Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat

“Bütün nazirlər istefa verməlidir” - 2-ci bölüm

“Bütün nazirlər istefa verməlidir” - 2-ci bölüm
Bölmə :
Müsahibə
Yayım tarixi :
14/7/2012 [13:22]
Baxılıb :
2266 dəfə
Rüstəm Behrudi: “Elçibəy Heydər Əliyevin dövlətçiliyi qoruyub saxlamasını qiymətləndirirdi”
“Əli İnsanovla görüşdən sonra bu hakimiyyətin sonuna bayraq axtarırdım”

Şair Rüstəm Behrudi ilə söhbətimizin davamı...

(Əvvəli ötən sayımızda - əvvəlki bölümü oxu...)

- Rüstəm müəllim, şairlər nədən yazırsa yazsın, yaradıcılığının mərkəzində insan dayanır. Nə düşünürsünüz, Bakıda insanlar evlərindən qanunsuz şəkildə məhrum olunmurlarmı?
- Bəli, mən də o fikirdəyəm ki, bütün gözəlliklər insana xidmət etməlidir. İndi bu gözəlliklər var, amma bunların insana xidmət edib-etməməsi bizim düşüncəmizdən kənarda olan bir şeydir. Yenə deyirəm, paytaxtdakı həmin göydələnlər toplanan pul kütləsi nəticəsində tikildi. Mən mütəxəssis olmadığımdan toplanan pulların rüşvət, yaxud korrupsiya hesabına yığıldığını deyə bilmərəm. Jurnalist olduğunuzdan, belə şeyləri sizlər daha yaxşı bilərsiniz. Amma bir məqamı deyim, Hacıbala müəllimin oturduğu binanın üstündə nə yazılıb? “Bakı Şəhər İcra Hakimiyyəti” - yəni onun vəzifəsi icraedici orqandır. O, nə qanun qəbul edir, nə də proqram, yalnız bunları icra edir, vəssalam!
- Yəni dostunuz Hacıbala müəllim bu pulları nizamlı şəkildə realizə etməklə tikinti sektorunu tənzimləyə bilməzmi?
- Mən bu işin içində olmadığıma görə nə cür nizamlamağı bilmirəm. Bəli, şəhərin mərkəzinin yüklənməsinin də çox böyük fəlakəti var. Mən Çinin ən böyük şəhərlərindən olan Şanxaya getmişdim, bu şəhərin 225 kilometrliyində ipəyi kəşf edən fabrik hələ da qalır, elə bu fabriki görmək üçün getmişdim. Elə ticarət həmin ərazidən başlayıb və İpək Yolu kimi davam edib. Şanxayda məni müşayət edən adam binalar göstərdi ki, hündürlüyünə görə yer çöküb. Amma binalar uçmayıb. Axı yer də o boyda binanı saxlaya bilmir.
- Belə davam etsə, Bakını da o aqibət gözləmirmi?
- O fəlakəti həmin binaları tikənlər bilər. Yəni onlar “memarlıqla bağlı bütün qaydaları gözləyiblərmi?” mənasında. Siz gördünüz də, paytaxtda nə qədər binalar çökdü. Amma o binaların da çökməyində Hacıbala Abutalıbovun günahı yoxdur. Qanun var, vətəndaş gəlib lisenziya alıb, bina tikir, həmin tikintiyə icra başçısı nəzarət edə bilməz ki. Elə bir sistem qurublar ki, nəzarət mexanizmi işləmir.
- Əgər nəzarət edə bilmirsə, sistemi işlətmirsə, istefa versin, 10 ildən çox icra başçısı olmağın nə faydası var?
- Əvvəla, icra başçısı seçkili orqan deyil ki, istefa versin, onu prezident təyin etdiyi üçün o da azad edə bilər. İkinci, istefaya gəldikdə, o zaman bütün nazirlər istefa verməlidir. Onlar Hacıbala Abutalıbovdan daha çox işləyirlər.
- Rüstəm bəy, niyə onu belə müdafiə edirsiniz, yerliçilik amili, yoxsa dostluq və ya başqa məsələlər var?
- Yox, yerliçilik deyil, çünki mənim Naxçıvandan bir dostum da yoxdur. İki-üç yaxın dostum var idi ki, biri rəhmətlik İsaxan Aşurov olub. Başqa bir dostum var - hazırda Konstitusiya Məhkəməsinin İcra Aparatının rəhbəri Şair Rüstəmovdur. O biri də Nazim İmanovdur - hər ikisi qarabağlıdır. Başqa dostum Fərhad Təhməzov - Zəngilandandır. Hətta bir dəfə ANS-də bunları xatırladanda, naxçıvanlılarla ermənistanlılar az qala məni öldürürdülər ki, sənin niyə bu bölgələrdən dostların yoxdur. Təbii ki, Hacıbala müəllimə münasibətimdə nə yerliçilik, nə də şəxsi maraq rol oynayıb. Axı mənim nə şəxsi marağım ola bilər. Yeganə şairəm ki, kitablarımla yaşamağı bacaran adamam, çünki bir kitabım 50 manata satılır. Artıq iki mətbəədə kitabımın nəşri ilə bağlı müqaviləm var. Bizim ailə də az şeyə qane olandır, yəni 100 manatla 1000 manatın heç bir fərqi yoxdur.
- Ona görə Elçibəy prezident olanda ondan dostlarla yeyib-içmək üçün 100 dollar istəmişdiniz?
- O, mənə nazir olmağı təklif etdi...
- Hansı nazirliyin rəhbəri?
- Bəy mənə mədəniyyət naziri olmağı təklif etmişdi. Mən də bilirdim ki, şair adamam, məndən nazir çıxmaz. Ona görə dedim ki, bəy, ən gözəli odur ki, mənə 100 dollar tapasan, gedib, yeyib-içəcəm. Səhəri qəzetlər yazdılar ki, Rüstəm Behrudi nazir vəzifəsini 100 dollara dəyişdi. Bu baxımdan söhbəti ona gətirirəm ki, mənim Hacıbala Abutalıbovla münasibətim mənim maraqlarımdan doğan bir şey deyil. Onu şəxsən tanıdığımdan, nə qədər təmiz adam olduğunu bilirəm, məsələn, o, istənilən hər bir adamın durumuna ağlaya bilər.
- Ancaq hər gün onlarla hüququ pozulan insan icra hakimiyyətinin qarşısında onun qəbuluna düşə bilmir...
- Siz diqqət yetirin, Hacıbala müəllimin imkanı olduğu halda bir adamı qapısından narazı buraxmaz. Axı Hacıbala müəllim kiminsə yerini alıb, ev tikmir ki. Bu işi şirkətlər həyata keçirir, yəni iş adamları ya zorla, ya pulla insanların torpaqlarını alıb bina tikirlər.
- Bütün hallarda sərəncamlarda icra başçısının imzası var...
- Bəli, o, imza qoya bilər, amma nəzarət mexanizmi onun deyil. Baxın, özünüz də yazmışınız, “Muray”, “GEN” MMC və başqa şirkətlər sənədlərini təqdim edib torpaq alıblar və sonrakı iş Hacıbala müəllimlik deyil ki. Axı o, nə bilərdi ki, bu şirkətlərin sahibləri fırıldaqçı çıxacaq? İcra başçısı sənədlərə baxır, görür qanunidir, imza atır.
- Bu sözünüzə görə təkrar həmin məsələyə qayıdıram - icra başçısının 10 maydakı müsahibəsinə, Bakı merindən belə fikirlər heç cür anlaşılmır...
- İzah etdim də, mən də Elçibəy haqqında bu cür danışıram, məni günahlandıra bilərsinizmi?
- Əvvəla, Siz şairsiniz, ikincisi Elçibəy azadlıq fədaisi idi.
- Elçibəy mənim üçün nədirsə, Heydər Əliyev də Hacıbala müəllim üçün odur. Sözün var?
- Bu iki şəxs arasında fərqləri bilmirsinizmi?
- Azərbaycan tarixinə baxanda, son yüzilliklərdə 4-5 tarixi şəxsiyyəti görürəm. Birinci, şərlənən, böhtan atılan Şah İsmayıl Xətaidir, ikinci Nərimanov, sonra Mircəfər Bağırov, Əbülfəz Elçibəy və Heydər Əliyevdir.
- Bəs Rəsulzadə?
- Rəsulzadə tamam fərqli personadır, o, Azərbaycan dövlətinin əsasını qoyan böyük fikir və düşüncə adamıydı. Rəsulzadədən sonra gələnlər, nə götürübsə, ondan götürüblər. Bütün parametrləri ilə bu adamlar bir-birlərini tamamlayırlar. Bağırov o qədər qara əməlləriylə bərabər Azərbaycan xalqının üstündə haqqı var. Heydər Əliyev də dövlətçiliyi qorudu, amma onu hansı mexanizmlə saxlamağı mənim işim deyil. Elçibəylə də bu barədə söhbətlərim olub, o, Əliyevin dövlətçiliyi qoruyub saxlamasındakı rolunu qiymətləndirirdi.
- “Salam dar ağacı”nı yazan Behrudi, necə oldusa, nazir işlədiyi vaxt Əli İnsanova şeir yazdı. Bəs bu gün niyə onun haqqında susur?
- Üzr istəyirəm, o şeiri tapın və diqqətlə oxuyun. Azərbaycan hakimiyyətinin qılıncının dalının, qabağının kəsdiyi bir dövrdə yazmışam ki, “bu sona bayraq gəzirəm”, bax, həmin şerdə bu misra var.
(Bu zaman şair diktofonu söndürməyimi xahiş edir və deyir ki, şeiri tapıb oxuyacaq. Təxminən 1 saata yaxın axtarışdan sonra şeiri tapır və oxuyur -N.C).

İblis könlümdə taxt qurub,
Mən taxtsız otaq gəzirəm
Üst-başım atəş içində
Bilirəm nahaq gəzirəm

Niyə bilmədim mən dəli
Mənə gülür Güləndəli
Mənəm sonranın əvvəli
Bu sona bayraq gəzirəm

Özüm-özümə sirmişəm
Bir yola, izə girmişəm
Ölü dənizə girmişəm
Dəliyəm, balıq gəzirəm

Ölür Günəş, gəlir qürub
Aralıqda ömür durub
Ayrılıq məndə köç qurub
Mən durub ayrılıq gəzirəm

Yarpaq, çiçək Allahdır dur,
Bu dağı yox, qolumu vur,
Min divanə, İncildə nur,
Quranda xaliq gəzirəm

Tənhaların cəhənnəmi,
Yer üzü, göy də bir gəmi
Adladım keçdim kölgəmi,
Durmağa dayaq gəzirəm

Dur gedək, dur ayağa
Bir səbəb yoxdur qalmağa,
Üstündə dua qılmağa
Bir yaşıl yarpaq gəzirəm

Boşuna, hər şey boşuna
Yer boşuna, göy boşuna
Dünyanı az öy boşuna,
Mən boşuna ah gəzirəm.


- Ümumiyyətlə, bu şerin İnsanova nə aidiyyatı var?
- Bəli, nə aidiyyatı var? Sadəcə, həmin dövrdə mən onunla görüşmüşdüm, nazirlikdən çıxandan sonra bu hakimiyyətin nə qədər böyük bir şey olduğunu gördüm və o, məni qorxuya saldı. On görə yazdım ki:

Niyə bilmədim mən dəli
Mənə gülür Güləndəli
Mənəm sonranın əvvəli
Bu sona bayraq gəzirəm


Yəni bunların sonuna bayraq gəzirəm. İndiki münasibətimə gəldikdə, Allah onun qapısını açsın, düzdür, sabiq nazirin haqlı və doğru olduğunu deyə bilmərəm. Ancaq İnsanovun şəxsiyyət olduğunu bu gün də təsdiqləyirəm. O, kişi xarakteri olan bir adamdır.
- Onu da təsdiqləyərsinizmi ki, vərəm üzrə həkim olan İnsanovun nazir işlədiyi vaxt Azərbaycanda bu xəstəlik tüğyan edirdi?
- Bilirsiniz, mən onun xarakterini dedim, necə işlədiyini və o dövrün statistikasını bilmirəm. Onu bilirəm ki, o, çox xarakterli, sözünün üstündə dayanan, ötkəm adamdır. Düşünürəm ki, həbsxanada da o xarakteri saxlayıb. Mən ona mədhiyyə yazmamışam və bu şeir əslində zamana etirazdır.
- İndiki məmur təbəqəsində həmin xarakterdə adamlar varmı?
- İndikilərlə tanış deyiləm, görsəydim, mənim dostlarım olardılar.
- Şairlər çox həssas olduğundan, bəlkə Siz də onun təsir altına düşmüşünüz?
- Ola bilər. Çünki o dövrdə iqtidar çox nəhəng və güclüydü. Həm də İnsanovun çox güclü xarakterini gördüm. Amma mən bu görüşdən sonra onların hakimiyyətinin sonuna bayraq axtarırdım.
- İndiki hakimiyyətdə dediyiniz güc varmı?
- Nitsşe deyirdi ki, bütün hallarda dövlət zorakılıq aparatıdır. Ən ideal dövlət quruluşu belə zorakılıq aparatıdır. Ümumiyyətlə, hakimiyyət zorakılıqdır. Amma mən həmişə bu zorakılığın əleyhinə olmuşam və heç vaxt şərin tərəfində ola bilmərəm. Lap iqtidar və müxalifət olsun, harada şər varsa, mən oradan uzaqdayam, həmişə də öz fikrimi bildirmişəm.
- Şər həm də Behrudinin mədhiyyə və tərənnüm etdiyi iblis deyilmi?
- İblisi heç vaxt mədh etmək olmaz. Qiyamət böyük razılaşmanın əlamətidir, yəni İblislə Allah arasındakı razılaşmanın... Bütün dinlərin təməl qaydası odur ki, Allahın iradəsindən kənar heç nə yoxdur. Əgər belədirsə, Allahın yaratdığı İblis ona nə cür etiraz edə bilər? Güman ki, din adamları “İncil”i, “Quran”ı düz oxumurlar, İblis heç zaman Allaha etiraz etməyib, əksinə o, Allahın yaratdığı Adəmə itaətdən qaçıb. Etiraz edib ki, oddan yaranmış müqəddəs mələk çamurdan yaranmışa itaət edə bilməz. 6 min il Allaha qulluq etmiş bir mələk Allahın qulluğundan qaçmayıb.
- Dediklərinizdə ziddiyyət var. Deyirsiniz ki, İblisi də, Adəmi də Allah yaradıb, həm də İblisin oddan yarandığını bildirirsiniz, bunları necə anlayaq?
- Mən düşünürəm ki, Allah Qiyaməti hazırlamaqda İblisi özünə ortaq seçib. Əslində, Allahın milyonlarla mələyi var, yalnız bir mələyi - İblis atəşdən yaranıb, qalanlarının nədən olduğunu bilmirik. Mən qəribə bir analogiya aparmışam, hər şey Allahın əlindədir, istəsəydi, cəhənnəmi od və atəşdən deyil, daha böyük əzab qaynağından yarada bilərdi, biz ancaq od və atəş əzab qaynağını bilirik. Amma Allahın daha böyük bir əzab qaynağını yaratmağa gücü çatardı, insanı qiyamətdə imtahana çəkmək üçün. Bütün dinlər Allahın adil və hər şeyin qiymətini verən olduğunu deyir. Mən həmişə düşünmüşəm ki, Allah cəhənnəmi od və atəşdən yaratmaqla İblisi mükafatlandırıb və sonda İblis öz əslinə qovuşub. Hər şeyin öz əslinə qovuşmaqdan böyük səadət varmı? Yoxdur!
- Od və atəş işıq deyilmi, qaranlıqları yaran?
- Yox, od və atəş tamam başqa şeydir. Odla nur ayrı-ayrı şeylərdir.
- Axı od öz istisi ilə soyuqluğu aradan qaldırmaqla zülməti də götürür...
- Qiyamətdəki atəş təkcə soyuqluğu aradan qaldırmır, həm də onu kül edir. Orda nur və işıqdan danışmaq olmaz.
- Sizə elə gəlmir ki, XXI əsr Volterin “İnsanlar inanmağa bir şey axtardılar və özlərindən Allahı uydurdular” fikrinin doğru olduğunu təsdiqləyir?
- Spenser də o cür düşünür. Amma bu boyda harmoniyası olan dünya özbaşına yarana bilməzdi. Bəli, O, olmasa da belə, onu uydurmaq lazımdır. Bilirsiniz, lap uydurubsa belə, insan Allahı ona görə uydurub ki, sığınmağa və özündən daha güclü birisinin onu qorumasına ehtiyac hiss edirdi.
- İnsan təbiətdən ayrılıb cəmiyyət yaratmaqda səhv etmədi ki? Axı sonra cəmiyyətini qorumaq üçün Sizin tərənnüm etdiyiniz təbiətin qatilinə çevrildi...
- Dao fəlsəfəsi cəmiyyətdə Allahdan başqa 10 min nəsnənin varlığından danışır. Bu fəlsəfədəki Allah bizim təsəvvür etdiyimiz kimi deyil. O, təbiətdə harmoniya yaradan ayrı-ayrı nəsnələrin cəmindən yaranır. Ancaq mən yenə o fikirdəyəm ki, biz nəyisə uydurmaq zorundaydıq. Bütün bəşəri dəyərlər belədir, haqq, ədalət, sevgi, mən bunları insanın özünü qorumaq cəhdi hesab edirəm. Bütün böyük dəyərləri insan uydurub. Qəribədir ki, sevgi də həmişə şəhvətə məğlub olsa da, bunu qələbə hesab edir. Beləliklə, insan Allahı nə cür uydurubsa, bu bəşəri dəyərləri də o cür uydurub.
- O zaman insan ölümü də uydurub?
- Bircə uydurulmayan şey ölümdür.

Natiq CAVADLI
Pərviz HƏŞİMLİ

Paylaş:
17/5/2018 [14:05]: Olimpiada qalibləri ali məktəblərə imtahansız qəbul olunacaqlar
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: [email protected]