zamanada adinoma da mümkündür.


- Bir xanım yazır ki, qızının burnunda və boğazında ət var. 8 yaşı var . Son zamanlar kəkələməyə başlayıb. Bu burun- boğaz  əti ilə əlaqədar ola bilərmi?
- Əslində kəkələmə birbaşa adenoid  ilə əlaqədar ola bilməz. Lakin belə əməliyyatlardan sonra  beyin oksigenlə daha yaxşı təchiz olunduğu üçün bəzi nevroloji əlamətlər aradan qalxır.

- Bir izləyicimiz bildirir ki, burnunun sağ tərəfində şiş əmələ gəlib. Üstündən basanda ağrı verir, eynək taxanda mane olur. Bu hansı fəsadlar törədə bilər?


- Bunu müayinə edərək daha dəqiq cavab vermək olar.

- Bir izləyicimiz  hamilə olduğunu yazır. Nəfəs almasında problemlər yaranır. Burnunda çəpər  əyriliyi yoxdur, lakin nəfəsimi tam içəri çəkə bilməməsindən şikayət edir.


- Bu nevroloji əlamət ola bilər.

- 16 yaşlı oğlan  əməliyyat oluna bilərmi?


- Fərdi xüsusisyyət daşıyır. 16 yaşda estetik əməliyyat mümkündür.
- Burun əməliyyatı olunduqdan sonra burnun üzərində tər formasında qabarcıqlar yaranır, bu nə qədər davam edəcək

- Bu da  fərdi xüsusiyyət daşıyır. Burun əməliyyatı zamanı dəridə müəyyən funksional  dəyişikliklər yaranır.Bundan irəli gəlir.


- Bir izləyicimiz sual verir ki, oğlum cüzi qıcıqlanmadan  asqırmağa başlayır?

- Uşağın  allergik təsirlərdən qorunması lazımdır.


- Bir xanım yazır: Rəfiqəmin 65 yaşı var. 40 il öncə burnu qırılıb. Əməliyyat mümkündürmü?

- Bakıda hətta 84 yaşında əməliyyat etdirib bundan məmnun qalan  qadın oldu. Əgər əməliyyata başqa bir əks göstəriş yoxdursa, sizin rəfiqəniz də əməliyyat oluna bilər.


- Çəpər əyriliyi nəfəs almamı o qədər çətinləşdirib ki, bu ürək ağrılarına  səbəb olub. Əməliyyat mütləqdirmi?

- Burun tənəffüsü çətinliyi ürəkdə yüklənmələrə səbəb olur. Uzun müddət burun tənəffüsünün olmamamsı  dolayısıyla ürəkdə, beyində, bronx sistemində problemlərə səbəb olur. Çünki, burun tənəffüs orqanıdır, problem varsa  demək ki, o yeni problemlər yaradacaq. Vaxtında əməliyyat olunsanız bu sizə daha yaxşı olar.


- Burundakı artıq ətə görə göz kanalı tiutula bilərmi?

- Əgər burun adinoması iltihab yaradıbsa , burun boşluğu iltihablanıbsa  ilk növbədə bu aradan qaldırılmalıdır. Əgər  burun daxili problem aradan qaldırıldıqdan sonra da göz yaşı  kanalı tutulursa artıq göz həkimi öz müalicəsini tətbiq etməlidir.


- Oğlumun burnu tez - tez qanayır. Bu nədən ola bilər.
- Bu təzyiq və travma mənşəli ola bilər. Və ya burundaxili iltihablar nəticəsində ola bilər.

- Bir izləyicimiz yazır ki, 4 ildir burun dərmanlarından istifadə edir, iki saatdan bir burnu tutulur.


- Deməli xəstə artıq dərmandan asılı vəziyyətdədir. Mütləq müalicə olunmalıdır.

- Növbəti sualda bildirilir ki, uşağın burnundan çirk axırdı. Adenoid götürülsə də,  yenə çirk axır. Bu nədən ola bilər?


- Kompüter tomoqrafiyası etdirərək  dəqiq  cavab əldə etmək mümkündür.

- Bəzi izləyicilərimiz əməliyyatlardan  razı qalmadıqlarını bildirirlər.


- Burda psixoloji məqamlar da var. Hər kəs ideal nəticəyə malik olmaq istəyir. Lakin unudurlar ki, hər kəsin  dərisinin  fərdi xüsusiyyətləri var. Çapıqların qalması, dərinin sağalması və bu kimi xüsusiyyətlər hər kəsdə  fərdidir. İkincili əməliyyatlarda isə ideal nəticə əldə etmək daha da çətinləşir. Mənim təcrübəmdə olub ki, mən eyni pasiyenti beşinci dəfə əməliyyat etmişəm. 4 dəfə xarici ölkədə əməliyyat olunub. Qabırğasından qııqrdaq götürüb burnunu istədiyi şəklə sala bildik.

- Bir izləyicimiz yazır ki,uşaq vaxtı qulağında ət xalı olub  Əməliyyatdan sonra qulağı tutulub. Ama qulaq  pərdəsı yırtılmayıb. Eşitməsi bərpa oluna bilərmi?


- Bunu tomoqrafiya edərək daha dəqiq cavab vermək mümkündür.

- Əməliyyatdan sonra burun nə qədər müddətə  normal funksiyalarına dönür?


- Bir il ərzində tam formalaşma baş verir.

- Bir izləyici bildirir ki, qulağında hər zaman küy var, qripdən qalıb.


- Qulaqda səs iki mənşəli ola bilər. Burun tənəffüsündə  problem qulağa yük yarada bilər. Lakin qulaq sinirlərinin problemi ilə bağlı da bu küy yaranmış ola bilər. İzləyicimiz müayinə olub səsin səbəbini aydınlaşdırmalıdır.

- Burunda  ət olması irsidirmi ?


- Ümumiyyətlə,  genlər önəmlidir, valideyndə rast gəlinən xəstəliklər  əsasən övladda da özünü göstərir. Adenoidin valideyndən ötürülməsini tam konkret olaraq demək olmaz, lakin mümkündür.

- Hansı xətəliklər olduqda əməliyyata girmək olmaz?


- Əməliyyat öncəsi müayinələr aparılır. Əgər əməliyyata əks göstəriş yoxdursa əməliyyat aparılır.

- Burun və boğazdakı əti eyni vaxtda  əməliyyat  etmək mümkündürmü ?


- Bəli, eyni vaxtda hər ikisini götürürürk. Yaşın fərqi yoxdur.

- Görünüşdə heç bir qüsur yoxdursa, lakin nəfəs alma problemlidirsə çəpər əyriliyi mümkündürmü ?


- Bəli, əsasən  belə olur ki, xaricdən qüsur görünmür , lakin çəpər əyriliyi olur.

- Dolqularla bağlı suallar verilir.


- Mən dolqulardan istifadə etmirəm.

- Birinci əməliyyat uğursuz olubsa , üzərindən uzun müddət keçsə belə  ikinci əməliyyatla normal nəticəyə  nail olmaq mümkündürmü?


- Bəli, əməliyyatdan bir il keçibsə yenidən əməliyyat aparmaq olar.  10-20 il əvvəl edilmiş əməliyyatların qüsurlarını aradan qaldırmaq mümkündür.

- Əməliyyatdan neçə gün sonra işə başlamaq mümkündür?


- Bu da fərdi xüsusiyyətlərə bağlıdır. Ümumi götürdükdə 15-20 gün ərzində pasiyent öz işinə geri dönə bilər.

İlhamə Rəsulova




Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]